Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə14/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   10   11   12   13   14   15   16   17   ...   278

24 

 

 



 

Britaniya  komandanlığı  vəziyyətdən  çıxıĢ  yolu  tapdı,  bunun  üçünə,  öz  qoĢunlarını  Zaqafqaziyadan  çıxardığı  ərəfədə  ağqvardiyaçıların  tutduğu  ərazi  ilə  Azərbaycan  və  Gürcüstan 

arasında 5 millik demarkasiya xəttini müəyyən etdi. 

1919-cu ilin ortalarından ABġ da Zaqafqaziyaya maraq göstərməyə baĢladı. Kinq-Kreynin və general Harbordun buraya göndərilmiĢ xüsusi missiyaları hesab edirdilər ki, 

ABġ-ın mandatının Türkiyə və bütün Güney Qafqaza Ģamil edilməsi iri hərbi kontingentin ora göndərilməsinin vacibliyi ilə bağlı xərclərə haqq qazandıra bilər(62) (bu regiona 70 

000 Amerika əsgərinin göndərilməsi nəzərdə tutulurdu)(63). 

1919-cu ilin yayında Ermənistanın baĢ naziri ilə söhbətində polkovnik Heksel birbaĢa elan etmiĢdi ki, indi Güney Qafqazla bağlı məsələləri ABġ və onun silahlı qüvvələri 

həll  edəcəkdir  (64).  1919-cu  il  sentyabr  ayının  sonunda  Fransada  Amerika  ordusunun  qərargah  rəisi,  "Qafqazda  güclü  ələ  ehtiyac  vardır"  deyən  general  Harbordun  baĢçılığı  ilə 

amerika missiyası (prezident V.Vilsonun tapĢırığı ilə) Bakıya gəlir (65). 

1919-cu  il  noyabr  ayının  1-də  Paris  sülh  konfransında  nümayəndə  heyətlərinin  rəhbərlərinin  ġurasının  iclasında  Ermənistandakı  amerikalı  hərbi  komissar  Haskelin 

səlahiyyətlərinin  Azərbaycan  və  Gürcüstana  geniĢləndirilməsinə  dair  qərar  qəbul  edildi  (66).  Həmçinin  polkovnik  Ə.Delinin  baĢçılığı  ilə  Naxçıvanda  general-qubernatorluğun 

yaradılmasına dair layihə irəli sürülmüĢdü (67). Amerikalılar Güney Qafqazda Ġngiltərə və Fransanın kifayət qədər qısqanc Ģəkildə yanaĢdıqları planlarını tam gücü ilə həyata keçirə 

bilməsələr  də,  ABġ  1920-ci  ilin  sonu,  1921-ci  ilin  əvvəllərində  Qars  vilayətində  Türkiyəyə  qarĢı  fəal  hərbi  əməliyyatlar  aparan  Ermənistana  böyük  maliyyə  və  hərbi  yardım 

göstərdilər, amma heç bu da onu həmin dövrdə siyasi və hərbi iflasdan xilas edə bilmədi. 

1920-ci  ilin  yazında  Qara  və  Xəzər  dənizləri  ilə  Türküstan  arasında  olan  sahənin  bolĢeviklər  tərəfindən  iĢğal  olunmasının  yaranmıĢ  real  təhlükəsi  Ģəraitində,  Ġngiltərədə 

Qafqaz  üzrə  mütəxəssis  kimi  tanınan  lord  Kerzon  Nazirlər  Kabineti  üzrə  həmkarlarına  qabaqcadan  xəbərdarlıq  edirdi:  "Əgər  Xəzər  dənizi  üzərində  nəzarətimizi  itirsək,  ən  qısa 

zamanda aĢkar edəcəyik ki, bizim bütün ġərq imperi-yamız laxlayıb" (68). 17 fevral 1920-ci ildə hərbi nazir U.Çörçill, feldmarĢal Henri Vilson, admirallığın birinci lordu V.Lonq və 

admiral  D.Bittinin  və  dəvət  olunan  Zaqafqaziya  dövlətlərinin  nümayəndə  heyətlərinin  üzvlərinin  iĢtiraki  ilə  Parisdə  keçirilən  ingilis  hərbi  elitasının  müĢavirəsində,  onların  hərbi 

potensial məsələləri, həmçinin Azərbaycan və Batum, olduqca simptomatik olan Xəzər sahilinin hərbi-dəniz müdafiəsi məsələləri müzakirə edilmiĢdi (69). 

1920-ci  ilin  əvvəlində  Qızıl  Ordunun  Azərbaycanın  sərhədlərinə  çıxıĢı  Ġngiltərənin  Yaxın  və  Orta  ġərqdəki  geosiyasi  maraqlarını  real  təhlükə  altına  qoy-duğunu  nəzərə 

alaraq, Kerzon Batumdakı ingilis qarnizonlarını gücləndirməyi, Qafqaz və Persiyaya əlavə qoĢun, həmçinin aviasiyanı göndərməyi, Bakının müdafiəsini təmin etməyi, Gürcüstanı və 

Azərbaycanı  silahla  təchiz  etməyi  təklif  edirdi.  Kerzonu  Britaniya  hərbi  donanmasının  ehtiyaclarını  ödəmək  üçün  Ġran  körfəzinin  və  Bakının  nefti  üzərində  Ġngiltərə  nəzarətini 

qorumağa can atan V.Lonq və donanma admiralı D.Bitti dəstəklədilər (70). 

"Ġngiltərəlilər, - 1920-ci ilin yanvarında fransız radiosunun məlumatına görə, -qızğın sürətdə on minlərlə əsgəri Qafqaza yollamaq üçün gəmilərə yerləĢdirmə hazırlıqlarını 

sona çatdırırlar. Ġngiltərəlilər və bolĢeviklər arasında qaçıĢmalar baĢ verir - kim Batum-Tiflis-Baki dəmiryoluna daha cəld çata biləcək. BaĢqa heç kəs ingilislər kimi Qafqaza yolun 

bağlanmasında bu dərəcədə maraqlı deyil... Ġngiltərəlilərin can atdığı mükafat -Bakının böyük neft mərkəzidir" (71). Lakin bu planı tamamilə həyata keçirməyə müvəffəq olmadılar, 

ona görə ki, qoĢunlar ilk növbədə Ġrlandiyanı "sakitləĢdirmək", Mesopotamiyada, Hindistanda və Misirdə Ġngiltərənin mövqelərini gücləndirmək, Qızıl Ordunun PolĢaya basqın etmə 

təhlükəsi  yarandığından  ona  hərbi  yardım  göstərmək  üçün  və  baĢqa  səbəblərə  görə  lazım  idi.  Yalnız  Tehran-Həmədan  sahəsində  güclər  geniĢləndirilmiĢ,  Ənzəli  və  Gilanda  isə 

qarnizonlar yerləĢdirilmiĢdi. 

Bu arada Güney Qafqazda hərbi-siyasi hadisələr sürətlə inkiĢaf edirdi. Denikin qoĢunlarının dağıdılması və Qızıl Ordunun mart ayı ərzində Stavropol, Pyatiqorsk, Armavir 

və Novorossiyski iĢğal etməsi regiondaki hərbi-strateji vəziyyəti kökündən dəyiĢdirdi. Neftlə zəngin olan Bakı, həmçinin bütün Güney Qafqaz

 

üzərində V.Ġ.Leninin sözlərinə görə 



"son dərəcə lazımlı olan" nəzarəti əldə etmək arzusu bəsləyən Sovet Rusiyası, Türkiyə tərəfindən gözlənilmədən dəstək aldı, öz növbəsində Türkiyənin Antanta ilə mübarizədə Ģimal 

qonĢusunun  dəstəyinə  ehtiyacı  var  idi.  Aprel  ayının  27-28-i  XI  Qızıl  Ordu  və  VXHD  tərəfindən  həyata  keçirilən  uğurlu  Bakı  əməliyyatı  Azərbaycan  Xalq  Cümhuriyyətinin 

müstəqilliyinin ləğvinə və Xəzər dənizinin Astaraya qədər bütün qərb sahilində sovet nəzarətinin bərqərar olmasına gətirib çıxardı. Xəzər uğrunda döyüĢün son və olduqca təsiredici 

akkordu 1920-ci ilin  may ayında həyata keçirilən VXHD-nin Ənzəli desant əməliyyatı oldu. Nəticədə 36-cı ingilis piyada diviziyası RəĢtə tərəf çəkilmək  məcburiyyəti qarĢısında 

qaldı (72). 1920-ci ilin iyul ayının əvvəlində ingilislər Batumu tərk etdilər. 1920-ci il noyabr ayının 29-da XI Qızıl Ordu hissələrinin zərbələri altında Ermənistan Respublikası, 1921-

ci il fevral ayının 25-də isə Gürcüstan Respublikası dağıldı. 

Beləliklə, Güney Qafqaz uğrunda uzunmüddətli və gərgin hərbi-siyasi mübarizə Sovet Rusiyasının xeyrinə bitdi. 

Bu regiondan  Londona qədər  yayılan döyüĢlərin əks-sədası hökümət dairələrində  Asiya  müstəmləkələrinə görə açıq təĢviĢ  yaratdı. Britaniya imperiyasının Orta  ġərqdəki 

hərbi nüfuzuna uzaqgedən geosiyasi nəticələr doğuracaq təsiredici zərər yetirildi. "Ġndi bütün ingilis nüfuzu zərbə altındadır - Londonun "Tayms" qəzeti etiraf edirdi  - fars Ənzəli 



Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə