Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə298/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   291   292   293   294   295   296   297   298   299

423 

 

Əhmədzadə  Yusif  -  Bank  açmaq  barəsinə  öylə  bilirəm  ki,  heç  danışıq  olmamalıdır.  Müstəqil  səltənətin 

nişanələrindən birisi də bank təsisidir, Çünki varidat və ticarət ondan asılıdır. Bir millətin mədaxil və məxaricini 

xəzinədən, bankdan bilmək olar. Bank özü öylə şeydir ki, hökumətə müavinətdən başqa siyasi əhəmiyyəti var. 

Qonşu məmləkətlər ilə neçə əlaqə və müamiləsi var. Bankın bir əhəmiyyəti də var ki, şöbələri ola bilir ki, onlar 

da Kerenski bank və ya ziraət və ya torpaq banklarıdır. Bu şöbələrdə yenə məmləkətin ticarət tərəfini nəzərdə 

tutub,  onun  irəli  getməsinə  səbəb  olacaqdır.  Bank  nə  yolda  olacaq,  nə  təhərdə  olacaq,  onlar  açıldıqdan  sonra 

düzələn  şeylərdir.  Bank  barəsində  o  qədər  danışmaq  lazım  deyil,  lakin  müxtəsərdə  olsa  deyək.  Məsələn,  ola 

bilər  ki,  bir  tacirə,  bir  iş  sahibinə  bir  məbləğ  lazımdır.  Özündə  yoxdur,  lakin  etibarı  var.  Ona  kağız  vasitəsilə 

bank  müəyyən  bir  məbləğ  buraxar.  O  adamın 

[964  -  965]

  ticarəti  vüsət  tapar,  işi  düzələr.  Bank  da  bundan 

istifadə  etmiş  olar.  Bir  də  ticarət  bir  adamdan  ibarət  deyil.  Ondan  fəhlə  qismi  də,  sərmayədar  da  məmləkətdə 

istifadə  edir.  Ticarət  vasitəsilə  hər  bir  sinfin  özünə  görə  mədaxili  olur.  İndi  əgər  işləri  yaxşı  aparmırlarsa, 

bundan  demək  olmaz  ki,  bank  yaxşı  deyildir.  Mən  güman  edirəm  bütün  nöqsanlar  gələcəkdə  düzələr,  islah 

edilər.  Bizim  indi  yaşadığımız  əsr  cümhuriyyət  əsridir.  Biz  bir  cümhuriyyət  daxilində  yaşayırıq.  Cümhuriyyət 

isə  boş  sözdən,  quru  kağızdan  ibarət  deyildir.  İndidən  əyləşib  danışmaq  ki,  bəzi  işlərdə  nöqsanlar  və 

qanunsuzluqlar olduğundan bank nə lazımdır. Doğru mülahizə deyildir. Mən deyə bilərək ki, qabaqkı Rusiyanın 

istibdad  idarəsi  zamanında  onun  qoyduğu  qanunlar,  həp  kağız  üzərində  olardı.  Hər  kim  öz  xahişi  ilə  iş  görüb 

qanunları nəzərə almaz idi. Əgər o hakimlər kağız üzərindəki qanunları nəzərə alsa idi yenə bir şey idi. 

Polis bizim gözlərimizin qarşısında öylə bir şey idi ki, onlarda qırmancdan başqa ayrı bir şey görmək olmaz 

idi. hər qanun çıxırdı, o ancaq kağızda qalıb nəzərə alınmayırdı. halbuki, qanun özü hər nə oldu yaxşı bir şey idi. 

Bank  barəsində  təfsil  ilə  burada  danışmaq  mən  öylə  bilirəm  ki,  artıqdır.  Əgər  komisyon  buna  baxıb  qəbul 

edibsə biz də gərək [qəbul] edək. Ola bilər ki, bəzi təğyir və təbdili olsun. 



Sədr - Kim danışmaq istərdi? Hər kim danışmaq istər isə rica edirəm vərəqə yazıb versin. İbrahim Əbilov. 

Əbilov - Biz burada bankın olub-olmaması barəsində danışmadıq və əsasən bankın ziddinə getmədik, əlbəttə 

bankları  ondan  ötəri  təşkil  edirlər  ki,  onların  əhəmiyyəti  çoxdur.  Biz,  ancaq  bu  qanunun  bir  paralarına  etiraz 

edirik ki, bu qanun layihəsi bizim fraksiyamıza gəlmədiyindən məsələnin gələn iclasa qalmasını rica etmişdik. 

Dedilər  ki,  kömək  lazımdır.  Əlbəttə  polis  əhəmiyyətlidir.  Darülfünun  məsələsi  də  lazımlıdır.  Lakin,  yalnız 

"Müsavat"ın natiqi burada olmadığından... 

Sədr - Rica edirəm sözünüzə davam edib, parlamanın qətnaməsinə toxunmayasınız. 

İbrahim  Əbilov  -  Ərz  etdiyim  kimi  bankın  açılmasına  zidd  deyilik.  Lakin  dediyim  səbəblərə  görə  gələn 

iclasa qədər təxir olmasını təklif etdik. 

[965 - 966]

 

Sədr - Təklifinizi səsə qoydum keçmədi. 



İbrahim Əbilov - Şimdi kəndi təklifimizdə baqi qalıb ərz edirik ki, hər gah təklifimiz qəbul olunmasa biz bu 

məsələdə nə müzakirəyə iştirak və nə də ləhinə, ya əleyhinə səs verməyəcəyik. 



Sədr - Sırada natiq olmadığından axırıncı söz məruzəçi Rza bəy Ağabəyovundur. 

Rza  bəy  -  Bu  bank  məsələsi  bilməlidir  ki,  iki  aydan  çoxdur  komissiyaya  gəlib,  bir  çox  çətinlik  ilə  yığılıb 

buna baxmışıq. Bu layihə də fraksiyalara göndərilibdir. Əyər sosialistlər bu bank  məsələsinə əhəmiyyət verib 

baxmaq  istəsəydilər  imkan  var  idi.  Daha  hökumətin  qollarını  bağlamaq  olmaz.  Bu  məsələ  bizim  finansın  əsl 

əsası olduğu üçün daha gözləyə bilmərik.  İndi mən  Ağamalı oğluna cavab vermək istərdim. Hərçəndi burada 

söylənən  sözləri  komissiyada  da  deyib  və  cavab  da  almışdır.  Lakin  yenə  də  ona  cavab  verməyə,  məcburam. 

Buradan Ağamalı oğlu dediyi bu bank ətrafında çox xəyanətlər ola bilər. Və məsəl gətirdi ki, şirin şey ətrafına 

milçəklər yığışan kimi, bir para xainlər də bu banklardan istifadə etmək üçün oralara yığışacaqlar. Bunu da deyə 

bilərəm ki, əski zamanlarda doğrudur bir çox xəyanətlər olur idi. Bu xəyanətlərin önünü almaq üçün bir heyət 

əmələ  gəlib  və  aksiz  obşestva  fürsət  tapıb  get-gedə  eyibləri  düzəltdilər  və  bir  də  xainlərdən  qorxub  işdən  əl 

çəkmək  olmaz.  Ola  bilər  ki,  bizim  banklardan  milyonlar  və  daha  çox  alıb,  sonra  verməyəcəklər.  Lakin 

qəpikcilik etmək olmaz. Ola bilər ki, bizim bankımız on min manat itirib əlli min qazansın. Bir də dedilər ki, bu 

kapital  cəmaətin  cibindən  çıxacaqdır  və  bundan  da  sərvətdarlar  mənfəətbərdar  olacaqlar.  Doğrudur,  fəqət 

hökumət  əlli  milyon  sərmayə  vermək  ilə  camaəti  də  bir  çox  ehtiyacdan  qurtaracaq.  Bu  pul  xəzinədən 

götürüləcəkdir. Əlbəttə, bu pul da cəmaət puludur. Bundan əlavə məmləkətin kəndlərində bir çox suda şöbələri 

açılacaqdır  ki,  onların  da  ümdə  fikri  cəmaətin  halını  yaxşılaşdırmaq  üçündür.  Bir  də  dedilər,  bank  şurasında 

oturanlardan  bir  çox  xəyanətlər  zühur  edir,  onlara  inanmaq  olmaz.  Bu  şuraya  obşestvenni  elementlər  daxil 

olacaqlar,  bu  məsələ  də  keçib  şuraya  bələdiyyə  idarəsi  kooperativ 

[966  -  967]

  zemstvolar  və  qeyrilərdən 

nümayəndə olacaqdır, buda ki, əlbəttə faydasiz deyildir. 

Əsasən beşinci maddədə bu xüsusda vardır. Fəqət bu o qədər qorxulu deyildir. Və aldatmaqda olmaz. Bankın 

olması  millətin  xeyrinədir.  İki  adam  həm  xeyrə,  həm  də  zərərə  yoldaş  olur.  Bu  qorxulu  bir  şey  deyildir. 

Məsələlərin çoxunu burada söylədim və cavab olaraq danışdım. Burada Ağa Aşurov buyurdular ki, yeni bank, 

köhnə hesablarla nə kimi əlaqədə olacaq. Bu məsələ komisyonda ətraflı danışılmadı. Yalnız maliyyə nazirinin 

müavini bizə dedi ki, hökumətin cəmaətə 20 milyona qədər borcu vardır. Bunu birdən vermək olmaz. Həftədə, 

ayda qərar üzrə veriləcəkdir. Aşurov cənabları deyirlər ki, bu bəhanədir. Odur ki, öyrənilməmiş məsələdi. Öylə 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   291   292   293   294   295   296   297   298   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə