Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə8/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   4   5   6   7   8   9   10   11   ...   100

17
görürük.Bu petroqlifdə bir ovçunun yanında yan görünüşdən qazılmış iki gizləncək 
siluetinin  rəsmi  görünür.Həmişə  profildən  təsvir  edilən  belə  gizləncəklərdə  daha 
çox  nəzərə  çarpan  cəhətlər  onların  boyunlarının  uzun  olması,qarınlarının 
şişmanlı-ğı 
və 
aşağı 
ayaq 
hissənin 
getdikcə 
ensizləşən 
formada 
verilməsidir.Rəssam  bu  cə-hətləri  və  onların  heyvan  başlarını  olduğu  kimi  təsvir 
etdiyindən indi  biz  həmin  gizləncəkləri  təsəvvür  edirik.Petroqlifdən  göründüyü 
kimi,gizləncəklərin  başları  ilə  bədənləri  düz  ağac  vasitəsi  ilə  bir-birinə 
bərkidilmişdir.
           Bu petroqlifdən aydın olur ki,qədim ovçular diz və topuqdan sarınmış gen 
şalvarlarını gizləncəklərin tələbinə uyğun olaraq geyirmişlər.Bəzən bu şalvarlara 
arxadan heyvan quyruğu da bənd edilir ki,gizləncəkdə olan ovçu arxa tərəfdən də 
heyvana bənzəmiş olsun.”
                                                     
           Ekranda  Böyükdaşın  yuxarı  mərtəbəsində  42№ -li  daşın  cənub  tərəfindəki 
qayaüstü təsvir canlanır.Ekran arxasından alimin səsi eşidilir:
            “Bu  xüsusiyyətə  Mezolit  dövrü  ovçularının  təsvirlərində  tez-tez  rast  gəli-
rik.Misal  üçün  Böyükdaşın  yuxarı  mərtəbəsində  42№-li  daşın  cənub  tərəfindəki 
qayada  qazılmış  petroqlifdə  soldakı  ovçunun  gen  şalvarının  arxasından  asılmış 
heyvan quyruğu aydın görünür.”
                                                      
            Qavaldaşda  ifa  edilən  ritmlərin  fonunda  müxtəlif  qayaüstü  təsvirlər  bir-
birini  əvəz  edir. Ən  sonda  öküz  təsvirlərinə  yer  verilir  və  kameranın  obyektivi 
onlardan birinin-42 №–li daşın şərq tərəfindəki təsvirin  üzərində durur.
           Diktor mətni:
           “Mezoli,yəni  orta  Daş  dövrünün son  mərhələsi  üçün  uzunluğu  iki  metrə 
çatan  böyük  öküz  təsvirləri  xarakterikdir.Bu  rəsmlər  konturlu  xətlərlə  ,əsasən 
realistik  səpgidə  işlənmişdir.Onlardan  yuxarı  mərəbədə  yerləşmiş  42№-li    daşın 
şərq tərəfindəki və 29№-li daşın mağara divarında cızılmış öküz təsvirlərini gös-
tərmək olar.Bu təsvirlərdə sözügedən heyvanların güc və əzəməti ifadə edilmişdir.”
          Ekranda tədqiqatçı  alim İ.Avşarov  peyda olur.Ekranın  altında onun  adı,soy 
adı,elmi dərəcəsi yazılır.O deyir:
          “Azərbaycan ərazisindən tapılan maddi mədəniyyət abidələri üzərində təsvir 
edilən heyvan rəsmləri və zoomorf elementlər qədim mifologiyada xüsusi yerə sa-
hibdirlər.Təbii  ki,bu,heyvanat  aləminin  ibtidai  insanların  həyatlarında  oynadığı 
rolla  bağlıdır.Təsadüfi  deyil  ki,bəzi  heyvanlar  qədim  tayfa  və  qəbilələrin  totemi 
kimi çıxış etmişlər.
           Məlum  olduğu    kimi,oğuzlar  çox  qədim  və  zəngin  mədəniyyətə  sahib  ol-
muşlar.Tarixçi-etnoqraf Qoşqarlı özünün “Azərbaycanlıların maddi mədəniyyəti”
adlı əsərində “Oğuznamə”yə istinad edərək oğuzların mifik ulu əcdadı olan Oğuz 
xanın  Ayla  Öküzün  izdivacından  döğulduğunu  qeyd  etmişdir.Elə  bu  səbəbdən  də


18
son Tunc-erkən Dəmir dövrləri abidələrindən əldə edimiş tunc kəmərlərin üzərində 
təsvir edilən öküz başlarının buynuzları aypara formasında təsvir edilmişdir.
           Göründüyü  kimi,  Azərbaycanın  qədim  sakinlərinin  inanc  sistemində  öküzə 
inam xüsusi yer tutmuşdur.Bu baxımdan Xocalı-Gədəbəy abidələrindən üzə çıxarı-
lan  fiqurların bir  çoxu məhz  öküz başı  formasındadır.Belə fiqurlar  Cənubi Azər-
baycan və şimali Qafqaz ərazisindən də tapılmışdır.Rus alimi Avdeyevin fikrincə,
öküzə inam ən qədin zamanlardan Qafqaz və Şərqdə geniş yayılmışdı.Azərbaycan 
ərazisində hətta öküzün xüsusi hörmət və təmtəraqla dəfn edilməsi halına da rast-
lanmışdır.Məsələn,arxeoloq  Resler Xocalı kurqanında apardığı qazıntılar zamanı 
belə bir məzara rast gəlmişdir.Burada dəfn edilmiş öküzün başına bütöv ayın rəmzi
olan dairəvi disk bərkidilmişdi.”
                                                    
            Ekranda “Oğuznamə”nin uyğur versiyasının birinci səhifəsinin təsviri görü-
nür.Səhifə türk-uyğur əlifbası ilə  yazılmışdır və  yuxarıda göy öküz təsviri vardır.
             Diktor mətni:
             “Tolstov,Bernştam  və  Bekmıradov  kimi  tanınmış  türkoloq  alimlər  də 
oğuzların  ən  qədim  zamanlarda  öküzə  totem  münasibəti  bəslədiklərini  söyləmiş-
lər.Bu alimlər bu halda “Oğuznamə”də yer alan sözlərə istinad etmişlər...”
                                                      
            Ekranda  səhifənin  fonunda  yazılır  və  yazılanları  kadr  arxasından  eşidilən 
diktorun səsi də eynən təkrarlayır:
            “Olsun dedilər.Onun anqağusu budur.”
                                                      
            Ekrandakı yazı itir.Səhifənin şəkli isə qalır.Diktorun səsi davam edir:
            “ “Oğuznamə”nin uyğur versiyasının birnci səhifəsinin birinci sətrində təs-
vir edimiş göy öküz oğuzların əcdadı Oğuz xanın şəkli,daha dəqiq desək,anqağusu,
yəni  ideoqrafik işarəsi kimi təqdim edilir.Bu şəkil əsərə sadəcə bir illüstrasiya ki-
mi qəbul edilə bilməz.Çünki o,mətnin ayrılmaz tərkib hissəsi kimi çıxış edir və
Oğuz  xanın  mətndəki  sözlü  təsviri  ilə  üst-üstə  düşmür.Mətndə  Oğuz  xanın  sözlü 
təsviri fərqlidirdir...”
                                                        
          Ekrandakı səhifə itir.Əvəzində isə yazılır:
          “Yenə günlərin bir günü Ay kağanın gözləri yarıdı,bir oğlu oldu .Bu oğlanın 
üzü  göy  idi.Ağzı  atəş  kimi  qırmızı,gözləri  ala,saçları,qaşları  qara  idi.Gözəllikdə 
mələkdən də gözəl idi...
           ...Ayağı  öküz  ayağına,beli  qurd  belinə,kürəyi  samur  kürəyinə,köksü  ayı 
köksünə bənzəyirdi.”
            Eyni sözlər diktorun ifasında da təkrarlanır.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə