Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə9/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   5   6   7   8   9   10   11   12   ...   278

19 

 

 



 

qiyamına dair oçerklər"ində yazırdı: "Bakı nefti Avropa və Asiya siyasətçilərinin ağıl və hisslərinə tam hakim kəsilmiĢdi. Yazdan baĢlayaraq (1918 - müəllif) müharibə və siyasət 

sahəsində  Ənzəlidən  ingilislərin,  Azərbaycandan  Nuru  PaĢanın  (Ənvərin  qardaĢı)  və  Gürcüstandan  almanların  son  məqsəd  olan  Bakı  ilə  bağlı  kəskin  yarıĢ  və  "qovhaqov"u 

baĢlamıĢdı (8)." Rus ordu-sunun Qafqaz cəbhəsindən çıxardılması nəticəsində Güney Qafqazda Rusiyanın mövqeyinin zəifləməsi, xüsusilə 3 mart 1918-ci ildə V.Ġ.Leninin özünün 

ifadəsi ilə desək "ədəbsiz" alman-sovet Brest-Litovsk sülh saziĢinin imzalanması separatiz-min yaranmasını stimullaĢdırır, bu regionda millətlərarası münasibətləri və sosial-siyasi 

konfliktləri kəskinləĢdirirdi. 

Öz  növbəsində  U.Çörçill  qorxurdu  ki,  "bundan  sonra  (yəni  bu  saziĢ  imzalandıqdan  sonra  -  müəllif)  alman  qoĢunları  ...Ukrayna  və  Sibirin  taxıl  mənbələrindən,  Xəzər 

sahilinin neftindən və ümumiyyətlə nəhəng bir ölkənin resurslarından istifadə edə biləcəklər" (9). 

Özləri üçün belə əlveriĢli Ģəraitdə qarĢıduran tərəflər, bir tərəfdən Almaniya və Türkiyə (Osmanlı), digər tərəfdən Ġngiltərə Güney Qafqazda təsdiq olunmağa yönəldilmiĢ 

əhəmiyyətli səylər göstərirdilər, bu vaxt onlar uzaqgedən geosiyasi məqsədlər güdürdülər. Belə ki, bir bloka daxil olan Almaniya və Türkiyənin bu regionla bağlı niyyətləri tam üst-

üstə düĢmürdü, onların qarĢılıqlı münasibətlərində gizli rəqabət elementləri müĢahidə olunurdu, bu da öz növbəsinde ingilislərə böyük üstünlük verirdi. 

Türk hərbi komandanlığının Vladiqafqaz və Bakını tutmaqla Xəzərin qərb sahilinə çıxmaq planı pantürk ideyasının - Qafqaz və Türküstanın bütün müsəlman xalqlarının 

Osmanlı Türkiyəsinin himayəsi altında birləĢməsi, Ulu Turanın yaradıl-ması ideyasının reallaĢmasına zəmin yaratmıĢ olardı. 

Türk  xarici  siyasətinin  bu  tendensiyası  Türkiyənin  müttəfiqi  olan,  alman  baĢ  qərargahının  planlaĢdırdığı,  ġimali  Persiyada  ingilislər  əleyhinə  hərbi  əməliyyatlarda  türk 

qoĢunlarından istifadə etməyə cəhd göstərən almanların ciddi narahatlığına səbəb oldu. "ġimali Persiyada türklərin ingilislər üzərində üstünlüyü ola bilərdi, - general Lüdendorf qeyd 

edirdi. -Amma Ənvər və türk hökuməti Ġngiltərə ilə müharibədən daha çox Qafqazdakı panislamist məqsədləri haqqında fikirləĢirdilər(10)." 

Güney Qafqaz və  xüsusilə də Azərbaycan (Bakı) üzərində nəzarətin ələ  keçirilməsi cəhdi Orta ġərqdə Britaniya siyasətinin ənənəvi və prioritet istiqamətlə-rindən idi və 

onun ümumulikdə Avrasiya ilə bağlı əsas geosiyasi konsepsiyasına uyğun gəlirdi. 

Belə ki, Rusiyada keçmiĢ ingilis hərbi nümayəndəsi olmuĢ general Noks "1914-1917-ci illərdə Rus ordusu ilə" (With the Russian Army) kitabında qeyd edirdi ki, "əsrlər və 

qitələrlə" düĢünməyə öyrəĢmiĢ Ġngiltərənin XIX əsr boyunca və XX əsrin əvvəlində bütün siyasəti Rusiyanı açıq dənizə çıxıĢdan məhrum etməyə yönəlmiĢdi. Londonda nəĢr olunan 

"Tayms" qəzeti xatırladırdı ki, Xəzər və ona gedən  yollar  ingilislərin diqqətini cəlb etməsi birinci dəfə deyildir (11). "Böyük  Britaniyanın gələcəyi Avropada deyil,  - lord Kerzon 

qeyd edirdi, - bizim ilk emmiqrantlarımızın gəldiyi, sonralar isə gələcək nəsillərin artıq istilaçı kimi geri qayıtdığı qitədə həll olunacaqdır, ... Türküstan, Əfqanıstan, Xəzər, Persiya 

isə dünya hökmranlığı uğrunda oyun gedən Ģahmat lövhəsinin bir hissəsidir" (12). 

Yaxın  və  Orta  ġərq,  habelə  Qafqaz  və  Mərkəzi  Asiyanı  əhatə  edən  iri  geosiyasi  məkanda  Ġngiltərənin  bütün  hərbi-siyasi  fəaliyyətinin  koordinasiyaedici  mərkəzi  rolunu 

1918-ci  ilin  mart  ayının  sonunda  yaradılmıĢ  və  markiz  Kerzonun  sədrlik  etdiyi  "ġərq  komitəsi"  adlı  bir  qurum  həyata  keçirirdi.  Bu  qurumun  tərkibinə  daima  xarici  iĢlər  naziri 

A.Balfur, onun müavini lord Sesil, xarici iĢlər nazirinin daimi müavini lord Hardinq, imperiya baĢ qərargahının rəisi Q.Vilson, Hindistan məsələləri üzrə nazir A.Monteqyu və hərbi 

kəĢfiyyatın  rəisi  general-mayor  C.McDonell  daxil  idi  (13).  Eyni  zamanda  qeyd  etmək  lazımdır  ki,  1918-1919-cu  illər  ərzində  ingilis  hökumət  dairələrində  Qafqaz  və  Ġranla  bağlı 

baxıĢ  birliyi  mövcud  deyildi.  1918-ci  ilin  dekabr  ayında  Kerzonun  bu  regionda  təkəbbürlü  layihələrinin  əleyhinə  çıxan  Hindistan  məsələləri  üzrə  nazir  liberal  A.Monteqyu  qeyd 

edirdi: "Hindistanın müdafiəsi məsələlərinə gəldikdə, mən fikirləĢirəm ki, Qafqaz haqqında düĢünmək bizim üçün mühüm deyildir. Mən hesab edirəm ki, bu rayon tamamilə bizim 

maraqlarımızdan  kənardadır  (14)."  Bu  onunla  əlaqədar  idi  ki,  Monteqyu  Britaniya  istebliĢmentinin  о  dairələrini  təmsil  edirdi  ki,  onlar  Qahirədən  tutmuĢ  Kəlküttəyədək  ingilis 

müstəmləkələrində baĢlanmıĢ müstəqillik uğrunda mübarizə Ģəraitində ġərqdə daha çevik siyasətin aparılmasının, yerli millətçilərin Ģəxsində müttəfiqlərin axtarılmasının tərəfdarı 

idilər. 


Birinci  Dünya  müharibəsi  zamanı  dördüncü  "K"-nın  -  Kanberranın  üç  "K"  ilə  (Keyptaun-Qahirə-Kəlküttə)  Britaniya  nəzarəti  altında  birləĢməsi  yolu  ilə  bütöv  ərazinin 

yaradılması  ideyası  Ġngiltərənin  Orta  ġərqdəki  siyasətinin  yeni  məzmunu-nu  -  Xəzər  və  Qafqazətrafı  ərazi  üzərində,  xüsusilə  neft  Bakısı  üzərində  nəzarətin  yaradılmasını 

stimullaĢdırırdı.  "Müttəfiqlər  qələbəyə  neft  dalğalarında  gəldilər,"  -Kerzon  1918-ci  ilin  sonunda  qeyd  edridi  (15).  Təsadüfi  deyildir  ki,  Zaqafqaziyadakı  siyasətin  məqsədləri 

müzakirə  edilərkən  ġərq  komitəsinin  iclaslarının  birində  onun  sədri  olan  Kerzon  "Hindistanı  müdafiə  etmək"  vacibliyinə  istinad  edərək  bu  regionun  əsas  məntəqə  və 

kommunikasiyalarının  uzunmüddətli  iĢğal  planını  irəli  sürmüĢ,  bu  zaman  "geniĢ  resursları  olan"  (16)  Bakı  və  onun  ətraflarının  əhəmiyyətini  xüsusi  qeyd  etmiĢdir.  Balfur  onun 

fikirlərini  təkrar  edir  və  hesab  edirdi  ki,  qəniməti  -  "Batumu,  Bakını,  onlar  arasındakı  dəmiryolu  və  neft  kəmərini"  əldən  buraxmaq  olmaz;  onun  müavini  Sesil  isə  daha  aydın 

danıĢırdı:  Ġngiltərə  iri  neft  ehtiyatları  qiymətli  olduğu  üçün  Bakını  əldə  etməlidir  (17).  Belə  bir  amili  qeyd  etmək  lazımdır  ki,  Birinci  Dünya  müharibəsi  dövründə  Bakı  neft 

mədənlərinə  qoyulmuĢ  kapitalın  60%-i  Ġngiltərənin  payına  düĢürdü  (18).  Fransız  senatoru  Beranjenin  fikrincə,  Ġngiltərə  Amerika  neft  imperiyasına  qarĢı  "Misirdən  tutmuĢ 

Birmayadək  və  Qafqazdan  tutmuĢ  Fars  körfəzinədək"  nəhəng  neft  ərazisini  yaratmağa  cəhd  göstərirdi  (19).  Çox  maraqlıdır  ki,  amerikalılar  da  "müttəfiqlərin  ilk  vəzifəsi  kimi 



Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə