Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə296/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   291   292   293   294   295   296   297   298   299

418 

 

fikirlə meydana gəlmişdir. Əski zamanda Rusiyanın hüdudları böyük və müntəzəm general orduları tərəfindən 



mühafizə edilirkən, yenə bu kandrabant məsələsinin böylə zəif bir qüvvəyə verilmişdi. Bu kandraband üzərində 

ola  biləcək  bir  mübahisəyə  maliyyə  naziri  məsul  ikən  qüvvət  hərbiyə  nəzarətinin  olur.  Demək  vəzifə  ayrı, 

məsuliyyət  də  ayrı  adamda  olur.  Beləliklə  işin  içindən  ixtilaf  çıxa  biləcəyindən  o  vaxtda  maliyyə  nəzarətinə 

verilirdi. 



Sədr - Aşurov. 

Aşurov - Mən söyləmək istəmirəm. 

Sədr - Sırada natiq olmadığından son söz məruzəçinindir. 

Rza bəy Ağabəyov - Möhtərəm əfəndilər! Burada bu təklif qanunun əsasına aiddir. Əsasən qanunun əsasları 

müzakirə  və  təsdiq  olunduqdan  sonra,  təkrar  maddə-maddə  səsə  qoyuldu.  Bunu  gərək  biz  əvvəlcə  səsə  qoya 

idik. Və yenə Qarabəy bir takım cərəyanlardan, müəssisələrdən bəhs buyurdular, halbuki mən təklif edərdim ki, 

biz  məsələnin  əsasına  gedəlim.  Bizə  hüdud  mühafizə bölüyü  lazımdır,  ya  yox?  Bir  paraları deyirlər  ki,  hüdud 

gərək açıq olsun, sərbəst ticarət olsun, biz hürriyyət pərvərik, mühafizə bölgü olmasın. Fəqət biz bir kərə qərar 

qoymuşuq ki, gömrükxanalar kimi müəssisələr olsun. Madam ki, bunu qəbul etmişsiniz. O halda onlara qüvvə 

də verməliyik. Mən başa düşürəm əgər məsələ qanunun əsası üzərinə danışılsa idi. Yoxsa əsas qanunu maddə-

maddə  oxuyanda  yerindən  bir  şəxs  etiraz  edir.  Bir  maddə  xüsusunda  bir  çox  danışıq  olur  və  nəticədə  bütün 

məsələ əsasilə geri qalır. Və yenə dedilər ki, bu müəssisə hərbiyə nəzarətinin əmrinə verilsin. Bakalım, hərbiyə 

naziri  bu  təklifə  razı  olacaqmı,  ya  yox...  Deməyəcəkmi  "Bən  alış-verişçi  deyiləm".  hər  halda  onun  rəyini 

sormalıyıq. Burada polisdən bəhs edildi və söyləndi ki, polisə icabında maliyyə nəzarətinə naloqları, vergilərin 

toplanmağı  xüsusunda  kömək  edir.  Halbuki,  bu  da  doğru  deyildir.  Çünki  polisyanın  vəzifəsi  başqa.  Vergi 

toplamağa məxsusi maliyyə nəzarətinin intizab edəcəyi məmurların vəzifəsi başqadır. Bunun üçün biz gərək hər 

bir işi öz müəssisəsinə və öz əhlinə verək ki, arzu edilən eyni nəticə olsun... 



Sədr  -  Mən  təklifi  səsə  qoyuram,  kim  tərəfdardır  rica  edirəm  əllərini  qaldırsın.  Kim  əleyhinə,  kim  səs 

verməyir? Lehinə 10, əleyhinə 27, səs verməyən 5. Əksəriyyət rəy ilə təklif qəbul edilməyir. 

[955 - 956]

 Üçüncü 


maddəni  səsə qoyuram.  Kim  üçüncü  maddəni  komisyonun təklif  eylədiyi  kimi  qəbul  edir, rica edirəm  əllərini 

qaldırsın. Kim bunuu əleyhinədir? Kim səs verməyir? 

Lehinə 26, əleyhinə 8, səs verməyən 9. Əksəriyyət rəylə maddə qəbul edilir. 4-cü maddəni oxuyunuz. 

Katib - Dördüncü maddəni oxuyur. 

Sədr  -  4-cü  maddə  xüsusunda  kim  danışmaq  istərdi?  4-cü  maddəni  səsə  qoyuram.  Etiraz  yoxmu?  Etiraz 

olmadığından qəbul edilir. 5-ci maddəni oxuyunuz. 



Katib - 5-ci maddəni oxuyur. 

Sədr  -  Beşinci  maddə  xüsusunda  kim  danışmaq  istərdi?  5-ci  maddəni  səsə  qoyuram.  Etiraz  yoxmu?  5-ci 

maddə qəbul edilir. 6-cı maddəni oxuyunuz. 



Katib - Oxuyur. 

Sədr  - 6-cı maddə xüsusunda kim danışmaq istərdi? Səsə qoyuram, etiraz yoxmu? 6-cı maddə qəbul edilir. 

7-ci maddəni oxuyunuz. 



Katib (Bayram Niyazi) - 7-ci maddəni oxuyur. 

Ağabəyov - Rusca tərcümə edir. 

Sədr  -  7-ci  maddə  xüsusunda  kim  danışmaq  istərdi?  Danış-maq  istəyən  yoxdursa  səsə  qoyuram.  7-ci 

maddəyə etiraz yoxdur ki? Yoxdursa qəbul edilir. 8-ci maddəni oxuyunuz. 



Katib - 8-ci maddəni oxuyur. 

Ağabəyov - Eyni maddəni tərcümə edir. 

Sədr  -  8-ci maddə xüsusunda danışmaq istəyən yoxdur ki? Yoxsa səsə qoyuram. Etiraz yoxdur? Onda 8-ci 

maddə qəbul edilir. Birinci maddəyə əlavə cədvəli oxuyunuz. 



Katib - Oxuyur. 

Sədr - Əvvəlinci maddəyə aid cədvəl xüsusunda kim danış-maq istərdi? Rusca oxuyunuz. 

Ağabəyov - Rusca oxuyur. 

Sədr  -  Kim  danışmaq  istərdi,  əvvəlinci  maddənin  əlavəsi  xüsusunda?  Səsə  qoyuram.  Etiraz  yoxdur  ki? 

Əvvəlinci  maddəyə  əlavə  olunan  məmurun  cədvəli  qəbul  edilir.  Üçüncü  maddəyə  əlavə  edilən  cədvəli 

oxuyunuz. 

Katib - Oxuyur. 

Ağabəyov - Tərcümə edir. 

Sədr - 3-cü maddənin əlavəsi xüsusunda kim danışmaq istərdi? Danışmaq istəyən yoxdur ki? Səsə qoyuram. 

Etiraz  yoxdur  ki,  buna?  Etiraz  olmadığından  üçüncü  maddəyə  əlavə  olunacaq  cədvəl  qəbul  edilir.  Müsaidə 

verəsiniz növbədəki məsələlərə keçək. Yoxsa bir təklif var ki, məclis qapansın. Buna etiraz yoxdur ki? 

İclas qapanır. 

İclas qapanır saat 3.10 dəqiqə. 

 



419 

 

Arxiv, f. 895, siy. 1, iş, 128, vər. 1-22. 




420 

 

 



№ 66 

Altmış altıncı iclas 

18 avqust 1919-cu il. 

 

İclas saat 11.35 dəqiqədə açılır. 



Sədr - Həsən bəy Ağayev. Katib - Mehdi bəy Hacınski. 

Sədr - İclas açılır. (Katibə) Yomiyyeyi-müzakiratı oxuyunuz. 

Katib – Müzakiratia-yomiyyə: 1 - Daxil olmuş kağızlar. O cümlədən: a) Ağdamda təsis olunacaq xəzinənin 

ştatası haqqında; b) Gömrük idarələrində alınan vergilər barəsində maliyyə naziri hüququnun genişləndirilməsi 

haqqında. 2) Sülh məhkəmələrinin cinayət işlərində daireyi-nüfuzunun tovşəsi və sülh hakimlərinin təqviysilə 

əhvali-xassəyə  qarşı  icra  edilən  bəzi  cinayətlərə  biçiləcək  qanunların  təbdil  və  təğyiri  haqqında  qanun 

layihəsinin 3-cü qiraəti. - Məruzəçi Rzayev Bağır; 3) Azərbaycan sərhədində mühafizə bölüyü təsisi haqqında. 

3-cü qiraət. Məruzəçi - Ağabəyov; 4) Azərbaycan darülfünunu təşkili haqqında; 5) Azərbaycan hökumət bankası 

təşkili  haqqında.  -  Məruzəçi  Ağabəyov;  6)  Spirt  məhsulatın-dan  alınan  aksiz  vergisi  miqdarlarının  artırılması 

haqqın-da. Məruzəçi - Ağabəyov; 7) Tövcü vergisinin artırılması ilə bərabər torpaq gəlir və məxaric smetasının 

və  torpaq  vergi  miqdarlarının  təmdidi  haqqında.  Məruzəçi  -  Ağabəyov;  8)  Nəşri-elan  haqqında;  9)  Maliyyə 

nəzarəti şurası haqqında; 10) Fabrika inspeksiyasına dair qəvaiddin təğyiri haqqında. 

11)  Ümumi  əyləncə  və  tamaşaxana  yerlərindən  alınan  müvəqqəti 

[957  -  958]

  verginin  hökumət  məbaliği-

müstəhfizəsinə  idxalı  haqqında.  Məruzəçi  -  Ağabəyov;  12)  həmin  sənə  üçün  İrəvan  ümuri-xeyriyyə  naziri 

vəkilinin  maaşı  və  onun  idarəsi  məsarifatı  üçün  nazirə  177.000  rüblə  kredit  açılması  haqqında.  Məruzəçi  - 

Ağamalov;  13)  Tamğa  rüsumatı  qanunnaməsinin  bəzi  maddələrinin  təbdili  və  rüsum  miqdarlarının  təzyidi 

haqqında.  Məruzəçi  -  Rüstəmbəyov;  14)  Şəhadətnaməsiz  olan  içki  kartından  alınan  xərclərin  qüvvələnməsi 

haqqında. Məruzəçi -Hacinski; 15) Bakı xəzinə palatası müdiri-müavinliki vəzifəsinin ləğvi haqqında. Məruzəçi 

- Muxtar Əfəndizadə; 16) Azərbaycan cümhuriyyəti ümumi-xeyriyyə nəzarətinin ştatının siyahısı və maaşlarının 

artırılması haqqında. Məruzəçi -Mustafa Vəkilov; 17) Hökumət fraksiyasının hökumətə sualı. 

Ağdamda təsis olunacaq xəzinənin ştatı haqqında qanun layihəsi verilir ləvayehi-qanuniyyə komissiyonuna 

(rusca). 



Sədr - Yomiyyeyi-müzakirata etiraz yoxdur? Yomiyyeyi-müzakirat qəbul edilir. 

Növbədəki:  Sülh  məhkəmələrinin  cinayət  işlərində  daireyi-nüfuzunun  tövsi  və  sülh  hakimləri  hökmlərinin 

təqviyəsilə  əmvali-xassəyə  qarşı  icra  edilən  bəzi  cinayətlərə  biçiləcək  qanunların  təbdili  və  təğyiri  haqqında 

qanun layihəsinin üçüncü qiraəti. (Katibə) Layihəni oxuyunuz. 



Katib - Layihənin birinci babını oxuyur. 

Sədr  -  Əvvəlinci  bab  xüsusunda  kim  danışmaq  istərdi.  Danışmaq  istəyən  yoxsa,  səsə  qoyuram.  Əvvəlinci 

babdan gərək ki, yadınızdadır, keçən dəfə parlamanın qərarı üzrə dördüncü maddə ixrac edilmişdir. Ona görə 3 

maddədən  ibarət  birinci  babı  səsə  qoyuram.  Etiraz  yoxdur.  Qəbuluna  etiraz  yoxdur?  Etiraz  yoxdur.  Üç 

maddədən ibarət əvvəlinci bab qəbul edilir. 



Katib - Layihənin 2-ci babını oxuyur. 

Sədr - İkinci bab xüsusunda kim.danışmaq istərdi? Danışmaq istəyən yoxsa səsə qoyuram. İkincini layiheyi-

qanuniyyə komisyonunun qərarı üzrə kim qəbul edirsə, rica edirəm əlini qaldırsın. Əksəriyyət rəy ilə ikinci bab 

komisyon qərarı üzrə qəbul edilir. (Katibə) Üçüncü babı oxuyunuz. 

Katib - Layihənin üçüncü babını oxuyur. 

Sədr  -  3-cü  bab  xüsusunda  kim  danışmaq  istərdi?  Səsə  qoyuram.  Üç  maddədən  ibarət  üçüncü  babı  səsə 

qoyuram. Etiraz yoxdur 

[958 - 959] 

buna. 3-cü bab qəbul edilir. Layiheyi-qanuniyyəni tamamən səs qoyuram. 

Etiraz  olmadığından  layiheyi-qanuniyyə  tamamən  qəbul  edilir.  Layiheyi-qanuniyyə  veriləcək  təshih 

komisyonuna. Növbədəki məsələ Azərbaycan sərhədində mühafizə bölüyü təsisi haqqında qanun layihəsinin 3-

cü qiraətidir. (Katibə) Oxuyunuz. 

Katib (Bayram Niyazi) - Oxuyur. 

Sədr - Bunun əlavəsini də oxuyunuz, cədvəlini. Əvvəlinci maddəyə əlavə cədvəl var, onu oxuyunuz. 

Katib - Cədvəli oxuyur. 

Sədr  -  Əvvəlinci  maddə  xüsusunda  kim  danışmaq  istərdi?  Danışmaq  istəyən  olmadığından  səsə  qoyuram. 

Əvvəlinci maddəni və ona aid cədvəli səsə qoyuram. Bunun qəbuluna etiraz yoxmu? Səsə qoyuram. Kim bunu 

qəbul  edirsə,  əvvəlinci  maddəni  qəbul  edirsə  rica  edirəm  əlini  qaldırsın.  (Əllər  qalxır).  Sayınız.  Kim  bunun 

əleyhinədir? Kim səs verməyib? Lehinə 32, əleyhinə 7, səs verməyən 3. Əksəriyyət rəylə əvvəlinci maddə və 

ona aid cədvəl qəbul edilir. 2-cini oxuyunuz. 

Katib - 2-ci maddəni oxuyur. 

Sədr  -  2-ci  maddə  xüsusunda  kim  danışmaq  istərdi?  Səsə  qoyuram.  İkinci  maddəni  kim  qəbul  edirsə  rica 

edirəm əlini qaldırsın. Kim əleyhinədir? Səs verməyənlər? Bir də səsə qoyuram. 2-ci maddənin kim əleyhinədir 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   291   292   293   294   295   296   297   298   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə