Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə27/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   23   24   25   26   27   28   29   30   ...   278

40 

 

 



 

möhkəm,  etibarlı  bağlarla  bağlanması  lazım  idi.  Ənvər  PaĢa  bu  ideyanı  Osmanlının  təkbaĢına  reallaĢdıracağının  mümkün  olmadığını  bilir,  bu  səbəblə  yeni  müttəfiqləri  olan 

Almaniya və Avstriya-Macarıstanın gücündən istifadə etmək istəyirdi. 

Osmanlının  səssiz-sədasız  1914-cü  ilin  oktyabrında  Almaniyanın  tərəfində  müharibəyə  qoĢulmasının  səbəbi  son  dövrlərdə  Ġngiltərə  və  müttəfiqlərinin  Osman-lıya  qarĢı 

oynadığı pərdə arxası oyunlarda idi. Bununla birlikdə dövlətin Ġngiltərə və Fransaya qarĢı duyduğu etibarsızlıq da belə bir strateji qərarın verilməsində rol  oynamıĢdı. (7) Bu iĢdə 

Rusiyanın da ağır təzyiq faktoru nəzərə alınmalıdır. Rusiyanın II Balkan hərbində qazanılan Ədirnəyə, ermənilərə dərhal geniĢ haqlar boyun olduğu ġərqi Anadoluya və Boğazlar 

üzərindəki iddiaları bitib-tükənmək bilmirdi. Bu Ģərtlər öz növbəsində Osmanlının özünə müttəfiqlər tapmaq  zəruriliyini doğururdu. (8) 

Müharibənin  baĢlanması  və  Osmanlı-Almaniya  müqaviləsinin  imzalanmasından  sonra  Osmanlı  dövlətinin  xarici  siyasətində  dəyiĢiklik  baĢ  verdi;  çünki  Almaniya 

Balkanlarda  özü  ilə  bərabər  Osmanlı,  Bolqarıstan,  Rumıniya,  Yunanıstanla  ittifaqı  arzu  edirdi.  Osmanlının  Ege  adaları  üzərində  öz  haqqını  tələb  etməsi  isə  ibelə  bir  ittifaqla 

tutmurdu. Lakin get-gedə Ege adalarına olan haqqı və hüququ tələblərinin səmərə vermədiyini görən Osmanlı həm də Almaniyanın təĢviqi ilə bütün diqqətini ġərqə çevirmiĢdi. Belə 

ki, bu adaların yerinə ġərqdə itirilmiĢ torpaları (Qars, Ardahan, Batum) geri almaq ümidləri oyanmıĢ və dövlətin siyasəti bu istiqamətə yönəlmiĢdir. 

Beləliklə,  Almaniya  Osmanlı  dövləti    qarĢısında    1914-cü  il  avqustun  6-da  götürdüyü      təəhhüdə      görə      Almaniya      müharibədən      qalib      çıxdığı      təqdirdə,  yəni 

düĢmənlərinə sülh Ģərtlərini diqtə edəcəyi halda Türkiyənin Rusiyadakı Müsəlmanlarla əlaqə yaratmaq üçün ġərq sərhədində dəyiĢikliklər etməsinə kömək edəcəkdir. (9) 

Almaniyanın bu öhdəliyi Almaniya ilə ittifaqa qarĢı çıxan kabinet üzvlərinin -baĢda Cavid bəy və Sait Halim PaĢa olmaqla inadını qırmıĢ və digər tərəfdən də Ənvər PaĢa 

kimi müharibəyə qoĢulmaqda tərəddüd edənlərin də razılıq qərarına gəlməsinə təsir etmiĢdi. Bu amillərin vasitəsiylə nəhayət Osmanlının xarici siyasətində Qafqaz öz yerini almıĢdı. 

Hadisələrin beləcə inkiĢafı və bir də xüsusi olaraq III Ordunun hazırlanması Osmanlının Qafqazın öz azadlığına qovuĢmasına necə böyük əhəmiyyət verdiyini göstərir. Belə 

ki,  alman  generallarının  rəhbərliyi  altında  Qafqaz  planını  həyata  keçirmək  üçün  Osmanlının  sahib  olduğu  imkanlar  səfərbər  edilmiĢ,  ən  seçmə  komandirlər  burada  toplanmıĢdı. 

Rusiyanın  hər  gün  artan  təzyiqi,  torpaq  iddiaları,  Ermənilərin  qanlı  qiyamlara  hazırlanmalarına  aid  ciddiləĢən  Ģayiələr,Qafqazdakı  Türk  və  Müsəlman  xalqları  (xüsusən 

Azərbaycanın) nümayəndələrinin hər günkü kömək tələbləri qarĢısında Qafqaz cəbhəsindəki müvəffəqiyyəti zəruri edirdi. Ancaq Osmanlının Qafqaz istiqamətli planlarının qarĢısını 

kəsən  bir  maneəni  nəzərə  almaq  lazım  gəlirdi.  Buradakı  40  milyonluq  Türk  dünyasının  bir  dam  altında  yaĢaması  və  baĢqa  sözlə  desək,  Rusiyadakı  Türk  xalqlarıyla  birləĢməsi 

yolunda maneə olaraq iki xristian xalq dayanırdı: gürcülər və ermənilər.  

Ermənilər  xüsusilə  Bakı  hadisələri  (1905,  1915)  səbəbiylə  Osmanlıya  Ģübhə  və  təlaĢla  baxır  və  Bakı  qırğınlarının  qisasının  alınacağına  dair  onlardan  haqq-hesab 

çəkiləcəyini fikirləĢirdilər. Bundan baĢqa, Osmanlı torpaqları üzərində iddiaları olan ermənilər Osmanlı dövlətinə qarĢı bu dövlətin ən böyük əleyhdarı olan ingilislərin qısqırtmaları 

nəticəsində Osmanlının Qafqaz yürüĢünün önündə həqiqətən əngəl idilər. 

Gürcustan isə  xüsusilə  Almaniyanın dəstəyini  yaxından  hiss etməsi  səbəbilə  Osmanlı dövlətinə  qarĢı çıxır,  hər cür problem  yarada  bilirdi.  Osmanlı  ordusunun    Qafqaza 

edəcəyi irəli hərəkatını sinirə bilməyən gürcülər, hətta əzəli Osmanlı torpağı olmuĢ, sonra Rusiya tərəfindən iĢğal edilmiĢ Qars, Ardahan və Batum üzərində iddialar irəli sürürdülər. 

Azərbaycanın  isə  Osmanlı  dövləti  ilə  ortaq  sərhədləri  yox  idi,  buna  görə  də  birbaĢa  əlaqə  qurulmurdu.  Xüsusən  də  Bakının  bolĢevik  və  daĢnaq  qüvvələrinin  ciddi 

nəzarətində  olması,  bu  ərazidəki  müstəqilik  tərafdarlarının  hər  keçən  gün  də  artan  zülmün,  təhlükənin  məngənəsində  çırpınması  idi.  Bunlar  Osmanlının  bölgəyə  уürüĢünü 

çətinləĢdirirdi. 

Bu  Ģəraitdə  Osmanlı  dövlətinin  Gürcüstan,  ya  da  Ermənistan  üzərindən  Azərbaycana  səfəri  heç  də  asan  olmayacaqdı.  Lakin  Ənvər  PaĢa  bu  çətin  Ģəraitdə  belə  Qafqaz 

planından bir an geri çəkilmir; bu ideyaların həyata keçirilməsi yolla-rını bir-bir götür-qoy edirdi. Bu planlardan biri daha real görünürdü. Azərbaycana

 

Ermənistan və Gürcüstanı 



dolanaraq yan tərəfdən çatmaq. Bu yol Ġran üzərindən keçəcəkdi. 

1914-cü ilin noyabrın sonlarında BaĢ komandan Vəkili Ənvər PaĢa Ümumi Qərargahın KəĢfiyyat ġöbəsi müdiri Kazım Qarabəkiri çağıraraq ondan bir Ġran xəritəsi istəmiĢ 

və  bu  xəritənin  kənarında  qeydlər  etmiĢdi.  Bir  bölük  əsgərlə  ən  qısa  yoldan  Tehran  iĢğal  edilməli,  bu  qayda  ilə  Ġrani  Rus  təsirindən  qurtardıqdan  sonra  Türküstan,  Əfqanıstan  və 

Hindistanda ingilislərlə rusların əleyhinə hərəkat baĢladılmalı idi. Digər bölük ilə Təbriz üzərindən Dağıstana yeriyərək Qafqaz-Ġslam məmləkətlərinin ruslar əleyhinə qalxmasını və 

bu Ģəkildə ġərqdəki Rus ordusunun arxadan vurulmasını, habelə bu bölüyə Xəlil PaĢanın təyin edilməsini, Tehrana gedib Hindistan, Əfqanıstan və Türküstanı iĢğal etməli olacaq 

bölüyə də Kazım Qarabəkirin təyin edilməsini, özünün isə səfər üçün ən qısa zaman ərzində lazımi iĢlər görülməsini vacib bilmiĢdi. 

Əlbəttə,  Qafqaz,  Türkmənistan,  Əfqanıstan  və  Hindistandakı  Müsəlman  xalqlarını  Rusiya  və  Ġngiltərə  əleyhinə  qaldırmaq  yeni  bir  Ģey  deyildir.  Lakin  Ənvər  PaĢanın 

yuxarıda  əks  olunan  fikirlərində  diqqəti  çəkən  nöqtə,  onun  daha  SarıqamıĢ  fəlakəti  yaĢanmadan  əvvəl,  yəni  hələ  III  Osmanlı  ordusu  bütün  gücüylə,  özünün  bütün  ehtiĢamı  ilə 

ayaqdaykən bu qərarı qəbul etməsi idi. Həm də bununla bərabər BaĢ komandan Vəkili bu iĢləri məhz Xəlil bəyi, Kazım Qarabəkir və Ömər Naci kimi güvəndiyi və öz fikirlərinə, 



Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə