Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə3/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   2   3   4   5   6   7   8   9   ...   100

6
          Ekranda zəncirlənmiş Prometeyin rəsmi peyda olur.
          Diktor mətni:
          “Təqdim olunan sitatdan da göründüyü kimi, qədim yunan mifologiyası in-
sanların odla tanışlıq yeri kimi İskitlər ölkəsini tanıyır.Qədim yunanların isə türk-
ləri “iskit”adlandırdıqları məlumdur.Əsərin başqa yerində də hadisənin məhz İs-
kitlər,yəni  türklər  ölkəsində  baş  verdiyi  qeyd  edilir.Bu  dəfə  bu,Prometeyin  öz 
dilindən söylənir.”
                                                        
          Ekranda yenidən peyda olan aktyor əlindəki kitabdan oxuyur:
                            “Bir an dinclik bilməyən sonsuz ləpələriylə 
                              Başdan-başa dolaşan yeri elədən-belə.
                              Ey atamız Okeanın və çox uşaqlı Tifin
                             Gənc nəsli,yaxın gəlin,vəhşi gəzən iskitin 
                             Yurdu olan bu yerdə,bu yüksək qayalarda 
                              Zəncirlərlə bağlanıb qalmışam necə darda.”                                        
                                                         
             Ekranda öncə Azıx mağarasının görüntüləri,ardınca daş əmək alətləri,daha
sonra isə Azıx mağarasından tapılmış qədim insanın çənə sümüyü canlanır.Bu gö-
rüntüləri diktor mətni müşayiət edir:
             "Aşöl dövrü adamlarının,yəni süni oddan ilk dəfə istifadə etmiş adamlaın 
fiziki  tipi  və  antropoloji  xüsusiyyətləri  barədə  Azıx mağarasından  tapılan ibtidai 
insana məxsus cənə parçası müəyyən təsəvvür yaradır.Çənə sümüyü ilə yanaşı qə-
dim  əmək  alətləri  və  nəsli  kəsilmiş  heyvanların  sümükləri  də  tapılmışdır.Sözüge-
dən çənə fraqmentinə əsasən Azıx mağarasının qədim sakinlərinin antropoloji tipi-
ni müəyyən etmək mümkün olmasa da,onların müasir insan tipindən heç nə ilə fərq  
-lənmədiyini birmənalı çəkildə söyləmək olar.Əmək alətlərinin olması isə  onların 
normal  şüura  sahib  olduqlarını    göstərməkdədir.Tapıldığı  yerin  adı  ilə  əlaqədar 
olaraq bu dövr adamı Azıxantrop,yəni Azıx adamı adlandırılmışdır."
                                                              
             Ekranda arxeoloq Rəşid Göyüşov peyda olur və deyir:
             “Azıxantrop  təkcə  Azərbaycanda  deyil,həm  də  Ön  Qafqazda  Aşöl  dövrü 
insanlarının fiziki tipini öyrənmək üçün baza rolunu oynamışdır.Məlumat üçün de-
yək  ki,bu  tapıntı  dünyada  eyni  tipli  bir  neçə  tapıntıdan  biridir.Azıxantrop  təxmi-
nən 400 min il əvvəl yaşamışdır.Maraqlıdır ki,Azıx mağarasının Aşöl təbəqəsində
qədim tikinti qalığı da aşkar edilmişdir.
             Dünyada analoquna rast gəlinməyən bu tapıntının yaşı 350 min ilə bəra-
bərdir.Bu, memarlaıq sənətinin elmə məlum ilk nümunəsidir və memarlıq sənətinin 
beşiyinin Azərbaycan ərazisi olduğunu söyləməyə tam əsas verir.Ocaqdan istifadə


7
və yaşayış binasının müəyyən bir elementinin tikintisi bəşər tarixinin ən qədim nai-
liyyətləri  sırasına daxildir.Aşöl  dövründə insanlar tədricən ətraf  aləmi dərk edir, 
ibtidai dini təsəvvürlər yaradır və sadə incəsənətlə məşğul olurdular.”
                                                              
           Ekrandakı təsviri Azıx mağarasından tapılmış ayı kəllələrində cızılmış işa-
 rələrin təsvirləri əvəz edir.Diktorun səsi davam edir:
           “ Azıx mağarasında xüsusi düzəldilmiş gizli taxçalarda tapılmış ayı kəllələ-
rindən bəzilərinin üzərində xüsusi işarələr,başqa sözlə, tamğalar,yəni ideoqramlar 
cızılmışdır.  Bu  yolla  qədim  ovçular  həmin  ayıların  kimlər  tərəfindən  ovlandığını 
bildirmiş  olurdular.Bu  tamğalar,yəni  ideoqramlar  dünyada  ən  qədim  ideoqrafik 
yazı nümunələri hesab edilməlidir.”
                                                              
            Ekrana dəvəgözü və nukleuslardan düzəldilmiş alətlərin təsvirləri gəlir.Dik-
torun səsi deyir:  
                                                               
           “Quruçay    mədəniyyətinin  üçüncü  inkişaf  mərhələsi  son  Aşöl  və  erkən 
Mustye dövrlərini əhatə edir.Üçüncü mərhələnin tarixi 150-120 min il arasındadır. 
Bu dövrdə insanların fiziki və zehni inkişaf səviyyəsi artmış,əmək alətlərinin yeni
növləri meydana gəlmiş,əmək vərdişləri təkmilləşmişdir.Alətlərin hazırlanmasında 
çaxmaq daşı,felzit,bazalt tipli daşlarla yanaşı,dəvəgözü daşından da geniş istifadə 
olunurdu.Son Aşöl və erkən Mustye insanları ətraf aləmə yaxşı bələd olmuş, təbii 
sərvətdən  xammal  kimi  istifadə  etmişlər.Bu  dövrdə  nukleusdan  qoparılmış 
qəlpələrdən  dişli, dişli-gəzli, ucu  oymalı, qaşov  tipli  alətlər, kəsicilər  hazırla-
yırdılar.”
                                                            
           Ekranda  Tarix  Muzeyinin  ümumi  planda  görünüşü  canlanır.Bu  görüntünü 
muzeyin giriş qapısı və qapının yanında divara bərkidilmiş və üzərində “Tarix Mu-
zeyi”yazılmış lövhə əvəz edir.Daha sonra ekrana Azərbaycanın  ən qədim  tarixini 
əks etdirən eksponatlar gəlir.Bütün bu kadrları Soltan Hacıbəyovun “Karvan”sim-
fonik suitasının sədaları müşayiət edir.
                                                            
         Ekranda görünən muzeyin əməkdaşı mövzu üzrə ayrı-ayrı eksponatları nüma-
yiş etdirə-etdirə deyir: 
         “Orta Paleolit və erkən Mustye dövründə insanlar Azərbaycan ərazisində da-
ha geniş yayılmış,Kiçik Qafqazın cənub yamacında,Qarabağdan tutmuş Ceyrançö-
lə  qədər  məskən  salmışdılar.Bu  dövrdə  ovçuluq  əsas  peşəyə  çevrilir.İnsanlar
əsasən Qafqaz maralı,mağara ayısı,boz ayı,tur,dağ keçisi,vəhşi at və sairə ovlayır-
dılar.  Şübhəsiz,Mustye  insanları  meyvələrdən,həmçinin  yabanı  bitkilərdən  ərzaq 
məhsulu kimi istifadə etməyə başlamışdılar.
       Paleolitin son mərhələsi təxminən 40-30 min il əvvəl başlamış və 12-ci minil-
liyə  qədər  davam  etmişdir.Bu  dövrdə  iqlim  mülayimləşmiş,bitki  və  heyvanat  alə-
mində yaşayış üçün əlverişli dəyişikliklər baş vermişdir.”


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə