Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə27/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   23   24   25   26   27   28   29   30   ...   85

94 

 

şərqdən  isə  Göyçə  mahalını  ondan  ayıran  yüsək  dağlarla  həmsərhəd  idi.  İ.Şopen 



Gərnibasar  mahalına  məxsus  95  kənd  qeydə  almışdır  və  bu  kəndlərdən  43-nün 

artıq  dağıldığını  qeyd  edir  [Bax:  95,442,510-511,547-555].  C.Bornoutyan  isə 

dağılmayan  kəndləri  nəzərdə  tutaraq  Gərnibasar  mahalına  mərkəzi  Qəmərli 

olmaqla 52 kəndin daxil olduğunu yazır. Ərazisindən axan Gərni çayı bütün mahalı 

su ilə təmin edirdi [200, 35]. 

Araz  çayının  sol  sahilində  yerləşən  Vedibasar  mahalı  şimaldan 

Gərnibasar, qərbdən Araz çayı, cənub və cənub-şərqdən Şərur mahalı və Naxçıvan 

xanlığı, şərqdən Göyçə mahalı ilə həmsərhəd idi. Vediçay və Qapan çayı mahalı su 

ilə təmin edirdi [95,442-443]. İ.Şopen Vedibasar mahalına məxsus 54 kənd qeydə 

almışdır  və  bu  kəndlərdən  33-nün  artıq  dağıldığını  qeyd  edir  [95,511-512,555-

556].  Məhz  buna  görə  də  C.Bornoutyan  mərkəzi  Dəvəli  olan  Vedibasar  mahalına 

21 kəndin daxil olduğunu yazır [200,35]. 



Şərur  mahalı.  İrəvan  xanlığının  cənub-şərqində  yerləşən  bu  mahal 

şimaldan  Vedibasar  mahalı,  qərbdən  Araz  çayı,  cənubdan  və  cənub-  şərqdən 

Naxçıvan xanlığına aid ərazilərlə həmsərhəd idi. Şərq hissəsi Arpaçay vasitəsilə iki 

yerə  bölünürdü  [95,443,]. İ.Şopenin  siyahıyaalmasında  61 kənddən  ibarət  olan  bu 

mahalın  11  kəndi  tamamilə  dağıdılmışdı  [95,  512,555-563].  C.Bornoutyana  görə, 

mərkəzi  Əngiçə  olan  bu  mahal  50  kəndə  nəzarət  edə  bilirdi.  Arpaçay  mahalın 

bütün suvarma sistemini təmin edirdi [200,35]. 

Sürməli  mahalı.  İrəvan  xanlığının  cənub-qərb  ərazilərini  əhatə  edən  bu 

mahal  Araz  çayının  sağ  sahilində  yerləşirdi.  Mahal  şimal  və  şimal-şərqdən  Araz 

çayı ilə, qərbdən Dərəkənd - Parçenis mahalı, cənubdan onu Bayazid paşalığından 

ayıran  Ağrıdağ  silsiləsi  ilə  həmsərhəd  idi.  Əsas  suvarma  mənbəyi  Araz  çayından 

çəkilən  arxlar  olan  bu  mahalın,  İ.Şopenin  təsvirinə  görə,  78  kəndindən  28-i 

tamamilə  dağıdılmışdı  [95,  443,  512-513,  563-567].  Sürməli  İrəvan  xanlığının  ən 

sıx əhalisi olan mahalı idi. Əhalisi əsasən qoyunçuluqla məşğul idi. C.Bornoutyan 

mərkəzi  İğdır  olan  bu  mahalın  49  kəndi  əhatə  etdiyini  qeyd  edir  [200,35].  Lakin 

İ.Şopen Sürməli mahalında 50 kəndin yararlı olduğunu göstərir [Bax: 95,563-567]. 

Dərəkənd - Parçenis mahalını Hüseynəli xan Qacar Sürməli mahalından 

ayıraraq təşkil etmişdi. Bu mahal İrəvan xanlığının cənub-qərb qutaracağında, Araz 

çayının  sağ  sahilində  yerləşirdi.  Dərəkənd  -  Parçenis  mahalı  şimaldan  Səədli 

mahalı, cənub-qərbdən Osmanlı dövləti, şərqdən isə Sürməli mahalı ilə həmsərhəd 

idi.  Yeni  mahal  Bayazid  sərhədindən  Araz  çayına  doğru  uzanan  Parçeniş, 

Dərəkənd,  Parnaud  dərə  vadilərini  əhatə  edirdi.  Dağıdılmış  8  kənddən  savayı, 

Parçeniş dərəsində 26, Dərəkənd dərəsində isə 54 yararlı kənd qeydə alınmışdı [95, 

443,  513,  571-574].  Məşhur  Goğb  (Qulp)  kəndi  və  eyni  adlı  duz  mədəni  burada 

yerləşirdi. Bu kənd artıq mahal mərkəz çevrilmişdi [200, 35-36]. 

Səədli  mahalı.

*

 İrəvan xanlığının  ən kiçik  mahalı sayılan  Səədli xanlığın 



                                                           

*

  "Səədli" qədim  Uirk  tayfalarından birinin adıdır.  Azərbaycan,  Türkiyə, Gürcüstan  ərazisində  onlarca 



"Səədli"  adlı  yaşayış  məntaqələri  var.  Bütün  bu  yaşayış  məntəqələri  eyni  adlı  türk  tayfasının 


95 

 

qərb  qurtaracağında  yerləşirdi.  Arpaçay  mahalı  iki  hissəyə  ayıraraq  Araz  çayına 



qovuşurdu.  Səədli  mahalı  şimadan  Talın,  qərbdən  Osmanlı  dövləti,  cənubdan 

Dərəkənd  -  Parçenis,  şərqdən  isə  Sərdarabad  mahalı  ilə  həmsərhəd  idi.  İ.Şopen 

Səədli  mahalına  məxsus  14  kənd  qeydə  almışdır  və  bu  kəndlərdən  5-nin  artıq 

dağıldığını,  qeyd  edir  [95,  444,  513, 575-576].  Məz  buna  görə  də  C.Bornoutyan,  

əsasən, Səədli tayfasının yaşadığı Səədli mahalının mərkəzi Xeyribəyli olmaqla 9 

kəndi əhatə etdiyini qeyd edir [200, 36J. 



Talın  mahalı.  İrəvan  əyalətinin  şimal-qərbində  Alagöz  dağı  ilə  Arpaçay 

arasında  yerləşirdi.  Bu  mahal  şimaldan  Şörəyel,  qərbdən  onu  Qars  paşalığından 

ayıran  Arpaçayla,  cənubdan  Sərdarabad  və  Səədli  mahalları  ilə,  şərqdən  isə 

Seyidli-Axsaxlı mahalı ilə həmsərhəd idi. İ.Şopen Talın mahalına məxsus 47 kənd 

qeydə almışdır və bu kəndlərdən 27-nin artıq dağıldığını qeyd edir [95, 444, 513-

514, 575-576]. C.Bornoutyan Talın mahalı əhalisinin çox olmadığını və yararlı 20 

kəndin  olduğunu  qeyd  edir.  Mahalın  mərkəzi  Talından  keçən  ticarət  yolu  Tiflis 

vasitəsilə  Qara  dənizə  və  Rusiyaya  gedirdi  [200.  36].  Məşhur  Talın  karvansarası 

burada yerləşirdi [Bax: şəkil 9]. 

Seyidli-Axsaxlı  mahalı

**

İki  tayfanın  adından  götürülmüş  mahal  Talın 



mahalı sərhədlərindən başlayaraq Alagöz dağının cənub və şərq ətəkləri ilə Abaran 

mahalına  qədər  əraziləri  əhatə  edirdi.  Şimal-dan  Abaran,  qərbdən  Talın,  cənub-

qərbdən  az  bir  hissəsi  Sərdarabad-şərqdən  isə  tamamilə  Qərbibasar  mahalı  ilə 

həmsərhəd idi [95, 444]. Mərkəzi Uşi (Üşü) olan bu mahal cəmi 20 kənddən ibarət 

idi. Bunlardan 11 kənd Seyidli tayfasına, 9 kənd isə Axsaxlı tayfasına məxsus idi. 

Burada dağıdılmış kənd qeydə alınmayıb [95, 575-200. 36]. 



Sədarabad mahalı. Bu mahal İrəvan xanlığının ən böyük mahalından biri 

idi.  Sərdarabad  mahalı  Araz  çayının  şimal  sahillərində,  Sürməli  mahalının 

qarşısında yerləşirdi. Mahal şimaldan Talın, qərbdən Səədli, cənubdan onu Sürməli 

mahalından  ayıran  Araz  çayı,  sərqdən  isə  Zəngibasar  və  Qərbibasar  mahalları  ilə 

həmsərhəd  idi.  İrəvan  xanı  Hüseynəli  xan  Qacarın  göstərişi  ilə  yaradılan  bu 

mahalda Hüseynqulu xan Qacarın göstərişi ilə I8l0-cu ilə yaxın məşhur Sərdarabad 

qalası  tikildi.  Hüseynqulu  xan  Qacar  burada  yaşayırdı  [95,  255].  Mərkəzi 

Sərdarabad şəhər-qalası olan bu mahalda 30 kənd qeydə alınmışdır. Bu kəndlərdən 

8-i  dağıdılmışdı.  Qeyd  etmək  lazımdır  ki,  sonralar  bu  mahalda  yaşayan  ermənilər 

məhz Rusiya işğalından sonra buraya əsasən Bayazid paşalığından köçürülənlər idi 

                                                                                                                                      

yadigarlarıdır. XVII əsrə aid mənbədə Səədin ölkəsi kimi qeyd olunur [34, 90, 193, 485 və s.].

 

**

 Seyidli — Arsaxlı mahalının adının birinci hissəsi — "Seyidli" sözü qədim Səədlu tayfasının adı ilə 



bağlıdır.  Hətta  erməni  mənşəli  Qərb  tarixçisi  C.Bornoutyan  da  öz  əsərində  bu  sözü  Səidli  şəklində 

yazmışdır [bax: 200, 36]. Mahalın adının ikinci hissəsindəki "Axsaxlı" sözü "axsaq "topal" mənasında 

deyil.  Bu  ad  Azərbaycanm  digər  yaşayış  məntəqələri  və  yer  adlarında  qorunub  saxlanılan  qədim  Sak 

tayfalarının adı ilə bağlıdır və əvvəllər "Ağsaxlı" kimi işlənmişdir. Məsələn-Şəki - Saki, Zakatala - Sak 

talası,  Axsaxlı  —  Ağ  Saklı,  Orsak  (Arsak)  —  ər  Sak  və  s.  Bundan  əlavə,  həmin  söz  Axcah-Ağacəri 

qədim Azərbaycan Qacar tayfalarının adı ilə də bağlı ola bilər İrəvan bölgəsinin qədimdən Ağcaqoyunlu 

Qacarların vətəni olmasını mənbələrin məlumatları təsdiq edir.

 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə