Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə46/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   42   43   44   45   46   47   48   49   ...   299

62 

 

Çünki, burada baş qaldırmış ünsürlər Azərbaycanın istiqlaliyyəti əleyhinə iş görmək istəməmişlərdi. Müttəfiqlər 



və  ingilis  Ənzəlidə  olduqları  vaxt  belə  dost  olmayan  mənbələrdən  alınan  başqa  məlumat  və  fikirlər  üzərinə 

bəyannamə  nəşr  etdilər.  Tomsonun  bəyənnaməsi  müttəfiqlərin  həqiqi  əhvaldan  bixəbər  olduğunu  göstərirdi. 

Fəqət, sonradan həqiqət hala bələd olmaq nəticəsində çıxardığı və nəşr etdiyi ikinci bəyənnaməsi birincini rədd 

etdi.  Bu  bəyənnamədə  Kafkaziya  məsələsinin  sülh  konfransında  həll  ediləcəyi  aşkar  olundu.  Bu  bəyənnamə 

bizim  azərbaycanlıların  sülh  və  müsalimət  tərəfdarı  olduqlarını  yaxından  öyrənilmiş  təcrübə  sayəsində  atılmış 

bir  qədəm  idi.  Bu  qədəm  atıldı.  Bu  gün  həqq  məşrurəyə  layiq  yeganə  bir  hökumət  olmaq  üzrə  Azərbaycan 

hökumətinin tanındığını eşidirik. Bu gün ingilis və müttəfiqlər nümayəndəsinin belə bəyənatı və ondarın bizə 

qarşı  belə  münasibətini  belə  açıq təyin qılması  məmləkətimizdə  mövcud  olan  anlışılmazlıq  rəf  edilir.  Bu gün 

burada  qonaq  şəklində  olan  ingilis  və  sair  müttəfiqlər  bizə  mühazirat  göstərilir  və  bizim  istiqlaliyyətimizi 

istəməyənlər  bu  gündən  etibarən  aşkar  görəcəklər  ki,  buradakı  qüvvələr  Azərbaycanı  təsdiq  etməyə  təmayül 

edən bir qüvvətdir. Xaricdən gələn qüvvəyə istinadla 

[142 - 143]

 Azərbaycanı dağıtmaq istəyənlər gördülər ki, o 

qüvvə  Azərbaycanın  əleyhində  deyildir.  Şimdi  Azərbaycan  xarici  qüvvələrdən  məzahir  almaq  xəyalilə 

Azərbaycanı yıxmaq istəyənlər artıq görəcəklər ki, o xəyal puçdur və Azərbaycanın xalqı öz istiqlaliyyətini var-

qüvvəsilə müdafiə edəcəkdir. Bu da ona qüvvətlər verərək bir dəfə cızmış olduğu istiqlaliyyətimizi o stra-teji 

amalımızı  müdafiə  etmək  məsələsində  bizə  bir  daha  qüv-vət  verir  və  inamımızı  artırır.  General  Tomson 

tərəfindən  nəşr  edilmiş  olan  bəyənnamə  bu  yolda  bizə  daha  böyük  bir  ümid  verir  ki,  bu  gün  biz  ingilis 

komandanı  tərəfindən  qəbul  olunan  yeganə  məşru"  bir  hökumət  nümayəndələrimizin  sülh  konfransında 

çalışmaları sayəsində o komandanlıqların hökumətləri tərəfindən də etiraf və təsdiq ediləcəkdir. (Sol və mərkəz: 

alqış). 

Sədr - Söz Əhməd Cövdət bəyindir. 

Əhməd  Cövdət  -  Əfəndilər!  Əhməd  bəy  Ağayev  cənabları  İngiltərə  [nin]  general  Tomson  tərəfindən 

verilmiş  bəyənnaməsi  haqqında  danışdı  və  bu  bəyənnaməni  təqdirə  də  dəvət  etdi.  Nə  olmuş  əfəndim!  İngilis 

generalı  öz  qoşunu  ilə  buraya  gəlmiş  məhəlli  hökuməti  tanıyır.  Əcəba,  bunu  genaral  öz  rəyilə  etmiş  və  bizə 

səmimiyyət  göstərmiş  və  yaxud  bunun  dərin  bir  əsası  vardır.  İştə  o  dərin  bir  əsası  vardır.  İştə  o  dərin  əsaslar 

haqqında  burada  bir  neçə  kəlmə  söyləməliyəm.  Məlumdur  ki,  general  Tomson  İngiltərə  hökumətinin  əsgəri 

nümayəndəsidir.  Hərb  zamanı  bu  qədər  qanlar  töküldü,  müttəfiqlər  demokratiyası  oz  səsini  qaldırıb  xırda 

millətlərə  hürriyyət  və  azadlıq  istədi.  Müttəfiqlər  nümayəndəsi  olan  general  Tomson  hər  millət  kəndi 

müqəddəratını  həll  edəcək  deyilən  demokratiyanın  arzusunu  da  verə  bilməz  və  Azərbaycan  istiqlaliyyətini 

tanımıram deyə bilməzdi. Çünki generala bu əmri verən ingilis və ümumcahan demokratiyasıdır. Ona əmr edir 

ki, tanısın. (Soldan və mərkəzdən alqış). 

Əfəndilər!  İngilis  generalı  xalqımızı  tanır  isə  bizim  demokratiyamızı  qaldırıb  ingilis  və  ümumcahan 

demokratiyasına  deyir  ki,  məgər  bu  sözlər  yalan  iymiş  İngiltərə  demokratiyasının  əmrini  yerinə  yetirməlidir. 

(Alqışlar). 

Müstəqil-tərzi idarə qurularsa bu general alardı o millət haqqını və istiqlaliyyətini etiraf etməlidir. Buna görə 

bu  gün  burada  təqdir  ediləcək  xırda  millətləri  əsarətdən  qurtarır. 

[143  -  144]

  O  da  ingilis  deomkratiyası 

ümumcahan  demokratiyasıdır.  Buna  görə  ingilis  və  ümumcahan  demokratiyasına  salam  verməliyiz.  (Alqış). 

Sabah  Avropaya  azim  olacaq  nümayəndələrimiz  bizim  bu  salamımızı  haman  demokratiyaya  yetirib 

söyləməlidir. İmdi [hər] bir xırda millət öz istiqlaliyyətini öz əlinə almışdır. 



Sədr  -  Danışan  varmı?  Deməli  yoxdur.  Ona  görə  təklif  edirəm  ki,  parlament  qanun-əvvəlin  29-da  general 

Tomson  tərəfindən  verilən  bəyənnaməni  kəmali-məmnuniyyət  ilə  dinləyib  növbədəki  məsələlərə  keçir.  Buna 

etiraz yox isə qəbul olunur. 

Parlament  üzvü  Mehdi  bəy  Hacıbabəyovun  ərzaq  nəzarətinin  Gəncə  vəkili  olduğuna  görə işlərini  bitirmək 

üçün 10 gün məzuniyyət istəyir. (Katib Mehdi bəyin ərizəsini oxuyur). 

Buna etiraz yox isə qəbul olunur. (Rusca tərcümə edir). 

Qazax qəzasının nümayəndəsi Hacıkərim Saniyev ailə işlərinə görə 10 gün məzuniyyət istəyir. 

(Katib Saniyevin ərizəsini oxuyur). 

Etiraz edən yox isə qəbul olunur. Üç gün əvvəl Gürcüstan parlamentindən təbrik teleqramı gəlmişdir. 

Katib - (oxuyur). 

Məmməd  Əmin  (yerindən)  -  Mən  təklif  edirəm  ki,  bundan  belə  parlamentə  gələn  teleqraflar  qabaqca 

türkcəyə  tərcümə  edilib  oxunmalı  və  lazım  gələrsə, rusca  da  oxunsun.  Burası Azərbaycandır.  Lisanirəsmimiz 

türkdür. (Alqış). 

Sədr - "Əhrar" fraksiyası tərəfindən təklif vardır. 

Katib - (oxuyur). 

Azərbaycan Parlament rəyasətinə  "Əhrar" 

fraksiyası tərəfindən təklif 

Qafqaz 1917 sənəsi təqvimindən alınmış rəqəmlərə görə Nuxa şəhərində 52.343, qəzasında isə 133.505 adam 

vardır  ki,  cümlətanı  185.748  adam  edir.  Bunlardan  yalnız  islam  əhalisi  145.209-dan  ibarətdir.  Axırıncı  ərzaq 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə