Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə5/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   2   3   4   5   6   7   8   9   ...   100

10
         “Hələ qədim Daş dövründə,daha dəqiq desək,700 min il öncə süni od qala-
maq və onu uzun müddət yanar vəziyyətdə saxlamaq texnologiyasının kəşf edildiyi 
ilk ərazi olan Azərbaycan ərazisinin ox və yayın ilk dəfə kəşf edildiyi,itin ilk dəfə 
əhliləşdirildiyi və ondan ov zamanı ilk dəfə isyifadə edildiy məkan olduğunu Qo-
bustanın Mezolit dövrünə aid petroqlifləri sübut edir.Bəs, görəsən,  bəşər tarixində 
böyük sıçrayışa səbəb olan bu misilsiz  kəşfləri etmiş xalq kim olmuşdur,hansı dil-
də  danışmışdır?”Bu suala  cavab tapmağa  bizə  Qobustanın qədim  Firuz   yaşayış 
məskənindən tapılan,yaşı təqribən 12 min il olan Mezolit dövrü insanlarının skelet-
ləri yardımçı olur.”
                                                       
         Ekranda tarixçi alim Kərəm Məmmədov görünüür.Ekranın altında onun adı, 
soy adı və elmi rütbəsi yazılır.O deyir:
         “Qafqaz  ərazisində  məskun  olan  xalqların  sayının  çoxluğu,onların  müxtəlif 
dil ailələrinə mənsub dillərdə danışması,bölgənin fiziki- coğrafi şəraitinin mürək-
kəbliyi və bu mürəkkəbliyin ayrı-ayrı etnosların təcridinə gətirib çıxarması etnoge-
nez proseslərinin öyrənilməsi baxımından Qafqaz ərazisindən əldə edilmiş paleo-
antropoloji  materialın  önəmini  artırmaqdadır.Qafqaz  ərazisində  məlum  olan ən 
qə-dim kəllə sümükləri Qobustandan,Kiçikdaşın ətəyindəki “Firuz”mağarasından 
ta-pılmışdır.Bu  tapıntılar  Mezolit  dövrünə  aiddir.Eyni  dövrə  aid  edilən  və  eyni 
morfo-loji  xüsusiyyətləri  daşıyan  insan  qalıqları  Cənubi  Azərbaycan  ərazisindən 
də  tapılmışdır.Üzün  nisbətən  ensizliyi  və  kəllənin  nisbətən  uzunsovluğu  ilə 
fərqlənən bu tip bütün Qafqaz  və Cənubi Azərbaycan üçün təkcə Mezolit dövründə 
deyil,Eneolit,yəni Mis-daş və Tunc dövrlərində də xas olmuşdur.Bu insan tipi elm 
aləmində “kaspi” və ya “oğuz”tipi adlanır və öz parametrlərinə görə Azərbaycan 
türklərinin antropoloji tipinə uyğundur və digər qonşu xalqların göstəricilərindən 
əsaslı surətdə fərqlənir.”
         Alim danışdıqca ekranda müxtəlif kəllə sümükləri və kəllələri ölçməklə məş-
ğul olan antropoloqların təsvirləri görünür.Eyni zamanda ayrı-ayrı vaxtlarda Qaf-
qazın müxtəlif bölgələrindən tapılan və müxtəlif dövrləra aid olan kəllə sümükləri-
nin  ölçülərinin  Qafqazın  müxtəlif  xalqlarının  kəllə  ölçüləri  ilə  müqayisəsini  əks 
etdirən cədvəllər də nümayiş etdirilir. 
         Eyni təsvirlərin fonunda diktorun səsi deyir:
         “Antropoloji tədqiqatlar Bütün Qafqaz və Cənubi Azərbaycan ərazisində Me-
zolit  dövründə  yaradılan zəngin  mədədniyyətin qurucularının  məhz  Azərbaycan 
türklərinin əcdadları olduğunu birmənalı şəkildə sübut etməkdədir.Bu faktı Qobus-
tan ərazisində təsbit edilən və ayrı-ayrı türk soy və boylarına aid soy tamğaları da 
sübut etməkdədir.”
                                                      
        Ekranda F.Muradova peyda olur və deyir:


11
        “Qobustanda insan,heyvan,balıq və sairə təsvirləri lə yanaşı,müxtəlif işarə və 
tamğalara da rast gəlinməkdədir.”
                                                        
        Ekranda yenə də müxtəlif qayaüstü təsvirlər bir-birini əvəz edir. Kadr arxasın-
dan diktorun səsi deyir:
         “Tədqiqatlar nəticəsində məlum olmuşdur ki,qəbilə və soylar özlərinin hesab 
etdikləri  əşyaları  və  yaşadıqları  ərazilərin  sərhədlərini  işarləmək  üçün 
tamğalardan  istifadə  etmişlər.(Ekranda  professor  Cəfər  Cəfərovun  şəkli  peyda 
olur.)Professor Cəfər  Cəfərovun  yazdığına  görə,türk  soy  və  boylarının  ən  qədim 
düşərgələrini,ata-baba yurdlarını,onların doğma vətənlərini,habelə mövcud olmuş 
ünvanlarını  müəy-yənləşdirmək  üçün  həmin  tamğaların  müstəsna  əhəmiyyəti 
vardır.Tamğa və işarə-lər, bir sıra başqa xalqlarda olduğu kimi,türk xalqlarının,o 
cümlədən  Azərbaycan  türklərinin  də  etnogenezində  iştirak  etmiş  soy  və 
soybirləşmələrinin qədim yazı nü-munələri kimi qiymətlidir.Azərbaycanın bir sıra
rayonlarından  tapılmış  və  10-12  min  əvvələ  və  daha  sonrakı  dövrlərə  aid  edilən
müxtəlif  işarə  və  tamğalar  haqqın-da  Cəfər  Cəfərov  və  (Ekranda  Əbülfəz 
Hüseyninin  şəkli  görünür.)
Əbülfəz  Hüseyni
kimi  tədqiqatçılar  fikir 
söyləmiş,Əbülfəz  Hüseyni  Gəmiqaya  təsvirləri,Cəfər
Cə-fərov  Qobustan 
petroqlifləri içərisindən üzə çıxartdıqları,(Ekranda F.Muradovanın şəkli görünür.) 
Firəngiz  Muradova  isə  Şirvan  zonasında  tapdığı  tamğalardan  söhbət 
açmışlar.Müəlliflər bu işarələrin hansı soya mənsub olduğunu,həmin işarələrin qə-
dim türk yazı sistemində paralellərini müəyyənləşdirə bilmişlər.”
                                                         
            Ekranın  sol  tərəfində  Yazıçıoğlu  Əlinin  oğuz  soylarının  sıralamasını  və 
tamğalar sistemini əks etdirən cədvəli əks olunur.Diktorun səsi deyir:
                                                           
            “ Maraqlıdır ki,həmin işarələrin paralellərinə digər qədim xalqların əlifba-
larında da rast gəlinir.Məsələn,Yazıçıoğlu Əliyə görə 11-ci oğuz tayfası olan beg-
dililərin soy damğasına (Cədvəldəki 11-ci ad və tamğa qırmızı haşiyəyə alınır və 
ekranın  sağ  tərəfində  sözügedən  tamğanın  böyüdülmüş  surəti  peyda  olur.) 
Gəmiqaya işarələri arasında cüzi fərqlə rast gəlinir.”
                                                        
           Ekranın  sol  tərəfində qaranoqayların  as  (az)  soyunun  tamğası  peyda  olur. 
Sağ tərəf boşdur.
            Diktorun səsi:
            “Qaranoqayların as və ya az soyunun tamğası isə Sofu Novruz pirində ta-
pılmış  işarə  ilə  eyni  olmaqla  yanaşı,(Ekranın  sağ  tərəfində  hind-brahmi  əlifbası 
görünür.)  həmin  işarəyə  eramızdan  əvvəl  3-cü  əsrdə  Hindistanda  formalaşdığı 
ehti-mal edilən brahmi əlifbasının “ça” və  “ba” hecalarının qrafik təsvirində də 
rast gə-linir.”
            Əlifbadakı “ça” və “ba” qrafemləri,eləcə də ekranın solundakı tamğa qırmı-


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə