Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə7/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   2   3   4   5   6   7   8   9   10   ...   278

15 

 

 



 

qarətləri məhz bu bacarıqlı sərkədənin əllərinin və fəhminin gücü ilə yox edilir. AraĢdırmanın mərkəzində illərlə unudulan, dilə gətirilməsi yasaq edən Xosrov bəy Sultanovun parlaq 

obrazı araĢdırmanın, habelə burada cərəyan edən hadisələrin mərkəzində dayanır. 

Toplunun  "Qafqaz  Ġslam  Ordusu:  Materiallar,  Məlumatlar,  Sənədlər"  adlanan  üçüncü  bölümdə  yer  alan  məqalələr  Azərbaycan  ərazilərinin  azad  olunmasıyla  bir  sırada 

Qafqaz Ġslam Ordusunun həyata keçirdiyi qurtuluĢ tədbirləri, nəhayət öz Ģərəfli missiyasını baĢa vuran Türk Ġslam Ordusunun fəaliyyətlərinin yekununa həsr edilmiĢdi. 

Kitabda  Qafqaz  Ġslam  Ordusunun  Ģərəfli  salnaməsini  bir  daha  aydınlaĢdıracaq  yeni  sənədlərin  də  yer  tutmasına  çalıĢılmıĢdır.  Bunlardan  biri  Dr.  Mehmet  Rıhtımın 

"Ġngilislərin Bakı və Xəzər dənizinə hakim olmaq xüsusunda cəhdləri" adlı yazısıdır. Her Ģeydən əvvəl Azərbaycan oxucusu bu ölkəyə məhz erməni-rus tərkibində qurulmuĢ Mərkəzi 

Xəzər Diktaturası hökuməti tərəfindən dəvət olunan ingilis təcavüzkarlarının həqiqi planları və onların əsl  mahiyyəti  haqqında  məlumatlarla tanıĢ  olacaqdır. Ən çoxu geniĢ və sıx 

Ģəkildə qurulmuĢ ingilis casusluq Ģəbəkəsinin fəaliyyətlərindən ibarət olan istər diplomatik, istər açıq cəbhələrdəki hərəkətlər onların məqsədlərini bu gün də ortaya qoymaqdadır. 

Neft  Bakısını  ələ  keçirmək  niyyətı  ilə  kazak  atamanı  Biçeraxovla,  erməni-rus  birlikləri  ilə  əlbir  iĢə  keçən  ingilislər  Azərbaycanın  və  Azərbaycan  türklərinin  müqəddəratı  barədə 

düĢünmək belə istəmirlər. Ġran ərazisində Həmədandan Ənzəliyədək geniĢ bir sahəni özlərinə fəaliyyət meydanı seçən ingilislər buradakı qarıĢıqlıqlar içində vurnuxduqca və Bakı 

üzərinə getməyə artıq hərbi gücü olmasa belə özünün zərif, incə ingilis diplomatiyasını - ideya təxribatını iĢə salmaqdadır. Təqdim olunan materialda ingilis hərbiyyə nazirliyi ilə 

müharibə  regionlarındaki  ali  rütbəli  zabitlərin  Ģifrəli,  gizli  raport  və  təliqələri  ortaya  çıxarılmaqla  ingilislərin  ġərq  siyasətinin,  həmçinin  bu  siyasətin  vacib  bir  qolu  olan  Bakı 

planlarının da əsil mahiyyəti meydana çıxarılır. 

Ġkinci dərc olunan yeni məlumat xarakterli yazı Türkiyə  Cümhuriyyəti BaĢbakanlıq Dövlət Arxivləri iĢçisi, dosent-doktor Mustafa Budakın "Nuru PaĢanın Qafqaz Ġslam 

Ordusu haqqında Raportu"dur. Müəllif Nuru PaĢanın raportunu dərc etmədən əvvəl Anadolu-Qafqaz cəbhəsində, eləcə də Güney Qafqaz, Azərbaycanda yetiĢən mürəkkəb içtimai 

Ģəraiti və Osmanlıdan gözlənilən köməyin hazırlanma Ģəraitinin xülasə Ģəklində Ģərhini verdikdən sonra Nuru PaĢanın fəaliyyətinin baĢlıca məqamlarına toxunur. 

Nuru PaĢa bu raportu BaĢ Hərbi Qərargahından Hərbi Tarixi komissiyasının xahiĢi ilə hazırlanmıĢdır. Raport bu səbəbdən də Nuru PaĢanın fəaliyyət yolunu iĢıqlandıran 

etibarlı sənəd, mənba təsiri bağıĢlayır. Həm də dövrün baĢlıca hadisələri və mövcud olan zəngin Ģərait haqqında çox dolğun və qiymətli məxəz hesab olunmalıdır. Raport 30-cu ildə - 

Qafqaz Ġslam Ordusunun qəhrəman yürüĢündən on iki il sonra yazılmıĢdır; bu əlbəttə sənədin xeyrinədir; onun dəyərini artırır. Keçən müddət ərzində bu mübarizə iĢinin və Ordunun 

haqq iĢinin nəticələri bu zaman nəticəsində  yaxĢıca təhlil edilmiĢdir. Nuru PaĢanın öz qələmi ilə  yazdığı bu raport onun Qafqaz Ġslam Ordusu komandanı kimi Güney Qafqazda, 

xüsusən Azərbaycanda göstərdiyi hərbi-siyasi fəaliyyətinin güzgüsüdür. Çox qiymətli və əhəmiyyətli olan məlumatın 1-ci Ģəxsin dilindən-Azərbaycan xalqına xatirəsi hər zaman əziz 

olan qəhrəman Nuru PaĢanın təhkiyəsindən dinləmək çox təsirlidir. ġübhəsiz, Qafqaz Ġslam Ordusunun qəhrəmanlıq yürüĢü, eləcə də igid Nuru PaĢa Ģəxsiyyətinin daha parlaq əks 

olunmasında bu raportun çap edilməsinin faydası olacaqdır. 

Bəs Azərbaycan xalqının minnətdarlıqla yad etdiyi, yaddaĢında həmiĢə xilaskar ordu, vəfalı dost, qardaĢ kimi qalan, Qafqaz Ġslam Ordusu və onun fədakar əsgəri onun öz 

bədii və mənəvi yaddaĢında necə əks olunmaqdadır? 

Hələ döyüĢlərin getdiyi zamanda Ģanlı türk əsgərinə, qardaĢ yardımına qoĢan dili bir, qanı bir qardaĢın Ģəninə əsərlər - Ģeirlər yazılmaqda idi. Bu barədə filologiya elmləri 

doktoru, professor Alxan Bayramoğlunun "Cümhuriyyət ədəbiyyatında Qafqaz Ġslam Ordusu" araĢdırmasında geniĢ bəhs olunur. Bu məqsədlə Azərbaycanın görkəmli Ģairlərindən 

Abdulla ġaiqin, Məhəmməd Hadinin, Əhməd Cavadın, Um Gülsümün, Salman Mümtazın və baĢqalarının dillər əzbəri olan Ģeirləri araĢdırmaya cəlb edilmiĢ, bəzi bütöv nümunələr 

verilmiĢdir. 



 

Qalx! Qalx! Sarmaşıqlı məzar altından!  

Gəlmiş ziyarətə qızlar, gəlinlər.  

Ey karvan keçidi, yollar üstündə 

 Hər gələn yolçuya yol soran əsgər! 

 

 Ģeri bu gün də, illər keçsə də nə sözün, nə о əziz xatirənin solmadığını, qəlblərdəki minnətdarlıq və məhəbbət duyğularının itib getmədiyini göstərir. 

"Cümhuriyyət  dövrü  mətbuatında  Qafqaz  Ġslam  Ordusu"  araĢdırmasının  isə  (müəllifi  "ġərq"  qəzetinin  baĢ  redaktoru  Akif  AĢırlı)  baĢlıca  əhəmiyyəti  ondadır  ki,  günün 

mətbuatı  vasitəsilə  bu  ordunun  fəaliyyətini  izləmək  mümkündür.  Bu  məqsədlə  "Ġttihad",  "Azərbaycan",  "Kaspi",  "Bakinets",  "Hümmət",  "Əxbar"  qəzetləri  ilə  yanaĢı  ermənilərin 

"AĢxavator", bolĢeviklərin "NaĢa Vremya", gürcülərin "Qruziya", Moskvanın mərkəzi  mətbu orqanı "Pravda", "Kavkazskoye  Slovo" qəzetlərində dövrün baĢ verən ictimai-siyasi 




16 

 

 



 

Ģəraiti iĢıqlandırır. Qeyd olunmalıdır ki, uzun müddət ərzində mətbuat səhifələrində Qafqaz Ġslam Ordusu ilə bağlı çap olunan istər rəsmi, istərsə də siyasi-publisistik materiallar hər 

cür diqqətdən və təbii ki, tədqiqatdan da kənarda qalmıĢdır 

 

 



Bu  məqsədlə  yazılmıĢ  AMEA-nın  A.A.Bakıxanov  adına  Tarix  institutunun  dissertanı  A.AĢırlının  araĢdırmasından  bir  hissəsini  topluda  çap  etməklə  həmin  boĢluğu 

doldurmağa çalıĢılmıĢdır. 

Bilindiyi üzrə Azərbaycan tarixi muzeyi eksponatları arasında Qafqaz Ġslam Ordusuna məxsus bir çox əĢyalar mühafizə olunur. Tarix elmlər namizədi və Milli Azərbaycan 

Tarixi Muzeyi Heraldika Ģöbəsinin müdiri Səbuhi Əhmədovun elmi iĢində həmin eksponatlar barədə danıĢılır. Bunlar əsas etibarilə təltif niĢanları, bu orduya məxsus döyüĢ silahları, 

Qafqaz Ġslam Ordusuna aid mühüm sənədlərdən ibarətdir. 

Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz Ġslam Ordusu tarixi ilə bağlı olan hər bir sənədin, bu və ya digər dərəcədə əhəmiyyət kəsb edəcək hər hansı bir materialın, bəlgənin 

diqqətdən  kənarda  qalmamasına  çalıĢılmıĢdır.  Yeni  Azərbaycan  Xalq  Cümhuriyyəti  ilə  Osmanlı  Türk  hökuməti  arasında  AndlaĢma  (Batum  müqaviləsi)  mətni  əsli  və  yüngül 

transkripsiya edilmiĢ surəti ilə birlikdə kitabın "Əlavələr" hissəsinə bu məqsədlə daxil edilmiĢdir. Buraya habelə Türkiyə Cümhuriyyəti BaĢbakanlıq Arxivlərində mühafizə olunan 

mühüm materiallar: Azərbaycanın azadlığı uğrunda Ģəhid olan Qafqaz Ġslam Ordusunun əsgər və zabitlərinin Ģəxsi iĢləri əsasında tərtib edilmiĢ siyahıları əlavə olunmuĢdur. Kitabın 

bu bölümündə  qəhrəman Türk Ġslam ordusunun hərəkat  xəritələri,  döyüĢ sxemləri də  öz yerini tutmaqdadır. Bununla  bərabər "Əlavələr" hissəsində  Azərbaycan Cümhuriyyəti və 

Qafqaz Ġslam Ordusu tarixiylə səsləĢən bir çox sənədlər sırasında foto-Ģəkillərin verilməsi məqsədəuyğun sayılmalıdır. Belə ki, burada indiyədək məlum olan Ģəkillərlə bərabər yeni-

yeni üzə çıxarılan və oxucuların ilk dəfə kitabımız vasitəsilə tanıĢ olacağı foto-Ģəkillər də təqdim edilmiĢdir. 

Oxucuların ixtiyarına  verilən  bu kitab  Azərbaycan Cümhuriyyətinin doğuluĢuna,  hazırda  rəĢadət örnəyinə  çevrilən Qafqaz Ġslam Ordusunun fəaliyyətinə  həsr olunmaqla 

Qafqaz  AraĢdırmaları  institutunun  bu  yolda  gördüyü  iĢlərdən  biridir.  Lakin  unutmamalıyıq  ki,  bu  mövzu  bununla  bitirilmiĢ  sayılmamalı,  özünün  tarixi  dəyərinə  görə  daha  geniĢ 

Ģəkildə daha dərin və ətraflı araĢtırılmağa ehtiyacı olan bir məsələdir. Qafqaz Ġslam Ordusunun döyüĢ yolu bir nicat, bir qurtuluĢ yolu kimi dəyərləndirilməli, yeni Türk gəncliyinə 

layiqli Ģəkildə yetirilməlidir. Qəhrəmanlıq simvoluna çevrilmiĢ Ģəxsi hünər və ləyaqəti ilə tarixdə əbədiləĢən Ənvər PaĢa, Nuru PaĢa, Qafqaz Ġslam Ordusunun mücahidləri Cəmil 

Cahid  bəy  RüĢtü  Türkər,  Mürsəl  Bakı  PaĢa,  Hasan  bəy,  Zihni  bəy  Halim  Pərtov,  Nazim  bəy  Ġbrahimzadə,  Nazim  bəy  Ramazanov,  Həbib bəy  Səlimov  kimi  əfsanəvi  qəhrəmanlar 

Türkün Çanaqqala Ģücaətinə bənzər yeni səhifələr açdılar. 

Onlar artıq unudulmamalıdırlar. 

Bu  kitab  belə  qəhrəmanların  əziz  xatirəsinə bir  hədiyyədir. Vətən,  din,  millət,  qardaĢlıq,  naminə  canlarını  vermiĢ  qəhraman  Ģəhidlərin  və  qazilərin  ruhuna  minnətdarlığımız, 

Ģükranlarımızdır. 

Ümid  edirik  ki,  Azərbaycanın  daĢnak-bolĢevik  istilasından  azad  edilməsində,  həm  də  Azərbaycan  Xalq  Cümhuriyyətinin  quruluĢunda  öz  köməyini  əsirgəməmiĢ  Qafqaz 

Ġslam Ordusunun xatirəsi bu torpaqda hər zaman yaĢayacaqdır. 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə