Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə6/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   2   3   4   5   6   7   8   9   ...   100

12
zı haşiyəyə alınır.
           Soldakı tamğa yoxa çıxır,yeri boş qalır.Əlifbadakı qırmızı haşiyələr də ara-
dan qalxır.
           Diktorun səsi:
           “Həmin əlifbada “tha”hecasını bildirən  qrafem də ağnoqayların türkmən 
soyunun tamğası ilə eynidir və bu işarənin ən qədim nümunəsi gəmiqayadan tapıl-
mışdır.”
          Ekranın  sol  tərəfində  sözügedən  tamğanın  təsviri  peyda  olunur.Əlifbadakı 
“tha”qrafemi isə qırmızı haşiyəyə alınır.
          Diktorun səsi:
          “Brahmi  əlifbasındakı  “dha”  hecasının  işarəsi  isə  (Əlifbadakı  qırmızı 
haşiyə “tha”qrafemindən  “dha”  qrafeminin  üzərinə  köçür,türkmən  soyunun 
tamğasını isə konqes(kəngər) soyunun tamğası əvəz edir.) qaranoğayların konqes 
və  ya  kəngər  soyunun  tamğası  ilə  üst-üstə  düşür  və  eyni  işarəyə  Sofu  Novruz  
pirində də rast gəlinməkdədir.”
                                                          
            Ekranda at çapıb ox atan türkləri əks etdirən süjet canlanır.Süjeti cəngi sə-
daları müşayiət edir.
                                                        
            Ekranın sol tərəfində e.ə.5-3-cü əsrlərə aid arami əlfbası,sağ tərəfində isə
Dəməşq-səfaid əlifbası peyda olur.
             Diktorun səsi:
             “Maraqlıdır  ki, Şirvan  damğalarından  bəziləri  də  sami  əlifbalarındakı 
hərflərə uyğun gəlməkdədir.Belə ki,qaranoğayların qazan boyunun ergenekli soyu-
nun damğası ilə eyni olan işarə eramızdan əvvəl 5-3 -əsrlərdə işlənmiş arami əlif-
basının “h”hərfi ilə üst-üstə düşür.”
            Ekranın sol tərəfindəki əlifbanın “h”hərfi qırmızı haşiyəyə alınır.
            Diktor mətni:
             “Şirvan  tamğalarından  bir  qismi  Dəməşq-səmud  və  Dəməşq-səfaid  əlif-
basının bəzi hərfləri ilə eynilik təşkil edir.”
            Ekranın sağ tərəfindəki əlifbanın da “h”hərfi qırmızı haşiyəyə alınır.
                                                        
            Ekrandakı  əlifbaları  növbə  ilə  görüntülənən  çox  sayda  qayaüstsü  təsvirlər 
əvəz edir və bu təsvirlər musiqi parçası ilə müşayiət olunur.
                                                       
           Ekranda Orxon və Yenisey əlifbaları əks olunur.


13
            Diktorun  səsi:
             “Qobustan  və  Gəmiqyadan  tapılmış  türk  tamğalarının  bir  qisminin 
paralel-lərinə də Orxon və Yenisey əlifbalarında rast gəlinir.Beləki,bu tamğalarla 
sözüge-dən əlifbalardakı “nt”  və  ya  “nd”, “ s”  və  ya “ş”,   “ı”  və ya  “i”, “p”, 
“b”, “d”, “t”,“z”, “k”, “ç”səslərinin qrafik təsvirləri ilə eynidir.”
             Diktor səs və qrafemləri saydıqca hər iki əlifbadakı müqabil qrafemlər qır-
mızı haşiyəyə alınır.
             Diktorun kadr arxasından eşidilən səsi davam edir:
             “Bütün bu faktlar Qobustan və Gəmiqaya təsvirlərini yaradan xalqın məhz 
əcdad türklər olduğunu təkzibedilməz şəkildə sübut etməklə yanaşı,ulu babalarımı-
zın soy tamğalarının sonrakı dövrlərdə ən qədim fonetik və ideoqrafik əlifbaların 
qrafemlərinə çevrildiyini göstərir.Bu isə o deməkdir ki,Azərbaycan dünya yazı mə-
dəniyyətinin ilk beşiyi olmuşdur.”
                                                       
           Ekranda yenidən musiqi sədaları altında Qobustan təsvirləri bir-birini əvəz 
edir.
                                                       
            Ekranda Mahmud Kaşğarlı və Yazıçıoğlu Əliyə görə oğuz boylarının sıra-
lanmasını və onların tamğalarını əks etdirən cədvəllər görüntünəlir.
            Diktor mətni:
            “Mahmud Kaşğarlıya görə 6-cı oğuz boyu olan əfşarlara aid olan tamğaya
(Birinci  cədvəldə  müvafiq  tamğa  qırmızı  haşiyəyə  alınır.),eləcə  də  Yazıçıoğlunun 
əfşarlara aid etdiyi (İkinci cədvəldə də müvafiq tamğa qırmızı haşiyəyə alınır.), fə-
qət Mahmud Kaşğarlının təsvir etdiyi tamğadan fərqlənən tamğaya Gəmiqaya işa-
rələri sırasında,eləcə də Abşeronun Duvannı qəsəbəsinin şimal-qərbində yerləşən 
Sofu Novruz qəbristanlığında qeydə alınmış tamğalar içərisində rast gəlinir.
            Mahmud Kaşğarlının 3-cü oğuz tayfası kimi qeyd etdiyi bayandurların tam-
ğası isə Şamaxının Quşçu kəndində yerləşən Abdal damı mağarasında qeydə alın-
mışdır.(Birinci cədvəldə müvafiq tamğa qırmızı haşiyəyə alınır.) Maraqlıdır ki,bu
 işarənin  ekvivalentinə  Egey  yazılarında  da  “şərab”mənası verən  heroqlif  kimi 
rast gəlinir.                         
            Yazıçıoğlu Əlidə 11-ci oğuz boyu kimi qeyd edlmiş begdelilərin tamğaları
Gəmiqaya işaələri içərisində də qeydə alınmışdır.(İkinci cədvəldəki müvafiq tamğa 
qırmızı haşiyəyə alınır.)Eyni müəllifin 16-cı oğuz tayfası kimi göstərdiyi çepnilərin
tamğası da eyni təsvirlər içərisində yer almaqdadır.”
                                                           
           İkinci cədvəldə çepnilərin də tamğası qırmızı haşiyə ilə digərlərindən fərq-
ləndirilir. 
                                                         


14
          Ekranda  bir-birini  əvəz  edən  Gəmiqaya  təsvirləri  peyda  olur.Bu  təsvirlərin 
fonunda kadr arxasından eşidilən diktor səsi deyir:
          “Gəmiqayada rast gəlinən tamğalar içərisində Yazıçıoğlu Əlinin 19-cu oğuz 
boyu olduqlarını söylədiyi ulay-unduğların və Bahadır xanın 17-ci oğuz boyu kimi 
təsvir etdiyi samurların tamğaları da vardır.”
                                                         
          Ekranda  Tarix  Muzeyinin  öncə  xarici,daha  sonra  isə  daxildən  görüntüləri 
canlanır.Muzeyin əməkdaşı eksponatları göstərə-göstərə deyir:
        “Mezolit dövründə mühüm prosesin,yəni təbiətin hazır məhsullarını mənimsə-
məkdən onların bilavasitə istehsalına keçidin əsası qoyulmuşdur.Çox uzun və mü-
rəkkəb yol keçmiş  bu proses yalnız Neolit dövründə əsaslı  surətdə formalaşmış-
dır. Mezolit dövründə yaşamış insanların həyat tərzi Qobustan abidələri əsasında 
öyrənilmişdir.Arxeoloji qazıntılar göstərmişdir ki,burada həyat 12-14  min il öncə 
başlamışdır.Mezolit 
dövründə 
Qobustanda 
insanların 
məşğuliyyəti 
ovçuluq,balıqçı-lıq,yığım,zaman  keçdikcə  isə  maldarlıq  və  əkinçilik  olmuşdur. 
Burada “Öküzlər”, “Ana Zağa”, “Firuz” və başqa Mezolit dövrü düşərgələrində 
çaxmaqdaşı və  çay daşından,habelə sümükdən hazırlanmış müxtəlif əmək alətləri 
tapılmışdır.  Qobus-tan  sakinləri  tərəfimdən  mikrolit  lövhələrindən  itiuclu 
,gəzli,bıçaqvari,kiçik qaşov və sairə tipli iskənəyə bənzər kəsici alətlərin istehsalı 
mənimsənilmişdi.
         Sümükdən biz,ox ucu,balıq torunun toxunmasında istifadə olunan alətlər ha-
zırlanırdı.Qədim  qobustanlılar  bəzək  əşyalarını  müxtəlif  dəniz  ilbizlərinin  çanaq 
hissəsindən,ayrı-ayrı heyvanların sümük və dişlərindən düzəldirdilər.”
                                                        
         Ekranda tarixçi alim H.Cəfərov peyda olur.O deyir:
         “Qobustanın Mezolit dövrü qayaüstü rəsmlərinin ibtidai incəsənətin və əha-
linin  dini  görüşlərinin,xüsusən  ovsun-totem  inamlarının  öyrənilməsində  əhəmiy-
yəti çox böyükdür.”
                                                       
         Ekranda Qobustanın Böyükdaş qayalıqlarındakı mağaralar görünür.
         Diktor mətni:
         “Qobustanın  Böyükdaş  qayalıqlarında  çoxlu  mağara  vardır.Mezolit 
dövrünün petroqlifləri əsasən bu mağaraların ətrafındakı və daxilindəki qayalarda 
həkk  olun-muşdur.(Ekranda  həmin  təsvirlərdən  bəziləri  görüntülənir.)Bu  qayalar 
qədim  rəs-samların  ,bir  növ,qədim  “rəsm  qalereyası”dır.Böyükdaşın  yuxarı 
mərtəbəsindəki  bu  “qalereya”da  əzəmətli  ovçuların  surətləri  (Ekranda  5№-li 
mağara,29№-li daşın üzərindəki təsvir canlanır.),bir cərgədə rəqs edən adamların 
rəsmi (Ekrana  3№-li  mağara,45№-li  daşın  üzərindəki  təsvir  gəlir.),gizləncəklər-
müqəvvalar  (Ekranda  49 daşın  üzərindəki  təsvir  peyda  olur.),gizləncəklərdən 
istifadə  edərək  ov  edən  iki  ovçu (3№-li  mağara,45№-li  daş),vəhşi  atların 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə