Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə4/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   2   3   4   5   6   7   8   9   ...   278

12 

 

 



 

Əlbəttə, Qafqaz Ġslam Ordusunun keçdiyi mübarizə  yolu ilə bağlı çalıĢmalarda dövrün siyasi, ictimai  vəziyyətinə, həmin dövrü xarakterizə edən hadisələrə nəzər salmaq 

zərurəti hiss olunur. Çünki bunları diqqətə almaq tədqiq olunan mövzunun daha əhatəli və dərindən, daha doğrusu öz dəyərində anlaĢılmasına kömək edəcəkdir. Bu mənada Dünya 

müharibəsi baĢlanandan etibarən, habelə Rusiyada Oktyabr çevriliĢindən sonra öz müstəqilliklərini qazanmaq fürsəti ilə üz-üzə qalan Azərbaycanın, habelə bütöv Qafqazın ardıcıl 

olaraq yardım ümidi ilə müraciət etdikləri Osmanlı dövlətinin özünün yürütdüyü Qafqaz siyasəti onun əsas ideyası, baĢlıca istiqamətləri ilə bağlı olaraq Dr. Reha Yılmazın "Birinci 

Dünya  müharibəsinin  baĢlancığında  Osmanlı  dövlətinin  Qafqaz  siyasəti"  yazısında  ələ  alınmıĢdır.  R.Yılmaz  Osmanlının  son  dövrlərini  yaĢadığı  illərdə  "Ġttihad  və  Tərəqqi" 

partiyasının iqtidara gəlməsini dövlətin xarici siyasəti sahəsində, həmçinin diplomatiyasında Ənvər PaĢa və onun silahdaĢlarının həlledici rolunun artmasına bağlayır. 

BirbaĢa  Qafqaza  bağlı  münasibətə  gəlincə  isə  bunu  müəllifin  qeydləri  ilə  ifadə  etmək  yerinə  düĢər.  "I  Dünya  müharibəsi  ərəfəsində  Qafqaz,  Osmanlı  dövlətinin  xarici 

siyasətində  gözədəyən  yer  tutmasa  belə,  hərb  baĢlar  -  baĢlamaz  bu  region  Osmanlıdan  ötrü  dərhal  birinci  dərəcəli  əhəmiyyət  kəsb  etməyə  baĢladı.  Qafqaz  cəbhəsindəki  uğurlar 

Osmanlı dövlətini hərbdən qalibiyyətlə çıxacağına zəmanət verəcəkdi. Qafqazdakı xalqların azadlıq çağırıĢları Osmanlını bu regiona yönlədən güclü amil oldu." 

Müəllifin göstəriĢinə görə Osmanlının Qafqaz siyasəti Ənvər PaĢa simasında öz himayədarını tapmıĢdı, belə ki, о lap 1913-cü ildən Qafqaz haqqında konkret planlara sahib 

idi; Ənvər PaĢanın fikrincə Qafqaz vacib cəbhələrdən biri idi. Yenə müəllifin yazdığına görə Qafqaz xalqları arasında ən müĢkül durumda olan Azərbaycan türkləri idi. Yazar bunun 

təbii  Ģərtlərini  Azərabaycanın  öz  silahlı  qüvvəsinə  malik  olmadığını,  diĢlərinədək  silahlanmıĢ  ermənilərinsə  onlarla  hər  zaman  qanlı  müharibələrə  hazır  olmaları  öz  növbəsində 

Azərbaycanı hər zaman təhlükəli dönüĢlərə sürükləyə bilərdi. 

Yazıda  Cənubi  Azərbaycana  qurtuluĢ  yürüĢü,  vətənpərvər  Ģəxs,  millət  fədaisi  Ömər  Naci  hərəkatının  təsviri,  bu  günədək  az  öyrənilən  faktların  təqdimi  və  öyrədilməsi 

baxımından dəyərli olub həm də özlüyündə maraqla oxunacaq, diqqətlə izlənəcək material təsiri oyadır. 

Qazqaz  Ġslam  Ordusu  hərəkatı  tarixini  olduğu  dəyərdə  dərk  etmək,  qiymətləndirmək  baxımından  Türkiyənin  Böyük  Hərbdə  müttəfiqi  olan  Almaniya  ilə  münasibətləri, 

habelə  Almaniyanın I Dünya  müharibəsində iĢtirakı, о cümlədən  Almaniyanın Qafqazla  bağlı  xüsusi  siyasəti də öyrənilməyə layiqdir. Bu  mənada  Türkiyə  Cümhuriyyəti Mustafa 

Kamal  Universitetinin  əməkdaĢı  dosent-doktor  Mustafa  Çolakın  "Almaniyanın  Qafqaz  Siyasəti  (1917-1918-ci  illər)  yazısı  maraq  doğurur.  Nəzərə  çatdırmalıyıq  ki,  bu  araĢdırma 

Mustafa  Çolakın  mövzu  üzərində  illərdən  bəri  Almaniyada  apardığı  böyük  tədqiqat  iĢinin  bir  hissəsidir.  Məlum  olduğu  kimi,  Almanların  Qafqaz  siyasətinin  baĢlıca  olaraq  iki 

istiqaməti diqqəti cəlb edir: gürcülər və azərbaycanlılarla bağlı həyata keçirilməsini nəzərdə tutan planlar. Qəribəsi odur ki, Almaniyanın Qafqaza marağı bir müttəfiq  maraqlarını 

üstələyir, hətta Türkiyənin cəbhədə üstünlüyü və əvvəllər inamsız yanaĢdığı uğurları onu о qədər qısqandırırdı ki, о əleyhdarı olan Rusiya bolĢevik hökuməti ilə gizli ittifaqa belə 

giriĢirdi. Özünün tam miqyasında bu gün aĢkar olunan həmin gizli razılaĢma Osmanlı dövlətinin Qafqaz siyasətinə qarĢı alman tərəfinin həm hərbi, həm də diplomatik münasibətləri 

dolayısı  ilə  əks  mövqedə  olduğunu  göstərir.  Həm  də  Qafqaz  münasibətlərində  türklərdən  fərqli  olaraq  gizli  niyyətlər  ortaya  çıxır.  Biri,  Bakıya  istiqamətlənən  türk  ordusunun 

beləliklə,  eyni  hədəfə  doğru  yürüyən  Ġngiltərə  ilə  qarĢılaĢıb  onu  durdurması  və  digəri  Qafqaz  hüdudları  daxilində  bütün  yeraltı  zənginliklərlə  özünün  müharibələrdə  pozulmuĢ 

iqtisadiyyatını bərpa edib gücləndirmək məqsədi. 

Transqafqazın dəmir yollarını əlində saxlamağa çalıĢan Almaniyanın Bakı barədə öz məqsədləri var idi. Həqiqətən Bakı bu zaman Qafqaz probleminin zirvə nöqtəsi halına 

gəlmiĢdi. Qafqaz və Bakıda Rusiya ilə qarĢılaĢmağa kifayət qədər əsgəri olmayan Almaniya Bakı neftinin nəql edilməsinə nəzarəti əldə tutub saxlamaq istəyirdi. 

AraĢdırmada  Almaniya  imperiyasının  Qafqaz  siyasəti  mövzusu  ilə  bağlı  Almaniya  dövlət  arxivlərində  mühafizə  olunan  mühüm  sənədlərdən  istifadə  edilməsi  müəllifin 

məqsədə müvafiq nəticələr əldə etməsinə səbəb olmuĢdur. 

Kitaba Türkiyəli araĢdırmacı Dr. Xəlil Balın "I Dünya müharibəsinin sonunda Qafqaz cəbhəsi və Osmanlı dövlətinin erməni siyasəti" adlı məqaləsi daxil edilmiĢdir. Müəllif 

haqlı  olaraq  artıq  yeni  əsrdə  müstəqil  "Böyük  Ermənistan"  qurmaqdan  ötrü  ermənilərin  geniĢ  fəaliyyətə  keçmələrini  və  bu  iĢdə  böyük  dövlətlərin  öz  məqsədləri  uğrunda 

ermənilərdən istifadə etmək üçün onlara dəstək olmaları və artıq onlardan Osmanlı dövlətinə təsir göstərməkdə bir alət kimi istifadə etmələri kimi məkrli fəaliyyətləri üzə çıxaran 

faktları aĢkarlayır. AraĢdırmada bu məsələlər bəlli zaman kəsiyində -1877-1878-ci il Osmanlı-Rus müharibəsindən baĢlayaraq, ağır Berlin andlaĢması Ģərtləri altında dəyiĢən Ģəraitin 

və  yenə  mənhus  ideya  uğrunda  qalxan  erməni  üsyanları,  terror  əməliyyatları,  törədilən  cinayətkar  hadisələr  iĢıqlandırılır.  Ġllərdən  bəri  yaranmıĢ  gərgin  Ģərait  artıq  hərəkətə  keçən 

Osmanlı  dövlətinin  və  ardınca  milli  mücadilə  hərəkatının  yürütməkdə  olduğu  siyasətin  bir  növ  istiqamətlərini  müəyyənləĢdirmiĢ  olurdu.  Bunun  nəticəsində  erməni  zülmünə  son 

verildi. Yeni Türkiyə beləliklə, öz həssas nöqtələrində düĢmən təcavüzünə məruz qalan ərazilərində möhkəmlənə bildi. 

Rusiyada Oktyabr çevriliĢi, bunun birbaĢa təsiri ilə Güney Qafqazın xalqları həyatında baĢ verən əsaslı dönüĢ, habelə bu dəyiĢmələr Ģəraitində Güney Qafqazın və ġərqin 

rolunun strateji nöqteyi-nəzərdən artması baxımından bir çox siyasi, iqtisadi və hərbi strateji amillər ucbatından Antanta dövlətinin Güney Qafqaz siyasətində dönüĢ yaratmalarına 

səbəb oldu. BDU-nun professoru tarixçi Musa Qasımlının topluya daxil edilən yazısı ("Antanta ölkələrinin Güney Qafqaz siyasəti) bu mövzunun həllinə həsr edilmiĢdir. 




Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə