Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə284/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   280   281   282   283   284   285   286   287   ...   299

398 

 

müzakirə  edilməsi  təklif  edilir.  Təklifin  müzakirə  edilməsinə  etiraz  yoxmu?  Əgər  yoxdursa  qəbul  olunur.  İki 



adama söz verəcəyəm, biri əleyhinə; digəri lehinə. Etiraz yox qəbul edilir. Kim lehinə danışmaq istər. 

Qara bəy (yerindən) - Lehinə mən danışmaq istəyirəm. 

Sədr - Qara bəy Qarabəyli 

Qarabəyli - Kim iclasda qərar qoymuşdur ki, avqustun beşindən sentyabrın birinədək parlaman tətil edilsin. 

Fəqət bizcə bu tətil vaxtsızdır. Bir çox məsələlər var, layihələr var qurtarmayıb. Bir də iki iclas qalıbdır. Bundan 

mayədə siyasi əhval qarışıqdır. Böylə zamanda parlamanın vücudu lazımdır. Lənkəran və başqa məsələlər vardır 

ki,  mənfi  vaqiələr 

[910  -  911]

  gözləmək  olar.  Bu  zamanlarda  parlaman  meydanda  olmalıdır.  Keçən  dəfə  bu 

hallar  yox  idi.  Mən  və  bizim  firqəmiz  tətil  tərəfdarı  idik.  İndi  bu  halları  nəzərə  alıb  da  parlamanın  keçən 

qərarının ləğv edilməsini təklif edirəm. Ola bilər ki, öylə məsələlər olsun ki, hökumət aciz olsun, parlamandaki 

millət nümayəndələri burada olmalıdır. Ona görə tətili təxirə salmalıyıq, baxalım işlər nə tövr olur. Lazım olarsa 

tətil edərik. 



Sədr - Təklif əleyhinə kim danışmaq istərdi. 

Təklifi  səsə  qoyuram.  Təklifi  başa  düşdüz:  tətil  haqqında  olan  qərar  ləğv  olunsun.  Kim  qəbul  edirsə  rica 

edirəm əlini qaldırsın. Kim əleyhinədir? Səs verməyən? Lehinə 29, əleyhinə 11, səs verməyən 7. Əksəriyyət rəy 

ilə  tətil  ləğv  edilir.  Parlamanın  qərarı  mövcibincə  iclas  günləri  dəyişmişdi.  (Səslər:  Şimdi  köhnə  qayda  üzrə 

olmalıdır). Demək köhnə qayda üzrə, bazar ertəsi və pəncişənbə günləri, fəqət saat 10-da iclas açılmalıdır. 

Səslər - Bazar və pəncişənbə günü. 

Sədr  - Xayir, bazar ertəsi və pəncişənbə günləri, saat 10-da iclas açılmalıdır. Və bir də, rica edirəm və çox 

təvəqqi  edirəm  ki,  mən  çox  yorulmuşam  və  bacara  da  bilmirəm.  Gələn  iclas  ikinci  müavin  məsələsini  həll 

edəsiniz. 

Rəfibəyov (yerindən) - Baş üstə. 

Sədr Layiheyi-qanuniyyənin üçüncü qiraətidir. 

Rəfibəyov - Oxuyur. 

Sədr - Maddənin bu təğyiri xüsusda danışan yoxdurmu? Etiraz yoxdursa, maddənin 3-cü qiraəti qəbul edilir. 

Layiheyi-qanuniyyəni tamamilə səsə qoyuram, buna etiraz yoxmu? Layiheyi-qanuniyyə tamamilə qəbul edilir. 



Mehdi  bəy  Hacınski  -  Köhnə  qanuna  görə  banklardan  borc alanların  mümkünləri  olmayırdı  ki,  nəqliyyən 

pul  versinlər.  Və  məcbur  olurdular  ki,  əmvali-mənqulə  və  qeyri  mənqulə  verib  rəhn  qoysunlar.  Bu  qanuni 

müvəqqəti  Rusiya  hökuməti  dəyişdirmişdi.  Haman  dəyişilmiş  qanunun  da  bizim  həyatımıza  yaramayan  bəzi 

yerləri vardı. Ona görə maliyyə naziri bəzi yerləri təğyir edib, təqdim edir. Böylə ki! (Oxuyur). Bunlar bütünə-

bütünə  dəyişilməlidir.  Bəzi  yerlərini  isə  təğyir  və  fəs  etmək  lazımdır.  Bu  layihəyə  ləvazəhi-qanuniyyə 

komisyonu baxıb, bir kaç maddələrini dəyişdirib, parlamana təqdim edir və rica edir ki, parlaman qəbul eləsin. 



Sədr - Layiheyi-qanuniyyənin əsasları üstə kim danışmaq istərdi? Danışmaq istəyən olmadığından layiheyi-

qanuniyyənin ikinci qiraətinə keçirəm. Maddə-maddə oxuyunuz. 



Hacınski - Birinci maddəni oxuyur. 

Sədr  -  Əvvəlinci  maddə  xüsusunda  kim  danışmaq  istərdi?  Danışmaq  istəyən  yoxsa  səsə  qoyuram.  Etiraz 

yoxdur  ki,  əvvəlinci  maddə  qəbul  edilir.  Komisyon  tərəfindən  bir  neçə  təshihlə  qəbul  edilib.  Lakin  bunlar 

hamısı redaksiyanın olduğundan səsə qoymayacağam. (Katibə) 2-ci maddəni oxuyunuz. 

Katib - 2-ci maddəni oxuyur. 

Sədr - 2-ci maddəyə etiraz yoxdur? Etiraz yoxdur. 2-ci maddə qəbul edilir. 3-cü maddəni oxuyunuz. 

Katib - 3-cü maddəni oxuyur. 

Sədr - 3-cü maddəyə etiraz yoxdur, qəbul olunur. 4-cü maddəni oxuyunuz. 

Katib - 4-cü maddəni oxuyur. 

Sədr  -  4-cü  maddəyə  etiraz  yoxdur,  qəbul  edilir.  Layiheyi-qanuniyyənin  3-cü  qiraəti  qalsın  gələn  iclasa. 

İcazə  versəniz  bununla  iclası  qapayaram.  Lakin  məclisi  qapamadan  əvvəl  Muxtar  Əfəndizadədən  bir  məktub 

gəlmiş dinləsəniz oxusunlar. 

Kiçikxanov (katib müavini) - Oxuyur. 

Parlaman-divani-rəyasəti  cənabi-aliilərinə  maliyyə  və  büdcə  ləvayehi-qanuniyyə  və  təshih  komisyonunun 

üçünə  də  yetişmək  mənim  üçün  ağır  olduğundan  bilxassə  bu  fraksiyaların  əksər  iclasları  bir  zamanda  iniqad 

etdiyindən  məni  maliyyə-büdcə  komisyonundan  çıxarıb,  yerimə  Hacı  Hüseyn  Əfəndizadənin  namizəd 

göstərməniz müstərhəmdir. Muxtar. 

Sədr - Bu barədə xahiş edirəm gələn iclasda fikrinizi söyləyəsiniz. 

İclas saat 1-45 dəqiqədə qapanır. 

 

Arxiv, f.895, siy.1, iş 100. vər.1-32.

 

[912 - 913] 




399 

 

 



№ 61 

 

Altmış birinci iclas 

 

31 iyul 1919-cu il 

 

Rəis - doktor Həsən bəy Ağayev. 

Katib Mehdi bəy Hacınski. Müzakireyi-yomiyyə: 

1-Daxil olmuş kağızlar, o cümlədən: a/ Məclisi-müəssisan mərkəzi komisyonu intixabi haqqında və bir də; b/ 

Parlaman  kitabxanası  komisyonu  intixabi  haqqında  divani  rəyasətin  təklifi;  c/  Azərbaycan  dövlət  sandıqları 

əmanəti  barəsində  layiheyi-qanuniyyə;  d/  Balaxanı-Sabunçı  mahalında  vergi  polisi  təsisi  haqqında  layiheyi-

qanuniyyə;  2-Şəhərlərdə  bələdiyyə  idarələri  seçkiləri  haqqında  layiheyi-qanuniyyə  "İkinci  qiraət";  3-Əsgəri 

xidmətin müddəti barəsində layiheyi-qanuniyyə; 4-Aksiz vergisinin nizamnaməsi haqqında layiheyi-qanuniyyə 

(təcili);  5-Spirt  məhsulatından  alınan  aksiz  vergisi  miqdarlarının  artırılması  haqqında  layiheyi-qanuniyyə;  6-

Azərbaycan  hökuməti  sərhədində  mühafizə  bölüyü  təsisi  haqqında  layiheyi-qanuniyyə;  7-Tövcü  vergisinin 

artırılması  ilə  bərabər  topraq  gəlir  və  məxaric  smetasının  və  torpaq  vergisi  miqdarlarının  təmdidi  haqqında 

layiheyi-qanuniyyə; 8-Nəşri elan haqqında layiheyi-qanuniyyə; 9-Maliyyə nəzarəti şurası haqqında layihə; 10-

Fabrik  inspeksiyasına  dair  qəvaidin  müvəqqəti  təğyiri  haqqında  layihə;  11-Ümumi  tamaşaxana  və  əyləncə 

yerlərindən alınan müvəqtəti naloqun hökumət məbaliğ müstəhfizəsinə idxalı haqqında layiheyi-qanuniyyə; 12-

"İttihad" fraksiyasının hökumətə sualı; 13-həmin sənə üçün İrəvan ümuri-xeyriyyə vəkilinin maaşı və ümumi-

xeyriyyə  vəkilinin  idarəsi  məsarifəti  üçün  məzkur  nazirə  177.000  rüblə  buraxılması  haqqında  layihe-i-

qanuniyyə;  14-Tamğa  rüsumatı  qanunnaməsinin  bəzi  maddələrinin  təbdili  və  rüsum  miqdarlarının  təzayidi 

haqqında  layiheyi-qanuniyyə;  15-Şəhadətnaməsiz  olan  içki  ticarətindən  alınan  cərimələrin  təzayidi  haqqında 

layihəyi-qanuniyyə. 

1-Rəis-tənəffüs  əsnasında  Məçlisi-Müəssisan  mərkəzi  komisyonuna  və  parlaman  kitabxana  komisyonuna 

üzvlər intixabı üçün namizədlər göstərilməsini təklif etdi. 

[913 - 914]

 

Yeni daxil olmuş iki layihəni-qanuniyə, maliyyə və büdcə komisyonuna verilməsini də bəyan etdi. 



2-Şəhərlər  bələdiyyələrinə  qlasnılar  intixabi  haqqında  ikinci  qiraətdə  20-37-ci  maddələri  oxudu.  Maddələr 

ayrıca səsə qoyulub qəbul edildi. Üçüncü qiraət gələcək iclasa təxir edildi. 

Ümumi  maaş  təzyiqi  qəbul  edilənə  qədər  hökumət  məmurlarına  bir  dəfəlik  müavinəti-nəqdiyyə  verilməsi 

haqqında,  hökumət  məmurları  ittifaqı  rəisinin  məktubunu  oxudu.  Hökumət  məmurlarına  müavinəti-nəqdiyyə 

edilməsi arzu edildi. 

3-Əsgəri  xidmətin  müddəti  barəsində  layiheyi-qanuniyyə.  Məruzəçi  Qara  bəy  Qarabəyli  bəyanət  verdi.  Və 

layihəyə  təcili  baxılmasını  parlaman  qəbul  etdi.  Layiheyi-qanuniyyə  haqqında  Hacı  Kərim  Saniyev,  Muxtar 

Əfəndizadə, Rza bəy Ağabəyov, Mustafa Vəkilov, Əliheydər Qarayev, Mehdi bəy Hacıbababəyov, Səmədağa 

Ağamalı oğlu, Yusif Əhmədzadə və Məmməd Əmin Rəsulzadə mübadileyi-əfkar etdilər. Müzakirə qət olunması 

təklif  edildi.  Təklifin  əleyhinə  Səmədağa  Ağamalı  oğlu  danışdı.  Səsə  qoyulduqda  qəbul  edildi.  Məruzəçi 

bəyanət verdi və layihəni maddə-maddə oxudu. 10-cu maddəyə sosialistlər böylə bir təshih verdilər. Məzmunu: 

"Təklif  olunur  ki,  xidməti-əsgəriyyə  müddəti  bir  ilə  qərar  olunsun.  Əbilov,  Səmədağa,  Qarayev,  Hacı  Kərim 

Saniyev,  Rzayev".  Təshih  səsə  qoyulduqda  lehinə-13  əleyhinə-30  və  1-səs  verilməmək  üzrə  qəbul  edilmədi. 

Layiheyi-qanuniyyə səsə qoyulduqda əksəriyyət rəy ilə qəbul edildi. 

Beş dəqiqə tənəffüs elan edildi. Tənəffüsdən sonra iclas davam edir. Əsnayi-tənəffüsdə bir təklif verilmişdir. 

Məzmunu: "Parlamanın tətili haqqında verilən qərarın təkrar müzakirəyə qoyulması təklif edilir. Hacı Hüseyn, 

Qara  bəy,  Zeynal  bəy,  Behbudxan  Cavanşir,  Heybətqulu".  Təklifin  lehinə-29,  əleyhinə-11  və  7  səs 

verilməməklə qəbul edildi. 

Keçən iclasda avqustun 5-dən sentyabrın birinə qədər parlaman qərara aldığı tətil məsələsinin ləğv edilməsi 

qəbul edildi. İclaslar isə əski qayda üzrə pənçişənbə və düşənbə günləri səhər saat 10-na təyin edildi. 

Əsgəri xidmətin müddəti barəsində üçüncü qiraətini məruzəçi bitirdi. Səsə qoyulub əksəriyyət rəy ilə qəbul 

edildi. 


4-Aksiz  vergisinin  nizamnaməsi  haqqında  məruzəçi  Mehdi  bəy  Hacinski  bəyanat  verdi.  Layihənin  ikinci 

qiraətinə  keçilməsi 

[914  -  915] 

qəbul  edildi.  Katib  maddə-maddə  oxudu.  1,2,3,4-cü  maddələr  ayrıca  səsə 

qoyuldu, qəbul edildi. Layihənin üçüncü qiraəti gələcək iclasa təxir edildi. Muxtar Əfəndizadə üç komisyonda 

üzv  olduğunu  özü  üçün  müşkül  bilib  komisyonun  birindən  azad  olunmasını  təklif  etdi. Təklifin  həlli  gələcək 

iclasa qaldı. 

 

Arxiv, f.895, siy.1, iş.9, vər.78. 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   280   281   282   283   284   285   286   287   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə