Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə289/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   285   286   287   288   289   290   291   292   ...   299

407 

 

saxlaya bilməz. Mən deyə bilmərəm ki, Əhməd bəy bizim dinə, imana, islamlığa nəzər götürmür. And məsələsi 



müsəlmanlıqda  mühüm  məsələdir.  Müqəddəs  bir  məsələdir.  Budur,  daha  o  deyil  ki  and  içsin,  hər  zaman 

hökumətin  lehinə  olub,  əleyhinə  olmasın.  And  içməyi  vətən  və  millətə  xəyanət  etməmək  üçündür.  Bunu 

yekdikərinə qatmaq olmaz. Buna görə mən deyirəm, and məsələsi layihədə olan kimi qalsın. 

Sədr - Söz Əliheydər Qarayevindir. 

Qarayev  - Əfəndilər! Burada danışan natiqlərin ikisi Mustafa Vəkilov və Rza bəy Ağabəyov and haqqında 

söylədilər. And içən adamlar Azərbaycan vətəndaşı olacaq, vətəni sevəcək, onun məhəbbətində baqi qalacaqdır. 

Məncə vətəndaşları bununla həqiqi vətəndaş etmək olmaz. Öylə bilirəm ki, onlara Azərbaycanda bir çox hüquq 

və  ixtiyar  verilərsə  və  onların  həqiqi  paymal  edilməzsə,  onlar  özlərinə  borc  bilirlər  ki,  vətənlərini  müdafiə 

etsinlər.  Götürəlim  Gürcüstanı.  Orada  fəhlə  və  kəndçilər  vətənləri  uğrunda  hər  bir  fədakarlığa  gedirlər.  Çünki 

Gürcüstan kəndçisi yerini, türk fəhləsi isə hüququnu alıb. Ona görə Gürcüstan ilə əlaqədar olduğundan, onun 

yolunda çalışır. Əgər bizdə  də Azərbaycan vətəndaşlarına kəndçi və fəhlələrinə ixtiyar versələr, onda hər kəs 

vadar olar ki, hər zaman onu müdafiə etsin. Əhməd bəyin dediyi nəzərə 

[929 - 930]

 alınmazsa, onda gərək iki 

milyona kimi cəmaət məscid qabağına toplamalıdır. 

Məmməd Əmin (yerindən) - Öylə şey yoxdur, qanunu yaxşı oxuyunuz. 

Qarayev  (dəvamla)  -  Gərək  vətəndaşlıq  könüllü  surətdə  olsun.  O  adam  ki,  vətəndaşlığı  qəbul  edir,  onun 

üçün elə etməlidir ki, mən Azərbaycanda yaxşı yaşamaq istəyirəm. Ancaq bununla cümhuriyyət müdafiə oluna 

bilir. Yoxsa and ilə filan ilə kimsə cümhuriyyəti müdafiə etməz. 

Sədr  -  Təklif  var  ki,  müzakirə  bitsin.  Qoy  çəkənlər.  Mehdi  bəy  Hacıbababəyov,  Əli  bəy  Zizikski,  Muxtar 

əfəndi, Abdulla əfəndi. 



Səslər - Faktiçeski, popravka...

 

Sədr - Təklif var ki,. müzakirə bitsin. Bunun lehinə və əleyhinə kim danışmaq istərdi? Etiraz yoxmu? Təklif 

qəbul edilir. Son söz məruzəçinindir. 

Mehdi  bəy  -  Vallah,  bu  qanun  barəsində,  "yek  bam,  dö  həva  var".  İş  buradadır  ki,  qanun  düzəldən  də 

sosialist, mənimlə komisyonda baxan da sosialist, burada əleyhinə danışan da sosialist. Bunu, anlaya bilmirəm. 

O  ki,  qaldı Muxtar  əfəndiyə,  mənimlə  o  da  səs  vermişdir.  And  barəsində, bunu deyə  bilərəm  ki,  bu  qətiyyən 

olmalıdır. Mən burada Əhməd bəyə cavab verəcəyəm. Əhməd bəy buyurdular ki, arvadlar hüquqdan məhrum 

edilər. Vəhalanki, onların öz təkliflərilə arvadlar səsdən məhrum olurlar. Çünki, iqtidarları olmayır səs verməyə. 

Əhməd  bəy  burada  özünü  və  ailəsini  saxlamağa  haqq  iqtidarı  olmayanların  barəsində  olan  maddənin 

götürülməsini  təklif  etdi.  Bir  adam  ki,  işləməyə  hüququ  olmaya,  özünü,  ailəsini  saxlaya  bilməyə,  o  necə 

Azərbaycanlı olacaq. Ona görə komisyon öz rəyində baqi durub o əlavələr ki, ediblər, ondan başqa haşiyə ola 

bilməz. 

Sədr - İkinci babı səsə qoyuram. 

Əhməd  Cövdət  -  Mən  təklif  edirəm,  çünki  2-ci  babı  Mehdi  bəy  birdən-birə  oxudu.  Xahiş  edirəm  səsə 

qoyanda maddə bə maddə oxunsun ki, o surətdə maddələrə əlavə etmək mümkün olsun. 



Sədr  -  Mən  2-ci  babın  3  hissədən  ibarət  mətnini  səsə  qoyuram.  Kim  buna  səs  verir,  rica  edirəm  əlini 

qaldırsın. Təklif var oxunsun. Oxuyunuz, Mehdi bəy. 



Mehdi bəy - Oxuyur. 

[930 - 931]

 

Səslər - Heç şey eşidilmir. 

Sədr  -  Bu  ikinci  babın  əvvəlinci  maddəsi.  Kim  bunu  qəbul  edirsə,  rica  edirəm  əlini  qaldırsın.  Əvvəlinci 

maddə müttəhidül rəy qəbul olunur. Məruzəçi əfəndi veriniz katib 2-ci maddəni oxusun. Əhməd bəy oxuyunuz. 



Əhməd bəy - 2-ci maddəni oxuyur. 

Sədr - Təklif var isə veriniz. 

Katib - Bizim tərəfimizdən əlavə olunan budur: 5-ci maddənin "b" və "v" hissələri ixrac edilsin. 

Sədr - Mən səsə qoyuram. Çünki sosialistlər tərəfindən daxil olan təshihi komisyon qəbul etmir. Ona görə də 

bunu  əlahiddə  səsə  qoyuram.  Kim  sosialistlərin  təklifini  qəbul  edirsə,  rica  edirəm,  əlini  qaldırsın.  Kim  bunun 

əleyhinədir? Kim səs verməyibdir? Mən məcburam tənəffüs elan edəm. Çünki 45 adamdan 40 nəfər iştirak edir. 

Bir məsələ olmiyor ki, xüsusi söhbəti buraxıb da ciddiyyətlə iştirak edilsin. Bu, parlamanın da şərəfinə toxunur. 

Əgər xüsusi söhbətiniz varsa tənəffüs elan edək, siz də mən də bir qədər xüsusi söhbət edək. Mən rica edirəm, 

məsələlər səsə qoyulanda iştirak edəsiniz. 



Sədr  -  Dübarə  səsə  qoyuram.  Sosialistlər  fraksiyası  tərəfindən  edilən  təklifi  eşitdiniz.  İkinci  babdan  5-ci 

bəndin son qismi "b" və "v" ixrac olunsun. Türkcə və rusca oxundu. Kim bu təklifə tərəfdardır, rica edirəm əlini 

qaldırsın. (Əllər qalxır). Kim bunun əleyhinədir? (Əllər qalxır). Rica edirəm, əlinizi hündürə qaldırasınız. Səs 

verməyən? Çünki imkanım yoxdur, dəxi bacarmıram. Ona görə 10 dəqiqəlik tənəffüs elan edirəm. Tənəffüsdən 

sonra səsə qoyacağam. 45 adamdan 40 adam səsdə iştirak edir. 

Tənəffüs elan olunur. 

 

Tənəffüsdən sonra. 



408 

 

 



Katib - 4-cü bəndi oxuyur. 

Sədr - 4-cü bəndi səsə qoyuram. Kim dördüncü bəndi qəbul... Xocayev buyurun. 

Xocayev - (Gəlib, rusca təklif verir). 

Katib - Xocayevin təklifini rusca oxuyur. 

Sədr - Türkcəyə döndərin. (Biri tərcümə edir). 

[931 - 932]

 

Əhməd bəy - O sözlər ki, daxiliyyə naziri haman müraciət edən adama bir şəhadətnamə verə bilər, bu sözlər 

ilə  təshih  edilsin:  Daxiliyyə  naziri  müraciət  edənlərə  şəhadətnamə  verir,  əkər  yuxarıdakı,  5-ci  maddədəki 

şərtlərə haiz isə. 

Sədr - Mən səsə qoyuram. Xocayev tərəfindən varid olan təshihi. Kim bunun tərəfdarıdırsa, rica edirəm əlini 

qaldırsın. (Əllər qalxır). Kim əleyhinədir? (Əllər qalxır). Kim səs verməyib? (Əllər qalxır). Lehinə 5, Əleyhinə 

27,  səs  verməyən  bir.  Əksəriyyət  rəy  ilə  təklif  qəbul  edilmir.  4-cü  maddəni  eyni  surətdə  səsə  qoyuram.  Kim 

əleyhinədir? (Əllər qalxır). Lehinə ağa əlinizi qaldırınız ya yox? Kim səs verməyib? (Əllər qalxır). 43 nəfərdən 

2  əleyhinə,  birisi  də  səs  verməyib.  Əksəriyyət  rəylə  4-cü  maddə  qəbul edilir.  5-ci  maddəni  oxuyunuz,  Əhməd 

bəy. 


Katib - 5-ci maddəni oxuyur. 

Sədr  -  5-ci  maddəni  səsə  qoyuram.  Kim  əleyhinədir?  Rica  edirəm  əlini  qaldırsın.  (Əllər  qalxır).  Kim  səs 

verməyib? (Əllər qalxır). 43 şəxsdən əleyhinə olan yoxdur. Səs verməyən bir. Maddə 42 səslə qəbul edilir. 4-

ünü oxuyunuz. 

Katib - 4-ünü oxuyur. 

Sədr - 4-cü maddəni səsə qoyuram. 

Səslər - Popravka var. 

Sədr - Təshih var. Səsə qoyuram. Oxuyunuz. 

Katib - Təshihi oxuyur. 

Sədr  - Kim təshihi qəbul edirsə, əlini qaldırsın. Kim bunun əleyhinədir? (Əllər qalxır). Kim səs verməyib? 

Kim  əleyhinədir?  (Əllər  qalxır).  Məsələ  keçməyir.  Lehinə  21,  əleyhinə  21,  səs  verməyən  1.  Yenidən  səsə 

qoyuram. 

Sədr - Keçmir. 21,21... Təzədən səsə qoyuram. Əhməd bəy, bir də oxuyunuz. Rica edirəm diqqət edəsiniz. 

Katib - 4-cü maddəni oxuyur. 

Sədr - Səsə qoyuram bu təshihi. Təshih eşitdiniz. Bu təshih 4-cü maddəyə təklif olunur. Bu təshihi kim qəbul 

edirsə rica edirəm əlini qaldırsın. Kim əleyhinədir? Kim səs verməyibdir? Lehinə 23, əleyhinə 23, çünki məsələ 

keçməyir, mən növbədən götürürəm, bir də səsə qoyuram. Hər kəs bu təklifin tərəfdarıdır, rica edirəm ayaq üstə 

qalxsın.  Kim  əleyhinədir  ayağa  dursun.  Lehinə  24,  əleyhinə  25.  Məsələ  keçməyir.  4-cü 

[932  -  933]

  maddəni 

səsə  qoyuram.  Kim  əleyhinədir,  rica  edirəm  əlini  qaldırsın.  Kim  səs  verməyibdir?  41-dən  9  əleyhinə,  2  səs 

verməyən. Əksəriyyət rəylə 4-cü maddə qəbul olunur. 7-ci maddəni oxuyunuz. 



Katib - 7-ci maddəni oxuyur. 

Sədr - 7-ci maddəni səsə qoyuram,  nə cür təklif edibsə, o cür səsə qoyuram. Kim bunun əleyhinədir? Kim 

səs verməyibdir? 7-ci maddə müttəhimi rəy qəbul olunur. 8-ci maddəni oxuyunuz. 



Katib - 8-ci maddəni oxuyur. 

Sədr - 8-ci maddəni səsə qoyuram, kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. Mustafa bəy Vəkilov rica 

edirəm  xüsusi  söhbətə  məşğul  olmayasınız!  Kim  bunun  əleyhinədir?  Kim  səs  verməyib.  Lehinə  33,  əleyhinə 

yoxdur.  Səs  verməyən  9.  Əksəriyyət  rəy  ilə  8-ci  maddə  komissyon  təklif  edən  üzrə  qəbul  olunur.  9-unu 

oxuyunuz. 



Katib - Layihənin 9-cu maddəsini oxuyur. 

Sədr  - 9-cu maddəni komisyonun təshihi ilə bərabər səsə qoyuram. Kim buna etiraz edir, rica edirəm əlini 

qaldırsın. Kim səs verməyib? (Əllər qalxır). 48 səslə qəbul edilir. Səs verməyən-1; əleyhinə yoxdur. Lehinə 48. 

Əksəriyyət ilə maddə qəbul olunur. 10-cu maddəni oxuyunuz. 

Katib - (10-cu maddəni oxuyur). 

Əhməd Cövdət - Bizim təklifimiz var. 

Sədr - Buyurunuz. 

Əhməd Cövdət - Biz, 10-cu maddənin bütün-bütünə ləğv edilməsini təklif edirik. 

Sədr - Təklif var ki, 10-cu maddə ləğv edilsin. Əvvəl bu təklifi səsə qoyuram. Kim bu təklifi qəbul edirsə ki, 

10-cu maddə ixrac edilsin, rica edirəm əlini qaldırsın. (Əllər qal-xır). Kim əleyhinədir? (Əllər qalxır). Kim səs 

verməyib? (Əllər qalxır). Təklif lehinə 10, əleyhinə 29, səs verməyən 4. Əksəriyyət rəy ilə təklif qəbul edilmir. 

10-cu maddəni səsə qoyuram. Kim 10-cu maddəni qəbul edirsə, rica edirəm əlini qaldırsın. (Əllər qalxır). Kim 

əleyhinədir?  (Əllər  qalxır).  Kim  səs  verməyib?  (Əllər  qalxır).  Lehinə  29,  əleyhinə  14,  səs  verməyən  2. 

Əksəriyyət rəy ilə 10-cu maddə qəbul edilir. 11-ci maddəni oxuyunuz

. [933 - 934] 

Katib - 11 -ci maddəni oxuyur. 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   285   286   287   288   289   290   291   292   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə