Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə297/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   291   292   293   294   295   296   297   298   299

421 

 

əlini  qaldırsın.  Kim  səs  vermir?  42  adamdan  yerdə  qalanı  şübhəsiz  qəbul  edirlər.  Biri  səs  verməyib.  Yeddi 



əleyhinədir. Əksəriyyət rəylə maddə qəbul edilir. 3-cü maddəni oxuyunuz. 

Katib - 3-cü maddəni oxuyur. 

Sədr - 3-cü maddə xüsusunda kim danışmaq istərdi. Üçüncü maddəni cədvəl ilə bərabər səsə qoyuram. Kim 

etiraz edirsə, rica edirəm əlini qaddırsın. Kim səs verməyib. 42 əzadan 2-si səs verməyib, 7 əleyhinə, 33 lehinə 

əksəriyyət rəy ilə 3-cü maddə qəbul edilir. 4-cü maddəni oxuyunuz. 

Katib - 4-cü maddəni oxuyur. 

Sədr  -  Dördüncü  maddə  xüsusunda  danışmaq  istəyən  yoxdursa,  səsə  qoyuram.  Kim  etiraz  edirsə  əlini 

qaldırsın. Səs verməyənlər? 33 lehinə, 7 əleyhinə, səs verməyən 2. Əksəriyyət rəy ilə 4-cü maddə qəbul edilir. 

5-ci maddəni oxuyunuz. 

Katib - 5-ci maddəni oxuyur. 

[959 - 960]



 

Sədr 5-ci maddəni səsə qoyuram. Kim etiraz edirsə əlini qaldırsın. Səs verməyənlər? 31 lehinə, 7 əleyhinə, 

3 səs verməyən. Əksəriyyət rəy ilə 5-ci maddə qəbul edilir. 6-cı maddəni oxuyunuz. 



Katib - 6-cı maddəni oxuyur. 

Sədr - 6-cı maddəni səsə qoyuram. Kim etiraz edirsə rica edirəm əlini qaldırsın, səs verməyənlər? Lehinə 32, 

əleyhinə 7, səs verməyən 2. Əksəriyyət rəy ilə 6-cı maddə qəbul edilir. 7-ci maddəni oxuyunuz. 



Katib - 7-ci maddəni oxuyur. 

Sədr - 7-ci maddəni səsə qoyuram. Kim etiraz edirsə rica edirəm əlini qaldırsın, səs verməyənlər? Lehinə 33, 

əleyhinə 7, səs verməyən 2. Əksəriyyət rəy ilə 7-ci maddə qəbul olunur. 8-ci maddəni oxuyunuz. 



Katib - 8-ci maddəni oxuyur. 

Sədr  -  8-ci  maddəni  səsə  qoyuram.  Kim  etiraz  edirsə  rica  edirəm  əlini  qaldırsın,  səs  verməyənlər?  Səs 

verməyən 2, əleyhinə 7, lehinə 32. Əksəriyyət rəy ilə 8-ci maddə qəbul olunur. 

Layiheyi-qanuniyyəni  tamamən  səsə  qoyuram.  Kim  bunun  əleyhinədir?  Səs  verməyənlər?  Lehinə  32, 

əleyhinə 7, səs verməyənlər 2. Layiheyi-qanuniyyə təmamən qəbul olunur, verilir təshih komisyonuna. 

Növbədəki məsələ Azərbaycan daralfünunu haqqında layiheyi-qanuniyyə. 

Mahmudov Mustafa (yerindən) - Müsaidə veriniz. 

Sədr - Nə xüsusda? 

Mustafa - Darülfünün xüsusunda. 

Sədr - Söz Mustafa Mahmudovundur. 

Mustafa  -  Hərçəndi  müzakirati-yomiyyəyi  qəbul  etmişik.  Lakin  darülfünun  barəsində  bizim  fraksiyanın 

müzakirə  olmayıb  və  natiqimiz  bu  gün  bu  barədə  danışacaq  idi.  Burada  olmadığından  mən  təklif  edirəm  ki, 

darülfünun  məsələsi  qal-sın  kələn  iclasa.  Ondan  daha  mühüm  məsələlər  var  ki,  çoxdan  bəri  müzakirati-

yomiyyəyə  daxil  olmuş  isə  də  məəttəəsüf  bu  vaxta  qədər  onlara  baxılmamışdır.  Məsələn  yer  məsələsi  və 

Azərbaycan  hökumət  bankı  məsələsidir  ki,  darülfünundan  daha  lazımlıdır.  Mən  təklif  edirəm  darülfünun 

məsələsi qalsın kələn iclasa. 

[960 - 961]

 

Sədr - Təklifə etiraz yoxdursa qəbul olunur. 

Təklifi  səsə  qoyuram.  Kim  bu təklifi qəbul  edirsə,  rica  edirəm  əlini  qaldırsın.  Kim  bunun  əleyhinədir?  Səs 

verməyənlər.  Lehinə  21,  əleyhinə  15,  səs  verməyən  9.  Əksəriyyət  rəy  ilə  qəbul  olunur.  Darülfünun  məsələsi 

qalır gələn iclasa. 

Sədr - Növbədəki məsələ Azərbaycan hökumət bankının təsisi haqqında. Məruzəçi - Rza bəy Ağabəyov. 

Bağır Rza - Bank xüsusunda danışmaq istərdim. 

Sədr - Buyurunuz. 

Bağır  Rza  -  Yomiyyəyi-müzakirə,  yeni  darülfünun  məsələsində  maarif  naziri  burada  bulunmadığından 

dolayı etiraz edildi və geri buraxıldı. halbuki bank təsisi haqqında da hənuz ətraflı məlumatımız olmadığından 

biz də təklif edərdik ki, bu məsələ də dala götürülsün. 

Ağabəyov - Bank məsələsini bu gün axıra qoymaq olmaz. Çünki maliyyə naziri müavininin verdiyi xəbərə 

görə ayın 25-də bank açılır. Halbuki bank açılmadan  əvvəl tərtib edilən qanun layihəsi məclisdən keçməlidir. 

Baxüsus  komisyonda  qanun  layihəsi  baxıldı,  hətta  sosialist  arkadaşlar  da  iştirak  etdi.  Hər  halda  bu  məsələni 

təcili surətdə həll etmək lazımdır. 



Səslər - Fraksiyalara verəlim. 

Sədr - Xəbər verə bilmərəm. Çünki biri təklifin əleyhinə, digəri lehinə danışdı. Kim tərəfdardır, rica edirəm 

əlini qaldırsın. Kim əleyhinədir? Kim səs verməyir? Lehinə 20, əleyhinə 23, səs verməyən 2. Əksəriyyət rəy ilə 

təklif qəbul edilmir, məsələyə bu gün baxılır. 

Ağabəyov  -  Maliyyə  nəzarəti  bank  məsələsini  meydana  gətirib,  bu  xüsusda  layiheyi-qanuniyyə  də  tərtib 

etmişdir. Maliyyə naziri bank xüsusunda olan bəyanatında buyurdu ki, bank bizə lazımdır. Çünki cəmaət əmanət 

sandıqlarına əmniyyət edib də pul təslim etməyir. Və kassalar da işləmir və cəmaətin əllərində kağız pullar bu 

surətlə bir bankı olursa, o zaman cəmaət pulunu verər. Pullar bir yerə yığılır və daima ortalığa çoxlu kağız pulda 

buraxmaqda olmaz. 



422 

 

2-ci  səbəb,  bank  açılırsa,  bu  bank  kredit  açar,  xüsusi  şirkətlərə  pul  buraxır.  Pulları  əksəriyyətlə  rus 



banklarında olan bu şirkətlərin halı çox pisdir və çətindir. Əgər hökumət 

[961 - 962]

 bankı açılır, bu şirkətlərə 

pul buraxılırsa, onlar da işləyə bilir. Nəticədə ticarətimiz də çoxalar. 

3-cü səbəb. Əgər bank olursa və əlaqə başlarsa çek artar, pulun miqdarı da əksik olar. həm kağız pula da o 

qədər lüzum qalmaz. Maliyyə nəzarəti bu dəlilləri deyir ki, bizim içimiz-də də bank müamilərinə aşna məmurlar 

vardır.  Ona  görə  biz  də  bu  nizamnaməni  yazanda  əski  rus  nizamnaməsini  gözdən  keçirib,  müəyyən 

məhəllələrini  dəyişdirməklə  qəbul  etdik.  Rusiya  zamanında  bank  müamiləsinin  artırılıb  əksilməsi  məsələsi 

maliyyə nazirinin əmrilə olurdu. Biz bunu dəyişdirdik. Məzkur məsələ Məclisi-Məbusanın əmrilə olacaqdır. 

Və yenə Azərbaycanın dikər şəhərlərindəki otdelenyaların, istiqraz sandıqlarının qurması da bu surətdə olub 

ayrı-ayrı olmayacaqdır. 

Ərz edilən bu nizamnamələri maliyyə nəzarəti qoymuşdur. Layiheyi-qanuniyyənin tamamən 144 maddədən 

ibarətdir. Maddələrin çoxu bankın təsisindən, qulluqçuların miqdarından, idarəsindən, müamiləsindən bəhs edir. 

Bundan başqa smeta da nizamnaməyə daxildir və varidat məsarifat burada göstərilmişdir. Məmurları saxlamaq 

üçün  917.000  manat,  bankın  düzəlməsi  üçün  490.000  manat  xərc  göstərilir.  O  yerlərlə  ki,  maliyyə-büdcə 

komisyonu hökumət qanunu ilə razı olmayıb, onu ərz eylərəm. Qanun layihəsi budur. 

Sədr - Layihənin əsasları üzərinə kim danışmaq istərdi. Söz Ağamalı oğlunundur. 

Ağamalı oğlu - Bundan qabaq mən söz istəyəndə ki, bu qanuna bu gün baxılmasın çünki bizim fraksiyanın 

vədəsi  olmayıb  və  bu  rəy  verə  bilməmişdir.  Onda  natiq  bunun  əleyhinə  gedib  dedi  ki,  bu  lap  tələsikdir  ki, 

hökumət özü 3-4 günə bank açacaq. Siz hirslənib bunu keçirməsəniz də buna gərək bu gün baxıla. Parlaman 

gərək baxsın. Siz bu qanunu keçirsəniz də, keçirməsəniz də bank açılacaq. Amma biz deyəndə ki, bu qanuna bu 

gün baxılmasın, buna vaxt lazımdır və bu.onun üçündür ki, biz bu qanuna artıq fikir və qiymət veririk. Bu, o 

xırda  qanunlardan  deyildir  ki,  yanından  çapaq  gedək.  Çünki  bank  tək  bir  nazirin  ixtiyarında  deyil  ki,  açsın. 

Parlaman üzvləri gərək bunun üçün dərin fikrə getsin. İş buradadır ki, gərək bu qosudarstvenni banka pul getsin. 

Qosudarstvenni xoznaçeystvo ki 

[962 - 963]

 deyirlər gərək həmişə ora pul gedə ki, oradan da banka gedə. Bu 

pulda  xəzinəyə  haradan  yığılır.  Göydən  gəlmir.  Bu  yerdən  yığılır  cəmaətdən,  znaçit  gərək  cəmaətin  nəfinə 

olsun.  Əgər  bu  cəmaətin  hamısının  nəfinə  isə  o  zaman  hər  bir  idarə  buna  qol  qoyar.  Amma  keçmişdə 

qosudarstvennıy, bank hansıki qosudarstvenni xəzinə ilə dolanardı ümum cəmaətin nəfinə getmirdi. 

Ancaq  sərmayədarlar  üçün  qulluq  eyləyirdi.  Ondan  əlavə  nəinki  ora  tək  alışverişçilər,  hətta  ora  cürbəcür 

canavarlar yığılırdı, şəkər başına çibin yığılan kimi. Bunlar bankın şirəsini çəkirdilər. Axırda bank batırdı. Ziyan 

dəyirdi, o adamlara ki, əməyinin axırıncı pulunu gətirib banka qoymuşdu. Bu şey yalnız Rusiyada deyil böyük 

məmləkətlərdə,  Frənkistanda,  İngiltərədə  görünübdür.  Belə  ki,  bank  batıb  gedibdir.  Biz  deyirik  ki,  bizim 

cümhuriyyət bankı elə bir bank olsun, nəfi getsin cəmaətin çoxluğuna dəysin. Bizim fəhlə firqəsinə, əkinçilərə; 

kəndə də olanların əsəri dəysin. Bəs haçan onlara əsəri dəyəcəkdir? Yoxsa onların pulunu bir fənd ilə, bir kələk 

ilə cəm edəsən, cəmaətə lazım olmayan adamların cibinə dola. Biz bu bankın dərin fikrinə getməmişik. Amma 

onun bir neçə yeri var, göstərir ki, bizim cəmaət bankdan kənar qalasıdır. Cəmaətin nəfinə deyil. Amma bankı 

onlar saxlayacaqdır. Bir öylə yeri də var ki, deyir. Çünki bankın pulu batdı qosudarstvenni kaznaçeystvodan pul 

açılacaq. Bir elə yeridə var. Bankın nəfi gedəcək xəzinəyə. Ziyan da çəksə xəzinədən ora axacaq. Biz bilmək 

istəyirik ki, bu necə olacaqdır. Keçmişdə, tarix göstərir ki, bunun ziyanı nəfindən çox olur. Azərbaycan xəzinəsi 

kanov qayırıb axıdıb yeridir. Əlbəttə, əgər bank nizam ilə aparılsa və alış-verişə həqiqət kömək edərsə, onda heç 

kəsin sözü olmaz. Bu yerləridə var ki, deyəsən ticarət o sağlığında olmayacaq, bir qədər azarlı olacaq. Onda da 

nəfi  olmaz.  Oranı  kim  idarə  edəcək,  sovet,  o  sovetin  adamları  da  ona  fitil  verəndə  bankın  heç  bir  xeyri 

olmayacaqdır.  Biz  bu  layihənin  barəsində  dərin  fikir  eyləmişik.  Layihənin  hamı  maddələrinə  baxsaq  çox  şey 

tapmaq  olar.  Məsələn, bir yerdə  deyilir  ki,  borc  götürənin  pulu  olmasa,  o  vaxt  Sovetin  ixtiyarı  var  bağışlasın. 

Əvəzində xəzinədən oraya pul axacaq. 

[963 - 964]

 

Biz buna fikir vermək istədik ki, bəlkə bir yol ilə bu balaca deşikləri örtə bildik. Bu fikir ilə biz istəyirdik ki, 

bu  qanunnaməyə  artıq  dərəcədə  fikir  verilsin  və  burada  böyük  obsujdeniya  olunsun.  Çünki  buna  bizə  izin 

verilmədi.  Ona  görə  də  biz  bu  qanunun  nə  əleyhində  və  nə  də  ləhində  səs  verməyəcək  olacayıq...  Düzdür 

saniyə... 

Sədr - Söz Ağa Aşurovundur. 

Aşurov  -  Bu  qanunun  əleyhinə,  əlbəttə,  bu  vaxt  getmək  olmaz.  Əgər  biz  istəyirik  bizim  məmləkətdə 

normanlı  həyat  olsun.  Gərək  axtaraq  o  şeyləri  ki,  onlar  normanlı  həyata  kömək  edər.  Məmləkətin  normanlı 

həyatına kömək edən şeylərin birisi də ticarətdir: Bunun üçündə ticarət aparatını gərək dirildək. Buda banklar ilə 

ola bilər. Bu barədə danışmaq istəmirəm. Ancaq bir şey istərdim, dokladçıdan soruşam. Bizim köhnə bank ilə və 

başqa banklar ilə əlaqəmiz nə cür olacaq. Köhnə bankların köhnə borcları barəsində bizim fikrimiz nədir? Biz 

köhnə borcları verəcəyikmi? Və alçaqları ala biləcəyikmi? Çünki bunlar məlum olandan sonra bilmək olar ki, bu 

bank yaşayacaq, ya - yox. Bu əsaslı bir məsələdir. Əgər bizim köhnə banklar ilə bir əlaqəmiz olsa idi, onda ayrı 

cür olardı. Mən bunu bilmək istərdim. 



Sədr - Danışmaq istəyən daha yoxmu? Əhmədzadə Yusif. 


Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   291   292   293   294   295   296   297   298   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə