Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə4/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   2   3   4   5   6   7   8   9   ...   100

8
                                                          
        Ekranda Qobustan qaya təsvirlərindən ov səhnələri peyda olur.Kadr arxasın-
dan muzey əməkdaşının səsi eşidilir:
        “  Qədim  daş dövründə  yaşamış  bir  çox  heyvanların-kərkədanların,nəhəng 
ma-ralların,mağara  ayılarının  və  sairənin  nəsli    kəsildiyindən  son  Paleolit 
dövründə  in-sanlar  əsasən  Qafqaz  maralı,ceyran,cüyür,dağ  keçisi  və  sairə 
ovlamışlar.”
                                                          
       Muzeyin əməkdaşı bəzi eksponatları göstərə-göstərə deyir:
       “Son  Paleolit  dövrünün  əmək  alətləri  içərisində  uclu  qaşovlar, biz,kəsici,
dairəvi  yarımdairəvi  və  uzun  qaşovlar,gəzli  və  üçbucaq  alətlər,prizmatik 
nukleuslar,habelə istehsal tullantıları geniş yer tuturdu.                                                           
      Üst  Paleolitdə  məhsuldar  qüvvələrin  inkişafı  obyektiv  olaraq  ictimai  həyatda 
da öz əksini tapmalı idi.Əqli və fiziki cəhətdən daha da inkişaf etmiş insan kollek-
tivi birgə fəaliyyət göstərə biləcək daimi qruplarda birləşmişdi.Nəsli-qəbilə quru-
luşunun  əsasını  qan  qohumluğuna  malik  insanların  qəbilə  birliyi  təşkil 
edirdi.Nəsli--qəbilə quruluşu dövründə insanlar ana xətti üzrə qohumluq əlaqələri 
əsasında  bir-ləşmişdi.Nəsli  –qəbilə  quruluşunun  anaxaqanlıq,başqa  sözlə 
matriarxat,yəni ana nəsli quruluşu adlanması da bununla bağlıdır.”
                                                         
           Qobustanın  ümumi  planda  görünüşü.Bu  görünüşü  qayaüstü  təsvirlərin  iri 
planda görüntüləri əvəz edir və ən nəhayət,kameranın obyektivi Böyükdaşın yuxa-
rı  mərtəbəsində ,29№-li daşın şimal tərəfində cızılmış çoxfiqurlu kompozisiyanın
üzərində durur.Kompozisiyanın  təbii şəklini onun qrafik surəti əvəz edir və onun 
fonunda tarixçi alim F.Muradova  peyda olur.Ekranın altında onun adı,soy adı və 
elmi dərəcəsi yazılır.Alim deyir:
           “Azərbaycanın ən gözəgəlimli abidələrəndən biri də Qobustan tarixi– arxe-
oloji kompleksidir. Burada minlərlə qayaüstü təsvir, onlarca Daş dövrü düşərgəsi 
və sonrakı dövrlərə aid məskən və məzar yerləri tapılmışdır. Qobustanın qaya təs-
virləri 1939-cu ildə tanınmış arxeoloq İshaq Cəfərzadə tərəfindən kəşf edilmlşdir.
1947-1965-ci illərdə onun başçılığı altında Azərbaycan Milli Elmlər Akademiyası-
nın Tarix İnstitunun ekspedisiyası 750 qaya və daş parçası üzərində 2500 təsvir, o
cümlədən qonşu Şıxqaya və Sonqardagda 30 təsvirli daş təsbit etmişdir. Hazırda 
Qobustanın Böyükdaş, Kiçidaş, Cinqirdag-Yazılıtəpə abidələrində, eləcə də Şıxqa-
yada yüzdən artıq daşın üzərində 6 mindən çox  qədim təsvir və arxeoloji abidə aş-
kar edilmiş və öyrənilmişdir.”
                                                         
         Ekranda qayaüstü təsvirlər bir-birini əvəz edir.Diktorun səsi deyir:
          “Tanınmış rus alimi Formozov Böyükdaşın Mezolit,yəni Orta Daş dövrü qa-
ya  təsvirlərini,başqa  sözlə  petroqliflərini  tədqiq  edərkən  iki  mədəni  təbəqə  kəşf 


9
etmişdir.(Ekranda  Formozovun  şəkli  görünür.):  1-ci  mədəni  təbəqə  ilk  Mezolit 
dövrünü – eramızdan əvvəl 12-10-cu minillikləri,2-ci mədəni təbəqə isə son Mezo-
lit dövrünü – eramızdan əvvəl 10-8-ci minillikləri əhatə edir.(Ekranda yenidən bir-
birini  əvəz  edən  qayaüstü  təsvirlər  peyda  olur.)  1-ci  təbəqə  gizləncəklər-  ov  mü-
qəvvaları,kürəklərində  kaman,  əllərində  daş  bıçaq  olan  ucaboylu  ovçuların  gen 
dəri şalvarda və qısa önlükdə qazılmış siluet təsvirləri aşkar edilmişdir.
           Qeyd  edilməlidir  ki,bəzi  təsvirlər  hər  iki  mədəni  təbəqə  üçün  səciyyəvidir. 
Belə qaya təsvirlərinə misal olaraq kollektiv şəkildə rəqs edənlərin və gizləncəklə-
rin  siluet  rəsmlərini  göstərmək  olar.İkinci  təbəqədə  ovçuların  kiçik  və  sxematik 
rəsmləri,ovçuların itlə ov etməsi, tur,at və qabanların kontur xətli təsvirləri aşkar 
edilmişdir.”
                                                         
           Ekranda tarixçi alim,arxeoloq Rəşid Göyüşov görünür.O deyir:
           “Azərbaycan ərazisində 10-12 min əvvəl qədim Daş dövrü orta Daş dövrü 
ilə,yəni Mezolit dövrü ilə əvəz olunur.Mezolit abidələrində təsadüf olunan çox ki-
çik  ölçülü,mikrolit  adlanan  daş  alətlərin  ilkin  variantları  hələ  Paleolitin  son 
inkişaf mərhələsinin  axırlarında  təşəkkül  tapmış,Mezolit  dövründə  isə  mükəmməl 
formaya  salınmışdır.  Mezolit  dövründə  insanların  əmək  fəaliyyətində,dünya 
görüşündə,ətraf alə-mə  münasibətində dəyişikliklər baş verir,qədim insanların ən 
mühüm ixtiralarından biri olan ox və yay meydana gəlir.Şübhəsiz,ox və yayın kəşfi 
insanların min illər boyu əldə etdikləri bir çox vərdişlər sayəsində,müxtəlif texniki 
üsullara bələd ol-maları nəticəsində mümkün olmuşdur.”
                                                          
          Ekranda  tarixçi alim H.Cəfərov peyda olur.O deyir:
          “Ox  və  yayın  kəşfi  ilə  ovçuluq  sahəsində  əsaslı  dəyişiklik  yarandı  və  hey-
vanları uzaq  məsafədən  ovlamaq  mümkünləşdi.Bununla  daha  çox  ərzaq  ehtiyatı 
əldə  etməyə  nail  olan  insanlar  eyni  zamanda  heyvanları  əhliləşdirməyə 
başlayırlar.İlk  vaxtlar  heyvanları  yem  ehtiyatı  kimi  saxlayırdılar.Beləliklə,ibtidai 
heyvandarlı-ğın  əsası  qoyulur.Əlbəttə,bu  heyvanları  hələ  ev  heyvanları  hesab 
etmək  olmazdı.  Vəhşi  heyvanların  əhliləşdirilməsi,  heyvandarlığın  təşəkkülü  və 
inkişafı çox uzun və mürəkkəb yol keçmişdir.Lakin heyvanların bir qisminin ehtiyat 
üçün  saxlanma-sı  və  bu  işin  vərdiş  halına  keçməsi  obyektif  surətdə  ibtidai 
maldarlığın  bünövrəsini  qoymuşdur.  Mezolit  dövründə  ibtidai  maldarlıqla 
yanaşı,ilkin əkinçilik vərdişləri də təşəkkül tapmışdır.Ət ehtiyatının artması ərzağa 
olan  tələbatı  ödədiyindən  yaba-nı  bitki  toxumlarının  bir  hissəsinin  ehtiyat  üçün 
saxlanmasına şərait yaratmış,bu isə öz  növbəsində  ibtidai əkinçiliyin təşəkkülünə 
səbəb olmuşdur.”
                                                        
         Ekranda ox və yayla ,itlə ov səhnələrinin təsvir edildiyi,eləcə də əyinlərində 
şalvar olan adam təsvirləri bir-birini əvəz edir.Diktorun səsi eşidilir:


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə