Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə2/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   2   3   4   5   6   7   8   9   ...   299

 

 



 

MÜQƏDDİMƏ 

 

Şərqdə  ilk  demokratik  dövlət  quruluşu  olan  Azərbaycan  Xalq  Cümhuriyyətinin  xalqımız  qarşısındakı  ən 



böyük xidməti ondadır ki, o özünün qısa müddətli (çəmi 23 ay) fəaliyyəti dövründə xalqımızın istiqlaliyyətini 

elan etmiş, xalqın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu 

əyani şəkildə sübuta yetirmişdi. 

"Azərbaycan  Xalq  Cümhuriyyətinin  80  illiyinin  keçirilməsi  haqqında"  Azərbaycan  Respublikası  Prezidenti 

Heydər  Əliyevin  1998-ci  il  30  yanvar  tarixli  sərəncamında  deyilir:  "Azərbaycan  Xalq  Cümhuriyyəti  ölkənin 

daxilində və xaricində yaranmış kərkin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət gostərmişdir. Bu dövlətin 

qısa bir müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Milliyyətindən, siyasi və 

dini  mənsubiyyətindən,  cinsindən  asılı  olmayaraq  bütün  vətəndaşlara  bərabər  hüquqlar  verilməsi,  dövlət 

sərhədlərinin  müəyyən  olunması,  Azərbaycan  dövlətçiliyi  atributlarının  qəbul  edilməsi,  ana  dilinin  dövlət  dili 

elan  olunması  Azərbaycanın  gələcək  müstəqilliyi  üçün  möhkəm  zəmin  yaratmışdır.  Demokratik  dövlət 

quruculuğu,  iqtisadiyyat,  mədəniyyət,  təhsil,  hərbi  quruculuq  sahəsində  atılmış  addımlar  Azərbaycan  Xalq 

Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlərdi". 

Azərbaycan  Xalq  Cümhuriyyəti  və  onun  parlamenti  çox  çətin  və  mürəkkəb  bir  tarixi  dövrdə  meydana 

gəlmişdi.  Rusiyada  1917-ci  ilin  fevralında  baş  vermiş  inqilab  nəticəsində  əsrlərlə  ömür  sürmüş  mütləqiyyət 

quruluşu  devrilir.  Zaqafqaziyada  Dövlət  dumasına  seçilmiş  deputatlardan  ibarət  Zaqafqaziyanın  idarəsi  üzrə 

xüsusi  komitə,  noyabrda  isə  Zaqafqaziya  Komissariatı  yaradılır.  Zaqafqaziyadan  Rusiyanın  Müəssislər 

Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən 

[5 - 6] 


sonra onda iştirak edə bilməyən nümayəndələr 

1918-ci il fevralın 14-də Tiflisdə toplaşırlar və Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini 

yaradırlar.  Azərbaycan  nümayəndələrinin  təkidilə  Zaqafqaziya  Seymi  aprelin  9-da  Zaqafqaziya 

Cümhuriyyətinin  yaranması  daxili  və  xarici  siyasət  sahəsində  heç  bir  əsaslı  Yenilik  həyata  keçirə  bilmir. 

Seymdə  iştirak  edən  və  müxtəlif  millətlərdən  olan  nümayəndələr  arasındakı  daxili  ziddiyyətlər  və  xarici 

oriyentasiya məsələlərindəki əskiliklər onların ümumi dil tapmasına imkan vermirdi. 

Zaqafqaziya  Seymində  və  hökumətində  fəaliyyət  göstərən  hər  üç  millətin  nümayəndələrindən  hər  biri  öz 

millətinin mənafeyini ümumzaqafqaziya mənafeyindən üstün tuturdu. Onların ümumi platforması yox idi. 1918-

ci  il  may  ayının  25-də  Zaqafqaziya  Seyminin  son  iclası  keçirilir.  Gürcüstan  Zaqafqaziya  Seymindən  çıxaraq 

may ayının 26-da öz istiqlaliyyətini elan edir. 

Gürcüstanın ardınca Ermənistan da öz istiqlaliyyətini elan etməyə hazırlaşır. Belə bir şəraitdə Zaqafqaziya 

Seyminin  müsəlman  fraksiyası  da  hərtərəfli  müzakirədən  sonra  belə  bir  qərara  gəlir  ki,  "Əgər  Gürcüstan  öz 

istiqlaliyyətini elan edərsə, onda bizim tərəfimizdən də Azərbaycanın istiqlaliyyəti elan olunmalıdır". 

Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk 

Azərbaycan  hökuməti  yaratmaq  üçün  Seymin  bütün  müsəlman  nümayəndələri  Tiflisdə  toplanır.  Hərtərəfli 

müzakirədən sonra onlar belə ağır bir zamanda Azərbaycanın idarə olunmasını öz üzərilərinə götürmək qərarına 

gələrək özlərini Azərbaycanın Milli Şurası elan edirlər. 

Bu  iclasda  Milli  Şuranın  rəyasət  heyəti  seçilir.  Rəyasət  heyətinə  "Müsavat"  partiyası  və  partiyasızların 

demokratik  qrupu  tərəfindən  M. Hacınski,  N. Yusifbəyov,  X. Xasməmmədov,  M. Y. Cəfərov,  müsəlman 

sosialist  partiyalarından  X. .Məlik  Aslanov,  C. Hacınski,  sosial-demokrat  (menşevik)  "Hümmət"  qrupundan 

Ə. Şeyxülislamov,  Rusiya  müsəlmanlarının  "İttihad"  partiyasından  isə  doktor  X. Sultanov  daxil  olur.  Gizli 

səsvermə yolu ilə M. Ə. Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir. 

[6 - 7]

 

May  ayının  28-də  keçmiş  Qafqaz  canişinin  iqamətgahında  doktor  Həsən  bəy  Ağayevin  sədrliyi  ilə 



Azərbaycan  Milli  Şurasının  iclası  keçirilir.  Uzun  və  hərtərəfli  müzakirədən  sonra  Milli  Şura  çox  böyük  ruh 

yüksəkliyi ilə, ayaq üstə və sevinc yaşları içərisində Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul 

edir. Bəyannamədə deyilirdi: 

"Böyük Rusiya inqilabının cərəyanı ilə dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqaziyanın rus 

orduları  tərəfindən  tərkinə  mövcud  bir  vəziyyəti-siyasiyə  hasil  oldu.  Kəndi  qəvayi-məxsusələrinə  tərk  olunan 

Zaqafqaziya  millətləri  müqəddəratlarının  idarəsini  bizzat  kəndi  əllərinə  alaraq  Zaqafqaziya  Qoşma  Xalq 

Cümhuriyyətini təsis etdilər. Vəqayi-siyasiyənin inkişaf etməsi üzərinə gürcü milləti Zaqafqaziya Qoşma Xalq 

Cümhuriyyəti cüzindən çıxıb öz müstəqil Gürcü Xalq Cümhuriyyəti təsislini səlah gördü. 

Rusiya  ilə  osmanlı  imperatorluğu  arasında  zühur  edən  müharibənin  təsviyəsi  üzündən  hasil  olan  vəziyyət 

hazireyi-siyasiyyə  və  məmləkət  daxilində  bulunan  misilsiz  anarxiya  Cənubi-Şərqi  Zaqafqaziyadan  ibarət 




 

bulunan  Azərbaycana,  dəxi  bulunduğu  daxili  və  xarici  müşkülatdan  çıxmaq  üçün  xüsusi  bir  dövlət  təşkilatı 



qurmaq lüzumunu təlqin ediyor. 

Buna  binaən  arai-ümumiyyə  ilə  intixab  olunan  Azərbaycan  Şura  milliyeyi-islamiyyəsi  bütün  cəmaətə  elan 

ediyor ki: 

1.Bu  gündən  etibarən  Azərbaycan  xəlqi  hakimiyyət  həqqinə  malik  olduğu,  Cənubi-Şərqi  Zaqafqaziyadan 

ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir. 

2.Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cümhuriyyəti olaraq təqərrür ediyor. 

3.Azərbaycan  Xalq  Cümhuriyyəti  bütün  millətlər  və  bilxassə  həmcüvar  olduğu  millət  və  dövlətlərlə 

münasibəti-Həsənə təsisinə əzm edər. 

4.Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrəvində yaşayan 

bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin elər. 

5.Azərbaycan  Xalq  Cümhuriyyəti  ərazisi  daxilində  yaşayan  bilcümlə  millətlərə  sərbəstanə  inkişafları  üçün 

geniş meydan buraxır. 

[7 - 8]

 

6.Məclisi-müəssisan  toplanıncaya  qədər  Azərbaycan  idarəsinin  başında  arai-ümumiyyə  ilə  intixab  olunmuş 



Şurai-Milli və Şurai-Milliyə qarşı məsul hökuməti-müvəqqəti durur"

1



Sonra Milli Şura bitərəf Fətəli xan Xoyski başda ol-maqla Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumətini 

təşkil edir. 

Azərbaycan  Milli  Şurasının  və  hökumətinin  yaranmasını,  onların  məqsəd  və  vəzifələrini  izah  etmək 

məqsədilə Zaqafqaziyanın azərbaycanlılar yaşayan şəhər və qəzalarına nümayəndələr göndərmək qərara alınır. 

N. Yusifbəyov, Ş. Rüstəmbəyov və doktor X. Sultanovdan ibarət ilk nümayəndə heyəti Gəncəyə göndərilir. 

Azərbaycan  Xalq  Cümhuriyyəti  Azərbaycan  üçün  çox  mürəkkəb  bir  tarixi  şəraitdə  fəaliyyətə  başlayır.  Bu 

vaxt Bakıda S. Şaumyan başda olmaqla Azərbaycana qarşı düşmənçilik mövqei tutan Bakı Xalq Komissarları 

Soveti  fəaliyyət  göstərirdi.  S. Şaumyanın  rəhbərliyi  ilə  1918-ci  ilin  martında  Bakı-da,  Şamaxıda,  Qubada 

törədilən azərbaycanlı qırğınlarından sonra Bakı kommunası azərbaycanlı əhali arasında öz nüfuzunu tamamilə 

itirmişdi.  Onların  hakimiyyəti  Bakıdan  kənara  çıxa  bilməmişdi.  Azərbaycanın  qəzalarında  isə  tam 

hakimiyyətsizlikdi  və  hərc-mərclik  hökm  sürürdü.  Öz  təsir  dairəsini  bütün  Azərbaycan  ərazisində  yaymaq 

məqsədi  ilə  1918-ci  il  iyunun  16-da  Azərbaycan  Milli  Şurası  və  hökuməti  Tiflisdən  Gəncəyə  keçir.  Bu  vaxt 

Gəncədə  real  hakimiyyət  hələ  may  ayının  axırlarında  300  nəfərlik  hərbi  təlimatçılarla  Gəncəyə  gəlmiş 

Türkiyənin Qafqaz ordusunun baş komandanı Nuru Paşanın  əlində idi. O, tezliklə Gəncədə hərc-mərcliyə son 

qoymuş, şəhərdə ciddi qayda-qanun yarada bilmişdi. Azərbaycan Milli Şurası və hökumətinin həyata keçirməyə 

çalışdıqları  tədbirlərin  "həddindən  artıq  demokratik  istiqamətindən"  narazı  qalan  Azərbaycan  burjuaziyası  və 

mülkədarlarının müəyyən dairələrinin təsiri ilə Gəncədə real hakimiyyətə malik olan Nuru paşa buraya gəlmiş 

Azərbaycan Milli Şurası və hökumətini şübhə ilə qarşılayır. Hətta o, milli şura və hökumətin rəhbərlərini qəbul 

etməkdən belə imtina edir. Nəticədə Azərbaycanın müstəqilliyi məsələsi böyük  təhlükə qarşısında qalır. Uzun 

danışıqlardan  sonra  Nuru  paşanın  müşaviri  və  onun  yanında  böyük  nüfuz  sahibi  olan  Əhməd  bəy  Ağayev 

qarşılıqlı güzəştlər əsasında ümumi razılığa gəlməyi təklif edir. Bu təklifə görə Milli Şura buraxılmalı və bütün 

hakimiyyət yeni yaradılacaq hökumətə həvalə olunmalı idi. Bu məsələlərin müzakirəsi üçün 1918-ci il iyunun 

17-də  keçmiş  şəhər  idarəsinin  binasında  M. Ə. Rəsulzadənin  sədrliyi  ilə  Milli  Şuranın  növbəti  yeddinci  iclası 

keçirilir. 

Həmin  iclasda  Azərbaycan  Milli  Şurasının  buraxılması,  bütün  qanunverici  və  icraedici  hakimiyyətin 

Azərbaycan müvəqqəti hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul edilir. 

Milli  Şuranın  buraxılması  haqqındakı  birinci  sənəddə  göstərilirdi  ki,  həm  daxili  və  həm  də  xarici  siyasət 

sahəsində  Azərbaycanda  yaranmış  ağır  vəziyyəti  nəzərə  alaraq  Azərbaycan  Milli  Şurası  bütün  hakimiyyəti 

F. X. Xoyskinin sədrliyi ilə yaradılmış hökumətə həvalə edir və ona tapşırır ki, öz hakimiyyətini qısa müddətdə 

çağırılacaq Müəssislər Məclisindən başqa heç kimə güzəştə getməsin.

Müvəqqəti  hökumətin  hüquq  və  səlahiyyətlərinə  aid  ikinci  sənəddə  isə  qeyd  olunurdu  ki,  Azərbaycan 



hökuməti Azərbaycanın dövlət istiqlaliyyətini və mövcud siyasi azadlıqları ləğv edə bilməz, aqrar və digər bu 

kimi  mühüm  inqilabi  əhəmiyyətli  qanunların  dəyişdirilməsinə  hökumətə  səlahiyyət  verilmir.  Azərbaycan 

hökuməti  altı  aydan  gec  olmayaraq  Müəssislər  Məclisi  çağırmalıdır.  Qalan  məsələlərdə  hökumətə  bütün 

hüquqlardan istifadə üçün səlahiyyət verilir.

İclasda  çıxış  edən  F. X. Xoyski  bildirir  ki,  onun  yaratdığı  yeni  hökumətin  başlıca  vəzifəsi  Azərbaycana 



azadlığı  və  istiqlaliyyəti  uğrunda  mübarizə  olacaqdır.  F. X. Xoyski  hökuməti  Gəncədə  çox  çətin  bir  şəraitdə 

fəaliyyətə başladı. Yaranmış mürəkkəb şəraitdə hökumətin ilk tədbiri iyunun 19-da 

[9 - 10]

 bütün Azərbaycanda 

                                                 

1

 



ARDA: f.894, siy,10, iş 192, vər.1. 

2

 Azərbayçan Cumhuriyyəti hökumətinin qanun və binagüzarlıqları məcmuəsi, 1919, № 1, səh.9. 

1

 Yenə orada səh.8-9. 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə