Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə17/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   13   14   15   16   17   18   19   20   ...   299

24 

 

federasiyonu  (mərkəzdən  Alqış)  qurmaqla  bütün  görmək  istəriz.  Bu  ittihadın  mədəniyyəti  bəşəriyyə  sərgisinə 



qiymətdar  bir  hers  (kultur)  bəxş  edəcəyinə  əminiz.  İştə  məqsəd  iqtisadımızın  digər  dərəcəsi  fəqət  bu 

məqsədlərin fövqində ülvi bir məqsədimiz daha vardır ki, o da bütün cahan federasiyonu "Cəmiyyəti əqvam"dan 

ibarətdir. (Alqış). 

Bunun bir müqəddiməsi olmaq üzrə Rusiya inqilabı zamanında yazılan firqə proqramımız, Rusiyada milli və 

məhəlli  muxtariyyətlər  əsası  üzərinə  qurumu,  qoşma  xalq  cümhuriyyəti  üzərində  israr  edir  idi.  Müsaid  bir 

zamanda, mətlub şərtlər altında, təkrar böylə bir ittifat əqd eyləmək bizcə yabançı bir fikir deyildir. Bilxassə ki, 

proqramımız vəchilə muxtariyyətlərini tələb etdiyimiz Türküstan, Qırğızıstan, Başqırdıstan, Volqaboyu və Krım 

türkləri ilə biz bu surətlə təkrar əlaqə və irtibat peyda edə biləriz. Müstəqil Azərbaycan digər müstəqil Rusiya 

millətləri ilə  azadanə  bir  surətdə  bağlaşaraq  qoşma  bir  hökumət  vücuda  gətirə  bilər.  Yalnız  bu  qədər  varki  bu 

ittifaqı azərbaycanlılar deyil, Azərbaycan yapa bilər. Vəziyyəti 

[51 - 52]

 beynəlmilləliyyəmiz aydınlaşınca kəndi 

həqqimizi  kəndimizi  təinə  səlahiyyətdar  olduğumuzu  Rusiya  ilə  bərabər,  bütün  cahan  mədəniyyəti  qəbul 

etməyincə  toplanacaq  sülh  konfransında  diləyimiz  istiqlal  təsdiq  olmayınca  —  bir  kəlmə  —  hürriyyətimiz 

beynəlmiləl  bir  təminat  almayınca,  bittəb  heç  bir  ilhaqdan,  heç  bir  ilhaqdan,  heç  bir  federasiyondan  bəhs 

olunmaz. (Alqış). 

Azərbaycan məsələsi kim nə deyir isə desin, artıq beynəlmiləl bir məsələdir. Müstəqil Azərbaycanın xaricən 

müdafiəsi,  hüququn  təsdiq  edilməsi  yenidən  düzələcək  hökumət  məramnaməsinin  baş  sətrini  təşkil  etməlidir. 

Məclisimiz açıldığı gündə söylənilmiş "BİR DƏFƏ YÜKSƏLƏN BAYRAQ ENDİRİLMƏZ!" sözü dildə deyil 

işdə də görülməlidir. Bu xüsusda ciddi çalışmaq əzmində bulunan hökumət vəziyyətə hakim bulunan müttəfiq 

hökumətlərin  haqqımızda  göstərdikləri  dostanə  təvəccöhdən  son  dərəcədə  istifadə  edə  bilər.  Amerika  rəisi-

cümhuri (Vilson) əsasları: Azərbaycan kimi kiçik məmləkətlərin də böyük məmləkətlər kimi haqq və ixtiyara 

malik  olduqlarını  elan  eyləmişdir.  Amerika  rəisi-cümhurinin  elan  etdiyi  millətlərin  kəndi  müqəddəratını  həll 

etmək ixtiyarına malik oldutları düsturunun hakim olacağını elan etmişlərdir. Buna əlavə olaraq paytaxtımızda 

əmniyyət və asayişi təmin üçün müsafir olaraq gələn müttəfiq ordusu komandan general (Tomson) Qafqaziya 

məsələlərinin sülh məclisində həll olacağını rəğmən bəyan etmişlərdir. Belə müsaidə gah bir əsəri-təvəccəhdən 

istifadə  etmək  və  hər  bir  vasilə  ilə  bütün  cahan  mədəniyyəti  hüzuruna,  bilxassə  dövəli-müttəfiqə  mühafilində 

müstəhəqqi  istiqlal  olduğumuzu  isbat eyləmək  Azərbaycan  hökumətinin  "bismilə" siyasətini  təşkil  eləməlidir. 

Bu  məsələdə  qəvi  bir  əzm  və  sarsılmaz  bir  səbatla  hərəkət  edəcək  hökumət  hər  hanki  firqəyə  mənsub  olursa 

olsun, hər növ müavinət və mühafizəmizə əmin olsun. Müstəqil bir cüzvünü təşkil eylədiyimiz Qafqaziya öylə 

siyasi  bir  vəziyyət  qarşısındadır  ki,  buradakı  cavan  cümhuriyyətlər,  Azərbaycanda  daxil  olduğu  halda  ancaq 

ittifaq və yalnız dostluq rəftar edə bilər. Və belə rəftar edə biləcəkləri gündən etibarən xilas olurlar. Buna görə 

də xarici siyasətimizin "əlhəmdulla"sını Qafqaziya ittifaqı təşkil etməlidir. Siyasətə və iqtisadiyyata 

[52 - 53]

 su 

ilə  havaya  olduğu  kimi  möhtac  bulunduğumuz  bu  ittifaq  xatirinə  aramızda  bütün  ixtilaflı  məsələləri  sülh, 



müsalimət və qarşılıqlı güzəşt və ən sonu hökm vasitəsilə həll etmək tərəfdarıyıq. Hər halda həqiqi və həyatı 

müttəfiqlərimizi  fəda  etməmək  şərtilə  bu  kimi  məsələləri  qansız  həll  edən  hökumət  ən  ziyadə  himayə 

edəcəyimiz  hökumətdir.  (Alqış).  Bizimlə  həmdərd  olan  Gürcüstan,  Ermənistan  dövlətləri  ilə  hüsnü-

münasibətlərimizin könül arzu eylədiyi dərəcədə səmimiyyətləşdirilməsi şərtilə arzu edəriz. (mərkəz və soldan 

alqışlar.) Fəqət, bununla bərabər istərdik ki, Qafqaziya millətlərinin hürriyyət və istiqlalına gələcək zərbəyə hər 

kəsdən ziyadə və həpimizdən əvvəl məruz qalacaq Şimali Qafqaziyalı qardaşlarımızın  müqəddəratı hər zaman 

nəzərimizdən uzaq qalmasın. Biləlim ki, orada "qəlyanaltı" edəcək "bolşevik" burada "nahar" edəcəkdir. Bunu 

qətiyyən unutmamalı, ona görə də tədarük görməlidir. (Alqış). 

Digər dövlətlər ilə dəxi münasibətə kirişmək bilxassə yeni vücuda gəlmiş dövlətlər nəzdində nümayəndələr 

göndərib,  onların  nümayəndələrini  nəzdimizə  cəlb  etmək  xariciyyə  nəzarətimizin  ilk  dərəcədə  görüləcək 

işlərindən olmalıdır. Xaricən sülh və müsalimətlə hərəkət edəcək hökumət, daxilən də hürriyyət, müsavat, ədalət 

və  əmniyyət  təsisinə  cəhd  etməlidir.  Haqqımızı  isbat  etmək,  istihaqqımızı  göstərmək  nöqteyi-nəzərindən  dəxi 

daxili işlərimizi yoluna qoymaq, bütün idarələrimizi tənzim etmək məcburiyyətindəyiz. 

Böyük Rusiya inqilabından qazanılan söz, yazı, vicdan, ictimai ittifaq kimi əhlivətən hürriyyətləri tamamilə 

təhti-təinə alınmalı. Azərbaycan müsalihəkar, hürriyyətpərvər bir hökumət olmalıdır. Əgər bu günə qədər hərb 

və inqilab əhvali fövqüladəsindən naşı bu kimi məqsədlər könül dilədiyi kimi hasil olmuşsa, bunun bir an əvvəl 

qövldən felə gətirilməsinə çalışmalıdır. Eyni səbəbə bu vaxta qədər yalnız müsəlmanlardan təşkil edən heyəti-

vükəla dəxi üzərinə müstəqil müştərək bir hökumət şəklində olmalıdır. Millət məhkumluğu acısını dadmış olan 

Azərbaycan türkü məhkum millət yaratmaz. (Şiddətli alqış). 

Azərbaycan  Cümhuriyyəti  övladını  ögey-doğmaya  ayırmaz:  erməni,  rus,  yəhudi,  gürcü,  nemes,  polyak  və 

sair azlv.tda qalan 

[54 - 55] 

millətlər Azərbaycan vətəndaşı olmaqla bərabərmilli-mədəni muxtariyyətə malik olub 

kəndi ümuri-məzhəbiyyə, milliyə və mədəniyyələrini kəndiləri idarə etməlidirlər. (Mərkəz və soldan alqış). 

Keçmişin  məşum  tərkəsi  olan  erməni-müsəlman  hadisati-ələmiyyəsinə  bir  daha  meydan  verilməmək  üçün 

hökumət hər növ fədakarlığa təhəmmül etməli, burada dağıdıcı ədavətin izaləsinə səy etməlidir. Bu xüsusda qəti 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə