Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə5/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   2   3   4   5   6   7   8   9   ...   278

13 

 

 



 

Müəllifin kitaba daxil edilən digər yazısı isə "BolĢevik Rusiyasının Qafqaz siyasəti" olmaqla dünənki çar Rusiyası və onun sabiq müttəfiqi olan Antanta dövlətləri ilə yeni 

Ģəraitdə  yeritdikləri  diplomatik-siyasi  xətt  müəyyənləĢdirilib  araĢdırılmağa  yönəlmiĢdir.  Bu  siyasətin  canlı  özəyini  təĢkil  edən  general  Denstervill  Ģəxsində  ingilis  qüvvələrinin 

fəaliyyətləri,  ingilis  hərbi  komandanlığının  nəhayət  Bakı  cəbhəsindəki  döyüĢ  mövqelərinə  gətirib  çıxaran  proyektləri,  ingilis  -  Biçeraxov  razılaĢması,  ingilislərin  Mərkəzi  Xəzər 

Diktaturası  ilə  münasibətləri,  nəhayət  ingilislərin  daha  sonrakı  müddətdə  artıq  müttəfiq  simasında  Bakıya  gəliĢləri  faktları  həmin  mürəkkəb  siyasətin  məzmunu  təĢkil  edir. 

Tədqiqatçının  bolĢevik  Rusiyasının  Qafqazla  bağlı  yeritdiyi  siyasətə  aid  yazısında  da  təməlindən  yüksələ-yüksələ  dolğunlaĢan  münasibətlər  xronoloji  ardıcıllıqla  Ģərh  edilir.  Yəni 

cəbhələr boyunca yaranan bu  əlaqələr çar Rusiyasının özünün böyük provakatorluqla qoĢulduğu bu müharibədə apardığı "təmiz və səliqəli" diplomatiyadan çox, hərbin özü qədər 

müdhiĢ və amansız qanunlar əsasında aparılmıĢdır. 

Brest-Litovsk  sülhündən  əvvəl  çarəsiz  qalıb  Ərzincan  barıĢığına  gedən  Rusiya  səngərlərdəki  məkrli  tədbirlərini  eyni  dərəcədə  masa  arxasındakı  danıĢıqlara  köçürərək 

Türkiyə  ərazisindəki  ermənilərə  ərazi(vilayət)  boyun  olaraq  fitnəkarcasına  onları  dəstəkləyir;  "bədbəxt  ermənilərin"  "bədnam  tərəfdarı"  sayılan  çar  Rusiyasının  özünün  "Xalqlar 

həbsxanası"  ünvanı  daĢıdığını  unutmuĢ  kimi  olur.  Hətta  Qafqaz  iĢləri  üzrə  fövqəladə  komissar  mandatı  verdiyi  ġaumyana  buradakı  erməni  əhalisinə  yardım  etməsini  həvalə  edir. 

Budur,  kağız  üzərindəki  lal-dinməz  görünən  sadə  maddələrin,  bəndlərin  top  atıĢmalarından  bərk  qorxunc  atəĢləri.  Bundan  sonra  hər  erməninin  rus  silahıyla  müsəllah  əsgərə 

çevrilməsi  baĢlayır.  Müəllifin  rəyincə  "Güney  Qafqazın  müstəqilliyinə  ən  mənfi  münasibət  bəsləyən  bolĢevik  Rusiyası  idi.  BolĢevik  hökuməti  Azərbaycana,  о  cümlədən  bütün 

Güney Qafqaza öz ərazisi kimi baxmaqda qalırdı..." 

"Qafqaz Ġslam Ordusunun təĢkili və fəaliyyətləri" adlanan ikinci bölümdə yer alan məqalələrdə göstərilir ki: Azərbaycanın qurtuluĢuna aparan yol asan olmamıĢdır, bütün bu 

məhrumiyətlər, xalqın acı göz yaĢları onun öz hərbi qüvvələrinə malik olmasını tələb edirdi. Elə bu niyyətlə də yeni yaranan Azərbaycan Cümhuriyyəti hərbi yardım üçün Osmanlı 

Türk dövlətinə müraciətlər edirdi. Odur ki, istər qardaĢ Azərbaycana mükəmməl hərbi yardım, istərsə də onun özünün hərbi qüvvələrinin yaradılması artıq 1918-ci ilin ilk vaxtlarında 

Türkiyə hərbiyyə naziri Ənvər paĢanın və onun məsləkdaĢlarının diqqət mərkəzində idi. 

Azəbaycan özünün bu çətin günlərində  Türkiyənin  yardımına böyük ümid bəsləyirdi.  Azərbaycan nümayəndələrinin də böyük ümidlə qoĢulduğu Batum  konfransı davam 

etdiyi günlərdə, 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli ġurası Azərbaycanın dövlət müstəqilliyi haqqında "Ġstiqlal bəyannaməsi"ni qəbul etdi. Yeni yaranmıĢ Azərbaycan 

hökümətinin xahiĢinə cavab olaraq Osmanlı hökumətinin hərb naziri Azərbaycana əsgəri yardımla bir sırada Ġstanbulda Məmməd Əmin Rəsulzadə ilə görüĢündə Azərbaycanın milli 

ordusunun  təĢkil  edilməsinin  vacibliyini  qeyd  etdi.Tədqiqatdan  göründüyü  kimi  Osmanlının  V  piyada  diviziyası  və  general  Əliağa  ġıxlinskinin  baĢçılıq  etdiyi  müsəlman  milli 

korpusu əsasında Qafqaz Ġslam Ordusu təĢkil edildi. Nuru PaĢanın rəhbərlik etdiyi bu orduya Türkiyə türkləri və Azərbaycan türklərindən ibarət 18 min əsgər və zabit daxil idi. Bu 

ordu tərəfindən Bakının azad  olunması  Azərbaycanın  müstəqilliyini  əməli  Ģəkildə  möhkəmləndirə bildi. Azərbaycan torpaqlarının azad olunmasında Qafqaz Ġslam Ordusu 1200-ə 

yaxın əsgər və zabit Ģəhid verdi. 

Azərbaycanda Qafqaz Ġslam Ordusunun qurtuluĢ hərəkatı ilə bağlı ilk tədqiqat aparanlardan biri olan Mehman Süleymanovun yazılarına geniĢ yer verilmiĢdir. Kitabda onun 

"Qafqaz-Ġslam Ordusunun quruluĢ, hazırlıq və səfərbərlik vəziyyəti" adlı yazısında bu nicat ordusunun Osmanlı hökümətinin məlum qərarından sonra təcili hazırlanması, strukturu, 

təminat Ģərtləri bir ixtisas sahibinin gözü ilə dəyərləndirilir. 

Odur ki, bu ilk yardım dəstəsi Nuru PaĢanın Mosuldan hərəkətə keçməsi ilə baĢladılan iĢlər, ordunun silahlandırılması, yerlərdə ordu heyətinin təlimi, çağırıĢçı iĢinin təĢkili, 

maddi - texniki bazanın yaradılması, təchizi, geyimi, iaĢəsi və məsrəfləri ilə bağlı məsələlər təhlil edilir. Axı Azərbaycanın mahir diplomatı Əli Mərdan bəy TopçubaĢov Ġstanbulda 

Ənvər PaĢa ilə görüĢündə "Təcrübəli təlimatçılar olarsa, bizim əhalidən həm kəmiyyətinə, həm də keyfiyyətinə görə yaxĢı qoĢun təĢkil etmək mümkündür. Ancaq bizdə silah, geyim 

və digər hərbi təchizat çatıĢmır" Elə bu görüĢün ardınca hazırlanan III Osmanlı Ordusundan ayrılan 5-ci Qafqaz diviziyasının (bu firqə və ya tümən Qafqaz Ġslam Ordusunun əsasını 

təĢkil  edəcəkdi)  hərəkətə  keçməsi  qarĢıya  qoyulan  vəzifələr,  xülasə  "Qafqaz  Ġslamlarını  hər  türlü  təcavüzdən  qurtarmaq"  və.  s  barədə  ciddi  və  bitkin  məlumatlara  sahib  olmaq 

mümkündür. 

Azərbaycana daxil olduqdan sonra həmən azadlıq mübarizəsinə giriĢən Qafqaz Ġslam Ordusunun Gəncədən baĢlanan ilk iĢi Ģəhərin əlahiddə bir hissəsində yaĢayan indi dinc 

görünsə də vaxtı çatanda irəliləyən ordunun arxasında təhlükəyə çevriləcək erməniləri zərərsizləĢdirməsi oldu. Türk əsgəri imdadına qoĢduğu Azərbaycan torpağında ilk Ģəhidlərini 

də burada verdi. Bu döyüĢ əməliyyat ilə də Ordunun qəhrəman 9-cu alayı və Mürəttəb 2-ci süvari alayı öz adını Azərbaycan qəhrəmanlıq salnaməsinə həkk etdilər. Tarixçi Mehman 

Süleymanovun  kitaba  daxil  edilən  digər  yazısı  "Qafqaz  Ġslam  Ordusunun  Azərbaycanın  ərazi  bütövlüyü  uğrunda  mübarizəsi"  adlanır  və  həqiqətən  ordunun  rəĢadət  yolu  qədəm-

qədəm izlənərək iĢıqlandırılmaqla, təhlil edilir. Bakının azad olunması istiqamətində yürüĢə çıxan ordu Qaraməryəm altında düĢmənlə üz-üzə gələrək ağır döyüĢlər keçirir. Buradan 

isə Bakıya- doğru yol haçalanır: biri Ģose yolu ilə ġamaxı üzərindən, digəri Gəncə-Bakı dəmir yolunu təqibən Kürdəmirdən keçərək Bakıya doğru istiqamət almıĢdı. DaĢnak-bolĢevik 

qüvvələrinin əsas hissəsi burada, bu yolların üstündə cəmlənmiĢdi. ġaumyan özü ön cəbhəydək gəlir, Bakı neftini Moskvada qurulan yeni Sovet hökuməti üçün həyat mənbəyi hesab 



Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə