Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə291/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   287   288   289   290   291   292   293   294   ...   299

411 

 

düşmənin  Azərbaycan  və  Zakafkaziya  cümhuriyyətləri  haqqında  xainanə  fikirləri  vardır.  Ona  görə  gərək 



hökumət bunu gözünə ala, madam ki, bütün millət, məmləkət öz müqəddəratını onların əlinə tapşırmışdır. Ona 

görə  lazımı  tədbirlər  və  hazırlıqlar  görməlidir  ki,  dövlətə  cəmaətə  xətər  gəlməsin.  Neçə  ay  müddətində 

əksinqilabı  görmürük.  Düşmən  bizim  daxildəki qüvvələrdən  də istifadə  edir.  Bu  gün  burada qəzetlər  çıxır  ki, 

açıqdan açığa buraya dobrovol ordusunun gəlməsinin lazım olduğu haqqında təbliğat yapırlar. O nümayəndələr 

ki, gah yerli adillə, digəri başqa bir bəhanə ilə Yekaterinadara gedib gəlirlər. İşləyirlər. Könüllü orduya zabitlər, 

nəfərlər  qeyd  edirlər.  Burada  normalnı  başport  verəcəyik.  Bilməm  nə  yapacağıq.  Bəhanələr  ilə  adam  yığırlar 

yazıla.  Madam  ki,  xaricdən  təhlükə  gəlir,  bu  adamlar  da  burada  otura,  bu  çətindir.  Biz  öz  içimizdən  əmin 

deyilik. Bəlkə burada heç yüz zabit, əsgər tapılar ki, düşmən ordusuna mənsubdurlar. Ona heç bir vaxt təhlükə-

dən əmin olmayın. 

Sədr - Söz Əliheydər Qarayevindir. 

Əliheydər  Qarayev  -  Əfəndilər!  On  iki  gündür  ki,  Bakı  mərkəzi  həbsxanasında  aclıq  elan  edilmişdir.  90 

nəfərə  kimi  məhbuslar  aclıq  elan  etmişlərdir.  Onlar  tələb  etmişlər  ki,  təqsirləri  üzlərinə  oxunsun,  müqəssir 

olmadıqda  azad  edilsinlər.  Aclıq  davam  edir.  hökumət  tərəfindən  heç  bir  tədbir  görülməyir.  Onların  üzünə 

təqsirnamələri oxunmayır. Bəziləri aclıqdan naxoş olmuşlardır. Həbsxanada deyirlər ki, orada aclıq elan edənlər 

arasında siyasi firqələrin nümayəndələri vardır ki, yerlərindən tərpənə bilməyirlər. Nikolay zamanında belə iş 

yox idi. Nikolay zamanında qalodovka elan edənlərin təqsirləri üzlərinə oxunurdu. Amma şimdi 12 gündür ki, 

qalodovka elan edilmişdir. Cümhuriyyətli bir məmləkətdə bu qeyri mümkün bir şeydir. Hökumətdən biz tələb 

edirik ki, məhbusların təqsirləri üzlərinə oxunsun. Müqəssir olmayanlar buraxılsın. 



Sədr  -  Mərkəzi  intixab  komisyonuna  Zəngəzurdan  qaçqınları  müavinət  edici  komisyona  birər  üzvlər 

seçilməlidir.  Bunlar  rəsmiləşməmişdir.  Gələcək  iclasda  üzvlər  intixab  edilməyincə 

[939  -  940] 

məclisi 


açmayacağam. Məclisi qapayıram. Saat 3-35 dəqiqədə məclis qapanır. 

 

Arxiv: f. 895, siy. 1, iş 126, vər. 1-26. 




412 

 

 



№ 65 

Altmış beşinci iclas 

14 avqust 1919-cu il 

 

Rəis - doktor Həsən bəy Ağayev. 

Katib - Əhməd Cövdət Pepinov. Müzakireyi-yomiyyə: 

1 - Sülh məhkəmələrinin cinayət işlərində daireyi-nüfuzunun tövsi və sülh hakimləri hökmünün təqviyəsilə 

əmvali-xassəyə  qarşı  icra  edilən  bəzi  cinayətlərə  keçiləcək  qanunların  təbdil  və  təğyiri  haqqında.  Məruzəçi  - 

Rzayev Bağır; 2 Azərbaycan hökuməti sərhədində mühafizə bölüyü təsisi haqqında. Məruzəçi - Ağabəyov; 3 - 

Spirt  məhsulatından  alınan  aksiz  vergisi  miqdarlarının  artırılması  haqqında.  Məruzəçi  -  Ağabəyov;  4  -  Tövci 

vergisinin  artırılması  ilə  bərabər  torpaq  gəlir  və  məxaric  smetasının  və  torpaq  vergisi  miqdarlarının  təmdidi 

haqqında:  məruzəçi  -  Ağabəyov;  5  -  Nəşr  elan  haqqında;  6  -  Maliyyə  naziri  şurası  haqqında;  7  -  Fabrika 

inspeksiyasına  dair  qəvaidin  müvəqqətən  təğyiri  haqqında;  8  -  "İttihad"  fraksiyasının  hökumətə  sualı;  9  - 

Ümumi əyləncə və tamaşaxana yerlərindən alınan müvəqqəti verginin hökumət məbləği - müstəhfizəsinə idxalı 

haqqında;  10  -  həmin  sənə  üçün  İrəvan  ümuri-xeyryyə  naziri  vəkilinin  maaşı  və  onun  idarə  məsarifatı  üçün 

məzkur  nazirə  177.000  rubla  kredit  açılması  haqqında.  Məruzəçi  -  Ağamalov;  11  -  Tamğa  rüsumatı 

qanunnaməsinin bəzi maddələrinin təbdili və rüsum miqdarlarının təzayidi haqqında. Məruzəçi - Rüstəmbəyov; 

12 - Şəhadətnaməsiz olan içki ticarətindən alınan cərimələrin qüvvələnməsi haqqında. Məruzəçi - Hacınski; 13 - 

Bakı  xəzinə  palatası  müdiri  müavinliyi  vəzifəsinin  ləğvi  haqqında.  Məruzəçi  Muxtar  Əfəndizadə;  14  - 

Azərbaycan cümhuriyyəti ümuri-xeyriyyə nəzarətin ştata siyahisi və maaşlarının artırılması haqqında [məruzəçi] 

Vəkilov Mustafa; 15 - Sosialistlər fraksiyasının hökumətə sualı; 16 - Daxil olmuş kağızlar. O cümlədən: üzüm, 

meyvə və xırda meyvə şirələrindən alınan aksiz vergisi miqdarlarının təbdili haqqında; 

Sədr - Yomiyyeyi - müzakirata etiraz yoxmu? Qəbul edilir. "İttihad" fraksiyonu hökumətə verdiyi sualı geri 

götürür.  Və,  yenə  müzakireyi-yomiyyəyə  keçmədən  qabağ  [xahiş  edirəm]  o  iki  seçki  məsələsini  bu  gün 

qurtarasınız:  1)  Mərkəzi  komitəyə  üzvlər  intixabı;  2)  Zəngəzur  uyezdindəki  fərarilərə  müavinət  etmək  üçün 

gedəcək olan heyətə bir üzv intixabıdır. 



Məmməd Əmin Rəsulzadə - Tərtib haqqında müsaidə etsəydiniz. 

Sədr - 21 üzv seçiləsi idi. 

Qara bəy - Nə surətlə olsun, acıqmı olsun? 

Sədr  - Böylədə eləmək olar. Nakazda bir şey yoxdur. Seçkini aşkarda yapmaq olur. Qapalı seçkiyə ehtiyac 

yoxdur. 


Məmməd Əmin - Rica edirəm. 

Sədr - Buyurunuz. 

Məmməd Əmin Rəsulzadə - Bu Mərkəzi Komitəyə üzv seçilməsi haqqında fraksiyaların ayrı-ayrı qərarları 

vardır  və  fraksiyalar  daha  öz  aralarında  uluşamamışlar  və  namizədləri  göstərməmişlərdir.  Komitənin  intixabı 

üçün əsnayi-tənəffüsdə vərəqələr tövzi edilib, hər fraksiya öz kandidatını göstərməli və seçməlidir. 

Rəis  -  Etiraz  yoxmudur?  2)  İntixab  məsələsi:  Zəngəzur  mühacirlərinə  müavinət  edəcək  ya  parlaman 

tərəfindən bir üzv intixabi. 



Əhməd  bəy  Pepinov  -  Qanun  layihəsində  böylə  bir maddə  yazmışdı  ki,  mühacirlərə  müavinət  edəcək  ya 

parlaman tərəfindən bir üzv intixab edilsin. Üzvün getməsi doğru deyildir. Çünki göndərilən heyət bir qüvvəyi-

icraiyyədir və məsuldur. Halbuki göndərilən üzv qüvveyi-təşriyyəyə tabe olduğu üçün irəlidə parlaman üzvünün 

də məsul edilməməsi və işin qarışdırılmaması üçün mən təklif edirəm ki, üzv getməsin. 



Sədr  -  Məclis  əvvəlcə  qərar  verməmiş  və  arzu  etmişdi  ki,  parlaman  tərəfindən  də  məzkur  heyətə  bir  üzv 

seçilsin. Və layihə ilə bərabər bu üzrə də qəbul edilmişdi. Hökumətdən komissiyaya daxil olacaq üzvün tezliklə 

seçilməsi üçün dəfəatla 

[941 - 942]

 məktub gəlmişdir. nın vaxt ilə işə başlaması üçün üzvün tezliklə intixabi və 

məsələnin tezliklə sərəncamı lazımdır. 



Əhməd bəy Pepinov - Əvvəlcə parlaman tərəfindən deyilmişdiki seçiləcək üzv ictimai müəssisə tərəfindən 

seçilsin; yoxsa doğrudan-doğruya parlaman tərəfindən olsun. Söz yoxdur. 



Sədr - İstərsə ki bu məsələ tənəffüsdən sonraya qalsın. 

Məmməd Əmin - Əsas məsələ nəyə qərar verildi? İntixab olacaq, ya yox? 

Sədr - Bu bir arzudur. Əsasən, əvvəlcə parlaman tərəfindən artıq dərəcədə xahiş edilmişdi. 

Sədr - Parlamanın qərarını oxuyunuz. 

Katib - Qərarı oxuyur. 

Sədr - Bu qərar üzrə hökumət tərəfindən dəfaət ilə məktub yazılıb, xahiş ediblər ki, bir nəfər göndərək. Əgər 

parla-man  seçmək  istəyirsə  onda  bir  qərar  çıxartsın  ki,  bu  nümayəndə  müəssisələrdən  olacaq.  Söz  Məmməd 

Əmin Rəsulzadənindir. 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   287   288   289   290   291   292   293   294   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə