Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə292/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   288   289   290   291   292   293   294   295   ...   299

413 

 

Məmməd  Əmin  -  Əhməd  bəyin  bu  təklifi  pak  müvafiq  və  münasibdir.  Çünki  bu  kimi  məsələlərdə 

parlamanın iştirakı bir adam intixabilə olsa da, orada hesab məsələsi var və parlaman özü də hesab çəkən bir 

müəssisədir.  Öylə  olduqda  o  vaxt  parlaman  müşkül  mövqedə  qalar.  Deyərlərsə  ki,  bu  işdə  parlamanın  özüdə 

iştirak  etmişdir.  Ona  görə  əsaslı  bir  nəzəriyyə  var  ki,  qüvveyi-icraiyyə  ilə  qüvveyi-qanuniyyə  yek  digərindən 

ayrı olmalıdır. Əkər bu barədə bir qərar olmuşsa təbiidir səhvən olmuşdur. Orada cəmaət müəssisələri məsələn 

cəmiyyəti-xeyriyyə ki, təşkilatların iştirakı arzu edilir. Bizə öylə gəlir ki, parlamanın iştirakı - münasib deyildir. 

Sədr - Buna etiraz yoxdur ki? Növbədəki məsələ sülh məhkəmələri qanunun bəzi maddələri təğyir və təbdili 

haqqında layihədir. Məruzəçi Bağır Rzayev. 



Bağır Rzayev - Ədliyyə nəzarəti tərƏfindən sülh məhkəmələrində sülh hakimləri hökmünün təğyir və təbdili 

haqqında  bir  qanun  layihəsi  təqdim  edilmişdir.  Məhkəmə  qanunlarına  görə  bəzi  cinayət  işlərində  oğurlanmış 

malların qiyməti 25 manatdan üç yüz manata kimi olursa sülh məhkəməsinə verilməsi söylənir. Bu qanun indiyə 

kimi davam edir. Hal-hazırda manatın kursunun bir neçə dəfə aşağı düşməsi, bəlkə bir neçə 

[942 - 943] 

qəpiyə 


enməsi  sülh  məhkəməsi  işlərinin  pərişanlığına  movcib  olmuşdur.  Lazım  gəlir  ki,  bu  qərarı  dəyişək  və  bunun 

sayını iki-üç dəfə artıraq. Qanunda Ədliyyə Naziri söyləyir ki, bu əşyanın qiyməti üç yüzdən 10 min manatadək 

artsın. Sülh məhkəmələrinin vergisi isə 4 yüz manatdan artıq olmasın. Kursun getdikcə düşəcəyi gözlənildiyinə 

görə  bu  qiyməti  on  dəfə  artırmaq  təklif  olunur.  Bir  neçə  cinayət  işləri  var  ki,  qanun  hadisat  üzərində  olur. 

Məsələn:  yanğın,  qapı  sındırmaq  və  sair  bu  kimi  şeylər  ki,  təcili  surətdə  baxılmasına,  sülh  məhkəməsinə 

verilməsi qanun layihəsində söylənir. Komisyon əsasən bunu qəbul etmiş və bir neçə təshihlər vermişdi. Onlar 

da bundan ibarətdir: Birinci maddədə deyilir ki, cinayət on min manata qədər olursa verilir sülh məhkəməsinə, 

artıq olarsa cəza qanunlarının sülh hakimləri lazım bildiyi maddələrinə müraciət olunur. Bu aşkar olmadığı üçün 

ləvayehi-qanuniyyə  komisyonu daha da aşkar etmək  üçün qərar qoymuşdur ki,  bu kimi şeylər ümumi  məclisə 

verilsin.  4-cü  fəsildə  cərimələrin  miqdarı  haqqında  ləvayehi-qanuniyyə  komisyonu  bu  fəsildə  ləğv  edir. 

Parlaman qanun müəssisəsi olduğu üçün onu da parlamanın öhdəsinə qoyur. Nəinki vükəla şurası ixtiyarına. Bu 

barədə  layihə  gələrsə  parlaman  qəbul  edər.  Sonra  bir  təshih  də  vardır.  O  da  bundan  ibarətdir:  (oxuyur)  Bu 

maddədə  söylənir  ki,  dörd  ildən  5  ilə  kimi  ləvayehi-qanuniyyə  komisyonu  bunu  iki  yerə  bölmək  istədi,  bunu 

təqsim edib böylə qərara aldıq 1-2 ildən 2 1/2 qədər. 2 1/2 3 sənəyə qədər olsun. Komisyon bu təshihləri qəbul 

ilə parlamandan bu surətdə təsdiqini rica edir. 

Katib müavini Kiçikxanov - Oxuyur birinci və ikinci maddələri. 

Bağır Rzayev - Rusca həmin maddələri oxuyur. 

Sədr - Layiheyi-qanuniyyə əsasları üzrə kim danışmaq istər-di? Rza bəy Ağabəyov. 

Ağabəyov - Bu qanun layihəsi çox gec gəlib təqdim olub, ha-man sülh məhkəmələri ki, doğrudan doğruya 3 

yüz manatadək olan işlərə baxırdı, bu o idi ki silistçilərin işləri çox olurdu bu barədə danışmaq istəmirəm, mən 

bir qədər bu qanun ətrafında danışmaq istəyirəm. Qayda budur ki, mətni sudlar gərək o dildə ola ki, cəmaət onu 

başa düşə. Təəssüflər olsun ki, bizim sud işlərimiz yenə rus dilində gedir. Bu barədə deyəcəklər 

[943 - 944]

 ki, 


türkcə işləri aparmağa adamlarımız yoxdur. Amma bilmək lazımdır ki, hökumət Gəncədə olanda böylə qərar var 

idi ki, dəftərxana işləri rusca olsa da danışıqlar türkcə olsun, halbuki, rus məmurlarının çoxusu köhnə qulluqçu 

olduqlarından yenə əski qayda ilə perevodçik vasitəsilə danışılır. Deməli mətləb odur ki, təhrirat türkcə çətin isə 

lakin  türkcə  danışıq  mümkündür.  Buna  da  biz  cəhd  etməliyik.  Bir  də  cinayət  işlərində  qanunnan  bir  para 

fəsillərini dəyişmək lazımdır. Biz gərək onları bütün bütünə dəyişək. Çünki o fəsillər 3 yüz ya 4 yüz il bundan 

qabaq  tərtib  edilmişdir  və  bu  da  hal-hazırda  milli  məişətimizə  müvafiq  gəlmir.  Amma  biz  isə  indi  də  onları 

işlədirik.  Hərçənd  qəzetlərdə  oxuyuruq  ki,  bu  barədə  komissiyalar  əmələ  gəlib  işləyirlər,  lakin  biz  onların 

işlərini görmürük. Sülh məhkəmələri üçün on min manatadək iş kifayətdir, çünki keçənlərdə 3 yüz manatadək 

olan işlərə baxırlardı, indi isə on min manatadək işə baxılacaqdır, bunu da artırıb onlara mühüm işlər vermək 

olmaz.  Bu  qanun  təcili  surətdə  keçilir.  Sülh  məhkəmələrinə  10  min  manata  qədər  olan  işləri  vermək  kifayət 

edər, əvvəlləri 300 manat idi. İndi isə 10 min manat qabili kifayətdir. Bundan çox işləri ona vermək olmaz. Bu 

barədə ehtiyatlı olmalıdır. 



Sədr - Daha kim bu barədə danışmaq istərdi? Söz Əhməd bəyindir. 

Əhməd  Cövdət  Pepinov  -  Ağabəyovun  buyurduqları  xüsusda  onu  demək  istərdim  ki,  hökumətimiz  iki  il 

müddətində tamamilə ana lisanilə işlərini aparamadı, çox təəssüf olunur. Zaqafqaziya konfransında, Zaqafqaziya 

komissarı Babacanov İrəvan məscidinə gəlib əhaliyə elan etdi ki, bundan sonra sülh məhkəmələri ana dilində, 

yəni  hər  millətin  -  müsəlman,  erməni  öz  dilində  gedəcəkdir.  Zaqafqaziya  [seymi]  vaxtında  bu  olmadı, 

məhkəmələr xalqın öz dilində aparılmadı. Orada olmadı isə gərək bu iş araya çıxmalı idi. Azərbaycan içərisində 

çıxdı.  Fəqət  Gürcüstan  içərisində  keçmişdir.  Adamlarımızda  türkcə  bilən  çox  yox  isə  də,  sülh 

məhkəmələrimizdə  xalqa  bir  qolaylıq  olmaq  üçün  türk  dilində  olması  lazımdır.  Doğrudur,  bizim  çox 

yuristlərimiz  yox,  hazırlanmış  adamlarımız  yox,  təzə  kurslar  açaraq  hazırlamalıyıq.  Yoxsa  hər  saatda 

adamlarımız  yoxdur  demək  olmaz.  Ədliyyə  yoxdur  ki,  cavab  versin. 

[944  -  945] 

hələlik  biz  bu  qanunları 

məcburən qəbul etməliyik. Sonra isə bu qanunları dəyişməli. Madam ki, biz yeni həyata başladıq onun üçün də 

yeni qanunlar düzəltməmiz lazımdır. Fəqət şimdiyə qədər ədliyyə nəzarətində bir komissiyon yoxdur ki, ümumi 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   288   289   290   291   292   293   294   295   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə