Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə299/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   291   292   293   294   295   296   297   298   299

424 

 

isə bu məsələni təxirə salaq. Ancaq bu bəhanədir. Məsələ mühüm olduğu üçün gərək keçirək. Çünki bu bank hər 



dövlətdə  vardır.  İstər  olsun  kapitalist  üsulu  bir  dövlət,  istərsə  sosialist  üsulu  -  hamısında  vardır.  Bunun  üçün 

bizdə də olmalıdır. 



Sədr  -  Ümumi  müzakirə  olmadığından  layiheyi-qanuniyyənin  maddə-maddə  müzakirəsinə  keçəlim.  Kim 

ikinci qiraətə keçilməsi tərəfdarıdır? Kim  əleyhinədir? Kim səs verməyir? Mövcud qırx adamdır, təzədən səsə 

qoyuram  (zəng  çalır).  Layiheyi-qanuniyyənin  ikinci  qiraətinə  keçməyi  səsə  qoyuram.  Kim  qəbul  edir,  rica 

edirəm əllərini qaldırsın. Kim əleyhinədir? Kim səs verməyir? Lehinə 30, əleyhinə 9, səs verməyən 0. 

Əksəriyyət rəy ilə layiheyi-qanuniyyənin ikinci qiraətinə keçilir. Əvvəlinci maddəni oxuyunuz. 

Katib - Bayram Niyazi oxuyur. 

Sədr  -  Danışmaq  istəyən  olmadığından  səsə  qoyuram.  Kim  birinci  maddəyə  etiraz  edir?  Etiraz  yoxdur. 

Əvvəlinci maddəni kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. Kim  əleyhinədir? Kim səs verməyir? (Zəng 

çalınır,  üzvlər  qeyd  olunur).  Əvvəlinci  maddəni  səsə  qoyuram.  Kim  qəbul  edirsə,  rica  edirəm  əlini  qaldırsın. 

Kim  əleyhinədir?  Səs  verməyən?  Möhtərəm  üzvlər  görünür  ki,  yorulublar,  o  vaxt  beş  dəqiqə  tənəffüs  elan 

edirəm. Səsin nəticəsi olmadı. 

Beş dəqiqə tənəffüs elan olunur. 

[967 - 968] 

 

(Tənəffüsdən sonra) 

 

Sədr - İclas davam edir. Divani-rəyasətə böylə bir təklif varid olub. (Katibə) Oxuyunuz. 

Katib - (Oxuyur). 

Sədr - Söz Qara bəy Qarabəylinindir. Əvvəlinci imza sizindir, buyurunuz. 

Qarabəyli  -  İş  buradadır  ki,  bu  layihə  bizim  fraksiyaların  çoxuna  gəlməyib.  Ona  görə  layihəyə  layiqincə 

aşna deyildik. Bu bir, ikinci odur ki, burada bir çox örtülü, qaranlıq məsələlər vardır. Məsələn, köhnə bank ilə 

bu bankın əlaqəsi necə olacaqdır. Köhnə bankın ki, nə qədər borcu var görək kimin boynunda olacaqdır. Gərək 

maliyyə naziri burada olsun, bu barədə ətraflıca izahat versin. Bu məsələni böylə keçirmək olmaz. Bu qaranlıq 

bir işdir. Ona görə təklifimiz budur ki, bu məsələ bu gün qalsın, nazir gəlsin. Hər bir qaranlıq suallarımıza cavab 

verilsin. Bu cür böyük bir qanunu beləliklə keçirmək mümkün deyildir. Bu qanun gələn iclasa və ya başqasına 

qalsın, o vaxta qədər də layihəyə layiqincə bələd olaq. 

Sədr  -  Təklifin  əleyhinə  kim  danışmaq  istərdi?  Natiq  olmadığından  təklifi  səsə  qoyuram.  Buna  etiraz 

yoxdursa təklif  qəbul edilir.  Layiheyi-qanuniyyənin  ikinci  qiraəti  gələn iclasa  buraxılır.  Növbədəki  layihələrin 

hamısının  məruzəçisi  Rza bəy  Ağabəyovdur.  Məsələn:  Spirt  məhsulatından  alınan  aksız  vergisi  miqdarlarının 

artırılması haqqında, Tövci vergisinin artırılması ilə bərabər torpaq gəlir və məxaric smetasının və torpaq vergisi 

miqdarlarının təmdidi haqqında və i. a. Lakin məruzəçi növbədə böyük layihələr, məsələn darülfünun küşadi, 

bank  məsələsi  olduğunu  təsəvvür  edib  ki,  bunların  hamısı  keçib  qurtarmaz.  Ona  görə  qalan  layihələrin 

türkcəsini  özü  ilə  gətirməmiş.  İndi  olmamış  ki,  bunlara  baxılıb  qurtarsın.  Əgər  icazə  versəniz  Qalanlar  xırda 

layihələrdir, ruscasilə keçərik. Türkcə tərcüməsi bura da yoxdur. 



Səslər  -  Qətiyyən  olmaz.  10  dəqiqəlik  tənəffüs  elan  edək,  gedib  evdən  gətirsin.  Yoxsa  istəsəniz  bununla 

iclası  qapayaq.  Məclisin  qapanmasına  etiraz  yoxdursa  qapayaq.  Etiraz  yoxdur.  Lakin  növbədən  kənar  olaraq 

Eyezenşmidt zavodunda olan tətil münasibətilə söz Əliheydər Qarayevə verilir. 

[968 - 969]

 

Qarayev  -  Əfəndilər!  18  gündür  ki,  dəmiryol  təhti  nəzarətində  Eyezeşmidt  zavodu  əmələləri tətil etmişlər. 

əmələlər məsai nəzarəti tərəfindən dekreti dəstaviz etmişlər. Çünki bu əmələlər iki firqəyə bölünüb bir dəstəsi 

Moskovski dekret eylədiniz, digər dəstəsi kollektivin doqovor (müqavileyi-müştərəkə) ilə maaş alırlar. Məsai-

nəzarəti  tərəfindən  verilən  kollektivni  doqovorda  olan  vacibli  bir  maddə  var  isə  o  da  sanitarnı  pomoşdur 

(səhiyyə yardımı), hökumət bu maddədən boyun qaçırır və dəmiryol nəzarəti bunu qəbul etməyir. 18 gündür ki, 

ayda  6  yüz  manat  maaş  alan  binəva  və  sahibsiz  fəhlələr  küçələrdə  sərgərdan  gəzməkdədirlər.  Məsai  naziri 

yanında  bu  barədə  bir  komissiya  təşkil  olmuşdur.  Məsai  naziri  dəmiryol  nazirinə  xəbər  verib  ki,  nümayəndə 

göndərsin, bu məsələni sülh ilə [həll] etsinlər. Bu iclasa əmələlər ittifaqı nümayəndələri gəlib, lakin dəmiryol 

nəzarəti nümayəndəsi gəlməmişdir. Və bu barədə dəmiryol nəzarətindən məsai nazirinə böylə rusca bir məktub 

göndərilmişdir. (Rusca məktubu oxuyur). Hamısından ciddi budur ki, dəmiryol müdiri prikazında yazılmışdır ki, 

hərgah əmələlər işə şürü etməsələr onların başçıları həbs olunub Azərbaycandan nəf ediləcəklər. Siz görürsünüz 

ki, əmələlər iqtisadi tələb edirlər, dəmiryol nəzarətidə öz əməllərini məsai nazirinə tabe eyləyib, onun əmrlərinə 

əhəmiyyət vermir. Deməli, bir də dəmiryol respublikası. Yenə bu gün həbs etmək ehtimalı vardır. Biz deyirik ki

böylə işlər olacaq isə bu davam edər isə nə normanlıdır bunun qabağını almalıdır. Əgər biz böylə işləri çastnı 

predpriyatiyada  görsə  idik  təəccüb  etməz  idik.  Ayda  altı  yüz  manat  alan  cibi  boş,  qarnı  ac  fəhlələrin  halına 

qalınmalıdır. Biz deyirik ki, gərək onların tələbləri verilsin və nəf olanlar Azərbaycana gətirilsin. 



Sədr - İclas qapanır. 

İbrahim Əbilov (yerindən) - Bizim suala cavab nə oldu. 

Sədr - Əhməd bəy dedi ki, mənim danışmaq imkanım yoxdur. Mən də onu növbəyə qoymamışam. 


425 

 

Əhmədbəy - Mən böylə demədim, mən dedim ki, mən dolkladçik ola bilmərəm. 



Sədr  -  Təklif  var  ki,  sosialistlər  tərəfindən  keçən  ictimaidə  sorğuya  hökumət  cavab  versin.  Hökumət 

gəlmişdir. Və 

[969 - 970]

 cavab verməyə hazırdır. Etiraz yoxdurmu? Etiraz yoxsa, söz Əhməd bəy Pepinovundur. 



Pepinov (yerindən) - Söyləyəcək söz yoxdur. 

Sədr  -  Məlumunuz  ki,  sual  vərəqəsini  beş  adam  imza  etmişdir.  Əvvəla  söz  daima  birinci  imza  atanındır. 

Əvvəla imza atanda sizsiniz. 



Əhməd bəy Pepinov (Kursayi-xitabında) - Keçən səfər sosialist firqəsi tərəfindən hökumətdən sorulan sual 

məlumdur. Sədrin icazəsilə fikrimi söyləməmiş və sualı firqə tərəfindən sormuşduq. Biz haman sualın cavabını 

gözləyirik. İkinci dəfə sormuyarıq. 

Sədr - Söz xariciyyə naziri Məmməd Yusif Cəfərovundur. 

Cəfərov - Sosialist fraksiyası tərəfindən sorulan sualdan əvvəl əsasən hökumət istərdik məclisi-məbusana bu 

xüsus haqqında cavab versin. Sosialistlər tərəfindən sorulan sualların birincisi flot məsələsi, ikincisi xətti-hərb 

məsələsi, üçüncüsü Azərbaycan daxilində denikinçilərin işləməsi və daha bir neçə məsələ, mən istərdim ki, bu 

xüsusda  məlumat  vermədən  qabaq  fikrinizi  dala  qaytarım.  Məlumdur  ki,  Denikin  Dağıstanı  dağıdıb  bizim 

hüduda  gəldi.  Və  hökumət  də,  bu  vaqiəni  vaxtilə  xəbər  verdi.  Protestoda  bulundu.  İngiltərə  komandanlığı 

protestolarımıza  görə  bir  xətti-hüdud  yapdı.  Ona  görə  Denikin  yenə  Dağıstanda  qaldı,  çıxmadı.  Və  niyə  biz 

İngiltərə  komandanlığı  ilə  yapdığımız  söhbətlərdə  və  verdiyimiz  notalarda  daima  Denikinin  dala  çəkilməsini 

tələb göstərilən hüduda qədər olan yerin təxliyəsini söylədik. İngilis komandanlığı ilə danışanda bizə söz verirdi 

ki, biz bunu təshih edər, bu məsələyə sərəncam eyləriz. Axır vaxtlarda biz Gürcüstan xariciyyə naziri Kiçiqori 

ilə birlikdə general Qorinin yanına getdik. Orada eyni təklifdə bulunduq. Lakin sonradan biz anladıq ki, Denikin 

göstərilən hüduda çəkilmək istəmir və Dağıstana təxliyə etmək istəmir. Bu məsələ üzərinə biz ingilislərə dedik 

ki,  bu  təklifi  yapan  və  bu  hüdudu  göstərən  sizsiniz.  Və  məsələni  yenə  siz  həll  edəsiniz.  Məsələ  sərəncamsız 

qaldı, avqustun 4-nə qədər. Əsasən bütün məlumatları qəzetlər eynilə yazır. Denikinin istədiyi təkliflər ehtimal 

yadınızdadır. Birinci təklif, Denikin deyir ki, hüdud Qızılburun olsun. İkinci təklif isə Samur xətti 

[970 - 971]

 

olsun.  Bunlar  cümlənin  məlumu  olduğu  üçün  oxunmayacaq.  Ayın  4-də  bir  məktub  gəlmişdir.  Rus  dilindədir. 



Məclisin  müsaidəsilə  bunu  rusca  oxuyacağam.  (Rusca  oxuyur).  Məzkur  teleqrafı  hökumət  ingilis 

komandanlığından almışdır. Məktubda göstərilir ki, hüdud təkrar dəyişdirilsin. Hüdud Samurdan başlayacaq, ta 

Suxuma qədər. (Xəritədən qırmızı cizgili hüdudu göstərir). Biz buna da bu təklifə də protesto etdik və hökumət 

heç  bir  vaxt  buna  razı  deyildi.  Və  biz  təkrar  israr  etdik.  Denikin  Dağıstanı  kamilən  boşaltsın.  Və 

komandanlıqdan rica etdik ki, bizim bu təklifimizi İngiltərə hökumətinə bildirsin və tezliklə cavab verilməsini 

rica  etdik.  Elan  bir  cavab  yoxdur.  Hökumət  əlindən  gələn  vəzifəni  ifa  edir.  Daima  məktublarla  protestolar 

düşmanın  Dağıstandan  təmizlənməsi  tələb  edilir.  Bizim  əsasən  Denikinlə  bilavasitə  əlaqəmiz  olmadığından 

ingilis  komandanlığının  vasitəsilə  protesto  edirik.  Biz  yenə  bir  taqım  protestolar  hazır  eyləmişik.  Bunlarıda 

yaxınlarda qəzetnən elan edəcəyimizdən, burada oxuyub da fəzlə başınızı ağrıtmayacağam. 

Bu  məlumatı  da  qəzetlərə  verirəm,  oxuyasınız.  Əgər  xahiş  edən  olsa  oxuyaram.  Lakin  uzundur,  baş  ağrısı 

vermək istəmirəm. Gürcüstan, Azərbaycan, Şimali Qafqaziya mürəxxisləri bir protesto yapıb sülh konfransına 

verdilər. Onlar təklif edirlər ki, Denikin Dağıstanı boşaltsın. Ondan başqa bir Fransız sosialistinin təşəbbüsü ilə 

gürcü nümayəndələri və bizimkilər bu barədə bir protesto vermişlər. Protestonun məzmunu qəzetlərdə olacaqdır. 

"Zarya"  qəzetində  var  idi.  O  ki,  qaldı  flot  məsələsinə,  o  vaxt  ki,  hökumətə  məlum  oldu  ki,  flotun  bir  hissəsi 

Denikinə verilibdir, hökumət nota ilə ingilis komandanlığına müraciət etdi. Demək olmaz ki, bu hökumətin bu 

barədə  addımı  idi.  hətta  Tomson  Bakıda,  Tiflisdə  olanda  hökumət  onunla  müzakiratda  idi.  Hökumət  həmişə 

deyirdi  ki,  flotun  bir  hissəsi  Azərbaycanın  olsun,  tainki,  sərhədlərini,  paytaxtını  müdafiə  etsin.  hökumət  razı 

olmaz ki, paytaxtımız dəniz kənarında ola-ola dava gəmiləri bir adamın əlində olsun. O adam kim olursa-olsun 

Azərbaycan özünü müdafiə etməkdən ötəri gərək onun əlində olsun. 

General Tomsonun yerinə Kuri yeni dəlmişdi. hökumətin təklifinə görə onunla müzakiratda bulundum. Qəti 

bir  cavab  almadım. 

[971  -  972]

  May  ayının  ortasında  İtaliya  heyəti  Tiflisə  gəldi.  Polkovnik  Qabba  ilə  bu 

məsələni  müzakirə  etdim.  Qabba  söz  verib  dedi  ki,  İtaliya  komandanlığı  Azərbaycana  gəlib  flotu  qəbul  edən 

kimi  flotu  bizə  verəcək.  Bundan  əlavə  də  bizə  müəllimlər,  instruktorlar  da  verəcəkdir  ki,  atmağı  və  qeyrini 

bizimkilərə  öyrətsinlər.  İş  belə  oldu  ki,  italyanlar  da  gəlmədi.  Flot  qaldı  İngiltərədə.  İngilislər  deyir  ki,  flot 

özümüzdə  qalacaq,  heç  [kəsə]  verilməyəcək.  Amma  axırda  aldığımız  rəsmi  xəbərə  görə  flotun  bir  hissəsi 

dobrovol  ordusuna  verildi.  Əvvəl  "Rossiya"  qəzetəsində  flotun  dobrovol  ordusuna  verilməsi  haqqında  qeyri 

rəsmi xəbər yazılmışdı. hökumətin əmrinə görə yazıb  İngiltərə komandanlığına bu barədə xəbər aldım. Cavab 

gəldi ki, flotun bir hissəsi verilib dobrovol ordusuna. Çünki flot bolşeviklər əleyhinə düzülüb, indi ki biz gedirik 

və  Denikin  də  bolşeviklər  ilə  müharibə  edir,  ona  görə  flotun  bir  hissəsi  Denikinə  verilir  ki,  bolşeviklər  ilə 

müharibə  eyləsin.  O  ki  qaldı  Denikinə  verilən  flotun Azərbaycan  əleyhinə işləyə  biləcəyinə,  bu  barədə rəsmi 

surət-də  məktub  var.  Denikin  özü  demiş  və  yazmış.  Və ingilislərdə  dəfəatla  xəbər  verib  demişlər  ki,  biz  flotu 

Denikinə vermirik ki, Azərbaycan əleyhinə işləsin. Biz flotu ona veririk ki, bolşeviklər ilə müharibə etsin. Qəti 

surətdə  əmin  edirik  ki,  bu  flot  Azərbaycan  əleyhinə  işləməyəcəkdir.  Bu  barədə  dəfələrlə  söz  deyilib.  Biz  də 



426 

 

hökumət dəfələr ilə İngiltərə komandanlığına yazdıq ki, flotdan bir hissəsini də bizə verin. Axırıncı dəfə yazdıq 



ki, o qədər ki, Denikinə verilib, o qədər də bizə verilsin. Və İngiltərə komandanlığına təklif etdik ki, bizim bu 

xahişimizi İngiltərə hökumətinə xəbər versin. Amma, ştabdan xəbər almışıq, indiyə qədər cavab yoxdur. 

Bundan  əlavə  5-6  gün  bundan  irəli,  hökumət  ingilislərin  getməsi,  flot  və  xətti-hərb  barəsində  Parisə, 

nümayəndələrimizin rəisinə bir teleqram çəkdik ki, bu barədə özləri tərəfindən lazımı təşəbbüsatda bulunsunlar. 

3-cü  məsələ  ingilislərin  getməsidir.  Məlumunuzdur  ki,  ingilislər  gələn  gündən  deyirlər  ki,  biz  müvəqqəti 

gəlmişik, vəzifəmizi görüb gedəcəyik. Buna bir paraları inanırdı, bir paraları inanmırdı. Axırda iş ora gəldi ki, 

rəsmi  surətdə,  səbəbi  nə  oldu 

[972  -  973]

  deyə  bilmərik,  ehtimal  ki,  İngiltərənin  daxili  işləri  olsun  hər  halda 

ingilislər Azərbaycandan, Gürcüstandan və Ermənistandan gedirlər. Əlbəttə böylə mühüm vaxtda ki, bir yandan 

könüllü ordu gücləşir, bir yandan flot onlara verilir. Böylə bir vaxtda Azərbaycan və Gürcüstan lazım bilmədi 

ki,  xeyrimizin  əleyhinə  getsin.  İngilislərin  getməyinə  görə  Azərbaycan  və  Gürcüstan  hökuməti  Tiflisdə  olan 

komandanlığa  işarə  elədi  ki,  sülh  konfransı  Zaqafqariya  cümhuriyyətlərinin  işlərinə  baxana  qədər,  ingilislər 

getməsinlər. Dedilər ki, bundan bir şey çıxmaz. Qət olub gərək gedək. Amma sizin bu xahişinizi hökumətimizə 

məlum  eylərik.  Bu  vaxta  qədər  də  hələ  ondan  cavab  yoxdur.  Ancaq  əmir  alıblar  ki,  getsinlər.  Ona  görə  də 

gedirlər. O ki, qaldı qeyri məsələlər, hərbi, siyasi, daxili işlər ki, sualda xəbər alınır. 

Məndə olan məlumata görə hökumət lazımı iş görür. Nəinki Denikin, sağdan da, soldan da cümhuriyyətimiz 

əleyhinə olanların hökumət əleyhinədir. Əlbəttə xariciyyə nəzarətində olan işlər barəsində sizə bir çox məlumat 

verə  bilərəm.  hərbiyyə  işləri  haqqında  mən  məlumat  verə  bilmərəm.  Bu  hərbiyyə  nazirinin  işidir.  Ancaq  bu 

qədər  deyə  bilərəm,  hökumət  var  qüvvəsilə  çalışır.  Vətənin  müdafiəsi  üçün  istər  hərbi  cəhətdən, istərsə  siyasi 

cəhətdən nə lazımdır edir. Əlbəttə, demək olmaz ki, Azərbaycan üçün təhlükə yoxdur. Biz gərək hər zaman bu 

təhlükəni nəzərdə tutaq. Onun üçün birləşək ki, Azərbaycan milləti bir adam kimi öz hüququnu, öz azadlığını, 

öz istiqlaliyyətini müdafiə etsin. Mən burada sizə məlumatları verdim ki, onları açıq məclisdə deyə bilirik. Bəzi 

məlumat var ki, onları açıq məclisdə demək olmaz. 



Sədr - Sual müəllifindən bilmək istərdim ki, işbu verilən cavabdan qənaət hasil etdilərmi? 

Əhməd Cövdət (yerindən) - Əgər hökumət tərəfindən başqa cavab olacaqsa... 

Sədr - Yoxdur. 

Əhməd  Cövdət  -  Bizim  sorğumuzda  4-5  məsələ  qoyulmuşdu.  Və  bunun  da  haqqında  hökumətdən  cavab 

istəmişdik.  Onlar  mühüm  məsələlər  olduqlarından  güman  edirdik  ki,  lazımı  etina  olunub  cavab  veriləcəkdir. 

Lakin onlara lazımı cavab verilmədi. Ancaq yeni demokrasiyon xətti haqqında ingilislərin getməsi 

[973 - 974]

 

barəsində burada söyləndi. Xariciyyə naziri o sözləri söylədi ki, onsuz da onları bilirdik. Bunların hamısı olan 



faktlardır: Necə nota verildi. Necə xəritə gəldi. Xəlvəti verəcəklərdi, lakin verdilər. Biz hökumətdən

 

bunları sual 

etmirdik. Biz bunları göstərib onların nəticəsində hasil ola biləcək təhlükələrin bərtərəf edilməsi üçün tədbirlər 

görünməsini eşitmək istərdik. Onda deyə bilərdik ki, cavab bizi qane edir, ya yox. İndi isə mane olmayırıq. 



Sədr - Çünki hökumətin bəyanatı sual sahiblərini qane eləmiyor. Onda sual nakaz üzrə istizah surətini alır. 

Və gələcək iclasa qalar. Suallar sahibləri də o vaxta kimi necə ki lazımdır. İstizahı yazıb verərlər. İndi məclis 

qapanır. 

Məclis qapanır. Saat 2.20 dəqiqədə. 



 

Arxiv: f. 895, siy. 1, iş. 130, vər. 1-23.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


427 

 

 



 

 

 

 

 

Rəssamı Zaur Əliyev 

Texniki redaktoru Elmira Tağıyeva 

 

Çapa imzalanmış 22.05.98. Kağız formatı 60x90 

]/

]6



Şərti çap vərəqi 61,0., Uçot nəşr vərəqi 60,3. Tirajı 1000. 

Sifariş 1378. Müqavilə qiyməti ilə. 

 

"Azərbaycan" nəşriyyatı. 370146 Bakı, Mətbuat prospekti, 529-cu məhəllə.

 

Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   291   292   293   294   295   296   297   298   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə