Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə287/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   283   284   285   286   287   288   289   290   ...   299

404 

 

gün fraksiyamız tərəfindən ona teleqraf göndərilmişdir. Özü də bizə xəbər vermişdi ki, hər gah lazımsa vəsiqə 



göndərim. Lakin sentyabrın əvvəlinə qədər 25 gün vaxt var idi. Onun naxoş olmağı təsdiq edilir. Ağdamda qala 

bilmədiyindən təbdili-hava üçün həkimlər onu Qarabağa göndərmişlər. 



Sədr-Təklifiniz nədir? 

Qara bəy-Avqustun 15-nədək məzuniyyət verilsin. Lakin avqustun 15-i tez olduğundan o vaxta qədər xəbər 

gedib çatmaz. 

[921 - 922] 

Ona görə ayın 20-nə qədər məzuniyyət verilməsini təklif ediriz. 



Sədr-Bu  təklifə  etiraz  yoxdur.  Təklif  budur  ki,  Əliverdilərə  avqustun  20-nə  qədər  məzuniyyət 

verilsin. Etiraz yoxdur. Etiraz yoxdursa qəbul edilir. 

Mehdi bəy Hacinski tərəfindən böylə bir ərzi-hal varid olmuşdur. (Oxuyur). 

Nakazın  maddəsinin  məzmunu  böylədir.  (Oxuyur).  Buna  görə  layihənin  əvvəlinci  maddəsini  əlavəsilə 

bərabər  və  ondan  başqa  keçən  səfər  sosialistlər  tərəfindən  olunan  əlavəni  də  bu  gün  dübarə  səsə  qoyacağam. 

Keçirəm  növbədəki  məsələyə.  Təbəəliyin  qanunu  xüsusunda.  (Katibə)  Mehdi  bəy:  Əvvəlinci  maddəni 

oxuyunuz. 

Katib - Layihənin əvvəlinci maddəsini oxuyur. 

Sədr-Əlavəsini də oxuyunuz. 

Katib-Vanseviçin əlavəsini oxuyur. 

Sədr-Bu əlavə keçən dəfə Vanseviç tərəfindən təklif olunub. Parlama tərəfindən qəbul edilmişdir. Bu birinci 

əlavə. İkinci əlavəni də oxuyunuz. 



Əhməd Cövdət - Sosialistlərin əlavəsini oxuyur. (Rusca). 

Rəis-Bu əlavələr parlaman tərəfindən qəbul edilmədiyindən, bunları dübarə səsə qoyacağam. 

Mehdi  bəy  Hacınski  -  Cənab  Vanseviçin  təklif  və  əlavəsinə  komisyon  üzvlərindən  ikisi  razı  deyil,  ikisi 

razıdır, biri də bitərəfdir. Əgər bu qanunu qəbul edərsək, Avropa içində, Fransada, Türkiyədə və qeyri yerlərdə 

olan  təbəələrimiz  bu  qanunları  bilməyəcəklər  və  təbəəlikdən  çıxmış  hesab  olunacaqlar.  Və  yenə  komisyonun 

rəyi də ikisi qəbul olunsun deyir, ikisi olunmasın. Amma bunun zərəri vardır. 



Rəis-Mən əlavələri bir-bir səsə qoyacağam. Əvvəla sosialistlərin təklifini səsə qoyacağam. Çünki keçən səfər 

komisyon  tərəfindən  qəbul  edilmişdi.  Ona  görə  də  ayrıca  səsə  qoyuram.  Məzmunu  sizə  məlumdur.  Təklifi 

oxuyur. 

Rəis-Bən bunu səsə qoyacağam. 

Səslər-Danışırlar. 

Rəis-Eşitmirəm,  nə  buyurursunuz?  Böylə  təklif  olunur  ki,  (oxuyur)  Azərbaycan  cümhuriyyəti  elanı-istiqlal 

etdiyi gündən 

[922 - 923]

 etibarən Azərbaycan daxilində yaşayan sabiq Rusiya təbəələri Azərbaycan vətəndaşı 

hesab olunurlar. 

Rəis - Səsə qoyuram. Kim qəbul edirsə əllərini qaldırsın. (Kyüsterə) Sayınız neçədir! Kim əleyhinədir. Rica 

edirəm iştirak edəsiniz. Səs verməyirsiniz. Bir daha səsə qoyuram. Elan elədiyim əlavənin kim tərəfdarı isə rica 

edirəm əllərini qaldırsın. 

Rəis  -  Kim  əleyhinədir?  Kim  səs  verməyir?  Lehinə  6,  əleyhinə  23,  səs  verməyən  12.  Əksəriyyət  rəy  ilə 

sosialist  fraksiyasının  əlavəsi  qəbul  edilməyir.  Və  yenə  parlaman  üzvü  Vanseviç  cənabları  tərəfindən  edilən 

təklifi səsə qoyuram. 

Katib - Oxuyur. 

Rəis  -Təklifi  səsə  qoyuram.  Bu  əlavəni  kim  qəbul  edirsə  əllərini  qaldırsın.  Kim  əleyhinədir?  Kim  səs 

verməyib?  Rica  edirəm,  artıq  fikir  verəsiniz.  Mən  hər  məsələni  iki-üç  dəfə  səsə  qoymağa  məcbur  oluram.  Ya 

ayağa  qaldıracağam,  yaxud  qapıdan  buraxacağam.  Vanseviçin  təklifinə  kim  səs  verirsə  əlini  qaldırsın.  Kim 

əleyhinədir? Kim səs verməyir? Lehinə 12, əleyhinə 19, səs verməyən 10, əksəriyyət rəylə Vanseviç tərəfindən 

birinci  maddəyə  əlavə  olaraq  edilən  təklif  qəbul  edilmir.  Əvvəlinci  maddəni  səsə  qoyuram.  Mehdi  bəy, 

oxuyunuz birinci maddəni. 



Katib - Oxuyur. 

Rəis  -  Birinci  maddəni  komisyon  tərəfindən  qəbul  edildiyi  kibi  səsə  qoyuram.  Kim  qəbul  edirsə,  əllərini 

qaldırsın.  Kim  əleyhinədir?  Kim  səs  verməyir?  Lehinə  26,  əleyhinə  7,  səs  verməyən  2.  Birinci  maddə 

əksəriyyətlə qəbul edilir. 

Mehdi bəy Hacınski (2-ci maddəni oxuyur) - Bütün qismi oxuyum, ya maddələri? 

Sədr-Bütün maddələri oxuyunuz. 

Katib - Oxuyur. Burada komisyonun əlavələri var. (Oxuyur). 

Sədr - Danışmaq istəyən yoxmu? Əhməd Cövdət. 

Əhməd Cövdət - Bu qanun birinci dəfə baxılanda bizim bir neçə əlavələrimiz var idi. Onları yenə söyləməyi 

lazım bilərəm. Əvvəla, budur ki, burada deyilir, o adamlar ki, Azərbaycan vətəndaşı olmaq istəyirlər, onlar bir 

neçə  şərti  haiz  olmalıdır.  Əvvəla  bir  qulluqda  olsunlar.  Əxlaqca  gözəl  olmalı.  Mən  keçən  dəfə  söyləmişdim. 

Yenə  təkrar  edirəm  ki,  böylə  hüdud 

[923  -  924]

  qoymaq  vətəndaşları  iş  tapmaqda  çətinlik  çəkən  vətəndaşları 

sıxmaq və onları hüquqdan məhrum etməkdir. Böylə şeylərə yol verməməli. Ona görə təklif edirik ki, bu maddə 



405 

 

buradan götürülsün. Sonra 2-ci budur ki, 10-cu maddə büsbütün götürülməlidir. Orada söylənilir ki, bir xarici 



Azərbaycan  vətəndaşı  olursa  onun  arvadı  da  azərbaycanlı  olur.  Bu  maddə  ilə  arvadların  hüququ  və  ixtiyarı 

nəzərə alınmayır. Guya onlar mal kimi cansız bir şeydirlər. Bu maddə tamamilə aradan götürülməlidir. Ola bilir 

ki,  bir  xarici  təbəəsi  Azərbaycan  vətəndaşı  olur,  arvadı  olmaq  istəməyir,  istədiyi  təbəəliyində  qalır.  Və  yaxud 

özü  ayrıca  ərizə  verib  vətəndaşlığı  qəbul  edir.  Bu  onun  öz  ixtiyarıdır.  Bunu  onun  əlindən  almaq  olmaz. 

Fraksiyalar  bütün  deklarasiyalarında  arvadların  hüququ  etiraf  olur.  Bu  maddə  ilə  arvadların  hüquq  müəyyən 

edilir.  Sonra  burada  11-ci  maddə  də  and  məsələsidir  ki,  keçən  dəfə  and  barəsində  danışmışdım.  Mustafa  bəy 

Vəkilov demişdi ki onların mövqeləri eylədir ki, gərək bunun bir əksinədə danışsınlar. Mən də deyirəm ki, sənin 

mövqeyin  elədir  ki,  gərək  andı  müdafiə  edəsən. hər yerdə  nravstvenni  nöqteyi-nəzərdən  gərək  baxsın  ki, and 

içən, andı saxlayıb buna əməl edəcəkdir ya yox? Sən bir tərəfdən deyirsən ki, təbəəliyi qəbul edən şəxs gərək iki 

sənə  kəndi  etibar  və  etimadını  nəzərinə çəkərək,  özlüyünü  isbat  etsin  və  bundan  mayədə  filan-filan  maddələri 

qəbul etsin. Mən deyirəm ki bu şərtləri qəbul edib əmələ gətirsə kifayətdir. Lakin sən deyirsən ki, gərək and da 

içə.  Ola  bilir  ki,  sənin  özün  də  and  içib  vaxtı  ilə  hökumət  əleyhinə  çıxsın.  Min  dəfə  görmüşük  ki,  sudlarda 

yalandan  and  içirlər,  sonra  da  haman  andın  əleyhinə  gediblər,  bu  səbəblə  anda  əməl  olmadığından  andın 

əhəmiyyəti  itir.  Əgər  siz  and  tərəfdarısınız  andın  qüdsiyyətini  saxlamalısınız.  Ona  görə  bir  yerdəki  sən  onu 

cürbəcür  qanunlar  ilə  məhdud  edirsən  ona  bir  də  and  vermək  bunu  periodiçeski  deyil  praktiçeski  gözləmək 

lazımdır. Mən təklif edirəm, and məsələsini bütün-bütünə bu maddədən rədd edək. 



Sədr-Söz Mustafa Vəkilovundur. 

Mustafa  Vəkilov  (Müsavat)  -  And  məsələsində  Əhməd  bəy  deyirdilər  ki,  hər  bir  şeydən  ötəri  and  salmaq 

olmaz.  Çünki  and  qüdsiyyəti  itər,  cəmaət  arasında  əhəmiyyətdən  düşər.  Çalışmalıdır  ki,  and  dar  məqamda 

işlənsin. Dəxi hər şeydən ötəri aralığa atılmasın. Əlbəttə, əsas etibarilə anda camaat arasında əhəmiyyət verilir. 

Ondan ötəri də məsələ buradadır ki, bunu hansı məqamda, hansı nöqtədə meydana çıxarmaq olar. Əhməd bəy 

dedi ki, bir adam ki Azərbaycan təbəəliyini qəbul edir ona andın lüzumu var. Bu hər bir şey üçün deyilki, and 

ortaya  atılsın.  Bunu  hər  bir  şey  üçün  meydana  çıxarmaq  olmaz.  Bir  Azərbaycanlı  üçün  bundan  müqəddəs, 

bundan artıq, bundan əziz bir şey olmaz ki, öz vicdanı ilə and içəcək ki, mən vətənimi müqəddəs bilirəm. Ona 

görə də iman gətirib and içirəm. 



Sədr-Söz hökumət üzvlərindən Aslan bəy Səfikürdlünündür. 

Aslan  bəy  Səfikürdlü (ədliyyə naziri)  - Mən necə, ki keçən səfər ərz elədim ki,  bu qanun çox zillətlə, çox 

çətinliklə  keçir.  Başqa  vaxtlarda  da,  mədəni  hökumətlərdə  qanun  layihələrinə  irad  tutmaq  olardı.  Hər  bir 

qanunun  vaxtı  var.  Hər  vaxtın  yaşayışına, adətinə  görə  qanun  düzəlir.  Və  necə yaxşı  qanun  olsa  100 il-sonra 

yaramayır. O, gərək dəyişilsin. Ələlxüsus bu, bizim qanunlar ki, parlamanda görür ki, nenormalnı vaxt yaşayır. 

hamısına irad ola bilər. hər vaxt işlər öz yoluna düşəndə o vaxta görə qanun dəyişəcəkdir. Qonşu hökumətlər bu 

yol ilə kedə bilər. O cümlədən 10-cu punkt ki, Əhməd deyir ki, bütün xarici təbəəsi, məsələn İran və başqa bir 

dövlət  təbəəsi  ikən  Azərbaycan  təbəəsi  olsa,  arvadı  da  Azərbaycan  təbəəsi  olur.  Necəki  qonşular  eyləyirlər. 

Yoxsa biz təbəəmizi azaldarıq. Bir ər bir dövlət təbəəsi arvadı isə başqa dövlət təbəəsi ola bilməz, hər gah onlar 

bir evdə yaşayır, bir-birinə ömür yoldaşdırlarsa, vətəndaş nöqteyi-nəzərincə də bir kişi evdə Azərbaycan təbəəsi 

olsa, arvadı da olacaq. Gərək də olsun. Yoxsa kişi Azərbaycan təbəəsi, arvad ingilis təbəəsi, atası İran təbəəsi 

böylə  şey  qeyri-mümkündür.  Ələlxüsus  indiki  Denikinin  üzərimizə  gəldiyi  bir  vaxtda  biz  öz  təbəələrimizin 

qədərini azaltsaq nə qədər zərər görmüş olarıq. Buna parlaman fraksiyalarından bəzi tərəfdar ola bilərsə də... 



Sədr-Natiq əfəndi, parlamanda öylə fraksiya yoxdur. 

Aslan bəy (davamla) - Bu saat adam özünə də inanmayır. Hər bir şeydən şəklənirsən. Mümkündürmü ki, kişi 

özü Azərbaycan 

[925 - 926]

 təbəəsi, arvadı isə rus təbəəsi olsun. Çünki bizim aramızda çoxu erməni, rus, yəhudi 

qızları  alırlar.  Fəqət  bunda  da  kişi  başqa  dövlət,  arvad  isə  başqa  bir  dövlət  təbəəsi  ola  bilməz.  Əlbəttə  bu 

mümkün deyildir. Ondan sonra bu and məsələsi ixtilaflı bir məsələdir. Bu barədə Əhmədin sözü dürüstdür. Dedi 

və sübut da göstərdi ki, andın heç bir əhəmiyyəti yoxdur. Tarix, inqilab da bunu göstərdi ki həqiqətən də andın 

əhəmiyyəti  olmadı,  necə  ki  Nikolayın  çörəyi  ilə dolanan  generallar and  içmişdilər  və  soldatlar  da  hamısı and 

içmişdilər döndülər cəmaət tərəfinə, generallar da çoxu soldatlar tərəfinə keçib, Nikolayı yıxdılar, öldürdülər. 

Tarix özü göstərir ki, andın əhəmiyyəti yoxdur. Ancaq bir təfavüt var ki, and üçün ya söz verən adamın tənbehi 

başqa olur, çox olur. And içənin qanun 3 ayacan getməsini izləyir. Yoxsa 2 ay and da içirsən, söz də verirsən 

qol da çəkirsən, sonra da dönürsən. Demək hökuməti aldadırsan, ona görə də tənbeh almalısan, çünki bu gün 

belə,  sabah  belə.  Doğrudur  vətəndaşlıq  qanunu  mejdunarodnı  konqresdə  müzakirə  edilir,  o  vaxt,  əlbəttə 

Azərbaycan hökuməti öz məxsusi qanunun dəyişib ümumi beynəlmiləl qanuna tabe olar. Necə ki, keşiş əfəndi 

dedi ki, baş-qa millətlərlə gərək əlaqəmiz olsun və bu qanun da əlaqədən asılıdır. Düzdür, fəqət o, gələcəkdə 

olacaqdır. İndiki bu barədə ümumi bir qanun yoxdur. İndi bu qanunu qoyun gələcəkdə əlbəttə dəyişə bilir. 



Sədr-Səz Əhməd Cövdət Pepinovundur. 

Əhməd Cövdət-Yoldaşımız Aslan bəyin fikrində iştirak edə bilmərəm. Əvvəla arvad məsələsi. Deyirlər ki, 

bir ailənin kişisi Azərbaycan təbəəsi olursa arvadı da onun dostu və yoldaşıdır gərək Azərbaycan təbəəsi olsun. 

Görün,  kişi  Azərbaycan  təbəəsi  olmaqla  arvadı  da  Azərbaycan  təbəəsi  olması  məcburidir.  Bir-birinə  söz 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   283   284   285   286   287   288   289   290   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə