Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə283/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   279   280   281   282   283   284   285   286   ...   299

397 

 

dövlətlilərdən əsgər alınmır və əsgərlikdən boyun qaçırmaq üçün katiblik və qeyri işlərə gedirlər, hökumət də 



onları  qəbul  edir.  Bunlar  həqiqətdir.  Buna  görə  parlaman  ancaq  böylə  işlərin  qabağını  alması  üçün  tədbirlər 

görməyi arzusu edə bilər. Qaldı ki, qanun haqqında olan etirazlara, etiraz deyil demək ki, əsgərlik üsulu əsasən 

hər  kəsə  qəbul  edilir,  deməyirlər  ki,  bir  əsası  pozubsa  krasnı  qvardiya  istəyirik.  Mübahisə  əsgərlik  müddəti 

üstündədir;  bir  sənə  də,  bir  ay  da  istəyən  var.  Necə  ki  Məmməd  Əmin  cənabları  buyurdu,  bizə  bilikli  əsgər 

lazımdır. Əsgərlik xidmətinin müddəti bir və ya iki sənə olması haqqında əhli xibrədən soruşsanız daha da ey 

olur.  Əgər  bir  müstəbid  hökumət  ya  ikinci  Nikolay  zamanı  olsa  idi  bu  etirazlar  ola  bilərdi.  Burası 

cümhuriyyətdir.  Bizim  əsgərlərimizin  xidmət  müddətləri  artırılmasından  murad  firqələr  ilə  mübarizə  etmək 

deyil, firqələr dəstə düzəldib bir-birinə hücum etməyəcəklər. Burada fənni və elmi mübahisə vardır ki, əsgərlik 

müddəti bir sənə olma mümkündürmü ya yox, buna da biz mütəxəssis deyilik. Mənim və sizin də bu xüsusda 

heç bir fəna fikrimiz yoxdur. Bunu hökumət təklif edir, o hökuməti də haman "müsavat", "İttihad" və qeyri firqə 

inanıb bu məclisdə intixab ediblər. O cəhətdən hərbiyə nəzarəti müddəti əsgəriyyəni 2 sənəlik də təklif etməklə 

bərabər, deyir ki, bu müddətdən az olar isə mən sizə istədiyiniz əsgəri hazır edib verə bilmərəm. Onlar demirlər 

ki, biz istibdadı əsgər hazır edirik, deyirlər ki, tərbiyəli əsgər hazır etmək üçün əqəllən 2 sənə lazımdır, çünki 

milləti  və  müharibələrdə  müdafiə  etmək  istəyənlər  həbsi  tərbiyədən  asılıdır.  Tərbiyəsizlər  və  başı  pozuqlar 

əsgərlik yapamazlar. Əsgərlik tüfəngi alıb atmaq deyil, buna bir tərbiyə lazımdır ki, bu da bizlərdən artıq bilikli 

mütəxəssislərin sözüdür. Müharibədə yalnız tüfəng alıb qoşmaq olmaz, 

[908 - 909]

 başı pozuqlar qalib gəlsələr 

qabaq  kəndi  məğlub  olduqda  geri  qayıdıb  öz  yuvalarını  dağıdırlar.  Buna  tərbiyəli  əsgər  lazımdır.  Bu  xüsusda 

uzun-uzadı  məlumat  vermək  istəmirəm,  çünki  əsgərlik  "Puşeçni  myao  olmayıb,  doktorluq,  yuristlik  və  qeyri 

elmlərdən  daha  geniş  və  daha  mükəmməl  elmdir  ki, o  xüsusda  nə  qədər  məlumat  versək  yenə  də azdır.  Onun 

üçün buradakı etiraz və mübahisələrin hamısı böylə bir şey üzrədir ki, o barədə  rəyimizi söyləmək üzərimizə 

böyük vəzifə götürməkdir. Hərbiyyə nəzarətimiz bu kimi işlərdə daha təcrübəkar, daha mahirdir. O böylə təklif 

etmişdir.  Madam  ki,  üsul  qəbul  edilir.  Bu  üsulun  əleyhinə  danışmaq  başqadır.  Bizim  firqələrin  həpsinin 

proqramında  vardır  ki,  əsgər  deyil  milisiya  saxlamaq  lazımdır.  Bəlkə  vaxtı  gələr,  hamı  hunun  tərəfdarı 

olacaqdır.  Tək  sosyalistlər  deyil  hamı  firqələr  deyir.  Nə  lazımdır  yüz  min  əsgər  saxlayıb  cəmaət  pulunu 

xərcləyək.  Bu  bizim  məsləkimizdir  və  məsləkimiz  də  doğrudur.  Fəqət  biz  bilirik  ki,  hal-hazırda,  hər  tərəfdən 

atəş  içərisindəyik.  Sosialistlərin  ən  yaxşı  fikirdə  olanlarının  dedikləri  budur  ki,  bizim  tək  canımızı  deyil 

hüququmuzu müdafiə edəcək yaxşı qüvvəmiz olmazsa, tamamilə məcbur olarıq. Denikinə baş əyək. Denikin tək 

deyildir.  Atəş  ətraf  almış. Kor  da  olsaq  bunu  görürük.  Hazırlayacağımız  qüvvə  gərək  eylə  bir qüvvə  olsun  ki, 

düşmən  qarşısına  getdikdə  özünü  baha  satsın.  Nahaq  yerə  özünü  ölümə  verməsin.  Bu  nöqteyi-nəzərdən 

komisyon  bu  qanunun  təmamilə  qəbulunu  təklif  edir.  Bu  bir  təcili  məsələdir.  Buna  etiraz  etmək  açıq  qapını 

zorlamaqdır.  Hərbiyə  nəzarətinin  bu  qanununa  inanıram  və  bu  inanmaq  elmə  inanmaq  kimidir.  Bunun  üçün 

əsgərlik müddətinin iki sənə olmasının təsdiq olunmasını təklif edirəm. 



Sədr  -  Layihənin  əsasları  üzərində  müzakirə  bitdiyindən  maddə-maddə  müzakirəsini  səsə  qoyuram.  Buna 

etiraz yoxdur. Etiraz olmadığından layihənin maddə-maddə ikinci qiraəti qəbul edilir. Qara bəy, oxuyunuz! 



Qarabəyli - Layihəni oxuyur. 

Sədr - Bu maddəyə etiraz yoxdur? 

Əbilov (yerindən) - Bizim təklifimiz var. 

Sədr (Qara bəyə) - Maddənin qeydlərini oxuyunuz. 

Qarabəyli - Maddənin qeydlərini oxuyur. 

[909 - 910]

 

Sədr  - Sırada natiq olmadığından o maddə ki, ona təklif olunubdur, təklif ilə səsə qoyacağam. Çünki təklif 

komisyon məruzəçisi tərəfindən qəbul edilir. Buna görə əvvəlcə təklifi səsə qoyacağam. Sonra maddəyi təklifin 

məzmunu  belədir:  "Təklif  olunur  ki,  müddəti  əksəriyyətin  müddəti  bir  ilə  qərar  verilsin".  Bu  təklifi  səsə 

qoyuram. Kim bu təklifin lehinədir, rica edirəm əlini qaldırsın. (Əllər qalxır). Sayınız! Kim əleyhinədir? (Əllər 

qalxır). Muxtar Əfəndizadə, Rica edirəm, getməyib əyləşəsiniz. Rica edirəm, səsə qoyulan zaman getməyəsiniz, 

səsinizi  verəsiniz,  gediniz,  çağırınız!  (Səslər  "O,  əleyhinədir!").  Səs  verməyənlər?  (Əllər  qalxır).  Lehinə-13, 

əleyhinə-30,  səs  verməyən  bir.  Əksəriyyət  rəylə  təklif  qəbul  edilmir.  Maddəni  səs  qoyuram.  Kim  maddənin 

tərəfdarırsa, rica edirəm əlini qaldırsın. (Əllər qalxır). Əleyhinə kimdir? (Əllər qalxır). Kim səs verməyib? (Əllər 

qalxır). Lehinə 26, əleyhinə-13, səs verməyən-bir əksəriyyət rəylə maddə komisyonun qərarı üzrə təklif edilən 

maddə qəbul edilir. Layihənin üçüncü qiraətini tənəffüsdən sonra səsə qoyacağam. Şimdilik 5 dəqiqə tənəffüs 

elan olunur. 

 

Tənəffüsdən sonra. Saat 1-15 dəqiqədə 



 

Sədr  -  İclas  davam  edir.  Layihənin  üçüncü  qiraətinə  keçmədən  qabaq  tənəffüs  əsnasında  seçilməsi  imkan 

olmadığından rica edirəm, fraksiyalardan sabah yox, birisi  günə kimi iclasda bu məsələni həll edəsiniz. Sonra 

əsnayi-tənəffüsdə böylə bir təklif də varid olmuşdur. Bu da tətil haqqında parlamanın verdiyi qərarının təkrar 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   279   280   281   282   283   284   285   286   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə