Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə43/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   39   40   41   42   43   44   45   46   ...   334

94 

 

Rəis - Mətləbə yaxın gəliniz. 



Aşurov  (dəvamla)  -  Nəticədə  ümid  edirəm  ki,  hökumət  qulluqçularına 

verəcəyimiz zomm maaşından bir səmərə hasil olması üçün ehtiyaca qarşı tədbirlər 

görməli. Bizim bazarda hər şey baha olandan sonra verilən zəmm maaşın heç bir 

köməyi olamaz və yenə biz zəmm maaşları prosent üsulu ilə qəbul etməliyik. 

Rəis - Rəsulzadə Məmməd Əmin bəy. 

Məmməd Əmin Rəsulzadə - Mütaliə və təsdiqimizə ərz olan məsələ, öylə 

bir məsələdir ki, bunun hər nə surətlə, hər nə cürə mühakimə etsə, nəticədə qəbul 

etməkdən başqa bir çarə yoxdur. Yoldaşımız Qarayev cənabları falçılıq bir kəramət 

yapdılar.  Bu  xüsusda  demək  istərdim  fəqət  acıqları  gələcəyini  bildiyim  üçün  bu 

məsələni hökumət nəzərindən deyil məntiq və əsası cəhətincə düşünmək lazım. Ta 

işilablara,  ixtilaflara  qədər  çıxmaq  və  oralarda  qeyb  etməyə  lüzum  yox.  Tarixin 

bəzi  zəruri  əyyami  vardır.  Təbii  biz  də  onlara  keçəcəyik.  Bəzi  natiqlərimiz  bu 

xüsusda bir taqım tədbirlərin yapılmasını tələb və  bunu təyin edirlər. Fəqət bunu 

öylə  ki  müqayisə  etdilər.  Məsələn,  Əhməd  Cövdət  söyləyir  ki,  Gürcüstanda 

hökumət  məmurları  az  maaş  alırlar  isə  də,  yenə  dolana  bilirlər.  Çünkü  hökumət 

ucuz qiymətə şəkər, çəkmə filan verir, vəli müqayisə edilmədi ki, hansı şey orada 

ucuzdur, burada bahadır. O, məmurlar ki, az məvacib ilə yaxşı dolanırlar, demək 

onların  bir  əyilikləri  vardır  ki,  o  əyiliklər  sayəsində  imrar  həyat  edib  dolanırlar. 

Əgər böylə bir əyiliklər varsa buyurub söyləsinlər, bəlkə biz də taparıq. Gürcülər 

gözəl keçinirlər deyirlər, fəqət isbat edilmir. Burada bir mülahizə var ki, deyirlər 

bərabərləşməyi anlamırıq, o da Ağa Aşurovun mülahizəsidir. Və, deyirlər ki, əgər 

bərabərləşdirilsə  yenə  18  sinfə  bölünür.  Bu  mülahizə  də  doğru  deyildir.  Bərabər 

sinifdə  deməkdir  ki,  bir  nəzarətdə  bir  məmur  nə  alırsa,  Digər  nəzarətdə  də  dəxi 

eyni haman maaşı almalıdır. Sinifləri birləşdirmək mümkün deyildir, çünkü, böyük 

bir  məmuriyyətdə  olan  şəxs  ilə  qapıda  duranın  ürfanı  bir  olmaz.  Hər  gah  bu  iki 

sinif bərabərləşdirilərsə böyük mövqelərə adam tapılmaz. Nəzarətlərdə rütbələri bir 

olan məmurların məvacibləri bərabərləşdirilməsi nəzərdə tutulur. Sonra burada bir 

məsələ  var  ki,  o  da  şuların  ayrılmasıdır.  Bu  da  doğrudan  şayani-diqqət 

əhəmiyyətdə  bir  məsələdir.  Bir  məmləkətin  ki,  ədaləti  düz  olmazsa  orda  ədalət 

olmaz.   Binaən-ileyh   ədliyyənin   məmurları   ayrica  təmin edilməlidirlər.   Bəzi  

yerlərdə      öylə      məmurların      mövqei  daimi  olmaq  ilə  təmin  edilir  və  maaşları 

artırılır.  Burada  uzun  təfsilata  ehtiyac  yoxdur.  Bu  məsələ  ətrafında  müəyyən  bir 

mülahizə  oldusa  o  da  budur  ki,  neçə  faiz  artırılmışdır.  Dokladçik  dedi    ki, 

məmurların bəzi qismi bir rütbədə  irəli  çəkilmişlər.   Hər  gah  indi  biz  bunu əsas 

etibarilə  qəbul  edərsək  və  süni  olaraq  bəzi  faizlər  artırılmasını  tətbiq  edərsək, 

ortalığa  nisbətsizliklər  girəcəkdir.  Ona  məhəl  olmamaq  üçün  əsas  etibarilə  bu 

məsələni  qəbul  etməyə  lüzum  görərək  və  hökumətə  dəxi  göstərmək  lazımdır  ki, 

onların məvacibi bir az artırılsın, burada bir qeyri məsələ var ki, o da nə vaxtdan 




95 

 

artırılmasıdır  ki,  martdanmı,  yoxsa  iyuldanmı  artırılsın  və  məmurların  acınacaq 



hallarından  bəhs  etdilər.  Yalnız  bəhs  etməkdən  bir  şey  çıxmaz  məmurların 

ehtiyaclarından  bəhs  edildiyi  halda,  məmləkətin  də  ehtiyacından  bəhs  etmək 

lazımdır  və  onlar  düşünməlidir  ki,  böylə  bir  ağır məvacibi  vermək  ilə  məmləkət 

iflas  edib,    iştə  büdcə  komisyonu  məsələnin  bu  cəhətini  düşünmüş  və  iyuldan 

məvaciblərin  artırılmasıma  qərar  vermişdir.  Biz  də  bu  müddəti  müdafiə  edirik. 

Şimdi  mən  bu məsələdən  bəhs  etmək  istəyirəm  ki,  onun  artıq  vaxtı  gəlmiş,  o  da 

məşxiyyətdə  iki  sədr  olması  barəsindədir.  Burada  deyirlər ki,  bir məşxiyyətdə  iki 

sədr  ola  bilməz.  Fəqət  bizim  idarəyi-ruhaniyyələrimizinki  sədr  ilə  deyil,  bir  çox 

qazılar  və  digər  ruhanilər  tərəfindən  idarə  edilir.  Qədim  zamanda  bunlar  yalnız 

dəftər saxlamaq və bir də məscid işlərini aparırlardı. Amma şimdi bunlardan əlavə 

ruhanilərimiz    xidməti-əskəriyyə    işlərinə  mübaşirət  edirlər.  Məsələn,  qərə 

nəfərlərinin  intixabi  və  heyət  təhririyyəyi-əsgəriyyəyə  tətbiq  etmək  ilə  bərabər 

onlara  bir  vəzifə  də  olmuşdur  ki,  əxzi-əskər  idarəsindən  olan  məmurlar  haman 

qazini  çağırıb  deyir  ki,  filan  iş  böylə  oldu,  filan  iş  öylə  oldu,  deməli  onların 

öhdəsində  ruhani  işlərdən    əlavədə    hökuməti    məsuliyyət  məmuriyyəti  də    var.   

Bu  məsuliyyət  müqabilində  biz  onlara  heç  bir  şey  vermirik.  Biz  arzu  edərdik  ki, 

yaxın zamanda üləmanın təmini-məişət edilməsi bir layihə düzəlüb də Parlamana 

idxal edilə idi. Mən demək istədiyim şey budur. 

Rəis  -  İndi  bir  təklif  var  ki,  müzakirə  bitsin,  yalnız  sırada  Səmədağa 

Ağamalı oğlu vardır. Təvəqqe edirəm ki, ona söz verək. Söz Ağamalı oğlunundur. 

Səmədağa - Məsələ keçdi, amma öylə görək, danışmaq gərək, biz təvəqqe 

edirik  ki,  bu  qanun layihəsi  üç  aya  kimi  müvəqqətən qəbul  edilib,  sonra  dəyişilə, 

çünkü bu qanun çox qatma-qarışıqdır, lan dönübdür cühüd kitabına. 

Rəis  -  Natiq  əfəndi,  dünyada  heç  bir  millət  yoxdur  ki,  onun  kitabı 

qatmaqarışıq ola, istər o millət cühüd olsun və ya qeyri. 

Səmədağa  -  Qanun  hələ  keçməmiş,  böyük  danışıqlara  səbəb  oldu. 

Oxunduqca, Məmməd Əmin bəy deyən kimi, cürbəcür şeylər çıxır. İndi görək bu 

pullar məmurlara  çatacaqmı,  əlbəttə  çatmaz.  Heç  biz  alan  altıca qəpik manat  bizi 

ödəmir.  Mən  deyərdim  ki,  hökumət  çörəyi  və  əti  öz  əlinə  alsın  ki,  bununla  da 

sosializmaya bir qədər qədəm qoysun. Mən bu gün sevindim ki, burada sosializm 

fikirli  sözlər  çox  danışıldı.  Ərzaqı  əlbəttə,  hökumət  əlinə  alarsa,  bizi  zalim 

dükançıların əlindən əlbət ki, xilas edər. 

Rəis - Sırada natiq olmadığından axır ki, söz məruzəçinindir. 

Əbdüləli  bəy  -  Keşiş  əfəndiyə  ərz  etməliyəm  ki,  o  buyurdu  ki,  böyük 

məmurlara  otuz  faiz,  kiçik  məmurlara  isə  yeddi-səkkiz  faiz  artırılıbdır.  Bu  ona 

görədir ki, biz məmurların dolanmasını dər nəzər edirik. Bir də keşiş və qeyriləri 

dedilər ki, maaşlar martdan artırılsın. Buda bir azsa!... Təfavüt edir, ancaq səksən 

milyon xəzinəyə təfavüt edən, bunu da, əlbətki biz qəbul etmərik, maliyyə naziri də 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə