Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə3/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   2   3   4   5   6   7   8   9   ...   278

10 

 

 



 

Qiymətli yazıları ilə bu çalıĢmada yer alaraq cəmiyyətimizi aydınladan elm adamlarımıza təĢəkkür və minnətdarlığımı ərz edirəm. Xüsusən, bu dəyərli əsərin meydana 

gəlməsində böyük peĢəkarlıq və fədakarlıq ilə çalıĢan, Azərbaycan -Türkiyə ortaq kültürünə könül vermiĢ dəyərli elm adamı və araĢdırmacı Dr. Meh-met Rıhtımı, hərb tarixçisi və 

Qafqaz  Ġslam  Ordusu  tarixinə  dair  layiqli  araĢdırma-ları  ilə  tanıdığımız  prof.dr.  Mehman  Süleymanovu,  gənc  tədqiqatçı  Fariz  Xəlillini  və  türkoloq-yazar  prof.dr.  Minaxanım 

Təkləlini təbrik edirəm. 

 

Prof. Dr. Ahmet Saniç  

Qafqaz Universitetinin Rektoru 



11 

 

 



 

ÖN SÖZ 

Son zamanlar Azərbaycan tarixi üzrə onun  müxtəlif sahələrini əhatə edən sanballı araĢdırmalar  meydana çıxmıĢdır. Bu  mənada böyük vətən tarixinin  mühüm dövrləri ilə 

bağlı  problemlərin,  о  cümlədən  Azərbaycan  xalqının  tale  yüklü  məsələsi  sayılan  mövzuların  da  iĢlənib  araĢdırılmasında  xüsusi  canlanma  və  oyanıĢ  hiss  olunmaqdadır.  Xüsusilə 

ġərqdə ilk demokratik respublika örnəyi sayılan Azərbaycan Xalq Cümhuriyyətinin tarixilə əlaqədar olan məsələlərin - Azərbaycan Cümhuriyyətinin yaranması, onun müstəqilliyinin 

qorunub  saxlanılması,  ölkənin  düĢdüyü  ağır  vəziyyətdə  Türkiyənin  qardaĢ  köməyi,  göstərdiyi  hərbi  yardım  -  Qafqaz  Ġslam  Ordusunun  yaradılması,  eləcə  də  bu  xilaskar  ordunun 

qurtuluĢ yürüĢü tarixi aparılan belə araĢdırmalara cəlb edilməkdədir. 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  yaranmasının  və  Qafqaz  Ġslam  Ordusunun  1918-ci  ilin  yazından  baĢlayan  qurtuluĢ  hərəkatının  90-ci  ildönümünü  qeyd  etməkdəyik. 

Azərbaycan  Xalq  Cümhuriyyəti  özünün  dövlət  müstəqilliyinə  qovuĢmasından  sonra  bir  sıra  tarixi  həqiqətlər  kimi  bu  tarixi  faktın,  Azərbaycan  xalqının,  eləcə  də  milli  dövlətinin 

müqəddəratında vacib rol oynayan bu hərəkatın tarixinin üzərindən qadağan möhürü götürüldü; 90-cı illərin baĢlanğıcından etibarən bu mövzularda araĢdırmalar, müxtəlif səpgili 

əsərlər meydana çıxmağa baĢladı. Xüsusən, bu təĢəbbüsün Azərbaycanın qələm sahibləri arasında geniĢ vüsət alması sevindirici olmaqla həm də təqdir olunmalıdır. 

Topluda bu mövzu ilə bağlı Azərbaycanda  və eləcə də Türkiyədə aparılan araĢdırmaların böyük hissəsi əhatə olunmuĢdur. Burada tarix etibarı ilə  qısa bir dövrdən bəhs 

olunsa da (1918-ci illər ərəfəsi və gediĢi zamanı nəzərdə tutulur) lakin özlüyündə Azərbaycan və Türkiyə dövlətləri və xalqlarının həyatında vacib dönəmdən, əslində əsrə bərabər 

tutula bilən geniĢ, zəngin, həm də ziddiyyətli hadisələri özündə əks edən mürəkkəb bir dövrdən söhbət gedir. 

Üç  bölümdən  ibarət  bu  kitabda  toplanmıĢ  yazılar  mövzunun  ayrı-ауrı  vacib  nöqtələrini  iĢıqlandıracaq  Ģəkildə  hər  biri  müstəqil  əsərlər  olub,  burada  Azərbaycan  Xalq 

Cümhuriyyətinin yaranması və Qafqaz Ġslam Ordusunun Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mücadiləsi tarixi, siyasi, içtimai, ədəbi və s. cəhətlərilə araĢdırılmıĢdır. 

Buna bağlı olaraq "I Dünya müharibəsi zamanı böyük dövlətlərin Qafqazla əlaqəli siyasətləri. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması" adlanan birinci bölümdə Qafqaz bölgəsi ilə 

əlaqəli dövrün siyasi, ictimai Ģəraiti: baĢ verən irimiqyaslı xalq hərəkatları, I Dünya müharibəsinin doğurduğu labüd nəticələr: qırğınlar, tələfatlar, məhrumiyyətlər və böyük dövlətlərin 

bölgə ilə əlaqəli siyasətləri geniĢ arenada araĢdırılmıĢdır. 

I  Dünya  müharibəsinin  gediĢində  birdən-birə  qaynar  hərbi  əməliyyat  zonasına  daxil  edilən  Qafqaz  həm  də  əks  qütblərin  maraqlarının  toqquĢduğu  meydana  çevrilməklə 

beynəlxalq  münasibətlərin  də  əsas  hədəfi  sayılmalıdır.  Professor,  tarix  elmləri  doktoru  Pərvin  Darabadinin  (Bakı  Dövlət  Universiteti)  "XX  əsrin  əvvəllərində  Güney  Qafqaz 

beynəlxalq geosiyasi münasibətlər sistemində" baĢlıqlı yazısı qarĢılaĢdırılan münasibətlərin yeri məsələsinin həllinə yönəlmiĢdir. Tədqiqatda Güney Qafqazın geosiyasi münasibətlər 

sistemində  Bakının  üstün  mövqeyi  iĢıqlandırılmıĢ;  Antanta  və  Üçlər  ittifaqının  arasında  gedən  mübarizə  və  bu  zidd  qrupların  hər  birinə  düĢmən  mövqe  tutan  Sovet  Rusiyasının 

çıxıĢlarının Qafqaz-Xəzər (mərkəzi Bakı olmaqla) ərazisi üzərində keçirilməsinin səbəbləri və məntiqi nəticələri öz əksini tapmıĢdır. 

Bu baxımdan həmin hadisələrin fonunda "1915-1920-ci illərdə Azərbaycanda türk və müsəlmanlara qarĢı həyata keçirilən soyqırımlar" (prof. Anar Ġsgəndərov) yazısında I 

Dünya  müharibəsi  gediĢində  Qafqaz  cəbhəsindən  geri  çəkilən  rus  qoĢununun  öz  silahlarını  ermənilərə  verməsi  və  silahlanmıĢ  erməni  qoĢununun  meydana  gəlməsi,  sürətlə  qətl-

qarətlərə  keçməsi  faktlarından  bəhs  olunur.  Əslində  tədqiqatın  əsil  dəyərli  cəhəti  burada  Azərbaycan  milli  dövləti  zamanı  1918-ci  il  iyulun  15-də  həmən  yaradılan  Fövqəladə 

Təhqiqat  Komissiyasının  (rəhbəri  vəkil  Əliəkbər  bəy  Xasməmmədov)  fəaliyyətinin  iĢıqlandırılmasında  idi.  Müəllif  türk  və  digər  müsəlman  xalqlarına  qarĢı  soyqırımın  qanlı 

mənzərəsini məhz bu komissiyanın əldə etdiyi rəsmi mənbələr əsasında vermiĢdir. Bu gün bizim əlimizdə həmin qanlı cinayətə dair nə varsa elə həmin komissiyanın təhqiqləri və 

araĢdırmaları sayəsində mümkün olmuĢdur. 

Təhqiqat Komissiyasının sənədlərinə əsasən məlum olur ki, 1918-ci il mart soyqırımı zamanı Bakı Ģəhərində 11 min nəfərədək türk-müsəlman öldürülmüĢdür. Bakının gözəl 

memarlıq inciləri sayılan binaları yerlə yeksan edilmiĢ, insanların varidatı talan edilmiĢdir; təpədən dırnağacan silahlanmıĢ, pulemyotların müĢayiəti ilə evlərə hücüm edərək dinc 

sakinləri öldürmüĢ, bu zaman onları xüsusi qəddarıqla qətlə yetirmiĢ, xəncərlə, süngülərlə param-parça etmiĢlər, körpələrə belə rəhm etməmiĢdilər... 

YetmiĢ illik sovet dövrünün irtica qadağanları altında susdurulan, əslində bu Ģərəfli tarix ittihamlar altında gizlədilməklə yanaĢı, daha çox qara boyalarla eybəcərləĢdirilərək 

susdurulmaqda idi. Tarixçi alim Anar Ġsgəndərovun topluya daxil edilən daha bir yazısı Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) yaranma tarixindən bəhs edir. Məlum olur 

ki, Rusiyada Oktyabr çevriliĢindən əvvəl fevral burjua demokratik inqilabı nəticəsində qurulan Müvəqqəti hökumət belə öz milli proqramında Rusiyanın bölünməzliyi kimi əslində 

mürtəce ideyasını irəli sürürdü. Bu fakt özü Azərbaycanın özünün müstəqilliyinə qovuĢmaq üçün qarĢılaĢacağı maneələrin və təhlükələrin xarakterindən xəbər verirdi. Tədqiqatçı 

həm də  Azərbaycanın istiqlalına  yiyələnməsi iĢində baĢlıca  maneəyə çevrilmiĢ ġaumyanın fövqəladə komissar olaraq fəaliyyətə keçməsilə regionda  vəziyyətin daha da ağırlaĢmıĢ 

olduğunu nəzərə çatdırır. 




Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə