Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə16/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   12   13   14   15   16   17   18   19   ...   299

22 

 

Sədr — Gələn iclasın vaxtını müəyyən ediniz. 



Məmməd Əmin — O birisi gün saat 12-də. 

Sədr — Etiraz yox isə iclas düşənbə günü, dekabrın onunda saat 12-də təin edilir. 

(İclas saat 5-in yarısında qapanır). 



 

 

Arxiv, f. 895, siy. 1, iş. 1, vər. 5-10.

 [48 - 49]

  



23 

 

 



№ 2 

 

İkinci iclas 

 

10 dekabr 1918-ci  il 

 

İclas Həsən bəy Ağayevin sədarəti və Rəhim bəy Vəkilovun katibliyi ilə açılır. 



Sədr  —  Parlamentin  iclası  açılır.  Ruzinameyi-müzakiratda  olan  məsələlər  bunlardır:  Daxil  olan  işlər, 

deklarasiyalar elami, natiqlərin nitqi. Bir neçə kağız və teleqramlar varid olmuşdur. Lakin hamısını elan etmək 

mümkün deyil. Ancaq bir neçəsini elan etmək istərdim. 

(Dağıstan hökuməti namindən: Yeni hökumətin təşkil etməsi haqqındakı bəyanatı oxuyur). 



Məmmədov Mustafa — Bu teleqramın böyük mənası var. Təvəqqe edirəm ki, məclis buna cavab versin. 

Sədr — Təklif olunur ki, bu kağıza cavab verilsin. Etiraz yox isə qəbul edildir. (Göyçaydan gələn teleqramı 

oxuyur).  Bundan  əlavə  bir  çox  dikər  teleqramlar  gəlmişdir.  Məsələn,  Səlyandan,  Tərtərdən,  Gəncə  rəfahi 

dəstəsindən, Bakı İranlı İttihad və səadət cəmiyyətindən, Suraxanı, Əmirhacıyan, Nügədi, Ağdərə kəndlərindən 

və i. a. Növbədə deklarasiyaların elanidir. Söz "Müsavat" firqəsindən Məmməd Əmin Rəsulzadə əfəndinindir. 



Məmməd  Əmin  —  Bəyannaməmizi  elan  etmədən  əvvəl  müqəddimə  olaraq  bəyan  etmək  istəyirəm  ki, 

keçmiş  hökumətin  fəaliyyəti  haqqında  vaxt  müsaidə  etmədiyindən  firqəmiz  ayrı  bir  zaman  bəyanatda 

bulunacaqdır.  Şimdi,  Türk  ədəmi-mərkəziyyət  "Müsavat"  firqəsi  tərəfindən  tərtib  verilmiş  deklarasiyaya 

keçəlim. (Oxuyur). Möhtərəm məbuslar! Türk ədəmi-mərkəziyyət "Müsavat" firqəsinin Məclisi-Məbusan şöbəsi 

tərəfindən  hüzurunuza  ərz  etməliyəm  ki,  "Müsavat"  firqəsi  bu  vaxta  qədər  gərək  Rusiya  Məclisi-Müəssisan 

seçkilərindən,  gərək  Zaqafqaziya  "Seym"ində  bitərəf  adilə  məruf  olan  müstəqil  cəmaət  xadimləri  ilə  bir 

fraksiyan  təşkil  edərək,  onlar  ilə  birlikdə  hərəkət  etmiş  idik.  Bu  gün  isə  firqə  müstəqil  bir  fraksiyon  şəklində 

hüzurunuzda çıxaraq məruzatda bulunur. 

[49 - 50] 

Möhtərəm məbuslar! Yəqin siz "Müsavat" firqəsinin bu hərəkətində bir tərzi-hərəkət dəyişikliyi görürsünüz. 

Həqqaki  elədir.  Əcəba  böyük  məclis  quran  müxtəlif  firqələrdə  proqram  dəyişikliyi  gorürmüsünüz?..  Bizim 

yaxın  məqsədlərimizdən  biri  olan  Azərbaycan  muxtariyyətini  tələb  edərkən  həm  sağdan,  həm  də  soldan 

hücumlara düçar oluruq. Sağdakılar bir nöqtədən, soldakılar da başqa bir nöqtədən Azərbaycan muxtariyyətini 

inkar  edirlər.  Sağdan  deyirlər  ki  Azərbaycan,  Azərbaycan  deyə—deyə  müsəlmanları  parçalayır,  türklük 

bayrağını qalxızarkən —  nüfuzu  bala  —  İslama  xətər  vurursunuz.  Soldan  daxi iddia  edirdilər  ki,  Azərbaycan 

davası  bizi  inqilabçı  hürriyyətpərvər  Rusiya  demokratiyasından  ayırır,  xan,  bəy  hökuməti  düzəltməyə  səbəb 

olur.  Fəqət,  bu  gün  nə  görürsünüz?  Onlar  da  Azərbaycanı,  Azərbaycan  istiqlalını.  bizim  bu  dünənki 

münqadlarımız bu günnə olanca qüvvətləri ilə bir baxışda, hətta bizdən daha ziyadə bir şiddətlə müdafiə edirlər. 

Biz Azərbaycan muxtariyyəti şüarını ilk dəfə ortaya atan Türk ədəmi-mərkəziyyət "Müsavat" firqəsi bu gün beş 

ilə  yaxın  aləmi-şümul  bir  döyüşdən  sonra  qalib  və  məğlub,  bütün  zehinlərdə  yerləşmişsə  "Cəmiyyəti-əqvam" 

fikrinə  inanmış  idi.  "Müsavat"  firqəsincə  bu  cəmiyyət  milli  dövlətlərin  ittifaqından  ibarət  olmalı,  bu  dövlətlər 

ədəmi-mərkəziyyət və muxtariyyət əsasları üzərinə qurulmalı idi. Bu idrakinə ürəyi ilə inanan firqəmiz Rusiya 

inqilabının ilk aylarında Petroqrad mərkəziyyətinə şiddətlə ərzi kəsən olan sosialist cərəyanların uymadığı kimi, 

əksər  zehinləri  tutan  bir  növ  ruh  xəstəliyi  kimi  şiddətli  surətdə  sirayət  edən  "İlhaqçılıq"  mərkəzində  mübtəla 

olmadı.  Öz-özünə  sadiq  olaraq  həmişə  ədəmi-mərkəziyyətçi  qaldı.  (Mərkəzdən  alqış).  Əvvəla,  ədəmi-

mərkəziyyət,  sonra  muxtariyyət.  Daha  sonra  cərəyana  təbən  istiqlaliyyət  tərəfdarı,  daima  Azərbaycan 

məfkurəsinin  müdafei  olan  firqəmiz  üçün  bu  gün  o  böyük  məqsəd  hasil  olmuşdur.  Çünki  artıq  gərək  sağlar, 

gərəksə  sollar  Azərbaycanı  inkar  deyil,  var  qənaətlərilə  isbat  edirlər.  Çünki,  artıq  Azərbaycan  fikri  üzərinə 

müsəlman  firqələri  arasında  ixtilafi-nəzər  yoxdur.  Çünki,  artıq  cəmatimizin  zehnində  Azərbaycan  istiqlalının 

fikri yer tutmuş, yerləşmişdir. Çünki üç rəngli o məğrur bayraq artıq siyasətən həpimizi birləşdirmişdir. (Alqış). 

[50 - 51]

 

Əvvəlcə, firqə Azərbaycan fikrini yalnız xaricdə deyil, daxildə də isbat etmək məcburiyyətində idi. Bu gün 



isə firqəmiz daxilən isbat olunmuş müstəqil bir Azərbaycanın Məclisi-Məbusanında bulunur. Şimdi firqə felən 

mövcud  olan  Azərbaycan  istiqlalının  hüquqca  möhkəmləşməsi,  xaricdə  müdafiəsi,  daxildə  təşkili  üçün 

çalışmasıdır.  Əgər  bu  vaxta  qədər  "Müsavat"  başlıca  məqsədi  olan  Azərbaycan  fikrinə  maddi  bir  vücud 

qazandırmaq  niyyətilə  sabit  bir  mərkəz  vücuda  gətirmək  üçün  bu  məsələdə  kəndisilə  müttəfiq  bulunan 

bitərəflərlə bir qəlibdə bulunur idisə, şimdi artıq buna ehtiyac yoxdur. Azərbaycan hər kəs üçün müdafiə olunur, 

qüdsi  və  müştərək  bir  sitareyi-ümid  halına  gəldikdən  sonra  təbiidir  ki,  mərkəz  məbusan  təbdil,  proqramlarda 

təbdil etməlidir. Firqə proqramımız ilə tanış olanlar bilirlər ki, biz federalist, türkçü və demokratizm məsləkimiz 

milli-demokrat  məsələsidir.  Demokratlığımız  radikalizm  dərəcəsinə  qədər  vardır.  Millətin  qüvvətli  bir  cəhəti-

camiəsi  yalnız  dində  deyil,  xalqın  "dili  dilimdən,  dini  dinimdən"  deyə  kəndinə  məxsus  sağlam  hiss  ilə  dərk 

eylədiyi  düsturda  gorüriz.  Bu  mülahizə  ilə  biz  məfkurəmizdə  böyük  türk  millətini  bu  gün  gəlibdə  bir  türk 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə