Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə12/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   8   9   10   11   12   13   14   15   ...   299

17 

 

Əfəndilər! Bizə Zaqafqaziya əqvamı ruhunda hər zaman hürriyyət və istiqlal fikri hakim olmuşdur. Hürriyyət 



fikrinin müməsili olan "Prometey" Qafqaziya dağlarında zəncirə bənd edilmiş idi. O daima zəncirlərini qırmaq 

təşəbbüsündə idi. "Prometey"in ruhu Qafqaziyanın bütün millətlərində vardır. Qafqaziya millətlərinin istiqlal və 

bərabərlikdə  müstəqil  olaraq  yaşamaları  bir  xəyali-bənd  deyildir.  Qardaş  millətimiz  olan  Şimali  Qafqaziya, 

qapıbir  qonşumuz  ermənilər  münasibəti 

[35  -  36]

  dostanəmiz  bütün  cüziyyata  rəğmən  daima  səmimi  qalan 

gürcülər,  bizə  bir  çox  mədəni  xidmətləri  toxunmuş  rus  cəmaatının  mühüm  bir  qismi  ilə  əl-ələ  verərək,  biz 

Zaqafqaziyanın  müqəddəratını  bu  qitə  üzərində  yaşayan  millətlərin  arzusu  vəchilə  təmin  edə  bilərik.  (Sürəkli 

alqışlar). Diplomat lojalarına müraciətlə uzun alqışlar.) 

Əfəndilər!  Mən  buraya  qədər  sizə  ümüdlü  sözlər  söylədim.  Buna  iman  edirəm.  Fəqət  nəzərinizi  əhvalın 

ağırlığına  dəxi  cəlb  etməz  isəm,  vəzifəmi  hüsn  ifa  etməmişəm  deməkdir.  Zaman  ağır,  gedəcəyimiz  yol  çox 

tikanlı və arizəlidir. İrəlidə bir çox müşkülat və maneələri dəxi gözə almalıyız. Dumanlı yolları keçmək və sər 

mənzil  məqsədə  irmək  üçün  siz,  məbus  əfəndilər,  bir  çox  fədakarlıqlar  etməli,  təmsil  etdiyiniz  millətə  səbat, 

mətanət  göstərmək  üzrə  bir  nümuneyi-əmsal  təşkil  etməlisiniz.  Bu  nümunəni  göstərəcək  iqtidar  və  istedada 

malik  oldunuzsa,  yolun  yarısı  gedilmiş  deməkdir.  Əvət,  əfəndilər  bu  gün  firqə  ehtirasları,  şəxsi  qərəzləri  və 

bütün bu kimi vətən və millət qayəsi qarşısında səqit qalan qərəzlər atılmalı, vətən qayğısı, millət duyğusu hər 

şeydən yüksək tutulmalıdır. (Sürəkli alqışlar). 

Əfəndilər, bu gün Azərbaycanın paytaxtında Məclisi-Məbusan iftitahındayıq. Azərbaycan bir atəş mənbəidir. 

Vətənimiz  hər  zaman  kəndi  sinəsində  bir  atəşi-müqəddəs  bəsləmişdir.  Bu  atəş  əski  zamanlardan  bəri 

həqiqətpərəstlərə rəhbər şəkil ümid və iman təşkil eyləmişdir. O atəş ki, bu gün də sərvət və saman səbəbi və 

baisi-təməddüdündür.  Qəvi  bir  atəş  Azərbaycan  övladının  sinələrinə  düşən  milyonlar  ilə  bürkü  yağan  bu  atəş 

əbədən sönməz, bir müşkül təşkil edib də hürriyyət və istiqlalə doğru getdiyiniz maneəli yolları işıqlandırsın. 

(Sürəkli və uzun alqışlar). Bu atəş sönməmək üçün əl-ələ verib müttəhidən çalışalım, Əfəndilər! Mən sizi belə 

bir  ittihadə  dəvət  edirəm.  (Alqış).  Müsaidəniz  ilə  əfəndilər,  bu  gün  məclisi  iftitah  etdik.  Şimdi  bu  məclisə  bir 

rəis və bir baş müavin intixab edilməsi lazımdır. Namizədləri göstəriniz. 

Şəfi bəy Rüstəmbəyov — 5 dəqiqə tənəffüs elanını təklif edirəm. 

[36 - 37]

 

Sədr — Varid olan təklifə görə 5 dəqiqə tənəffüs elan edirəm. 

(Tənəffüsdən sonra Məmməd Əmin bəy yenə iclası açır). 



Sədr — Əfəndilər, Məclisi-Məbusana sədr və sədr müavini olacaq namizədlərin adlarını deyiniz. 

Şəfi bəy — "Müsavat" və bitərəflər namından rəisliyə Əlimərdan bəy Topçubaşov, birinci müavinliyə doktor 

Həsən bəy Ağayevin namizədliyini təklif edirəm. 



Sədr  —  Başqa  namizəd  təklif  edən  və  bu  barədə  söz  söyləyən  yoxmu?  Yoxsa,  Əlimərdan  bəy  ilə  Həsən 

bəyin namizədlikləri qəbul olunacaq. 



Əhməd  Cövdət  —  Müsəlman  sosialistlər  ittifaqı  tərəfindən  "Müsavat"ın  göstərdiyi  bu  namizədlərə  etiraz 

yoxdur. 


Heybətqulu  Məmmədbəyov  —  "İttihad"  firqəsi  tərəfindən  Əlimərdan  bəy  Topçubaşovun  namizədliyinə 

etiraz yoxdur, fəqət Həsən bəyin gostərildiyinə rəy verməyəcəyik. 



Şeyxislamov — Sosialist "Hümmət" firqəsi tərəfindən "Müsavat"ın namizədlərinə etiraz yoxdur. 

Sədr — Şu sürətlə məsələni səsə qoymalıdır. Hər kəs bu namizədliyə razıdır, əlini qaldırsın. (İttihadi-ara ilə 

Əlimərdan bəy sədrliyə seçilir.) 



Sədr  —  Deməli,  Əlimərdan  bəy  həzrətləri  rəisliyə  intixab  edilmiş  olur.  Fəqət  Əlimərdan  bəy  həzrətləri 

burada yoxdur. Şimdi isə baş müavin intixab edəlim. Hər kəs Həsən bəy Ağayevin baş müavinliyinə razı isə 

əlini qaldırsın. 

("İttihad"  firqəsindən  başqa  ittifaqa-ara  ilə  Həsən  bəyin  namizədliyi  keçir.  Alqışlar  altında  Həsən  bəy 

movqei-sədarəti işğal edir). 

Həsən bəy — Möhtərəm, parlament üzvləri: Bu dünkü tarixi gündə mənim boynuma böyük bir şərəf, böyük 

hir iqdam düşdü. İzhari-etimad ilə məni uca mənsəbə layiq bildiyinizdən dolayı bilaistisna hamınıza təşəkkür 

edirəm. Məni sərəfraz parlament birinci müavinliyə intixabla minnətdar buyurdunuz. Rəis cənabları gələnə kimi 

onun  ağır  vəzifəsinin  ifası  öhdəmə  buraxıldı.  Bu  ağır  vəzifəni  ifa  edə  biləcəkmiyəm,  yoxmu,  bunu  deməyə 

cəsarət edəmirəm. Zira vəzifə xeyli məsuliyyətli və ağırdır. Burasi hamınıza məlumdur. Fəqət hamının məqsədi 

sevgili  Azərbaycanın  səadəti,  buraya  toplanmamızdan  murad 

[37  –  38] 

əziz vətənimizi sahili-nicata çıxarmaq 

olduğundan ümidvaram acizləriniz sizinlə bərabər məqsədə nail və sizin müavinətiniz ilə vəzifəmi hüsnü-ifayə 

müvəffəq olacağam. Binaən-ileyh dübarə təşəkkürümü bəyan ilə sizi ittihadə dəvət və xudayi-təaladan istirham 

edirəm ki, parlamantımız öz məqsədlərinə qolaylıqla nail olsun. Bu günün münasibətilə Azərbaycanın müxtəlif 

yerlərindən  bir  çox  təbrik  teleqramları  alınmışdır  ki,  qismən  oxumaq  istəyirəm,  fəqət  bundan  hala  bir  katib 

intixabini  təklif  edirəm.  Ümum  parlamentlərdə  qaydadır.  Müvəqqət  katibliyə  ən  gənc  məbus  intixab  edilir  və 

siyahidən anlaşıldığı üzrə məbuslarımızın ən cavanı Rəhim bəy Vəkilov olduğundan onun namizədliyini təklif 

edirəm. (Təklif ittihadi-ara ilə keçir. Rəhim Vəkilov katib mövqeinə keçir). 

Sədr — Şimdi təbrik teleqramları oxunacaq, müsaidənizi istərəm. 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə