Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə9/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   5   6   7   8   9   10   11   12   ...   100

19
                                                        
            Ekranda “Oğuznamə”dəki göy öküz təsviri peyda olur.
            Diktor mətni:
            “Gördüyümüz  kimi, sözlü  təsvirdə  söhbət  oğlan  uşağından  gedir  və  onun 
xarici görünüşü bu təsvirdən əsaslı surətdə fərqlənir.Deməli,bu halda öküz təsviri
“Oğuz”kəlməsinin  sadəcə  ideoqrafik  ifadəsidir.Elə  bu  səbəbdən  də  Əbülfəz  Hü-
seyni və Zelen Yampolski kimi alimlər Qobustandakı öküz təsvirlərini oğuzların ulu 
babalarının  cızdıqlarını  söyləmişlər.Burada  sıhbətin  məhz  piktoqrafik  yazıdan,
yəni  şəkil-yazıdan  getdiyini  elm  aləmində şərti  olaraq  “7gözəl”adlanan petroqlif 
də sübut etməkdədir.”
                                                      
         Ekrana “7 gözəl”petroqlifi gəlir.Burada böyük öküzün fonunda 8 qadın təsvir
edilmişdir.
         Diktor mətni:
         “Şərti  olaraq,  “7  gözəl”adlanan  bu  piktoqramda  böyük  öküz  təsvirinin 
fonun-da  8  qadın  təsvir  edilmişdir.  Burada  öküz  oğuz  xalqını,8  qadın isə  8  oğuz 
soyunu  təmsil  etməkdədir.Nəzərə  alsaq  ki,ilk  soybirləşmələri  məhz  Mezolit 
dövründə  formalaşmışdır  və  bu  birliklərdə  birləşən  soyların  başında  qadınlar 
dururdu,tam cəsa-rətlə deyə bilərik ki,burada söhbət 8 oğuz soyunun birləşməsini 
ifadə  edən    böyük  bir  qəbilədən,daha  doğrusu  bu  qəbilənin  özünü  ifadəsindən 
gedir.”       
                                                       
        Ekranda  türk-run  əlifbası  ilə  yazılmış  mətnlər,yəvi  Orxon-Yenisey  mətnləri 
canlanır.
        Diktor mətni:
        “Orxon-Yenisey  mətnlərində  Üçok,Onok,Onuyğur,Otuztatar,Üçoğuz,  Altıo-
ğuz,Doqquzoğuz,Üçkarluq və sairə soybirləşmələri ilə birlikdə Səkkizoğuz soybir-
ləşməsindən də söhbət açılmaqdadır...”
                                                      
         Ekranda  “Moyonçur”  abidəsinin  şərq  tərəfinin  mətni  görüntülənir.Buradakı 
15-ci sətrin altında qırmızı xətt çəkilmişdir.
         Diktor mətni:   
         “...Beləki, “Moyonçur”abidəsinin şərq tərəfində belə bir cümlə yer almaqda-
dır—Səkkizoğuz,Otuztatar qalmadı gəldi...”                                                      
                                                      
         Ekranda Nəsir Rzayev peyda olur və deyir:
        “İlk  Azəraycan  piktoqramlarını,yəni  şəkil-yazılarını  Qobustanın  qədim  rəs-
samları yaratmışlar və bu,orta Daş,yəni Mezolit dövründə baş vermişdir.Bu proses 
sonrakı dövrlərdə də davam etmişdir.”


20
                                                     
        Ekranda Qavaldaşıda çalınan ritmlərin  səsli fonunda Qobustan təsvirləri bir-
birini əvəz edir.
                                                     
        Ekranda yenidən Nəsir Rzayev peyda olur və deyir:
        “Böyükdaşda aparılmış arxeoloji qazıntı işləri nəticəsində tapılmış, çaxmaq-
daşından hazırlanmış əmək alətləri və bişmiş dulusçuluq məmulatları yeni Daş,yə-
ni Neolit dövrünün ilk mərhələsi üçün səciyyəvidir.5 №-li yaşayış məskənində gil 
qabın  sivri  formalı  dibi  və düz  xətlərlə  naxışlanmış  boğazı  tapılmışdır.(Ekranda 
sözügedən qabın təsviri görünür və itir.)Qabın divarları naxışsızdır. Həmin mağa-
rada çox sayda cilalanmış çay daşı və deşilmiş dəniz daşlarından və balıqqulaqla-
rından  ibarət  asma  bəzək əşyaları da  tapılmışdır.Bu dövrdə Qobustanda  ilk  dəfə 
daş alətlərinin və əşyaların bəzədilməsinə başlanmışdır.”
                                                       
         Ekranda öncə Tarix Muzeyinin  xaricdən,daha sonra daxildən görünüşü can-
lanır.Görüntüyə muzeyin əməkdaşı gəlir və deyir:
         “Neolit  dövrü  Azərbaycanda  eramızdan  əvvəl    7-ci  minilliyin  əvvəllərindən 
başlamış və 6-cı minilliyə qədər davam etmişdir.Neoliti, yəni  yeni  Daş dövrünü 
başqa dövrlərdən fərqləndirən əsas xüsusiyyət bu dövrdə əkinçilik  və  maldarlıq 
mədəniyyətinin əsaslı surətdə təşəkkülü və inkişafı ilə bağlıdır.Bu dövrdə insanlar 
istehsal  mədəniyyətini  mənimsəyir,təbiətdə  hazır  şəkildə  mövcud  olmayan  yeni 
materialların istehsalına başlayır.Toxuculuğun  kəşfi və  gil qabların hazırlanması 
istehsalda xüsusi yer tutur.İlk vaxtlar toxuculuq materialı qismində gicitkan,kətan 
və sairə kimi yabanı texniki bitkilərdən istifadə olunurdu.
          Neolit  dövründə  əhali  oturaq  həyat  sürmüş,ovçuluq  və  balıqçılıqla  da 
məşğul  olmuşdur.Əmək  alətləri  əsasən  çaxmaqdaşından  hazırlanır  və 
bıçaqlar,iskənə  və  deşici  alətlər  üstün  yer  tuturdu.Dövrün  tələblərinə  uyğun 
olaraq,xüsusilə  istehsal  təsərrüfatının  inkişfı  ilə  əlaqədar  yeni  alətlər  meydana 
gəlirdi.Daş toxa və oraq ki-mi alətlərdən əkin-biçində geniş istifadə olunurdu.”
          Muzeyın əməkdaşı danışdıqca,paralel olaraq,müvafiq eksponatları da nüma-
yiş etdirir.                                       
                                                           
          Ekranda Gəncə yaxınlığındakı Gillidağ,ardınca da Neolit dövrünə aid arxe-
oloji tapıntılar göstərilir.Bu görüntüləri diktorun səsi müşayiət edir:
          “Gəncə yaxındakı Gillidağ adlı yerdə qədim çaxmaqdaşı istehsalı ilə bağlı 
izlər,istehsal  tullantıları  və  çoxlu  hazır  məhsullar  tapılmışdır.Burada  daş 
balta,çəkic və müxəlif lövhələrə daha çox təsadüf edilmişdir. 133 №-li düşərgədən 
çaxmaqdaşından bıçaqvari lövhələr,qaşovlar daş toxa ,dəvəgözüdən əmək alətləri 
aşkar  olun-muşdur.Bu  alətlərdən  təsərrüfatın  müxtəlif  sahələrində  və 
məişətdə,Damcılı  mağa-rasından  tapılmış ağlı  dişli  və  pardaqlanmış  lövhələrdən 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə