Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə100/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   92   93   94   95   96   97   98   99   100

221
         Ekranda  mərhum  dilçi  alim,akademik  Şirəliyevin  şəkli  görünür  və  şəklin 
fonunda yazılır:
         "V əsrdən başlayaraq Azərbaycanın şimalında Azərbaycan ümumxalq dilinin 
formalaşmasında  fəal  rol  oynamış  qıpçaq  tipli  ayrı-ayrı  türk  dilləri  mövcud 
olmuşdur.Şimal  bölgələrimizdə  və  qismən  də  Azərbaycan  dilinin  şərq  ləhcə  və 
şivələrində qıpçaq xüsusiyyətləri açıq şəkildə hiss edilməkdədir.
                                                                                 Akademik Şirəliyev."
                                                             
         Ekranda  növbə  ilə  Gəncə,Qazax,  Təbriz,  Şamaxı,  daha  sonra  isə  yenidən 
Qazax şəhərlərindən görüntülər canlanır.
         Diktor:
         "Qıpçaq  xüsusiyyətləri  Gəncə-Qazax  ləhcələrində  daha  aydın  hiss 
olunmaqdadır.Bu  ləhcələrdə  "c"  səsinin  "j",  "b"  səsinin  isə  "f"  kimi  tələffüz 
edilməsi  qıpçaqlardan  qalma  əlamətlərdir.Bu  günə  qədər  gəncəlilər  "gedib" 
əvəzinə "gedif", "gedəcəyəm" əvəzinə isə "gedəjəm" söyləyirlər. Təsadüfi deyil ki, 
Gəncə şəhərinin adı "gencək" qıpçaq soyunun adından törəmişdir.Yeri gəlmişkən 
qeyd  edək ki,  Azərbaycanın  qədim şəhərlərinndən  Təbriz  və Şamaxının da  adları 
ayrı-ayrı  qıpçaq  etnonimlərindən  törəmiş  etnotoponimlərdir.  Bunlardan  birincisi 
"tavrej"  qıpçaq  soyu  ilə,  ikincisi  isə  başqa  bir  qıpçaq  soyu  kimaklarla 
bağlıdır.Şamaxının  adı  islama  qədər  Kimakiya  olmuşdur.Qazax  şəhərinin  adı  da 
qıpçaq soylu qazaxlarla bağlıdır."
                                                           
          Ekranda  Qəbələ  şəhərindən  görüntülər  və  şəhərin  qədim  qala  xarabalıqları 
görünür.
          Diktor:
          "Orta  əsrlərin  məşhur  ərəb  tarixçisi  Bəlazuri  Qəbələ  şəhəri  və  ətrafında 
qıpçaqdilli 
xəzərlərin 
yaşadığını 
bildirərək,Qəbələni 
xəzər 
şəhəri 
adlandırmışdır.Yeri gəlmişkən qeyd edək ki, bu şəhərin ən qədim mənbələrdə adı 
Kabalaka şəklində qeyd edilmişdir.Kabalaka adında "balaka" ifadəsi diqqəti çəkir 
ki,  bu  ifadə  qədim  türkcə  "balık"  kimi  səslənən  sözün  bir  qədər  təhrif  olunmuş 
formasıdır."Balık" isə  əski  qıpçaq dilində  və  ümumtürkcədə  şəhər  deməkdir."Ka-
balaka"  kəlməsi  isə  "Xanbalıq",  yəni  xan  şəhəri,  paytaxt  kəlməsinin  təhrifi  ilə 
ortaya  çıxmışdır.Qəbələnin  Albaniyanın  ilk  paytaxtı  olduğu  məlumdur."Qəbələ" 
adına gəldikdə isə bu, Xanbalığın ərəbləşmiş və təhrif edilmiş formasıdır."  
         Ekranda  "Oğuz,  qıpçq,  uyğur,  tatar-bunlar  bir  soydur"  misrası  ilə  başlayan 
türk mahnısına çəkilmiş klip nümayiş olunur.Bir müddət sonra klipin səsi azalır və 
onun fonunda diktorun səsi eşidilir:
         " Antik müəlliflərin ayrı-ayrı türk soy və boyları və onların dilləri  haqqında 
verdikləri ötəri məlumatlar ən azı eradan əvvəl  1-ci minilliyin ortalarında çeşidli 


222
türk ləhcə və şivələrinin mövcud olduğunu göstərməkdədir.Məsələn,Pompey Troq 
Part, yəni Parfiya dilinin Midiya dili ilə İskit dilinin ortasında bir şey olduğunu və 
hər ikisinin qarışığından yarandığını yazdığı halda, Herodot sarmatlaın iskitlərlə 
qohum olduğunu, onların iskitlərlə amazonkaların izdivacından törədiyini,iskit di-
lində,fəqət səhv danışdıqlarını,Yuliy Solin isə sarmatlarla midiyalıların bir kökdən 
olduğunu qeyd etmişlər.
         Təkcə  bu  məlumatlar  türk  dillərinin  2500  il  öncəki  differfnsiyası  haqqında 
müəyyən  təssəvvürlər  əldə  etmək  üçün  yetərlidir.2700  il  öncəyə  aid  etrusk 
mətnlərinin  dili  isə  bu  fərqliliyin  hansı  səviyyədə  olduğunu  dərk  eməyə  kömək 
edir."
                                                            
        Ekranda öncə etrusk, daha sonra isə şumer mətnləri görünür.
        Diktor: 
        "Eneolit  və  Tunc  dövrlərində  formalaşan  oğuz  folklorunun  dili  ilə  şumer 
mətnlərinin  dilinin  müqayisəsi  isə  differensasiyanın  biz  düşünə  biləcəcəyimizdən 
də çox-çox öncələr başladığını əyani şəkildə ortaya qoymaqdadır.
        Məlum olduğu kimi diliçi alimlərin bir çoxu şumer dilini türk dili saysa da və 
ya  türk  dili  ilə  müqayisə  etsə  də  buna  qarşı  çıxanlar  da  az  deyildir.Bu  da 
təbiidir.Çünki bu iki dil arasında ortaq cəhətlər nə qədər çoxdursa, fərqli cəhətlər 
də  bir  o  qədər  çoxdur.Odur  ki,  şumer  dilini  türk  dili  ilə  Messopatamiyanın 
tufandan öncəki əhalisinin dilinin qarışığı hesab etmək daha doğru olar.Bu məsələ 
barədə  ilk  dəfə  söz  açan  Yusif  Yusifov  şumer  dilində  qədim  Messopatamiya 
əhalisinin dilinə məxsus çox sayda söz olduğunu da xüsusi vurğulamış, bu sözlərin 
türk  mənşəli  sözlərdən  ahəng  qanununa  tabe  olmamaqla  fərqləndiyini  diqqətə 
çatdırmışdır.
        Fakt  isə  budur  ki,  şumer  dili  özünün  5000  il  öncəki  halı  ilə  çağdaş  türk 
dillərindən  heç  də  çuvaş  və  yakut  dillərindən  daha  çox  uzaq  görünmür.Fin-uqor 
dilləri  ilə  qarışmış  çuvaş  türkcəsi  və  tunqus-mancur,eləcə  də  monqol  dilləri  ilə 
qarışmış  yakut  türkcəsi  nə  qədər  türk  dilidirsə,  şumer  dili  də  bir  o  qədər  türk 
dilidir. Bu halda söhbət türk dilinin kökdən daha çox uzaqlaşmış üç ləhcəsindən, 
yəni şumer, çuvaş və yakut dillərindən gedir."
                                                           
        Ekranda  Soltan  Hcıbəyovun  "Karvan"  simfonik  suitasının  sədaları  altında 
yırğalana-yırğalan hərəkət edən karvan görünür.Karvanı tədricən Bisitun kitabələri 
əvəz edir və diktorun səsi eşidilir:
         "Azərbaycan  xalqının  enogenezində  yaxından  iştirak  etmiş  türk 
qəbilələrindən  biri  də  antik  müəlliflərin  "massaqet"  və  ya  "maskut" 
adlandırdıqları, Avestada isə adı "besak" kimi çəkilən massaqetlər olmuşlar. Nuh 
oğlu  Yafəsin  övladlarından  olan  Mesexin  soyundan  olduqları  hesab  edilən  bu 
xalqın  adı  Bisitun  kitabəsində,  eləcə  də  Aşşur-Babil  mixi  yazılarında  saka  kimi 
çəkilir."
                                                           


223
         Ekranda "Spartak" bədii filmindən Qney Pompeyin başçılıq etdiyi Roma or-
dusunun üsyançı qulların üzərinə  yürüşə  çıxdığı səhnədən səssiz kadrlar nümayiş 
etdirilir.Bu kadrların fonunda yazılır:
                                                             
         "Pompey  albanların  və  indi  bizim  "alban"  adlandırdığımız  massaqetlərin 
torpaqlarından keçərək ...Xəzər dənizinə yetişdi.
                                                                          Ammian Marsellin"
         Diktor yazıları oxuyur və əlavə edir:
            "Ammian  Marsellinin  verdiyi  bu  məlumatda  albanların  və  massaqetlərin 
adlarının  ayrı-ayrı  soylar  kimi,  fəqət  birlikdə  çəkilməsi  hər  iki  qəbilənin 
Azərbaycanın  iki  ayrı  qəbiləsi  olduğunu,  onların  eyni  tayfa  ittifaqında 
birləşdiklərini,  bu  üzdən  də  massaqetlərin  də  digər  qəbilələr  kimi  "alban" 
adlandırıldığını göstərir.Bu o deməkdir ki, "alban" adı ayrıca bir türk qəbiləsinin 
adı olmaqla, həmin qəbilənin başçılığı ilə qurulan tayfa ittifaqına və dövlətə daxil 
olan digər qəbilələrə də ümumiləşdirici ad kimi şamil edilmişdir..."
                                                            
           Ekrandakı  kadrları  "l  Pyotr"  bədii  filmindən  çar  Pyotrun  görüntüləndiyi 
kadrlar əvəz edir və diktor sözünə ara vermədən davam edir:
           "...Elə  bu  səbəbdən  də  Rusiya  çarı  l  Pyotora  müraciət  edən  udinlər 
yazdıqları məktubda özlərini udin milliyətindən olan albanlar adlandırmışdılar..."
                                                           
           Ekrandakı  kadrları  "300  spartalı"  bədii  filmindən  spartalıları  oxa  tutan 
oxçuların əks olunduğu kadrlar əvəz edir.
           Diktor:                                    
                      
 "...Massaqetlər barədə orta əsr tarixçilərindən Favst Buzandın qeydlərində 
də rast gəlirik..."
                                                  
 Həmin kadrların fonunda yazılır:
 "Maskutlar  və  ya  massaqetlər  iskit  qəbiləsidir  və  Xəzər  sahillərində 
yaşayırlar.
                                                              Favst Buzand."
 Diktor yazını oxuyur və davam edir:
 "Favst  Buzandın  verdiyi  məlumatdan  massaqetlərin  iskit,  yəni  türk  xalqı 
olduğu məlum olur."
                                                 
 Ekrandakı kadrları "Dədə Qorqud" filmindən səssiz kadrlar əvəz edir.
 Diktor:


224
 "Bu məlumatı V əsr erməni tarixçisi Aqafengel də təsdiq edir.O, massaqet-
ləri "masxa-hun" adlandıraraq hun türkləri ilə eyniləşdirir. Favst Buzand isə mas-
saqet  hökmdarı  Sanesanın  çoxsaylı  hun  ordusunun  başçısı  olduğunu 
yazmışdır.Musa Kağankatlı və Moisey Xorenatsi isə massaqetlər ölkəsini "hunlar 
ölkəsi" adlandırmışlar."
                                                   
  Ekranda mixi yazılar görünür.
  Diktor: 
  "Mixi  yazılarda  Azərbaycan  türklərinin  etnogenezində  yaxından  iştirak 
etmiş saklardan da ölkəmizin ən qədim sakinlərindən biri kimi geniş söz açılmaq-
dadır."    
                                            
 Ekranda dilçi alim Firidun Ağasıoğlu görünür.Alt tərəfdə onun adı, soy adı, 
elmi  dərəcəsi  yazılır.O,  saklar  barədə  mixi  yazılarda  verilən  məlumatlar,  bu  türk 
qəbiləsinin  Azərbaycandakı  fəaliyyəti,  eləcə  də  antik  müəlliflərin  onlar  barədə 
söylədikləri,  sakların Orta Asiya və Hindistana  qədər gedib çıxmaları,  Cəvahirləl 
Nehrunun onlardan söz açması və onların türk olduğunu söyləməsi haqqında ətraflı 
danışır.
                                                 
 Ekranda Qazaxıstandakı İssık kurqanından tapılmış qızıl geyim, daha sonra 
isə gümüş qab və onun üzərindəki yazılar görüntülənir.
 Diktor:
 "Sakların  etnik  mənsubiyyəti  barədə  iranşünaslarla  türkoloqlar  arasında 
uzun  illər ərzində sürən  mübahisəyə Qazaxıstandakı saklara  aid  İssık kurqandan 
tapılan gümüş qab üzərindəki əski türkcə yazılar bir dəfəlik son qoymuş, sakların 
türk mənşəli xalq olduğu təkzibedilməz dəlillər əsasında sübut edilmişdir." 
                                                
 Ekranda filoloq alim Elməddin Əlibəyzadə peyda olur.Alt tərəfdə onun adı, 
soy  adı  və  elmi  dərəcəsi  yazılır.O,  İssık  mədəniyyəti  barədə  qısaca  məlumat 
verərək sözü gümüş qabın üzərinə gətirir və deyir:
 "Qazax alimi Amanjolov kurqanda aşkara çıxan yazını belə təqdim edir:
Kəsmə tirdən tikilən kurqanın içində dəfn edilmiş əsilzadə döyüşçünün taxta 
qəbri tapılmışdır.Həmin kəsmə tirlərin içində otuza yaxın qab-qacaq və runa oxşar 
yazısı  anlaşılmayan  gümüş  cam  var  idi..,  Bütün  əlamətlərinə  görə  bu  qəbir, 
təxminən miladdan öncə V-lV əsrlərə aiddir.
 Tədricən  bu  yazı oxundu, anlaşıldı, hansı  dildə olduğu  və  məzmunu aşkar 
oldu.Kurqandakı gümüş cam üzərindəki yazı belədir:Ağa sana oçuq.Bez çök bukun 
içrə  azuk.Fikir  müasir dilimizdə belə  səslənir:Ağa, sənə bu  otaq, qəbir,sən rahat 
yat!Yad düşmən, sən diz çök! Hökmdar həlak olsa da xalqın çörəyi olacaq.


225
 Mətn  türk  xarakterinə,mənəvi  aləminə  tam  uyğun  nikbinlik  ruhunda  qürur 
hissi ilə yazılıb."
                                              
 Ekranda  Elməddin  Əlibəyzadəni  Murad  Aci  əvəz  edir.Alt  tərəfdə  onun 
barədə məlumat yazılır.O deyir:
 "Очень  любопытно  исследование  археолога  Акишева,  он  расставил 
точки над  "и" в  так называемой  скифской  теме.Ученый  в  кургане Иссык  в 
Семиречье  в  Казахстане  нашел  чашу  с  четкой  рунической  надписью  на 
тюркском  языке  .Находке,  как  и  кургану  2500  лет!Таким  образом  надпись 
стала  певым  письменным    памятником  скифов  и  саков,  она 
свидетельствует об их языке.
 Это было первая, но не единственная находка.
 В Кара-тепе, вблизи Термеза археологи нашли буддийский центр ll-lV   
веков, где среди прочего материала были сосуды с такими же руническими 
письменами...Мало  того,  французские  геологи  сообшили  о  находке  в 
Афганистане  стены  с  такими  же  руническими  знаками...Точно  такие  же 
рунı  были  обнаружены  на  территории  Востсчной  Франции,  в  бывшей 
Бургундском  королевстве.  И  в Румынии,  и  на  Украине.  Везде  их  язык  был 
один. Тюркский!"
                                                
Murad Aci danışdıqca diktor onun söylədiklərini sinxron tərcümə edir:
"Arxeoloq  Akişevin  tədqiqatları  böyük  maraq  çəkməkdədir.O,  iskit 
məsələsindəki bütün mübahisələrə birdəfəlik son qoydu.Alim Qazaxıstanda, Jetisu 
ərazisindəki İssık kurqandan üzərində səlis runlarla türkcə yazı olan bir cam tapdı. 
Yazının  yaşı  da  kurqanın  yaşı  qədər  qədim  idi.2500  il.Beləcə,  bu  abidə  iskit  və 
sakların dili barədə dəqiq məlumat verən ilk abidə oldu.İlk olsa da, təbii ki, yeganə 
olmadı.Özbəkistanda,  Termez  yaxınlığından  arxeoloqlar  ll-lV  əsrlərə  aid  buddist 
məbəd aşkarladılar və oradan bir çox maddi mədəniyyət nümunəsi ilə yanaşı, üzə-
rində run əlifbası ilə yazılmım yazılar olan saxsı qablar da tapıldı.Bu azmış kimi, 
fransız  geoloqlar  Əfqanıstanda  üzə  çıxan  eyni  tipli  yazılar  barədə  məlumat 
verdilər.  Eyni  yazılara  Şərqi  Fransada,  qədim  Burqundiya  krallığı 
ərazisində,Rumı- niya və Ukrayna ərazilərində də rast gəlinmişdir.Və hər yerdə bu 
yazıların dili birdir-Türk dili!"
Ekranda yenidən Elməddin Əlibəyzadə peyda olur və divardan asılmış "İssık 
hərfləri  ilə  Orxon-Yenisey  hərflərinin  müqayisəsi"  cədvəli  əsasında  İssık  əlifbası
ilə Orxon-Yenisey əlifbası arasındakı təkamül fərqlərini izah edir.
                                              
Ekranda  "Amrapali"  hind  filmindən  döyüş  səhnələrini  əks  etdirən  kadrlar 
nümayiş olunur.
Diktor:


226
"Qədim  hind  mənbələrində  eradan  bir  neçə  yüzillər  öncə  sakların  bir 
qisminin Hindistanın şimalında məskunlaşaraq tez bir zamanda burada yeni türk 
dövləti  yaratmalarından  söhbət  açılmaqda  və  buddizmin  əsasını  qoyan  Şakya 
Muninin də bir sak şahzadəsi olduğu qeyd edilməkdədir."
                                                
Ekranın  sağ  tərəfində  Buddanın  heykəli,  sol  tərəfində  isə  hind-brahmi 
əlifbası peyda olur.
Diktor:
"Hindistanda  buddizmin  yayılmağa  başladığı  dövrlərdən  etibarən  paralel 
olaraq,  elm  aləmində  hind-brahmi  əlifbası  adlanan  əlifba  da  istifadə  edilməyə 
başlamışdır.Bu əlifbada bir sıra qrafemlərin Orxon-Yenisey əlifbasının qrafemləri, 
eləcə  də  bəzi  qədim  türk  tamğaları  ilə  üst-üstə  düşməsi  ilk  dəfə  azərbaycanlı 
alimlər Əbülfəz Hüseyni və Cəfər Cəfərovun diqqətlərini çəkmişdir."
                                               
Ekranda İohannes Fridrixin şəkli görünür və şəklin fonunda yazılır:
"Eradan  əvvəl  lV  əsrə  aid  sikkələrin  üzərindəki  brahmi  yazıları...sağdan 
soladır,  Aşoki  dövrünə  aid  yazılarda  isə  bunun  tam  əksini  görürük.Öncələr  bu 
əlifbanın  arami  əlifbasından  törədiyi  hesab  edilirdi,indi isə  hesab  edilir  ki,  onun 
əsasında finikiya yazısı durur.
                                                             İohannes Fridrix."
Diktor mətni oxuyur:
                                             
Ekranda brahmi yazısı ilə hind dilində yazılmış yazılar görünür.
Diktor:
"Yazı tarixinin gözəl bilicisi İohannes Fridrixin qeyd etdiyi kimi, bu yazının 
ən  qədim  nümunələrinə  qədim  sikkələrin  üzərində  rast  gəlinmişdir.Və  bu  yazılar 
sonrakı  dövrə aid  olan  və soldan sağa yazılan hinddilli  mətnlərdən fərqli olaraq 
sağdan sola yazılmışdır.Bu mətnlərin hind dilində olmadığı məlumdur və onların 
dilini müəyyəmləşdirmək mümkün olmamışdır."
                                             
Ekrandakı mətnləri eyni əlifba ilə, türkcə yazılmış mətnlər əvəz edir.Diktor 
sözünə davam edir:
"Maraqlıdır  ki,  dövrümüzədək  eyni  əlifba  ilə  türkcə  yazılmış  mətnlər  də 
çatmışdır  və  bu  mətnlərdə  yazının  istiqaməti  hinddilli  mətnlərdəki  yazıların 
istiqamətindən  fərqli  olaraq,  soldan  sağa  deyil,  qədim  sikkələrdə  olduğu  kimi 
sağdan  soladır.Elə  bu  fakt  da  sözügedən  əlifbanın  saklar  tərəfindən  əski  türk 
əlifbası əsasında, yeni dini-buddizmi təbliğ etmək üçün icad edildiyini sübut edir.
Yeri gəlmişkən qeyd edək ki, türkdilli brahmi yazılarının da dili uyğurcadır, 
yəni  bu  mətnlər  türk  elitasının  dilində-xaqaniyyə  türkcəsindədir.Mətnlərdə  çox 


227
sayda hind sözünə də rast gəlinir ki, bu da onların Hindistan mənşəli olmasından, 
yəni Hindistan sakları tərəfindən yaradıldığı faktından qaynaqlanır."
                                                
Ekranda  hərəkətdə  olan  karvan  görünür  və  Soltan  Hacıbəyovun  eyniadlı 
əsəri səslənir.Bu görüntünün fonunda yazılır:
                           
          FİLMİN SONU
  

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə