Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə9/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   5   6   7   8   9   10   11   12   ...   299

12 

 

Yuxarıda  deyildiyi  kimi  Azərbaycan  Xalq  Cümhuriyyəti  Parlamentin  öz  varlığı  müddətində  145  iclas 



keçirmişdir.  Bu  iclaslardan  dördü  təntənəli,  ikisi  tarixi,  ikisi  fövqəladə,  122-si  isə  işgüzar  iclaslar  olmuşdur. 

Qalan 15 iclas yetərsay olmadığından baş tutmamış, lakin onlar protokollaşdırılmışlar. 

Axırıncı dörd iclasdan başqa Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin iclas protokolları və stenoqrafik 

hesabatları  Azərbaycan  Respublikasının  Dövlət  Arxivində  (ARDA)  qorunub  saxlanılır.  Bundan  əlavə 

Azərbaycan  Cümhuriyyəti  Parlamentinin  iclaslarının  stenoqrafik  hesabatlarının  əksəriyyəti  o  vaxt  Azərbaycan 

və rus dillərində nəşr olunan rəsmi dövlət qəzeti "Azərbaycan"da da dərc edilmişdir. 

Parlamentin  1918-1919-cu  illərdə  keçirilmiş  113 iclasından  18-in,  1920-ci  ildə  keçirilmiş  32  iclasından isə 

[25 - 26]

 14-ün stenoqrafik hesabatları arxivdə qalmamışdır. Lakin axırıncı dörd iclas istisna olmaqla parlament 

iclaslarının bütün protokolları dövlət arxivində saxlanılır. Digər tərəfdən bu iclaslardan elələri də vardır ki, əgər 

onların stenoqrafik hesabatları arxivdə yoxdursa da onlar "Azərbaycan" qəzetində çap olunmuşdur. Stenoqrafik 

hesabatların  özləri  olduqda  nəşr  üçün  biz  onları  əsas  götürmüşük.  Çünki  "Azərbaycan"  qəzetində  dərc  etmək 

üçün  hazırlanan  stenoqrafik  hesabatlar  parlamentin  iclaslarında  gedən  müzakirələri  özündə  tam  əks  etdirmir. 

Əgər  stenoqrafik  hesabatların  özləri  qorunub  saxlanılmamışdırsa,  onda  onların  qəzet  variantları  əsas 

götürülmüşdür.  Bunların  hər  ikisi  olmadıqda  isə  iclasın  protokolu  dərc  olunur.  Bu  protokollarda  müzakirə 

olunan məsələlər haqqında ümumi  məlumat verilir. Burada müzakirə olunan məsələlər, bu və ya digər məsələ 

haqqında  çıxış  edənlərin  adları,  bəzən  isə  çıxışlarının  məzmunu  və  qəbul  edilmiş  qərar  haqqında  qısa 

məlumatlar verilir. 

Azərbaycan  Cümhuriyyəti  Parlamentinin  iclasları  Azərbaycan  dilində  aparılmışdır.  hətta  Azərbaycan  dilini 

yaxşı  bilməyən  azərbaycanlı  nümayəndələr  öz  dillərində  danışmağa  məcbur  idilər.  Yalnız  Parlamentin  başqa 

millətdən  olan  nümayəndələri  və  xarici  qonaqlar  rus  dilində  danışırdılar.  Parlamentin  protokolları  iki  dildə  - 

Azərbaycan və rus dillərində rəsmiləşdirilirdi. Azərbaycan dilində olan protokollarda rus dilində danışan natiqin 

çıxışları  bəzən  tərcümə  edilərək  Azərbaycan  dilində  verilmiş,  bəzən  isə  onun  adının  qabağında  mötərizədə 

yalnız "rusca" sözü yazılmışdır. Rus dilində olan protokollarda isə əksinə Azərbaycan dilində çıxış edən natiqin 

adının  qabağında  mötərizədə  —  "türkcə"  sözü  yazılmışdır.  Azərbaycan  Cümhuriyyəti  Parlamentinin 

protokollarının  rus  dilində  də  nəşr  olunduğunu  nəzərə  alaraq  rus  dilində  çıxış  edən  natiqlərin  rus  dilindəki 

nitqləri  bu  məcmuəyə  daxil  edilməyib  yalnız  çıxış  edən  natiqin  adının  qabağında  "rusca"  sözü  saxlanılmışdır. 

İstisna  olaraq  1919-cu  il  iyul  ayının  7-8-də  Qarabağda  baş  vermiş  milli  münaqişə  ilə  əlaqədar  Parlament 

tərəfindən təyin olunmuş həmin hadisələri təhqiq edən kommisiya üzvlərinin (Q. Qarabəyov, Ş. Rüstəmbəyov, 

P. Çubaryan  və  İ. Xocayevin)  məruzələri  "Azərbaycan"  qəzetindən  götürülərək  stenoqrafik  hesabata  əlavə 

edilmişdir. Arxivdə Parlamentin bəzən bir iclasının stenoqrafik 

[26 - 27]

 hesabatının bir neçə variantı saxlanılır. 

Onlar  stanoqrafistlər tərəfindən  yazılmış,  üzərində  parlament  katiblərinin  apardıqları təshihlər  olan  və  nəhayət 

üzü köçürülmüş variantlardır. Belə olduqda nəşr üçün axırıncı üzü köçürülmüş variant, o olmadıqda isə üzərində 

katiblər tərəfindən təshihlər aparılmış stenoqrafist variantları əsas götürülmüşdür. 

Parlamentin  1920-ci  il  15,  22,  26  və  27  aprel  tarixli  iclas  protokolları  və  onların  stenoqrafik  hesabatları 

arxivdə  qalmayıbdır.  Lakin  15  aprel  tarixli  protokolun  bir  hissəsi  "Azərbaycan"  qəzetinin  1920-ci  il  26  və  27 

aprel  tarixli  nömrələrində dərc olunub.  1920-ci  il 28 aprel  çevrilişindən  sonra  qəzetin  bağlanması ilə  əlaqədar 

olaraq  onun  dərci  yarımçıq  qalıb.  Rus  dilində  "Azərbaycan"qəzetinin  həmin  il  21  aprel  tarixli  nömrəsində  isə 

həmin stenoqramma tamamilə dərc olunub. Bundan əlavə rus dilində "Azərbaycan" qəzetinin həmin il 24 aprel 

tarixli  nömrəsində  22  aprel  tarixli,  28  aprel  tarixli  nömrəsində  isə  26  aprel  tarixli  parlament  iclaslarının 

stenoqrafik hesabatlarının xülasələri verilmişdir. Parlament protokollarının Azərbaycan dilində nəşrində boşluq 

qalmasın deyə həmin materiallar da rus dilindən tərcümə edilərək bu nəşrə əlavə olunmuşdur. 

Parlamentin  hakimiyyətin  bolşeviklərə  təhvil  verilməsinə  həsr  olunmuş  son  1920-ci  il  27  aprel  tarixli 

iclasının protokolu və stenoqrafik hesabatı da arxivdə saxlanılmadığı üçün mərhum akademik Ziya Bünyadovun 

Respublika Dövlət Təhlükəsizlik Komitəsinin arxivindən götürərək "Elm" qəzetində nəşr etdirdiyi stenoqrafik 

hesabatın mətni də bu nəşrə daxil edilmişdir. 

Dərc  edilən  protokol  və  stenoqrafik  hesabatların  əsilləri  ərəb  əlifbasındadır.  Həmin  materialları  ərəb 

qrafikasından  yeni  qrafikaya  köçürmək  zəhmətini  Bakı  Dövlət  Universitetinin  baş  müəllimi,  mərhum  Səfər 

İbrahimov öz üzərinə götürmüşdü. Həm də o, bu protokollarda olan çoxlu ərəb və fars tərkibli sözlər üçün lüğət 

də  tərtib  etmişdi.  Sənədlərin  nəşrə  son  hazırlıq  işləri  zamanı  onların  mətnlərinin  yenidən  əsilləri  ilə 

tutuşdurulması və lüğətdə təshihlər aparmaq və əlavələr etmək işini tarix elmləri doktoru, professor Seyidağa 

Onullahi yerinə yetirmişdir. Əlbəttə, bu materialların çapa hazırlanması arxiv  əməkdaşlarının gərgin əməyi və 

zəhməti hesabına başa gəlmişdir. 

[27 - 28] 

Məcmuəyə daxil edilmiş sənədlər tarixi sənədlərin nəşrə hazırlanmasına dair əsas qaydalara müvafiq surətdə 

həyata  keçirilmişdir.  Məcmuəyə  daxil  edilmiş  protokol  və  stenoqrafik  hesabatların  məzmunlarına 

toxunulmamış,  yalnız  lazım  gəldikdə  bəzi  sözlər  cüzi  şəkildə  müasir  stilistik  və  fonetika  qaydalarına 

uyğunlaşdırılmışdır. Mətndə ərəb əlifbasından çevirmədən irəli gələn təhrif və yanlışlıqlar da təshih edilmişdir. 

Bu təhriflər daha çox yer və insan adlarının yazılışı zamanı buraxılmışdır. Mətndə edilən hər hansı düzəliş və 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə