12
İrəvan və Naxçıvan xanlıqları ləğv edildi və bu xanlıqların ərazisində İran və
Türkiyədən köçürülməkdə olan ermənilər üçün qondarma "Erməni vilayəti"
yaradıldı.
1
Bununla Cənubi Qafqazdakı Azərbaycan torpaqlarında, daha
doğrusu, İrəvan xanlığının ərazisində erməni dövləti yaratmaq üçün ilk addım
atıldı. Yeri gəlmişkən, 1828-ci ildə, özü də ermənilərin köçürülmə kampaniyası
başa çatdırıldıqdan sonra "Erməni vilayəti"ndə olan 1125 kəndin 1111-də ancaq
Azərbaycan türkləri yaşayırdı.
Azərbaycan xalqının qədim dövlətçilik ənənələrini və müstəqillik şüurunu
məhv etmək üçün 1840-cı ildə daha bir addım atıldı: "Erməni vilayəti" ləğv edildi
və onun ərazisində bir neçə qəza yaradıldı: İrəvan, Yeni Bayazid, Gümrü, Sürməli
və s. 1849-cu ildə isə həmin Azərbaycan torpaqlarmda yeni inzibati-ərazi vahidi -
İrəvan quberniyası yaradıldı. İrəvan quberniyasının yaradılması, əslində, Qərbi
Azərbaycan ərazisində ermənilər üçün dövlət yaradılması yolunda növbəti addım
idi. Bundan sonra ermənilərin İran və Türkiyədən İrəvan quberniyası ərazisinə,
həmçinin digər Azərbaycan torpaqlarına köçürülməsi prosesi daha da
sürətləndirildi.
Ermənilərin köçürülməsindən sonra Cənubi Qafqaz qanlı qırğınlar
dövrünə qədəm qoydu. Rusiya müstəmləkəçiləri tərəfindən silahlandırılan və
hərtərəfli müdafiə olunan erməni quldur dəstələri Azərbaycan xalqına qarşı,
ümumiyyətlə Cənubi Qafqazm türk-müsəlman əhalisinə qarşı soyqırımlarına
başladılar. Böyük dövlətlər özlərinin Cənubi Qafqazla bağlı geosiyasi planlarını
həyata keçirmək üçün ermənilərdən bir alət kimi istifadə etdilər və bunun
müqabilində onlara tarixi Azərbaycan torpaqlarında — keçmiş İrəvan və Naxçıvan
xanlıqlarının ərazisində dövlət yaratmaqdan ötrü hər cür köməklik göstərdilər.
Nəhayət, 1918-ci il mayın 29-da yenicə elan olunmuş Azərbaycan Xalq
Cümhuriyyəti hökuməti, öz xalqının iradəsini nəzərə almadan, böyük dövlətlərin
təzyiqi ilə qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı təqribən 9,5 min kv.km
torpaqla birlikdə ermənilərə güzəştə getdi. Başqa sözlə, Vətən torpağından düşmənə
pay verildi. Və pay verilmiş həmin Şimali Azэrbaycan torpağında - keçmiş İrəvan
xanlığının ərazisində erməni dövləti yaradıldı.
29 may 1918-ci il! — Bu tarix Şimali Azərbaycan ərazisində, ümumiyyətlə,
Cənubi Qafqazda tarixdə ilk dəfə erməni dövlətinin yaradıldığı gündür. Hamıya
məlum olan tarixi faktdır ki, bundan əvvəl heç zaman Cənubi Qafqaz ərazisində
ümumiyyətlə erməni dövləti olmamışdır.
Çar Rusiyası tərəfindən işğal olunmuş Azərbaycan torpağında İrəvam və
Naxçıvan xanlıqlarının ərazisində erməni vilayətinin yaradılmasından dərhal sonra
Azərbaycan tarixinin amansızcasına saxtalaşdırılmasına başlanıldı. Erməni
millətçiləri öz havadarları olan Rusiya işğalçılarının yaxından iştirakı və köməyi ilə
saxta erməni tarixi yaratmağa başladılar. Bütün arxiv sənədləri, hətta Rusiya
1
Полное собрание законов Российской империи, (ПСЗРИ) Собр. Второе, т. III. 1828, СПб., 1830.
С. 272-273; АКАК т. VII, д.437. с.487; bax: bölmə 9, sənəd 2.
13
imperiyasının Azərbaycan xanlıqları, İran və Türkiyə ilə bağladığı müqavilələrin
adları və mətnləri də saxtalaşdırıldı. Rusiya və Sovet İttifaqının ali rəhbərliyində,
dövlət və hökumət strukturlarmda mühüm mövqelər elə keçirmiş ermənilər öz
məqsədlərinə asanlıqla nail oldular. Nəticədə XIX əsrin 20-30-cu illərindən
başlayaraq Rusiya tərəfindən Cənubi Qafqaza kütləvi surətdə köçürülüb gətirilmiş
gəlmə ermənilər bu regionun "ən qədim yerli əhalisi", ata-baba torpaqları
əllərindən alınıb ermənilərə paylanmış yerli azərbaycanlılar isə "gəlmə", "köçəri
yırtıcılar" kimi qələmə verilməyə başlandı. Erməni millətçiləri bütün dünyaya
Azərbaycan və azərbaycanlılar haqqında dayanmadan saxta və qəsdən təhrif
olunmuş informasiyalar yaydılar.
Bəzi faktlara müraciət edək.
Tarixi həqiqət belədir ki, 1805-ci ildə Rusiya ilə Azərbaycan dövləti olan
Qarabağ xanlığı arasında Kürəkçay sazişi adlanan saziş bağlanmışdı. Sazişin adı
belədir: "Tpaктaт мeждy Kapaбaxcким ханом u Р
ОССИЙСКОЙ ИМПЕРИЕЙ
o
пepexoдe xaнcmвa пoд влacmв Poccии om 14
MАЯ
1805 гoдa".
1
Həmin sazişə görə,
Qarabağ xanlığı Rusiyanın himayəsini qəbul edir, Rusiya isə Qarabağ xanlığına
daxil olan torpaqların İbrahimxəlil xana, daha doğrusu, Azərbaycana məxsus
olduğunu və gələcəkdə də Qarabağ xanının varislərinə məxsus olaraq qalacağını
təsdiq edirdi.
2
Erməni tarixçiləri isə real tarixi və Kürəkçay müqaviləsini
saxtalaşdıraraq Qarabağ xanlığı ərazisinə guya ermənilərə məxsus olduğunu və
Kürəkçay müqaviləsinin də guya ermənilərlə Rusiya arasında bağlandığını iddia
cdirlər. Halbuki ermənilərin İran və Türkiyədən Azərbaycana, o cümlədən Qarabağ
xanlığının ərazisinə köçürülməsinə Kürəkçay sazişinin imzalandığı 1805-ci ildən
çox sonra — 1828-ci ildə başlanmışdı. Və gəlmə Qarabağ erməniləri 1978-ci ildə
özlərinin İrandan bura, yəni Qarabağa köçürülməsinin 150 illiyini bayram etmiş,
bu münasibətlə Dağlıq Qarabağda - Ağdərə rayonunun Marquşevan kəndində bir
xatirə abidəsi də inşa etmişdilər. 1988-ci ildə erməni separatçı-terrorçu dəstələri
"tarixi həqiqətin izini itirmək" məqsədilə ermənilərin Qarabağa gəlmə etnos
olduğunu təsdiq edən bu abidəni dağıtmışlar. Hazırda həmin abidənin qalıqları
Azərbaycan Respublikasının Ağdərə rayonu ərazisindədir.
Digər bir fakt: XIX əsrin əvvəlində Rusiya imperiyası Cənubi Qafqazı
işğal etməyə başlayanda burada heç bir erməni dövləti yox idi. Cənubi Qafqazda
Azərbaycan xanlıqları hökmranlıq edirdi. Regionda Azərbaycan xanlıqlarından
başqa bir də gürcü çarlığı vardı. O zaman indiki Ermənistan Respublikasının
yerləşdiyi ərazidə Azərbaycan dövləti olan İrəvan xanlığı yerləşirdi. Və 1826-
1828-ci illər Rusiya — İran müharibəsi başa çatdıqdan sonra, Türkmənçay
müqaviləsinə (1828) əsasən, Azərbaycanın iki xanlığı — İrəvan xanlığı və
Hətta hazırda vaxtı ilə müxtəlif internet saytlarında yerləşdirilən İrəvan xanlığına məxsus maddi-
mədəniyyət nümunələrini də saytlardan çıxarırlar.
1
AKAK n.II, sənəd 1436, s.702-705.
2
Əlavə məlumat üçün bax: Кюрекчайский договор – 200. Баку, 2005.