Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə3/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   2   3   4   5   6   7   8   9   ...   299

 

hərbi  vəziyyətin  elan  edilməsi  haqqında  qərar  oldu.  Avqustun  11-də  isə  hərbi  mükəlləfiyyət  haqqında  qərar 



qəbul  olundu.  Eyni  zamanda  Azərbaycan  hökuməti  Gəncədə  dövlət  aparatının  təşkili  işini  də  davam  etdirir. 

Azərbaycan  dili  dövlət  dili  elan  olunur.  F. Xoyski  hökumətinin  mühüm  tədbirlərindən  biri  də  1918-ci  il  iyul 

ayının  15-də  Fövqəladə  Təhqiqat  Komissiyasının  yaradılması  haqqındakı  qərarıdı.  Bu  qərarla  komissiya 

qarşısında  Birinci  dünya  müharibəsi  illərində  Zaqafqaziya  ərazisində  yerli  müsəlmanlara  qarşı  törədilən 

vəhşiliklər  və  onların  əmlakına  edilən  qəsd  ilə  bağlı  məsələləri  araşdırmaq,  bu  işdə  günahkar  olanları  aşkar 

etmək və onların məhkəmə məsuliyyətinə cəlb olunması vəzifəsi tapşırılmışdır. 

Ümumiyyətlə  paytaxt  Bakıya  köçürülənə  qədər  Azərbaycan  hökuməti  Gəncədə  ölkənin  siyasi  və  iqtisadi 

həyatı, dəmir yolunun bərpası, ölkənin ayrı-ayrı bölgələri arasında poçta-teleqraf əlaqələrinin yaradılması işində 

və  sair  sahələrdə  də  bir  sıra  digər  mühüm  tədbirlər  həyata  keçirmişdi.  Azərbaycan  hökumətinin  ən  böyük 

vəzifələrindən  biri  ölkənin  siyasi,  iqtisadi  və  mədəni  mərkəzi  olan  Bakı  şəhərini  1918-ci  il  iyulun  axırlarında 

süqut etmiş Bakı kommunasından sonra şəhəri ələ keçirmiş eser-menşevik və daşnak nümayəndələrindən ibarət 

"Sentrokaspi diktaturası"ndan təmizləmək idi. 

Qızğın döyüşlər nəticəsində 1918-ci il sentyabrın 15-də Bakı Qafqaz İslam ordusu tərəfindən azad olunur. 

Sentyabrın  17-də  F. Xoyski  hökuməti  Gəncədən  Bakıya  köçür.  Bakı  Azərbaycan  Xalq  Cümhuriyyətinin 

paytaxtı elan olunur. 

Bakıya köçdükdən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti istər ictimai-siyasi, istərsə təsərrüfat və 

mədəni  quruculuq  sahəsində  daha  mühüm  tədbirlər  həyata  keçirməyə  başlayır.  Müəssislər  Məclisinin 

çağırılması işinin təşkili üçün Nazirlər Şurasının sədri, daxili işlər və xalq maarif nazirlərindən ibarət komissiya 

yaradılır. 

1918-ci il iyunun 17-də Gəncədə öz fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası həmin il noyabrın 16-

da Bakıda öz işini yenidən bərpa edir. İclasda çıxış edən Azərbaycan hökumətinin sədri F. X. Xoyski Milli Şura 

üzvlərinə  müraciət 

[10  -  11] 

edərək  bildirir  ki,  hökumətin  Müəssislər  Məclisini  çağırmaq  üçün  hazırlıq  işinə 

vaxtı  çatmadığından  Milli  Şura  bu  işi  öz  öhdəsinə  götürsün.  Milli  Şura  bu  təkliflə  razılaşır.  Noyabrın  19-da 

Milli Şuranın M. Ə. Rəsulzadənin sədrliyi ilə keçən iclasında bu məsələ geniş müzakirə olunur. Milli Şuranın 

həmin  iclasında  qeyd  olunur  ki,  hələ  1917-ci  ilin  axırlarında  Cənubi  Qafqaz  müsəlman  partiyaları  tərəfindən 

Rusiya  Məclisi  Müəssisanına  ümumi  səsvermə  yolu  ilə  seçilmiş  14  müsəlman  nümayəndələrinin  siyahısı 

seçkilərdə  iştirak  etmiş  partiyaların  qazandıqları  səslər  müqabilində  genişləndirilərək  44-ə  çatdırılmışdı. 

Azərbaycanda  Məclisi-Müəssisan  toplamağın  qeyri-mümkün  olduğunu  görən  Cənubi  Qafqaz  Mərkəzi 

Müsəlman Komitəsi bu məsələnin həllini Zaqafqaziya Seymində Azərbaycanı təmsil etməkdə gördü. Çünki bu 

nümayəndələr  Zaqafqaziyadakı  müsəlman  əhalisi  arasındakı  müxtəlif  siyasi  cərəyanları  təmsil  edirdi  və  bir 

milyondan yuxarı müsəlman əhalisinin səslərini qazanmış nümayəndələr idi. Ona görə də Zaqafqaziya Seymi və 

Zaqafqaziya  Cümhuriyyəti  hökuməti  öz  işinə  xitam  verdikdə  Zaqafqaziya  Seymindəki  44  müsəlman 

nümayəndələri  özlərini  Azərbaycan  Milli  Şurası  elan  etmiş  və  Azərbaycanın  idarəsini  öz  üzərlərinə 

götürmüşdülər. 

Milli  Şuranın  19  noyabr  tarixli  iclasında  qeyd  olunurdu  ki,  Azərbaycan  yalnız  azərbaycanlılarla  məskun 

deyildir. Ona görə də Azərbaycan Milli Şurası Azərbaycan ərazisində yaşayan bütün millətləri təmsil etməlidir. 

hazırda  Milli  Şurada  olan  44  nəfər  nümayəndə  onları  təmsil  etmir.  Digər  tərəfdən  müxtəlif  siyasi  partiya 

nümayəndələrindən başqa Azərbaycan xalqının müxtəlif təbəqələrinin nümayəndələrinin də belə bir təşkilatda 

təmsil  olunmalarına  böyük  ehtiyac  vardır.  Milli  Şurada  bildirilir  ki,  Bakı  quberniyası  ilə  Gəncə  quberniyası 

Zaqatala dairəsi və İrəvan  ilə Tiflis quberniyalarının bir hissəsi Azərbaycan ərazisini təşkil edir. Bu ərazilərdə 

Qafqaz  təqvimində  verilmiş  məlumatlara  əsasən  2.750.000  nəfər  əhali  var.  Onlardan  1.900.000  nəfəri 

müsəlman,  500.000  nəfəri erməni,  230.000  nəfəri  isə  ruslardı.  hər  24  min  nəfərdən  bir  nümayəndə  hesabı  ilə 

müsəlmanlar-80,  ermənilər-21,  ruslar-10, 

[11  -  12]

  almanlar-1,  yəhudilər-1  nümayəndə  göndərməlidirlər. 

Azərbaycan Parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq qərara alınır.

2

 

Milli  Şuranın  bu  məsələ  ilə  bağlı  qəbul  etdiyi  qanunda  göstərilirdi  ki,  azlıqda  qalan  millətlərin  bütün 



nümayəndələri  yeni  nümayəndələr  olacaq.  Müsəlmanlardan  isə  44  Milli  Şura  üzvü  ümumi  səsvermə  yolu  ilə 

seçildikləri  üçün  yeni  Parlamentə  üzv  daxil  olurlar.  Qalan  36  nəfər  isə  əlavə  şəxslər  cəlb  olunur.  Qanunda 

Azərbaycanın  ayrı-ayrı  şəhər  və  qəzaları  üzrə  əlavə  göndəriləcək  nümayəndələrin  miqdarı  da  müəyyən 

edilmişdir.

Qanunda  Parlamentə  seçiləcək  21  erməni  nümayəndəsindən  8-i  Gəncə,  8-i  Şuşa  i  5-i  isə  Bakı  erməni 



komitələrindən seçilməli idi. Bakıdakı rus əhalisindən Rus Milli Şurası 10, alman əhalisi milli təşkilatından -1, 

yəhudi Milli Şurasından  -1,  gürcü komitəsindən - 1 və polyak komitəsindən -1 nəfər nümayəndə göndərilməli 

idi. Bundan əlavə qanunda Azərbaycan Cümhuriyyəti Parlamentinə Bakı həmkarlar Təşkilatı Şurası tərəfindən-

3, Bakı Sənaye-ticarət tərəfindən isə 2 nümayəndənin göndərilməsi də nəzərdə tutulurdu. 

                                                 

2

 



ARDA: f.894, siy,10, iş 187, vər.1-2. 

1

 Yenə orada iş 7, vər.1-2. 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə