Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə13/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   9   10   11   12   13   14   15   16   ...   299

18 

 

(Azərbaycanın müxtəlif nöqtələrindən və müxtəlif müəssisələrdən alınmış teleqramları oxuyur). 



Sədr — Ruzinameyi-müzakiratda olan məsələlərə keçəlim. Söz Vükəla rəisinindir. 

(Fətəli Xan Xoyski mərkəz və sağların gurultulu alqışları arasında kürsüyü-xitabata çıxır). 



Fətəli  Xan  —  Möhtərəm  Azərbaycan  parlamenti  əzası!  Bu  günkü  gün  Azərbaycan  üçün  boyük,  əziz 

mübarək  gündür  ki,  yuxumuzda  görməzdik,  əqlimizə  gəlməzdi.  Bu  gün  o  gündür  ki,  muxtariyyəti  əlinizə 

aldınız.  Hökumət  vəkalətilə  özümüzü  də  sizinlə  bərabər  təbrik  edirəm.  (Alqışlar).  Hökumətin  borcudur 

hüzurunuzda  olsun,  əski  fəaliyyəti  və  hanki  övza  altında  işlədiyini  sizə  ərz  etsin.  Mən  bu  gün  hər  nəzarət 

haqqında  sizə  məlumat  verə  bilərəm.  Ancaq  mən  bu  gün  hökumətin  tarixini  və  nə  kimi  övza  altında  təşkil 

etdiyini  ərz  edəcəyəm.  Azərbaycan  hökuməti  o  vaxt  təşkil  etdi  ki,  Gürcüstan  Zaqafqaziyadan  ayrılıb  elani-

istiqlal  etmiş  idi.  O  bir  məqam  idi  ki,  Türkiyə  ilə  Hənuz  hərb  halında  idik.  Sülh  əhdnamələri  hənuz 

bağlanmamışdır.  Batumda  sülh  müzakirəsi  gedirdi.  O  vaxt  Qafqaziya  cəbhəsinin  təsviyyəsi  və  Türkiyə  ilə 

mübahisəli  məsələlərin  həlli  lazım  idi.  Xarici  işlərimiz  belə,  daxili  işlərimiz  məlumdur.  Bir  vaxt  idi  ki,  bir 

kənddən o biri kəndə getmək qorxulu idi, gecə yatanda sabaha çıxmaq ümidi yox 

[38 - 39] 

idi. Heç kəsin irz və 

namusu əmniyyətdə deyil idi. Dəmir yollarında rus qoşunları qayıdarkən nə hallar oldu. Başımıza nə fəlakətlər 

gəldi, dəmir yolları təmamilə yatmışdı. Poçta, teleqraf yox idi, Bir kağız yollamaq mümkün deyil idi. O vaxt idi 

ki,  maliyyatdan  hökumət  əlində  heç  bir  şey  yox  idi.  Hökumətə  lazım  olan  idarələrin  hamısı  başdan-başa 

dağılmış  idi,  xidmətçilər  qaçmışdılar.  İdarələrin  adı  var  isə  də,  özü  yox  idi.  Hərə  başına  beş-on  adam  yığıb 

hökumət bir qanun düzəltmiş idi . Güclü olanlar özünü ağa hesab edirlərdi. Daxili işlər böylə ikən Azərbaycan 

istiqlalı  elan  edilmiş  isə  də,  heç  bir  hökumət  tərəfindən  təsdiq  edilməmişdi.  O  zaman  bütün  Azərbaycan 

tərəfindən seçilmiş milli komitə (soldan: doğru deyil!) bu hökuməti təyin edib idarə işlərini ona tapşırdı. Məni 

rəis seçərək idarəyə başladıq. Türkiyə ilə sülh əhdnaməsi tezlik ilə bağlandı. Bununla bərabər hökumət qanun və 

qayda  barəsində  aciz  idi.  Zira  heç  bir  tədbir  qüvvəmiz  və  silahımız  yox  idi.  Aşkar  hökumət  təşkil  etməyə 

məcbur  idik,  lakin  bunu  da  edə  bilməz  idik.  Ona  binaən  bir  qüvvəyə  lüzum  görürdük,  sülh  müzakirəsi  vaxtı 

türklərdən  bir  qədər  əsgər almaq  iltizam  edildi.  Sülhnamədə  bir fəsl  var  ki,  Azərbaycan  hər  vaxt lazım  görsə 

müdafiə  hüququ  üçün  Türkiyə  bir  qədər  əsgər  versin.  hökumət  bu  carəyə  təvəssül  etdi.  Ozünüz  bilirsiniz 

Türkiyə  öz  borcunu  yerinə  yetirdi.  Qonşumuzun  köməkliyi  ilə  mümkün  olmayan  bir  çox  şeylər  çətinlik  ilə 

yavaş-yavaş əldə edilirdi. Bu təklif ilə başqasına müraciət etmək mümkün deyil idi. İstəsək də bir fayda olmaz 

idi. Türkiyə həmdinimiz, həmvətənimiz idi. Ona görə ondan gemək istədik. Bu altı ay müddətindəki hökumət 

idarə eyləmişdir. Siz görürsünüz ki, çox şeylər tazə təşkil olubdur. Daxildə hərcimərcdən başqa heç bir şey yox 

idi.  Hətta  polis  də  yox  idi.  Ona  görə  hamıdan  artıq  polis  işlərinə  diqqət  etdik.  İndi  allaha  şükür  olsun  ki, 

Azərbaycanın hər yerlərində lazımi qədər olmasa da xalqın malını, canını müdafiə edəcək təşkilatımız var. Bu 

xüsusda  çox  sözlər  ola  bilər.  Fəqət  vaxta  baxıb  tərəziyə  qoyulmalıdır  ki,  bu  işləri  hansı  hökumət  və  nə  vaxt 

etmişdir?  Tarixi,  sabiqəsi,  əsgəri  və  xəzinəsi  olan  hökumətmi?  Yaxud  iki  gündə  təşkil  olunmuş  pulsuz  və 

əsgərsiz  hökumətmi?  Əgər  burasını  nəzərə  alsanız  gorərsiniz  ki,  nə  qədər 

[39  -  40]

  zəhmət  lazım  idi.  Dəmir 

yolları işləmirdi, dağılmışdı, vaqon, filan yox idi. Məmləkətin dolanacağı buna bağlı idi. Ona binaən hökumət 

buna vaxt verdi. Doğrudur, indi mümkün və lazım olan bir çox şey yoxdur. Lakin nə qədər olsa, allaha şükür 

yaz,  qış  dəmir  yolları  düzəlib  idarə  olunur.  Teleqraf  yox  idi,  bir  kağız  göndərmək  mümkün  deyil  idi.  İndi 

qüvvəmiz  çatan  qədər  işləyib  tamamilə  olmasa  da  çox  yerdə  poçta,  teleqraf  açılmışdır.  İstənilən  yerlərə 

teleqram,  məktub  göndərmək  olar.  Vacib  məsələlərdən  birisi  də  maliyyat  məsələsi  idi  ki,  onsuz  işləmək 

mümkün deyil idi. Hökumət bir zamanda təşkil olundu ki, Batum nümayəndələrinə pul göndərmək lazım olduğu 

halda,  on  min  manat  toplayıb  Tiflisdən  borc  axtarılırdı.  Bu  xüsusda  hökumət  mümkün  qədər  çalışmışdı. 

hökumət üçün para buraxmağa da bir yer yox idi, o zaman heç paytaxtımız da əlimizdə deyil idi, ona görə pul 

kəsilməz idi. Biz məcbur olduq başqaları ilə şərik olaq.  Gürcüstan və Ermənistan ilə şərik olaraq Zaqafqaziya 

(bon)ları buraxdı. Bədə Bakı alındıqdan sonra Bakı bonu buraxıldı. Eyni zamanda hökumət başqa yerlərə adam 

göndərib ki, Azərbaycanın öz pulu kəsilsin. Bu saat işləməyir. İnşallah ən yaxın zamanda o da olacaqdır. 

Möhtərəm  məbuslar!  Əlbəttə  ki,  bu  işlər  az  idi.  Və  öhdəmizə  düşən  vəzifənin  bir  zərrəsidir.  Yalnı  böyük 

zəlalət  bu idi  ki,  hökumətimiz  hədər  olan  kimi  idi.  Bayrağında  hürriyyət  və  əxvət  yazmış  olan  firqələr  Bakını 

əlimizdən almış idi, bizim paytaxtımız buraxılmış idi. Azərbaycanın köksü, paytaxtının sahibi olan müsəlman 

milləti qətli-am edilmiş idilər. Baş bilənlər Dağıstan, İran və Turana dağılmışlar idi. Şəhərdə bir kişi yox idi ki, 

bunları  bir  yerə  toplasın,  bir  iş  görsün,  bəylə  olan  surətdə  bu  məsələdən  başqasına  artıq  əhəmiyyət  vermək 

olurmu  idi?  Türkiyəyə  müraciətimizin  əsil  səbəbi  də  paytaxtımızı  əlimizə  qaytarması  idi.  Bu  barədə  çox 

əziyyətlər  çəkildi,  imdi  şükür  olsun  allaha  məqsədə  çatdıq,  Bakı  əlimizə  keçdi.  Burası  hazırən  xırda  bir  şey 

görülür. Amma o  zəlalət yada  gətirilsə, nə qədər zəhmət çəkdiyimiz anlaşılar. Bəlkə vəzifəmizi lazımınca ifa 

etmədik,  bəlkə  boynumuzda  böyük  günahlar  var.  Amma  o  zəhmətimiz  nəzərə  alınsa  təqsirimiz  bir  az 

yüngülləşər. 

[40 - 41]

 

Doğrudur, möhtərəm əzalar! Şəhər alınarkən nalayiq hərəkətlər olmuşdur. Hökumət bunu gizləmir. Layiq də 



bilmir ki, gizlətsin. Bəlkə bir çoxlarına əziyyət, bəlkə də cəfa olmuşdur. Lakin mümkün idimi, hökumət bunun 

qarşısını  saxlasın.  Zənnimcə  insaf  ilə  baxılsa,  Azərbaycan  deyil,  heç  bir  hökumət  bunun  qabağını  almağı 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə