Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə22/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   18   19   20   21   22   23   24   25   ...   299

30 

 

inqilabın fütuhatından olan cümlə hürriyyətləri ifadə edilməsini tələb edəriz. Mart və sentyabr hadisatını istintaq 



etmək  üçün  xüsusi  bir  parlament  istintaq  komisyonunun  seçilməsini  və  qeyri  siyasi  firqələr  ilə  bu  yolda 

işlənməsini lazım biliriz. 

Qəvi bir hökumət olmasını arzu edəriz. 

Fəqət,  biz  bunu  inqilabdan  əvvəl  mövcud  olan  müəssisələrin  yenidən  qurulması  ilə,  köhnə  adları  dirildib, 

köhnə  formaları  ifadə  etməkdə  görmürük.  Köhnə  idarə  bütün  boşluğumuzu  göstərdi.  Onun  dalınca  qaçmaq 

həyati anlamamaqdır. (Alqış). Biz idarələrin cəmaətə yaxın olmasını, cəmaətə etimad etmiş istəriz. 

İdarələrdə bulunan bir çox yaramaz üzvlərin kənar edilməsini və sağlam bir idarə qurulmasını tələb ediriz. 

(Alqış). Bu axır illərin bütün ağırlığı ən ziyadə fəhlə və kəndlilə-rin boynuna düşmüşdür. Bunların halı pək ağır 

və  pərişandır. 

[67  -  68] 

Buna  görə  də  bu  siniflərə  yardım  etmək  gələcək  hökumətin  borcudur.  Bütün 

Azərbaycanda  8  saatlıq  iş  müddəti  qəbul  olunmalıdır.  Şimdiyə  qədər  inqilab  əsasında  fəhlələr  ilə  yapılan 

müşahidələr  kəndi  qüvvətini  saxlamalı  və  fəhlə  məssisələri  və  təşkilatları  yapmaq  üçün  heç  bir  müavinət 

olmamalı və qeyri-maddi yardımlarda bulunmalıdır. 

Torpaq  qanunu  daha  Zaqafqaz  "Seym"ində  bütün  müsəlman  fraksiyalarının  iştirakı  ilə  qəbul  edilmiş, 

şimdiyə  qədər  hökumət  onu  tətbiq  etməmişdir.  Biz  təklif  ediriz  ki,  torpaq  komitələri  təşkil  olunsun  və  qəbul 

olunmuş torpaq qanunu tətbiq olunmaya başlansın. 

Cəmaət  təşkilatlarının  artması  üçün  bütün  qüvvətimizi  sərf  etməliyiz  və  bunun  üçün  köhnə  qəbul  olunmuş 

"Zemstvo"  qanunu  tezlik  ilə  tətbiq  etməli  və  zemstvo  təşkilatlarının  tezliklə  vücuda  gəlməsinə  çalışmalıdır. 

Mövcud olan hökumət müəssisələri pək çox, pək böyük və pək də ağırdır. Bu müəssisələrin bəzilərini qaldırmaq 

və  çoxlarının  imtiyazlarını  azaltmaq  lazımdır.  Cəmaət  bu  ağır  və  bahalı  idarələrə  tab  gətirə  bilməz.  İdarələri 

yüngülləşdirmək və ucuzlaşdırmaq lazımdır. 

Maliyyə  işlərimiz  pək  qarışıq  və  dolaşıqdır.  Gələcək  hökumət  bu  işləri  düzəltmək  və  sistemə  qoymaq 

məcburiyyətindədir.  Daxildə  ticarəti  canlandırmaq  üçün  iqtisadi  müşahidələr  yapmalı  və  hüdudlarımızı 

açmalıyız.  Müdafiə  edəcəyimiz  məsələlərdən  biri  də  qadınlarımızın  haqq  və  səlahiyyəti  kişilər  ilə  bərabər 

olmaqdır. (Alqış). Bizim qənaətimiz budur ki, iştə bu əsasların qəbul və tətbiqi cumhuriyyətimizi ağır günlərdə 

aydınlığa çıxarar. Bu yolda Azərbaycanın zəhmətkeş kəndi və fəhlələrinin bizə yardımçı olacaqlarına inanırız. 

Yaşasın Azərbaycan Demokratik Cümhuriyyəti! 

Yaşasın Qafqaz millətlərinin dostluğu! 

Yaşasın cəmiyyəti-əqvam!  

Yaşasın sosializm! 

(Şiddətli, sürəkli alqışlar). 



Sədr — Söz "İttihad" firqəsi tərəfindən Qara bəy Qarabəyov əfəndinindir. 

Qara  bəy  —  Azərbaycanın  müxtəlif  kuşələrindən  təşrif  gətirmiş  olan  cəmaət  nümayəndələrini  təbrik 

etməklə  bərabər 

[68  -  69]

  "İttihad"  firqəsi  hakimiyyəti-milliyyə  ideyasının  (yəni  millətin  öz  üzərinə  hakim 

olmaq üsulunun) qismən isə vücudə gəldiyi üçün bəyani məmnuniyyət edər. Zira zənciri-əsarət altında yaşayan 

müsəlman millətinin hüququnun müdafiəsi çün ixtiyar etdiyi mübarizədə firqə daima bu məqsədi tətbiq etmiş 

idi.  Lakin  şəraiti  siyasiyyə  hazırda  da  nəşət  edən  müşkülat  qarşısında  şu  parlamentin  surəti-təşkilini  firqə 

idealına tamamilə təcəssüm edəməz. Məəmafiyə üzərində Azərbaycan bayrağı tümuc edən və əsas etibarilə hər 

bir  müsəlman  üçün  müqəddəs  ədd  edilməsi  lazım  gələn  bir  müəssisədə  bizlər  firqə  və  sinif  mənfəətinin 

müdafiəsi  üçün  deyil,  milləti  təşkil  etmək  üçün  toplanmışız.  Onun  üçün  də  ən  qərib  bir  zamanda  burada 

demokratik  üsul  ilə  intixab  edilmiş  əsl  Məclisi-Müəssisan  üzvlərinin  ərseye  vücud  etmələrini  mütalib  və 

məqasidimizin  müqəddəsi  kimi  tələqqi  edəriz.  Bu  arzumuz  vücud  bulduqca  və  Azərbaycan  millətinin  təkmil 

hüququ  kəndinə  təslim  edilməyincə  bu  ideyanın  vücudi-nazir  olması  yolunda  möhtərəm  Rusiya 

demokratiyasının  əlilə  qazanılmış  və  bizə  ehsan  edilmiş  qənimətləri,  vətən  düşmənlərilə  etdikləri  müharibədə 

müsəlmanların özlərinin tökdükləri qanlar müqabilində əldə etmiş olduqları həqqi firqə bütün qüvvətilə müdafiə 

və  mühafizə edəcəyini bəyan edir. O haq isə Azərbaycanın istiqlalıdır. Yəni başımızın üstündə əməvvüc edən 

günə,  gün  rəngli  milli  sancağımızdır.  İştə  bunları  firqə  təhti-təsərrüfinə  olan  bütün  vəsait  qüvvətilə  hər  dürlü 

tərizdən  üstün  tutmağa  əzm  etdiyini  ələnən  iqrar  edir.  Firqənin  zənnimcə  Azərbaycan  millətinin  bu  haqqına 

demokratik ünvani və qəlbin daşıyan heç bir fərd etiraz edəməz. (Sağdan alqış). Məgər ki, batində onun ruhi 

səltənəti mutləqə (velikoderjavi)yə mərəzilə məlul olmasın və bir milləti digər millətin təhkimi altında yaşatmaq 

meyli  mənhüsəsinə  qapılmış  olmasın.  (Sağdan  alqış).  Bu  yollu  ictihadında  firqə  demokranın  yalnız  rəğbəti 

deyil,  hətta  ciddi  müavinətinə  ümid  ediyor.  Fəqət  ümum  demokratiya  deyil  yalnız  bunların  o  qisminə  etimad 

edir. Hanki ki, millətlərin kəndi-kəndlilərinə hakim olmaları xüsusunda namuskaranə və səmimanə hərəkət edir 

və müsəlman əksərinin haqqını inkar və ləğv edərək, onun səadət və istiqlalını öz 

[69 - 70] 

qövminin ən cüzi bir 

mənfəətinə qurban etmək əməlini bəsləmir. 

Ayaqlar  altında  əzilən  millətlərin  xilası  naminə  vaqe olmuş  milyonlarca  qurbanlara,  milyardlar ilə  paralara 

mal olan və Amerikanın böyük övladı (Vilson)un 14 maddəsini meydani-tədavülə çıxaran bu çahan müharibəsi 

nəticəsində  ümum  mədəni  millətlərə  nəsib  olan  həqlərdən  müsəlman  millətini  məhrum  qılmaq  niyyətini 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə