Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə295/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   291   292   293   294   295   296   297   298   299

416 

 

Sədr - Ayrı bir təklif də "Əhrar" fraksiyası tərəfindən var. Oxuyur. "Əhrar" firqəsi iki üzvündən məəda, bir 

üçüncü çlen olursa Hacı Hüseyn əfəndinin namizədliyini təklif edər. 

Səslər - Əsasən iki üzv vardır. 

Sədr - Seçkini açıq surətdəmi istəyirsiniz? Qapalımı? 

Səslər - Açıq. 

Sədr - Açıq da mümkündür. Çünki bu daimi deyil, müvəqqəti bir komisyondur. Siyahını bir daha oxuyuram. 

Oxuyur. 


Əlavə olaraq Hacı Hüseyn Əfəndizadə "Əhrar" firqəsi tərəfindən üçüncü olaraq göstərilir. 

Bayram  Niyazi  -  Tənəffüs  əsnasında  biz  böylə  hesab  elədik.  88  üzvdən  hər  dörd  adama  bir  səs  düşür. 

Müsavat firqəsi bir partiya üç səs əlavə edib 28 aldılar. Buna görə biz də sosialist firqəsilə birləşib üç üzv təklif 

etdik. 

Məmməd  Əmin  Rəsulzadə  -  Burada  bilirsiniz  ki,  Məclisi  -Məbusanın  qərarına  görə  bir  ənənə  vardır.  Bu 

kimi  komisyalar  Məclisi-Məbusandakı  məbus  qruplarının  ədədinə  nisbətlə  təşkil  olunur.  Ona  görə  tənəffüs 

əsnasında  hər  dörd  adama  bir  nümayəndə  verməklə  bu  surətlə  tənasüb  hasil  oldu.  Bunun  üzərində  uzundan 

üzünə etiraz etmək doğru deyildir. 



Sədr - Bayram Niyazi. 

Bayram  Niyazi  -  Burada  söyləndi  ki,  tam  ədəd  olmazsa  kəsirli  miqdar  nəzərə alınmaz.  Bu  həddi,  halbuki 

kəsirli  digər  firqələrdə  vardır.  Madam  ki,  o  kəsirli  firqələrdə  vardır.  Madam  ki,  o  kəsirli  firqələrin  səsi  qəbul 

edilir. Bizim də kəsrimiz gərək nəzərə alınsın. 

Sədr - Səsə qoyuram. Əvvəl siyahiyə "Əhrar" tərəfindən göstərilən 3-cü namizəd əlavə edilsin, ya yox. 

Hacı Hüseyn Əfəndizadə - Burada, hərçənd dedilər ki, "Əhrar" fraksiyası iki siyahı göstərəcək. Lakin biz 

bunu bilməligik. Biz üç nəfərlik bir siyahi göstəririk. Madam ki, siyahı gecikibdir. Mən öz namizədliyimi geri 

götürürəm. 

Sədr - Hacı Hüseyn əfəndi namizədliyini geri götürdüyü üçün siyahı olduğu kimi qəbul edilir. Hacı Hüseyn 

əfəndi namizədlikdən imtina edir. Mən müştərək siyahını səsə qoyuram. Bu siyahıdan şübhəsiz "Əhrar"ın xəbəri 

vardır. Hər gah olmasa idi, namizədləri olmazdı. Kim siyahının tərəfdarıdır, rica edirəm, əllərini qaldırsın? Kim 

əleyhinədir?  Kim  səs  verməyir?  Siyahının  lehinə  36,  əleyhinə  4,  səs  verməyən  1.  Əksəriyyət  rəylə  siyahıda 

adları olan şəxslər mərkəzi intixab komisyonuna üzv seçilirlər. 

Sədr  -  Azərbaycan  hökuməti  sərhədi  boyunda  qaragül  bölüyü  təşkili  haqqındakı  qanun  layihəsinin  2-ci 

qiraətinə keçirəm. (Katibə) Oxuyunuz. 



Katib (Bayram Niyazi) - Türkcə oxuyur. 

Ağabəyov - Rusca tərcümə edir. 

Sədr  -  Əvvəlinci  maddə  xüsusunda  kim  danışmaq  istər?  Danışmaq  istəyən  olmadığından  birinci  maddəni 

səsə qoyuram. Əvvəlinci maddəyə etiraz yoxdur? Əvvəlinci maddə qəbul olunur. 2-ci maddəni oxuyunuz. 



Katib - Türkcə oxuyur. 

Ağabəyov - Rusca tərcümə edir. 

Sədr - İkinci maddə xüsusunda kim danışmaq istər? Natiq olmadığından ikinci maddə ş səsə qoyuram. 2-ci 

maddəyə etiraz yoxdur? Yoxsa ikinci maddə qəbul olunur. 3-cü maddəni oxuyunuz. 



Katib - Türkcə oxuyur. 

Sədr  - Bir təklif varid olub. Çünki təkliflər ələlümum maddələrə aid deyil əsasə aiddir. Bir növ 3 maddəyə 

ayırır. Onu səsə qoyacağam. (Oxuyur). "Bölük nə daxiliyə, nə maliyyə nəzarətində olmayıb hərbiyə nəzarətinə 

verilməlidir. "Əhrar". 2-ci təklifi oxuyur. "Bölük hərbiyə nəzarətinin ixtiyarında olmalıdır. İmza edənlər Rəhim 

Vəkilov. Mehdi bəy..." 

Təkliflər  ikisi  də  bir  olduğundan,  biri  lehinə,  biri  əleyhinə  olmaq  üzrə  iki  nəfərə  söz  verəcəyəm.  Kim 

danışmaq istəyir? Danışmaq istəyən yoxsa, son söz məruzəçinindir. 



Ağabəyov  - Məsələ böylədir. Mənə böylə gəlir ki bunlar ki, fikir edirlər bu bölük hərbiyə nazirinə verilsə 

intizam  yaxşı  olar.  Mən  öylə  başa  düşürəm.  Təklif  edənlər  danışsa  idi  bəlkə  məlum  olardı.  Mən  indi  böylə 

düşünürəm. Mən onu demək istəyirəm. Bu bölükdə intizam olacaq. Hər uyezdə bir zabit təyin ediləcək. Onunla 

bərabər  hər  quberniyada  bir  zabit  olacaq.  Bunların  da  ümumən  başında  bir  zabit  bulunacaq.  Bunlara  təlim 

veriləcəkdir.  Bundan  keçəndən  sonra  məsələ  bir  intizamda  deyil  ki,  bunlar  yaxşı  əsgəri  nizam  alsınlar.  Ondan 

[951 - 952] 

ötəri təşkil olunmuş ki, onlar kandrabanda mane olsunlar. Bu işdə maliyyə nəzarətinə aiddir. Sərhəd 

boyunda  təşkil  olunmuş  gömrükxanalar  var.  Onların  hamısı  maliyyə  nəzarətinə  tabedir.  Əkər  bölük  hərbiyə 

nəzarətinə tabe olsa, onda öylə olacaqdır ki, sərhəd boyundakı müəssisələrin və məmurların bir qismi maliyyə 

nəzarətində  olub,  bir  qismimdəki,  qüvvə  var,  o  da  başqa  idarə  olacaq.  Ona  görə  sizdən  soruram  bu  qanuna 

müvafiqdirmi? Budur ki, təklif [var] bölük maliyyə nəzarətində qalsın. 

Sədr - Təklifləri səsə qoyuram. Hər kəs hüdudların mühafizəsini deyilənlərə vermək tərəfdarı isə rica edirəm 

əlini  qaldırsın.  Bəlkə  məni  başa  düşmədiniz:  İki  təklif  var,  ikisinin  də  məzmunu  budur  ki,  sərhəd  mühafizə 




417 

 

bölüyü əmələ gətirib hərbi nəzarətin təhtinə verilsin. O biri təklif də budur ki, haman bölük əmələ gətirilib daxili 



nəzarətinə verilsin... Söz Rəisi-Vükəlanındır. 

Rəisi-Vükəla  Nəsib  bəy  -  Möhtərəm  məbuslar!  Öylə  güman  edirəm  ki,  məqsəd  dissiplina  üstündədir  ki, 

işlərimiz  yaxşı  getsin.  Lakin  qorxuram  ki,  bu  işin  nəticəsi  pis  ola  və  hərbiyə  naziri  axırda  razı  olmaya  ki, 

əsgərlər gedib maliyyə nazirinə xidmət edələr. Cəmi məmləkətlərdə bu böylədir. O cəhətcə mən təklif edirəm ki

mühafizə bölüyü maliyyə nazirinə tapşırılsın, çünki məzkur bölük maliyyə nəzarəti ilə əlaqədar olacaqdır. Əkər 

qoşun artırmaq lazım isə sərhədi xarici düşmənlərdən mühafizə etsin. Onu da hərbiyə nazirinə tapşırmalıdır ki, 

əsgərlərin miqdarını artırsın. 



Sədr - Söz Mehdi bəy Hacıbababəyovundur. 

Mehdi  bəy Hacıbababəyov  - Mən bilən o dəstə sərhədləri saxlamaq üçündür. Köhnə zamanlarda xaricdən 

quldur dəstələri gəlib, bizim tərəflərdən nə qədər mallar aparırdı və kontrabandaçılar da az rol oynamayırdı. O 

vaxt poqraniçni strajniklər sərhədləri quldur dəstələrindən hifz etməklə bərabər kontrabandaçılardan tutduqları 

malları  da  çinovniklərə  quldurlar  ilə  mübarizə  edib  və  kontraband  malı  tutmaq  ilə  məşğul  olacaqdır.  Bəlkə 

qarşımıza gələn böyük düşmənin də hücumuna mane olacaqdır, əgər deyirlər ki, bu iki hökumətlik olar, mən də 

deyirəm  ki,  naloq  ki  maliyyə  nəzarəti  hesabına  gedir,  yenə  o  naloqu  polis  yığır

.[952  -  953]

  Sədr  (Mehdi bəy 

Hacınski) - İstər sabiq, istər təzə Rusi-yada poqraniçni straja maliyyə nəzarətinə tabedir. Ola bilsin ki, keçmişdə 

poqraniçni  strajda  bu  nizamlıq  olub.  Lakin  bu  bölüyün  hərbiyə  nəzarətinə  tabe  olması  xilaf  adətdir.  Bütün 

hökumətlərdə  bu  bölük  maliyyə  nəzarətinə  tabe  olduğu  kimi  burada  da  gərək  maliyyə  nəzarətinə  tabe  olsun. 

Məncə bu barədə tazə qanun yazmaq fəzlə və xilaf adətdir. 



Sədr - Abdulla bəy Əmircanov. 

Abdulla  bəy  -  Mehtərəm  məbuslar!  Bu  hüdud  qarovulları  həmişə  maliyyə  nəzarətində  olub.  Mən  heç  bir 

vaxt  bilmirəm  ki,  bu qarovullar  hərbiyə  və  yaxud  daxiliyə  nəzarətində  olsunlar. Hüdudda  ki,  əsgərlər  maliyyə 

işlərindən ötəridir və tomojna ilə bunların rabitəsi var. Məsələn, bir iş olduqda əfəndilərin dediyinə görə, onda 

gərək hərbiyə qulluqçuları maliyyəni buraxıb, hərbiyyəyə xəbər versinlər, sonra hərbiyə nəzarəti də maliyyəyə 

xəbər  versin.  Bu  isə  bizim  işlərimizi  çox  geri  salar.  O  səbəbə  təklif  edirlər,  sərhəd  mühafizə  bölüyü  hərbiyə 

nəzarətinə tabe olmayıb maliyyəyə tabe olsun. 



Sədr - Qara bəy Qarabəyov. 

Qara  bəy  - Bu  verilən təklifin nə dərəcə mənası var. Bu mülahizələr ilə sübut olmaz. Bu qanunun iki yüz 

illik tarixi var. Bunlar istibdad zamanında yazılmışdır ki, o vaxt tomojna işlərinə böyük əhəmiyyət verilirdi. İndi 

əsr və fikir dəyişilib. hamı firqələr deyir ki, gərək tomojnalar rədd olsun. Tamojna məsələsindən başqa bir də 

bizim  hüdudu  saxlamaq  məsələsi  var  ki,  o  da  gərək  nizami  əsgərlər  əlində  olsun.  Biz  bilirik  ki,  keçmişdə 

könüllü  hüdud  qarovulları  bir  qədər  qulluq  edib,  milyonlar  qazanırdı.  Çünki  onlar  dəyişilməksizin  hüdudda 

dururdular, hər işə aşina olur, xəyanətlər yapırlardı. Böylə bir qüvvə saxlamağa bizə lüzum yoxdur. Ona binaən 

rəisi-vükəlanın söylədiyini təqdir etməklə mən təklif edərdim ki, mühafizə bölük məsələsini götürüb, hüdudlar 

büsbütün  nizami  əsgərlərimizə  tapşıraq,  çünki  müsəlləh  və  nizami  əsgərlərimiz  olar  isə,  əvvələn  xərcdən  bir 

qədər azad olarıq, saniyən o əsgərlər daha da öz vəzifələrini gözəl ifadə edərlər, vaxtlı-vaxtında dəyişərlər, hər 

ayda  bir  dəstə  gedib  o  sərhədləri  mühafizə  edə  bilər.  Buna  görə  biz  də  təklif  edirik  ki,  bu  mühafizə  hərbiyə 

nəzarətinə verilsin.

 [953 - 954]



 

Məmməd  Əmin  Rəsulzadə  -  Bu  məsələnin  lehinə  də,  əleyhinə  də  söz  söyləmək  mümkündür.  Hərbiyə 

nəzarətinə  verilməsinin  lehinə  onu  demək  olar  ki,  hüdudlarımızı  müdafiə  etmək  hərbiyə  nazirinə  mütəlliq  bir 

məsələ olduğu üçün bu da ona verilməlidir. İlk nəzərdə bu müvafiq görünür. Fəqət hüdud mühafizəsi başqa bir 

əsgər  olacaqdır.  Xaricdən  bizim  hüdudlarımıza  bir  qüvvə  təcavüz  edərsə,  haman  hüdudun  müdafiə  və 

mühafizəsi  üçün  əsgəri  təşkilat  lazımdır.  Hüdudda  bu  əsgəri  qoymağın  əsgəri  təşkilata  və  hərbiyə  nəzarətinə 

dəlaləti  var.  Fəqət  demək  olmaz  ki,  şəhərin  içərisində  əsgər  varsa  administrasiya  lazım  deyildir.  Xalqı 

quldurlardan mühafizə etmək üçün əsgər lazım olduğu kimi kontrabandanı qorumaq üçün bu təşkilat lazımdır. 

Deyirlər ki, bu istibdad zamanından qalmışdır. Hər bir şey, istibdad zamanından qalmışdır. Hər bir şey, istibdad 

zamanında  polis  də  vardı, qradovoy  da  var  idi.  Lazım  deyil  hərbiyyə  də  verək,  demək  olmaz.  halbuki,  şimdi 

gömrükdə sui-istemal əndazəyə girmişdir. Əvvəl mal mübadiləsi yox ikən, ticarət yolunda ikən, kandraband çox 

olduğu  halda  böylə  bir  hüdud-əsgəri  təşkilatına  lüzum  görülmüş  idi.  Şimdi  isə  hər  bir  şey  cığırından  çıxdığı 

halda,  bu  məsələni  də  hərbiyə  nəzarətinin  üzərinə  buraxsanız  o  zaman  vəzifəsi  ancaq  vətən  müdafiəsi 

məqsədimüqəddəs ikən, onu bir kandraband və daxili quldurlarla uğraşmağa alışdırasınız, onun  əsgəri şərəfini 

təhqir  etmiş  olursunuz.  Əsgərin  vəzifəsi  istiqlaliyyəti  müdafiə  etməkdir.  Bunu  təqrir  etməli,  yoxsa  şərəfinə 

müğayir qaçaqçılıq bu kimi şeylərə onu sövq etmək, şərəfi əsgəriyyəni ixlal edər. 

Hüdudda gömrük məsələsi üzərində bir fənalıq baş verərsə, o ilk şikayət maliyyə nəzarətinə gələcək, maliyyə 

nəzarəti  də  hərbiyyə  nəzarətinə  yazacaqdır  ki,  sizin  əsgərləriniz  bu  şeyləri  yapmış,  o  da  yazacaqdır  ki,  bizim 

əsgərlərimiz  deyil,  sizin  adamlarınızdır.  O  deyəcək  sizin  çinovniklərdir.  Ertəsi  yox  deyəcək,  müqəssir  sizin 

əsgərlərdir. Beləliklə ixtilaf iki nəzarət arasında gedəcəkdir. Və bu arada bu qarışıqlıqda qaçaqçılıq, kandraband 

daha çox olacaqdır. İstibdad vaxtı bu hüdud əsgərləri ayrı təşkil olunduqda istibdad gücü ilə deyil, o vaxt da bu 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   291   292   293   294   295   296   297   298   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə