Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə8/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   4   5   6   7   8   9   10   11   ...   278

17 

 

 



 

 

 



BĠRĠNCĠ BÖLÜM 

 

BĠRĠNCĠ DÜNYA MÜHARĠBƏSĠ ZAMANI 



BÖYÜK DÖVLƏTLƏRĠN 

OAFQAZLA ƏLAQƏLĠ SĠYASƏTLƏRĠ VƏ AZƏRBAYCAN 

XALQ CÜMHURĠYYƏTĠNĠN 

YARANMASI 

 

 

 



XX əsrin əvvəllərində Güney Qafqaz beynəlxalq geosiyasi  

münasibətlər sistemində. 

 

1915-1920-ci illərdə Azərbaycanda Türk və Müslümanlara qarĢı  



həyata keçirilən soyqırımlar. 

 

Birinci Dünya müharibəsinin sonunda Qafqaz cəbhəsi və Osmanlı 



dövlətinin Erməni siyasəti. 

 

Azərbaycan Cümhuriyyəti (1918-1920). 



 

BolĢevik Rusiyasının Güney Qafqaz siyasəti (1917-1918). 

 

Antanta ölkələrinin Güney Qafqaz siyasəti (1917-ci il noyabr - 1918-ci 



il noyabr). 

 

Birinci Dünya müharibəsinin baĢlanğıcında Osmanlı dövlətinin Qaf- 



qaz siyasəti (1917-1918). 

 

Almaniyanın Qafqaz siyasəti (1917-1918). 



 

 



18 

 

 



 

XX ƏSRĠN ƏVVƏLLƏRĠNDƏ GÜNEY QAFQAZ BEYNƏLXALQ GEOSĠYASĠ MÜNASĠBƏTLƏR SĠSTEMĠNDƏ 

 

Pərvin Darabadi



 

 

XX  əsrin  əvvəlləri  mərkəzi  Avroasiya  meqaregionunun  əsas  regionlarından  biri  olan  Qafqazın  Birinci  Dünya  müharibəsinin  gediĢinə  və  Orta  ġərqdəki  hərbi-siyasi 



hadisələrə əhəmiyyətli dərəcədə təsir göstərən mühüm geostrateji mərkəzlərdən birinə çevrilməsi ilə əlamətdar olmuĢdur. Təsadüfi deyildir ki, alman geosiyasətinin klassiki sayılan 

Karl Haushofer Qafqazı dünya xəritəsinin "qitələrin sərhədlərində yerləĢən hərbi əməliyyatlar zonasi"na daxil edirdi (1). 

1914-cü  ildə  baĢlayan  Birinci  Dünya  müharibəsində  Qafqaz  əks  qütblərdə  dayanan  hərbi-siyasi  qruplaĢmaların  -  Antanta  və  Üçlər  Ġttifaqının  planlarında  heç  də  son  yeri 

tutmurdu. Rusiyanın "pravoslavlığın  bayrağını Konstantinopolun  üzərində  dalğalandırmaq" cəhdinə  cavab olaraq Osmanlı dövləti  Qafqaz  və  Krımı  ələ  keçirməyə  can atır, bütün 

müsəlman xalqlarını, о cümlədən türk əhalisi olan "Volqa və Kama vadilərini" öz hakimiyyəti altında birləĢdirməyi arzu edirdi (2). Almaniyanın da Qafqazla, onun təbii sərvətləri ilə 

bağlı öz məqsədləri var idi. 1916-cı ildə Veymarda nəĢr olunan "Qafqaz dünya müharibəsində" kitabında qeyd olunurdu ki, "bizim siyasətçilər Rusiya məğlub olduqdan sonra Güney 

Qafqazın bufer dövləti formasında xristian Gürcüstanını təĢkil etmək iĢi üzərində fikirləĢməlidirlər", bu dövlət də "Rusiya və Türkiyənin sərhədləri yaxınlığındakı neytral Qafqaz 

müsəlman dövləti ilə sərhəd" olmalı idi. Bununla belə, almanlar ümid edirdilər ki, "Almaniyanın köməyi ilə Türkiyə (Osmanlı) Qafqazı zor gücünə rusların caynaqlarından qopara 

bilər"(3).  Qafqaz  bütünlükdə  almanlar  tərəfindən  layihələĢdirilən,  Bağdad  dəmiryolunun  Ģaxəsinə  çevrilməli  olan  mühüm  strateji  əhəmiyyətli  Bağdad-Həmədan-Tehran 

dəmiryolunda əsas rol oynayırdı (4). 

Bununla belə, Qafqaz cəbhəsi Birinci Dünya müharibəsində ikinci dərəcəli rol oynadı, çünki hərbi əməliyyatların nəticəsi Qərbi və ġərqi Avropa cəbhələrində həll olunurdu. 

Qafqaz hərbi əməliyyatlarındakı hadisələrə gəldikdə isə, müharibənin baĢlanğıcında Türkiyənin təĢəbbüsü ələ almaq cəhdi  müvəffəqiyyətsizliyə uğradı. 1914-cü ilin sonu, 1915-ci 

ilin əvvəllərində rus  Qafqaz ordusu  SarıqamıĢ  əməliyyatını uğurla  həyata  keçirdi.  Bundan  baĢqa,  1915-ci  ilin  yanvar  ayının  sonunda  rus  ordusu  türklər  tərəfindən  tutulmuĢ  Təbriz 

Ģəhərini ələ keçirdi və tezliklə onları Güney Azərbaycandan sıxıĢdırıb çıxardı. Elə həmin ildə rus ekspedisiya korpusu Ənzəliyə çıxaraq Həmədanı, Qumu ələ keçirdi və Ġsfahana 

yaxınlaĢdı. Bundan daha əvvəl isə ingilislər Ġranın cənubunda quruya qoĢun çıxarmıĢdılar. 

1916-cı ilin yazında bütün Qafqaz cəbhəsi boyunca hücuma keçən rus ordusu Ərzurumu, sonra isə Trabzonu ələ keçirdi. Həmin ilin yayında Qafqaz cəbhəsi türk ərazisinin 

içərilərinə doğru təxminən 250 km irəlilədi (5). 

Bu zaman Rusiyada 1917-ci ilin Fevral inqilabı ilə baĢlayan və köhnə imperiyanın geniĢ meydanlarında Oktyabr bolĢevik çevriliĢindən sonra vətəndaĢ müharibəsinə gətirib 

çıxaran nəhəng sosial-siyasi kataklizmlər ucqar regionların, о cümlədən Güney Qafqazın "qoparılmasının" baĢlanğıcını Ģərtləndirən iri mərkəzdənqaçan qüvvələri hərəkətə gətirdi. 

Qeyd  edilən  regionla  bağlı  "Vahid  və  bölünməz  Rusiya"nın  bərpa  edilməsi  ideyası  ilə  çıxıĢ  edən  ağ  hərəkatın  liderlərinin  mövqeyinə  gəldikdə  isə,  bu,  bütünlükldə,  bolĢevik 

inqilabının  rəhbərlərinin  siyasəti  ilə  üst-üstə  düĢürdü.  Bu  rəhbərlər  "dünya  inqilabının"  nəyin  bahasına  olur  olsun  Güney  Qafqazı  rus  geosiyasi  məkanında  saxlamaq  Ģüarlarına 

tərəfdar idilər. 

Davam edən müharibə Ģəraitində Antanta və Üçlər Ġttifaqı arasında gedən mübarizə yeni, hər iki qruplaĢmaya düĢmən mövqedə olan Sovet Rusiyası kimi hərbi-siyasi amilin 

meydana gəlməsi, bütün Qafqaz-Xəzər regionu üzərində nəzarətin yaranması uğrunda mübarizə Orta ġərqdə prioritet xarakter aldı. Bu geostrateji məqsədə nail olmaqda əsas açar 

rolunu Qafqazın iri sənaye mərkəzi olan, müharibə ərəfəsində rus neftinin təxminən 80%, dünya neftinin isə 15%-ni verən Bakı Ģəhəri oynayırdı (6). Qafqazın bu iri sənaye-maliyyə 

mərkəzinin  və  Xəzər  limanının    zəbt  olunması  bütün  Xəzər  dənizi  akvatoriyası  üzərində  tam  nəzarətin  həyata  keçirilməsi  üçün  geniĢ  perspektivlər  açırdı.  Bundan  əlavə,  Bakıda 

onlarla  neft  emal  edən  zavod,  digər  iri  sənaye  müəssisələri  cəmləĢmiĢdi.  Azərbaycan  ərazisindən  Güney  Qafqazın  bütün  əsas  regionlarını  ġimali  Qafqazla  birləĢdirən  magistral 

dəmiryolu,  Ģosse  və  qrunt  yollarının  keçməsi,  habelə  1907-ci  ildə  inĢa  edilmiĢ  Baku-Batum  neft  kəməri  mühüm  hərbi-strateji  amil  hesab  olunurdu;  bu  kəmərin  zəbt  edilməsi 

Qafqazın bütün təsərrüfat-iqtisadi həyatı üçün ciddi təhlükə törədə bilərdi. 

RSFSR-in xarici iĢlər üzrə xalq komissarı Q.V.Çiçerin Bakının beynəlxalq əhəmiyyətini obrazlı Ģəkildə aĢağıdakı kimi xarakterizə etmiĢdi: "Bakı elə gözəldir ki, istənilən 

əcnəbi  macəra  axtaran  onu  doğma  evindən  oğurlamaq  istəyir  (7).  Öz  növbəsində  ağqvardiyaçılar  Bakını  "Xəzərin  qara  mirvarisi"  hesab  edirdilər.  Ge-neral  A.Ġ.Denikin  "Rus 

                                                           

 

Tarix elmləri doktoru, professor, Bakı Dövlət Universiteti



 

 



Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə