Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə2/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   2   3   4   5   6   7   8   9   ...   100

4
daşından hazırlanırdı.Azıx mağarasının alt təbəqələrində Quruçay mədəniyyətinin
ilk dövründəki kimi kobud daş alətlərlə yanaşı,daşlaşmış heyvan sümükləri də ta-
pılmışdır.Bəzi  sümüklər  itiağızlı  alətlər  ilə  çapılıb  sındırılmışdı.Sümük  qalıqları 
Quruçay mədəniyyətinin ilk pilləsinin heyvanat aləmi haqqında təsəvvür yaradır.”
                                                          
              Ekranda İngiltərə istehsalı olan və milyon il öncə yaşamış insanların həya-
tından bəhs edən “Milyonuncu illər” bədii filmindən səssiz kadrlar görüntülənir.Bu
kadrların fonunda diktor mətni səslənir:
              “Bu dövrdə ovçuluq bəsit idi.Əsasən xırda heyvanlar,iri heyvan balaları, 
habelə  kirpi,tısbağa  və  sairə  ovlanırdı.  Çox  güman  ki,insanlar  artıq  təbii  oddan 
isti-fadə  edə  bilirdilər.  İbtidai  ovçuluqla  yanaşı,giləmeyvə  yığmaq  vərdişi  də 
təşəkkül tapmağa başlamışdı.
               Quruçay  mədəniyyəti  dövründə  yaranan  ibtidai  insanların    nəsli-icma 
dövrünə  qədəm  qoyması  ilkin  cəmiyyətin  başlanğıcına  təsadüf  edir.İbtidai  icma 
quruluşunun Mustye dövründə,yəni 120-100-cü minilliklərlə 40-30-cu minilliklər                       
arasında formalaşdığı hesab edilir.”
                                                         
               Ekranda  yenidən tarixçi alim H.Cəfərov görünür və ekranın altında onun 
adı,soy adı və elmi rütbəsi yazılır.O,sözünə belə davam edir:
               “Quruçay  mədəniyyətinin  ikinci  inkişaf  mərhələsi  erkən  və  orta  Aşöl 
dövrünü əhatə edir ki,bu dövrün tarixi 700-150 min il arasındadır. Erkən və orta 
Aşöl dövründə əmək alətləri xeyli təkmilləşmiş (Ekranda daş alətlər görünür.),eyni 
zamanda yeni növ alətlər meydana gəlmişdir. Azıx  mağarasın  müvafiq  təbəqələ-
rindən  tapılmış  çoxsaylı  qəlpələr  və  istehsal  tullantıları  əmək  alətlərinin  elə 
yerindəcə, yəni  düşərgədə  hazırlanmasını  sübut  edir. Əmək  alətləri  çay
daşlarından,caxmaq  daşı  və  başqa  daş  növlərindən  hazırlanırdı.Bunların 
içərisində  əl  çapacaqları,  habelə  itiuclu  alətlər,müxtəlif  növ  qaşovlar,dişli-gəzli 
iskənəyə bənzər alətlər və sairə vardı. Bu alətlər kəsmək.deşmək.sıyırmaq işlərində 
tətbiq olunurdu.”
                                                         
                
Ekranda Balaxanı yaxınlığında yerləşən Yanardağ görünür.Daşlar və
qayalar arasından cıxan təbii alov öncə ümumi planda,daha sonra isə iri planda gö-
rüntülənir.Bu kadrları Astara rayonu ərazisində yerləşən yanan bulağı və Suraxanı-
dakı atəşgahı müxtəlif planlardan ekrana daşıyan kadrlar əvəz edir.Həmin kadrların 
fonunda diktor mətni eşidilir:
             “Arxeoloji tədqiqatlar nəticəsində məlum olmuşdur ki,Azərbaycanın ən qə-
dim  sakinləri  hələ  ən  azı  700  min  il  öncə  süni  yolla  od  əldə  etməyi  və  onu  uzun 
müddət yanar vəziyyətdə saxlamağı öyrənmişdilər.Ocaqdan isinmək,vəhşi heyvan-
lardan  qorunmaq,yemək  hazırlamaq  üçün  istifadə  olunurdu.Azıx  mağarasında 
aparılan qazıntılar  nəticəsində  aşkar  olunanan  və  yaşı  təqribən  700  min  ilə


5
bərabər  olan  ocaq  izləri  indiyə  qədər  bütün  dünyada  tapılan ən  qdim  ocaq 
izidir.Bu fakt ölkəmizin dünyada süni yolla od əldə edərək,onu uzun müddət yanar 
vəziyyətdə  sax-lamaq    texnologiyasının  ilk  dəfə  kəşf  və    tətbiq  edildiyi ərazi 
olduğunu söyləməyə əsas verir.Bu da təbiidir.Çünki Azərbaycan ərazisi ən qədim 
zamanlardan  odun  yerdən  təbii  şəkildə  çıxdığı  yeganə  ərazidir.Bu  baxımdan 
Balaxanı  kəndi  yaxınlığındakı  Yanardağ  və  Astara  rayonundakı  yanan  bulaq 
deyilənlərə ən gözəl misaldır.Təsadüfi deyil ki,qonşularımız ən qədim zamanlardan 
Azərbaycanı “Odlar yurdu” adlandırmışlar.”                                                       
               
Ekranda “Milyonuncu illər” bədii filmindən ibtidai insanların ocaq başında
   
ət qızartdıqları səhnələr nümayiş etdirilir.Diktor mətni davam edir:
             “Maraqlıdır  ki,təmiz  türk  sözü  olan  “ocaq”kəlməsi  bu  gün  heç  bir  dəyi-
şikliyə  məruz  qalmadan  və  ya  cüzi  dəyişikliklə  qonşu  xalqların  dilində  də  işlən-
məkdədir.Bu  baxımdan  rus,erməni,gürcü,tat,  ləzgi,avar,tabasaran,lak,fars,dargin 
və sairə  dilləri  misal  gətirmək  olar.Bu  isə  onu  göstərir  ki,qonşu  xalqlar  ocaq 
qalamaq  və  onu  yanar  vəziyyətdə  saxlamaq  texnologiyasını    məhz  bizim  ulu 
babalarımızdan əxz etmiş və bu texnologiya ilə birlikdə “ocaq”kəlməsi də onların 
dilinə  keçmişdir.Deyiənləri  qonşu  xalqların,eləcə  də  qədim  yunanların  əfsanələri 
də sübut etməkdədir...”
                                                                   
            Ekranda qədim  yunan  şairi Esxilin  “Seçilmiş  əsərləri” kitabınin üz  qabığı 
görünür.Kitab yavaş-yavaş açılır və aramla səhifələr bir-birini əvəz edir.
            Diktor mətni:
            “Qədim  yunan  şairi  və  dramaturqu  Esxil  özünün  məşhur  “Zəncirlənmiş 
Prometey”əsərində minilliklərin dərinliklərindən gələn miflərə istinad edərək,odun
tanrılardan  oğurlanaraq  insanlara  təslim  edildiyi  yer  kimi  İskitlər,yəni  türklər 
ölkəsi  və  Qafqazın  adını  çəkir.Bu,insanların  odla  ilk  tanışlıq  yerinin  Qafqazdakı 
türklər  ölkəsinin  olduğu  deməkdir.Esxil  sözügedən  əsərin  ən  başında  Hakimiyyət 
və Qüdrətin dili ilə deyir.”
                                                         
            Ekranda  aktyor  peyda  olur.Onun  əlində  Esxilin  kitabı  var  və  o,kitabdan 
oxuyur:
                          “Bir uzaq guşəsinə gəlib yetişdik yerin,
                            Boş,tənha çöllərinə yırtıcı iskitlərin.
                            Atanın buyruğuna itaət eyləyərək,
                            Bu yaramaz canini öz əllərinlə gərək
                            Mıxlayasan qayaya,Hefest,budur vəzifən;
                            Ona bir zindan yarat zəncir həlqələrindən.
                            O sənin çiçək kimi açılan atəşini,
                            Şəfəqləri dörd yana saçılan atəşini,
                            Oğurlayıb aparmış,vermişdir insanlara...”
                                                         


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə