Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə288/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   284   285   286   287   288   289   290   291   ...   299

406 

 

vermişlər ki, məhəbbət edib, bir-birini sevsinlər. Nəinki birinin olduğu dövlət təbəəsini o birisi də qəbul etsin. 



Məsələn, mən bəhayüllah təbəəsiyəm, gərək sən də olasan. Madam ki, siz qəbul edirsiniz kişi və arvad hüquqda 

bərabərdirlər,  onda  arvad  bir  dövlət  təbəəsi  olsa  kişinin  də  borcudur  ki,  olsun.  Əgər  bunu  qəbul  edəcək 

olursanız, biz razıyız, çünki onda kişi və arvad üçün də bir qanun olur. 

[926 - 927]

 

Əhməd  bəy  Pepinov  -  Azərbaycan  təbəəsi  olacaq  bir  kişinin  övrətinə  Azərbaycan  təbəəsi  hesab  edilən 

məsələsi  heç  bir  zaman  cəmaətin  fikrinə  uyğun  olaraq  cəmaət  saxlaya  bilməz.  Ona  görə  mən  zənn  edirəm  ki, 

bunun bir hüquqi əhəmiyyəti vardır. Həmişə bu nəzərlə baxılsın. İkinci bu and məsələsi ki, Aslan bəy ondan bir 

şey  çıxacağını  söylədi.  Mən  onun  fikrinə  razıyam.  Doğrudan  da  andlar  içildi,  tənbeh  verildi,  içindən  bir  şey 

çıxmadı. İnsanların məişətinin xüsusi qanunları vardır. Məişət and filan tanımaz. Hər and içindən bir xəbər gəlir 

mən də sizinlə bərabərəm. Bunun nəticəsi nə olur. Birisi and içəndə andından döndüyü zaman, nə məsciddən, nə 

də kilsələrdən çıxarıldığına şimdiyə qədər heç görmədik. Andını pozub da pis iş yapanlar ya həbs edilir, yaxud 

hüduddan xaricə çıxarılır. Bunlarla başqa daha başqa bir müamilə ediləməz. Mən deyirəm ki, hökumət heç bir 

vaxtda  andlara  istinad  etməsin,  məntiqə  və  fikrə  istinad  etsin  ki,  nə  ki  and  haqqında  Mustafa  bəy  böyük  bir 

məsələdir,  deyir,  ortalığa  çıxar,  doğrudan  böyük  məsələdir.  And  institutu  burada  saxlana  bilməz.  Başqa 

dövlətlər  Rusiya  imperatoru,  Almaniya  imperatorluğu  ki,  əski  zamandan  bunlarda  bir  allah  tərəfindən 

ruhaniyyət məsələsi vardı. Çünki o deyirdi ki, mən Allah tərəfindən gəlmişəm. Biz bunlara, heç bir şeyə istinad 

edəməriz. Çünki cümhuri hökumətimizdə bu andları qoymaq doğru olamaz. 

Sədr - İkinci babın üçüncü bəndini komisyonun əlavə şərtlərilə bərabər səsə qoyuram. Kim tərəfdarıdır, rica 

edirəm əllərini qaldırsın. Kim əleyhinədir? Kim səs vermir? Mən başa düşürəm ki, böylə şey olmaz, üçüncüsü 

də özgə bir təklif yoxdur. Mən də komisyonda təklif olduğu kimi səsə qoyuram. Müttəhüdəl rəy qəbul edilir. 

4-cü babı oxuyunuz. 

Ürək və vicdan və Allah qorxusu ilə and edilirsə, qıra bilməz, əl qolu bağlanır. Əsasən and içən adam deyir 

ki, mən Azərbaycan vətənində yaşayacağam və öz vətənimi satmayacağam. 

Beş dəqiqə tənəffüsdən sonra saat 1.50 dəqiqə. 

Sədr-İclas davam edir. Səsə qoyacağım ikinci babın, ikinci bəndinin, beşinci qisminin, axırıncı surətini ayrı-

ayrı səsə qoyacağam. Əhməd bəy türkcəsini oxuyunuz. 



Əhməd Cövdət - Oxuyur. 

[927 - 928]

 

Sədr - Ayrı-ayrı oxuyunuz. Ayrı-ayrı səs qoyacağam. (Oxuyur). 

Səslər - Təshih (Əhməd Cövdətin türkcəsi böylədir. Vəzifə və əxlaqca) 

Sədr - Səsə qoyuram. Kim bunun tərəfdarıdır, rica edirəm ayağa qalxsın, kim səs verməyir? Əleyhinə olanlar 

ayağa qalxsın. Lehinə 16, əleyhinə 25, Səs verməyən 1. Əksəriyyət rəylə ixrac olunur. 



Sədr  - Mən son sətirləri səsə qoyuram. Kim tərəfdardır, rica edirəm əllərini qaldırsın. Təklif var ki, bu iki 

maddə qalsın. Kim tərəfdardır, ayağa qalxsın. Kim əleyhinədir? Kim səs verməyib? Lehinə 17, əleyhinə 24, səs 

verməyən 1. Əksəriyyət rəy ilə buda ixrac olunmur. Deməli sosialist fraksiyası tərəfindən göstərilən təkliflər də 

qəbul  edilməyir.  Şimdi  ikinci  maddəni  komisyonun  təklif  və  təshihlərilə  bərabər  səsə  qoyuram.  Kim  bunun 

əleyhinədir, rica edirəm ayağa qalxsın. Kim səs verməyir, rica edirəm ayağa qalxsın. Kim tərəfdardır, əllərini 

qaldırsın.  Lehinə  36,  Səs  verməyən  11,  əleyhinə  yoxdur.  Əksəriyyət  rəylə  ikinci  babın,  ikinci  maddəsi 

komisyonun təklif və təshihləri ilə bərabər qəbul edilir. Üçüncü bəndi oxuyunuz. 

Katib - Oxuyur. 

Muxtar Əfəndizadə - Mən ikinci məsələyə tamamən Əhməd bəyin fikrinə iştirak edirəm. Bu and məsələsi 

əski çarizm zamanından qalma bir şeydir. Bu da cahilliyə istinad edilərək qoyulmuş bir şeydir. Şimdiki zamanda 

isə buna əhəmiyyət verilməz, çünki camaatimiz bir o qədər əvam deyildir. Bu yeni əsrdə mən bilirəm ki, cəmaət 

o  qədər  əvam  olmasın.  Anda  istinad  edilmək  doğru  deyildir.  Vətənə  olacaq  xəyanətin  qarşısını  and  ilə  almaq 

istəyirlər.  Vətənə  sadiq  olanlar,  hər  halda  sadiq  olur.  Xain  olanlar,  xain  olur.  Bu  barədə  də  Əhməd  Cövdətin 

fikrinə  şərikəm.  Gərək  and  məsələsi  heç  bir  hökumətdə  qəbul  olunmasın.  Ələlxüsus  bizim  kimi  yeni  bir 

cümhuriyyətdə.  Övrət  məsələsində  mən  tamamilə  iştirak  etməyirəmsə  də  qismən  iştirak  edərik.  Cəmi 

işlərimizdə  zikir  və  ünası  bərabər  tutmuşuq.  Bu  təbiyyət  məsələsində  bunları  ayırd  etmək  doğru  deyildir.  Nə 

üçün təbəəliyindən ari olsun, heç bir vaxt qəbul olunmaz. Bunların arasına bir taqım  şərtlər qoyulmaq istənilir. 

Bu şərtlər 

[928 - 929]

 öylə olmalıdır. Hər kəsin həqiqi intixaba malikdir, 20 yaşında olmalıdır. 

Sonra  bir  də  bu  qanunu  bu  gün  üçün  qoymayarız.  Məsələn  gələcəkdə  azərbaycanlı  bir  cavan,  Avropadan, 

Fransadan,  yaxud  Türkiyədən  bir  qız  almaq  istərsə,  bu  şərt  üzrə  övrətini  Azərbaycan  təbəəliyinin  qəbulunu 

[tələb  etməsi]  doğru  olamaz.  Övrət  o  kişini  aldıqdan  sonra  istərsə  təbəə  olmaq  ərizəsi  ilə  müraciət  edər  və 

təbəəliyi qəbul edər. 



Sədr - Rza bəy Ağabəyov. 

Rza bəy Ağabəyov - Muxtar əfəndi danışarkən and üstündə məsələyə toxundu. Qorxulu məsələ mövcuddur. 

Mən öz arzum ilə Azərbaycan təbəəliyini qəbul edirəm. Razılıqla gedib müraciət edirəm. Mənə deyirlər ki, and 

iç, mən də öz arzumla təbəəliyi qəbul etdiyim üçün and içirəm. Böylə güclə and götürmürəm. And içirəm, özüm 

üçün. Əhməd bəy cənabları buyurdular ki, məişət ailəsi hər işi qırar. And ilə iş olmaz. And ilə adam kəndisini 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   284   285   286   287   288   289   290   291   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə