Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə6/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   2   3   4   5   6   7   8   9   ...   299

 

Cəmi  17  ay  fəaliyyət  göstərməsinə  baxmayaraq  Azərbaycan  Xalq  Cümhuriyyətinin  Parlamenti  özünün 



həyatiliyi  və  yüksək  işgüzarlıq  qabiliyyətini  sübut  etdi.  O  göstərdi  ki,  Azərbaycan  xalqı  həqiqətən  parlament 

idarəçiliyi  səviyyəsinə  yüksəlmişdir. 

[17  -  18]

  O  vaxt  Azərbaycan  Cümhuriyyəti  bütün  müsəlman  şərqində 

yeganə parlamentli respublika idi. 

Özünün 17 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilmişdir. 

İlk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də olmuşdur. Yetərsay olmadığı üçün bu 

iclaslardan  15-i  baş  tutmamışdır.  Qalan  130  iclasdan  ikisi  tarixi  a  28  may  və  15  sentyabr  1919-cu  il  a 

Azərbaycanın İstiqlalının və Bakının azad edilməsinin birinci ildönümləri münasibətilə; dördü təntənəli 12 mart 

1919  və  12  mart  1920-ci  illər  a  Böyük  Rus  İnqilabının  2-ci  və  3-cü  ildönümləri;  27  iyun  1919-cu  il 

Azərbaycanla-gürcüstan arasında hərbi əməkdaşlıq haqqında müqavilə bağlanması və 14 yanvar 1920-ci il Paris 

sülh  konfransı  iştirakçısı  olan  dövlətlər  tərəfindən  Azərbaycanın  müstəqilliyinin  de-fakto  tanınması 

münasibətilə keçirilmişdir. İkisi isə fövqəladə a 1918-ci il dekabrın 20-də Ermənistanın  Gürcüstana müharibə 

elan  etməsi  və  1920-ci  il  martın  17-də  Gürcüstanla-Azərbaycan  arasında  bağlanmış  iqtisadi  əməkdaşlıq 

haqqında  müqavilələrin  təsdiqi  münasibətilə  keçirilmiş  iclaslardı.  Qalan  iclaslarda  ölkənin  daxili  və  xarici 

siyasəti, iqtisadiyyat və maliyyə məsələləri, qanunvericilik aktlarının müzakirəsi və qəbulu, ordu quruculuğu və 

sair  məsələlər  müzakirə  olunmuşdur.  Parlamentdə  müzakirə  olunan  qanunlar  bir  qayda  olaraq  yalnız  üçüncü 

oxunuşdan sonra qəbul olunurdu. 

Öz  fəaliyyəti  dövründə  Azərbaycan  Cümhuriyyəti  Parlamentinin  müzakirəsinə  270-dən  yuxarı  qanun 

layihəsi  çıxarılmışdır  ki,  onlardan  da  230-a  yaxın  təsdiq  edilmişdir.  Parlamentin  fəaliyyəti  bilavasitə  onun 

nizamnaməsi rolu oynayan "Azərbaycan Parlamentinin nakazı (təlimatı)" ilə tənzimlənirdi. 

Parlamentdə  11  komissiya  fəaliyyət  göstərirdi.  Bunlar  aşağıdakılar  idi:  Maliyyə-büdcə,  qanunvericilik 

təklifləri,  Müəssislər  Məclisinə  seçkilər  keçirmək  üzrə  mərkəzi  komissiya,  mandat,  hərbi,  aqrar  məsələlər: 

sorğular üzrə, təsərrüfat-sərəncamverici, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət, redaksiya və 

fəhlə məsələləri üzrə komissiyaları idi. 

Azərbaycan  Xalq  Cümhuriyyəti  hüquqi  dövlət  yaratmaq  üçün  hakimiyyətin  qanunvericilik,  icraedicilik  və 

məhkəmə orqanlarına 

[18 - 19]

 bölünməsi prinsipi də nəzərdə tutulurdu. Azərbaycan Cümhuriyyəti Parlamenti 

öz varlığı zamanı bütün fəaliyyətini daha çox ölkənin sosial-iqtisadi və maliyyə problemlərinin həllinə, ölkənin 

siyasi  və  ərazi  toxunulmazlığını  təmin  etməyə,  vətəndaşların  hüquqlarını  qorumaq,  dövlətin  demokratik  və 

hüquqi əsaslarını möhkəmləndirmək, Azərbaycan Cümhuriyyətinin dünya dövlətləri tərəfindən tanınması üçün 

lazımi şərait yaratmaq, onun xarici ölkələr, ilk növbədə isə yaxın qonşuları ilə siyasi, iqtisadi və ticarət əlaqələri 

yaratmağa yönəltmişdir. 

Əlbəttə  Azərbaycan  Parlamentinin  qəbul  etdiyi  qanun  və  qərarların  hamısı  müstəqil  ölkənin  ilk  qanun  və 

qərarları  olduğu  üçün  çox  əhəmiyyətli  idi.  Lakin  onların  arasında  elə  qanunlar  vardı  ki,  ölkə  üçün  onların 

əhəmiyyətini  xüsusilə  qeyd  etmək  lazımdır.  Çünki  bunların  Azərbaycan  Cümhuriyyətinin  fəaliyyətini,  strateji 

istiqamətlərini  müəyyən  etməkdə  mühüm  rolu  olmuşdur.  Bunlardan  Vətəndaşlıq  haqqında  ümumi  hərbi 

mükəlləfiyyət  haqqında,  mətbuat  haqqında,  Milli  Bankın  təsisi  haqqında,  Bakı  Dövlət  Universitetinin 

yaradılması  haqqında,  gomrük  və  poçta-teleqraf  xidmətinin  təkmilləşdirilməsi  haqqında,  məhkəmə 

qanunvericiliyi  haqqında  və  sair  qanunları  göstərmək  olar.  Parlament  öz  fəaliyyəti  zamanı  ən  çox  diqqət 

yetirdiyi  mühüm  məsələrdən  biri  də  Azərbaycanda  ordu  quruculuğu  olmuşdur.  Parlament  üzvləri  başa 

düşürdülər ki, ölkənin siyasi və ərazi müstəqilliyini qoruyub saxlamaq üçün güclü ordu lazımdır. Ona görə də 

Azərbaycan  Cümhuriyyəti  parlamentində  demək  olar  ki,  mübahisəsiz  və  ümumi  razılıq  əsasında  yalnız  ordu 

quruculuğuna aid qanunların müzakirəsi keçir və qəbul olunurdu. 

Azərbaycan  Cümhuriyyəti  hökuməti  ilə  yanaşı  Azərbaycan  Parlamentinin  fəaliyyətində  də  ölkədə  xalq 

maarifinin  inkişafı  məsələlərinə  mühüm  yer  verilmişdir.  Tədris  və  teatr-tamaşa  müəssisələrinin 

milliləşdirilməsi,  yeni  tədris  müəssisələrinin  açılması,  orada  dərs  deyən  müəllimlərin  maddi  vəziyyətinin 

yaxşılaşdırılması  məsələsi  daim  Azərbaycan  Cumhuriyyəti  Parlamentinin  diqqət  mərkəzində  olmuşdur. 

Xüsusilə  Bakı  Dövlət  Universitetinin  açılıb-açılmaması  məsələsi  demək  olar  ki,  bir  neçə  ay  müddətində 

Azərbaycan  Parlamentinin 

[19  -  20] 

iclaslarında qızğın müzakirəyə səbəb olmuş və dəfələrlə bu haqda böyük 

mübahisələr getmişdi. Buna da səbəb universitetdə dərs demək üçün yüksək ixtisaslı hazırlıqlı milli kadrların 

olmaması  səbəbindən  universitetin  rus  dilində  açılmasının  nəzərdə  tutulması  idi.  Bu  işə  xüsusilə  "İttihad", 

"Əhrar"  partiyalarından  olan  nümayəndələr  ciddi  müqavimət  göstərirdilər.  Onlar  Universitetin  rus  dilində 

açılmasını  Azərbaycanda  ruslaşdırma  siyasətinin  davam  etdirilməsi  kimi  başa  düşürdülər.  "Müsavat", 

Sosialistlər fraksiyasından olan deputatlar isə universitetin rus dilində açılmasının heç bir təhlükə törətmədiyini 

qeyd  edərək  göstərirdilər  ki,  Universitetə  daha  çox  azərbaycanlı  tələbələr  cəlb  olunmalı,  onlar  tərbiyə  edilib 

milli kadrlar yetişdirildikdən sonra tədricən universitetdə tədrisin azərbaycanlaşdırılması prosesinə keçilməlidir. 

Qızğın  müzakirələrdən  sonra  parlament  1919-cu  il  sentyabr  ayının  2-də  Bakı  Dövlət  Universitetinin  təsisi 

haqqında qanun qəbul edir. Bu gün Azərbaycanda ali təhsil müəssisələrinin və ali təhsilli kadrların yaranmasının 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə