\
7
^
Azərbaycan xalqının m illi oyanışında və mənəvi yüksəlişində, rus
çarizminin müstəmləkə siyasətinə qarşı mübarizədə, ümumiyyətlə,
Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül tapmasında təcrübəli
hüquqşünas, görkəmli və istedadlı diplomatlardan biri Əlimərdan
bəy Ələkbər oğlu Topçubaşov müstəsna rol oynayıb.
Əlimərdan bəy Peterburq Universitetinin hüquq fakültəsini bitir
miş, Tiflis və Bakıda vəkillik fəaliyyəti ilə məşğul olmuş, 1897-ci ildə
"Kaspi” qəzetini yaradaraq 1917-ci ilin sonlarınadək onun redaktoru
kimi Azərbaycanın ictimai-siyasi mübarizə meydanında ön sıralarda
getmiş və liderlərdən birinə çevrilmişdir. 1905—1907-ci illər 1-ci rus
inqilabı dövründə Bakı Dumasının üzvü, sonralar sədri seçilmiş, Ru
siyada yaşayan müsəlmanların vahid təşkilatı - “ittifaqi-m üslinT’in
yaradılması və fəaliyyətində səmərəli iştirak etmiş, onun proqram
sənədlərini hazırlamışdır. Bu sahədə böyük rolu olduğundan Rusi
yanın Nijni-Novqorod və Sankt-Peterburq keçirilm iş dörd qurultayı
məhz onun sədrliyi ilə baş tutub. 1906-cı ildə Sankt-Peterburqda
fəaliyyət göstərən I Dövlət Dumasına üzv seçilən Topçubaşov bir çox
məsələlərin müzakirə və qəbulunda iştirak etmiş, çar hökumətinin
köçürmə və aqrar siyasətini pisləmiş, Rusiyada yaşayan azsay
lı xalqlara, o cümlədən müsəlmanlara muxtariyyət verilməsinə
tərəfdar çıxmışdır. Yüksək nüfuzuna görə Dumada onun başçılığı
ilə Rusiyanın bütün müsəlman əyalətləri deputatlarının təmsilçisi -
müsəlman fraksiyası yaradılıb.
1917-ci il Fevral inqilabı və Oktyabr çevrilişindən sonra
fəaliyyətini daha da genişləndirən Əlimərdan bəy Azərbaycanın
dövlət müstəqilliyi uğrunda qızğın mübarizə aparmışdır. Həmin ilin
martında yaradılan ictimai Təşkilatlar Şurası icraiyyə Komitəsi və
Müsəlman Milli Şurası Müvəqqəti İcraiyyə Komitəsinin sədri, Bakı
Şəhər Dumasına keçirilən seçkilərdə isə Dumanın üzvü seçilmişdir.
1918-ci ilin mart ayında Bakıda ermənilərin azərbaycanlılara qar
şı törətdiyi dəhşətli soyqırımının qarşısını almağa çalışanlardan və
“Sülh konfransı'nın iştirakçılarından biri olub.
1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan
edilməsi xalqımızın tarixində və taleyində qeyd-şərtsiz
mühüm hadisə idi. Ümummilli liderimiz Heydər Əliyevin
qeyd etdiyi kimi, “ XX əsrin əvvəllərində Azərbaycanda
m illi azadlıq hərəkatı genişləndi. Azərbaycanın demok
ratik qüvvələri, mütəfəkkir şəxsləri, siyasi xadimləri
yurdumuzun müstəqilliyi, xalqımızın azadlığı uğrunda
mübarizəyə qoşuldular. I Dünya müharibəsinin bitməsi
ilə əlaqədar dünyada baş vermiş dəyişikliklər, sosia
list inqilabı nəticəsində Rusiya imperiyasının dağılma
sı Azərbaycanda müstəqil dövlət yaratmaq üçün şərait
meydana gətirdi. Belə bir şəraitdə Azərbaycanın de
mokratik qüvvələri, siyasi xadimləri 1918-ci il may ayı
nın 28-də Azərbaycan Demokratik Respublikasını elan
etdilər” .
Azərbaycan Milli Şurasının qəbul etdiyi tarixi bəyannamə
Azərbaycan xalqının öz müqəddəratını təyin etmək, dinindən,
dilindən, irqindən asılı olmayaraq respublika ərazisində yaşayan bü
tün xalqların və m illətlərin hüquq bərabərliyinə hörmət, bütün xarici
42
Mədəniyyət. AZ / 2 • 2017
dövlətlərlə və qonşu xalqlarla dinc və əm in-
amanlıq şəraitində yaşamaq, bir-birinin su
verenliyi və ərazi bütövlüyünün gözlənilməsi
prinsiplərinə əsaslanırdı.
Şərqdə ilk demokratik respublika -
Azərbaycanın Xalq Cümhuriyyəti yaradıldığı
gündən başlayaraq qısa müddət ərzində
öz parlamenti, hökuməti, ordusu və pul
vahidinə m alik olmuş, Azərbaycanda ya
şayan bütün xalqların və siyasi partiya
ların
parlamentdə
təm silçiliyini təmin
etmiş, beynəlxalq münasibətlərin işti
rakçısına və beynəlxalq subyektinə çev
rilmişdi. Cümhuriyyəti yaradan insanlar,
xüsusən də Məhəmməd Əmin Rəsulzadə,
Əlimərdan bəy Topçubaşov, Fətəli xan
Xoyski, Nəsib bəy Yusifbəyli və başqa
görkəmli xadimlər Azərbaycanın m illi
dövlətçiliyinin xilaskarı idilər.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını böyük sevinclə
qarşılayan Əlimərdan bəy Fətəli xan Xoyskinin 1918-ci ilin iyu
nunda təşkil etdiyi ikinci hökumət kabinəsində portfelsiz nazir,
oktyabr ayında isə xarici işlər naziri vəzifəsinə təyinat alır. AXC ya
randığı gündən diplomatiyamızın inkişafına, hərtərəfli əlaqələrin
yaranmasına, dünya dövlətləri arasında Azərbaycanın hüquqlarının
müdafiəsinə və tanınmasına töhfə verən bu nüfuzlu ictim ai-siya
si xadim bütün həyatını Vətənin müstəqilliyi ideallarına həsr edib.
Azərbaycan hökumətinin Osmanlı dövləti və onun vasitəsilə Avro
pa ölkələri ilə diplomatik əlaqələr yaratması məqsədilə fövqəladə
səlahiyyətli nazir kimi istanbula göndərilib. Belə ki, 1918-ci il avqus
tun 23-də Gəncədən çıxaraq Tiflisə yola düşür və burada Gürcüstan
hökumətinin rəhbərləri və Osmanlı nümayəndəsi Əbdül Kərim paşa
ilə görüşlər keçirir. Sentyabrın 28-də istanbula gələrək oktyabrın
2-də Osmanlı sultanı VI Mehmetin qəbulunda olur. Danışıqlar za
manı qeyd edir ki, xalqının çoxsaylı istəməyənləri mövcuddur, lakin
azərbaycanlılar heç vaxt düşmənlərdən qorxmayıblar, çünki bilirlər
ki, onların böyük dostu vardır. "Dost yox, qardaş!" - deyə sultan
söhbətə başlayır və bütün türklərlə azərbaycanlıların qardaşlığını və
bu qardaşlığın əbədiliyini bildirir.
Ə.Topçubaşov sədr-əzəm Tələt paşa ilə görüşündə türk
əsgərlərinin Bakının azad edilməsində iştirakına görə hökumətin
təşəkkürünü çatdırır, Azərbaycanda və ümumiyyətlə, müsəlmanlar
arasında məzhəbçiliyin qızışdırılmasının imperializmin ənənəvi
siyasəti olduğunu göstərir və uzaqgörənliklə söyləyir ki, Ru
siyadakı hökumət də həmin siyasəti yeridir və bolşeviklər
müsəlmanlara
düşmən
münasibətlərini
Bakıda
törətdikləri
hərəkətləri ilə təsdiqləyirlər. Əlimərdan bəy danışıqlar zamanı
erməni xislətinə dərindən bələdçiliyini də nümayiş etdirir. Bildi
rir ki, bu xoş məqsədə nail olmağın böyük çətinlikləri vardır. Əgər
gürcülərlə sülh yolu ilə keçinmək mümkünsə, ermənilərlə çox
çətindir. Nə qədər ölkə varsa, onların o qədər oriyentasiyası var
dır. İstanbulda sizə öz məhəbbət və sədaqətlərini bəyan edirlər,
Berlində almanlara. Eyni zamanda Osmanlı xarici işlər naziri
Əhməd Nəsim bəy Qafqaz respublikalarının öz aralarındakı ixti
lafları aradan qaldırmağın, qarşılıqlı razılıq əsasında sərhədləri
müəyyənləşdirməyin zəruriliyini Ə.Topçubaşova söyləyərkən o,
ermənilərlə bir yerdə işləməyin qeyri-müm künlüyünü əsaslandırır
və deyir ki, onlar çox böyük iştahalarını özgələrin, ilk növbədə, bi-,
zim hesabımıza doydurmaq istəyirlər. Onlar, demək olar ki, bü
tün ölkələrin paytaxtlarında təbliğat aparıb m illətimizin öz dövlət
həyatını qurmağa qadir olmadığını və qonşu xalqlarla sülh şəraitində
yaşamağı bacarmadığına dair saxta m əlum atlar yayıb Azərbaycanın
mənafeyinə ziyan vururlar. Buna görə də mühüm Avropa paytaxt
larında nümayəndəliyimizin təsisi bizim üçün zəruridir. Hərbi nazir
Ənvər paşa ilə danışıqlar zamanı Azərbaycan ordusu üçün hərbi
kadrların hazırlanması, silah və hərbi sursat təchizatı ilə bağlı
məsələlər, xalq maarif nazirinin müavini ilə görüşdə azərbaycanlı
gənclərin Türkiyəyə oxumağa göndərilməsi məsələsi müzakirə edi
lir.
1918-ci ilin payızında I Dünya müharibəsində Almaniya, Türkiyə,
Avstriya-Macarıstan və Bolqarıstanın daxil olduğu “Dördlər ittifaqı”
məğlubiyyətə uğradı. Oktyabrın 30-da Osmanlı dövləti Mudros barı
şığının ağır şərtlərinə imza atmaq məcburiyyətində qaldı. Bu sazişin
11-ci maddəsinə görə, türk ordusu tezliklə Cənubi Azərbaycan və
Transqafqazı tərk etməli idi. Azərbaycanda olan Osmanlı dəstələrinə
1 həftədən gec olmayaraq Bakıdan, 1 aydan gec olmayaraq bütün
Azərbaycandan çıxmaq barədə ultim atum verildi. 15-ci maddəyə
görə, Türkiyə Zaqafqaziya dəmir yolu üzərində nəzarət hüququnu
“Antanta'ya verməli və müttəfiqlərin Bakını tutmasına heç bir etiraz
bildirməməli idi.
Mudros müqaviləsinə əsasən, Azərbaycan ərazisi ingi
lis qoşunlarının işğal zonasına daxil edilmişdi. Odur ki
Əlimərdan bəy oktyabrın 31-də İstanbuldan baş nazir
Fətəli xan Xoyskiyə yazdığı məktubunda təcili surətdə
Rəşt və Ənzəlidə olan ingilislərlə danışığa girməyi və
Milli Şuranın çağırılmasını məsləhət gördü.
Mədəniyyət.AZ / 2 • 2017
43
Türkiyədə ola-ola belə məsuliyyətli bir vəzifəyə seçilmişdi.
Parlamentin ilk tədbirlərindən biri Paris sülh konfransı
na səlahiyyətli nümayəndə heyəti göndərməkdən ibarət idi.
Nümayəndə heyəti qarşısında Azərbaycanın istiqlaliyyətinin
Avropa ölkələri tərəfindən tanınması kimi tarixi vəzifə du
rurdu. Dekabrın 28-də parlamentin seçdiyi nümayəndə
heyətinin tərkibinə Ə.Topçubaşov (sədr), M.H. Hacınski (müa
vin), Ə.Şeyxülislamov, Ə.Ağayev, M.Məhərrəmov, C.Hacıbəyov
və M.Mehdiyev daxil oldu.
1919-cu il yanvarın 20-də Paris sülh konfransında iştirak
edəcək nümayəndə heyəti istanbula gəldi. Burada yanvarın
ilk günlərindən başlayaraq Azərbaycan nümayəndələri gələnə
qədər Əlimərdan bəy çox mühüm işlər görmüşdü. 0, istanbulda
olan m üttəfiqlər və neytral ölkə nümayəndələri ilə görüşmüş,
Mudros sazişi ilə bağlı ADR-in etiraz notasını təqdim etmiş,
Amerika diplomatik nümayəndəsi Naesk ilə görüşündə pezident
V.Vİlsonun “on dörd sülh prinsipi'nin Azərbaycana şamil olunma
sını, respublikanın istiqlaliyyətinin ABŞ tərəfindən tanınmasına
köm əklik göstərilməsini xahiş etmişdi.
Bu çağırışa cavab olaraq Nəsib bəy Yusifbəyli, Əhməd bəy Ağayev
və M.Rəfiyevdən ibarət nümayəndə heyəti noyabrın əvvəlində Böyük
Britaniyanın Şimali iran ordusunun komandanlığı ilə görüşmək üçün
Ənzəliyə yola düşdü.
1918-ci il noyabrın 17-də generalTomsonun başçılığı ilə ingilis qo
şunları Bakıya daxil oldu. Ümumiyyətlə, noyabr ayından başlayaraq
dünya savaşının nəticələrini təsbit etmək, qalib ölkələrin qələbəsini
rəsmiləşdirmək, müharibədən sonrakı vəziyyəti tənzimləmək və
mübahisəli məsələləri həll etmək üçün beynəlxalq sülh konfransı
na ciddi hazırlıq gedirdi. Versal sülh konfransının əsas təşkilatçıları
I Dünya müharibəsində qələbə çalmış “Antanta” blokuna daxil olan
Fransa, İngiltərə, ABŞ, İtaliya və Yaponiya idi.
Azərbaycanın hökumət nümayəndələri hələ 1918-ci ilin noyabrın
da Ənzəlidə müttəfiq qoşunların baş komandanı general V.Tomsonla
danışıqlar zamanı Azərbaycanın beynəlxalq sülh konfransında işti
rakına təm inat almışdılar. Əlimərdan bəy Paris sülh konfransında
etimad qazanmaq üçün Qafqaz, yaxud Transqafqaz konfederativ
nümayəndəliyi yaratmağı təklif edib yazırdı ki, bu hələlik yeganə
çıxış yoludur. Topçubaşovun uzaqgörən məsləhəti ilə noyabrın 16-
da Azərbaycan Milli Şurası 5 aylıq fasilədən sonra Bakıda yenidən
fəaliyyətə başladı və noyabrın 19-da keçirdiyi ikinci iclasında
Azərbaycan parlamentinin yaradılması haqqında qanun qəbul etdi.
1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan parlamentinin açılışı
oldu. Bu, ölkənin istər daxili və istərsə də beynəlxalq həyatında çox
mühüm hadisələrdən idi. Parlamentin açılışında 120 deputatdan 96-
sı iştirak edirdi. Ciddi müzakirələrdən sonra Türkiyədəki diplomatik
nümayəndəliyin rəhbəri Əlimərdan bəy Topçubaşov parlamentin
sədri, Həsən bəy Ağayev sədrin birinci müavini, Rəhim bəy Vəkilov
isə katib seçildi. Heç bir partiyanın üzvü olmayan Əlimərdan bəy
dövrünün görkəmli siyasi xadimi, diplomatı, geniş dünyagörüşünə
m alik demokratik ruhlu ziyalısı kimi, həmçinin dünyaya baxışı,
hadisələrə hərtərəfli və obyektiv qiymət verməsi səbəbindən özü
1919-cu il aprelin 22-də Azərbaycan nümayəndə
heyəti Topçubaşovun rəhbərliyi ilə Parisə yola düş
dü. Mayın əvvəllərində Parisə gələn Azərbaycan
nümayəndələri 1 ay ərzində ABŞ, İngiltərə, İran, Pol
şa və digər ölkələrin nümayəndə heyətləri ilə icti
mai-siyasi vəziyyətlə əlaqədar danışıqlar apardı.
Həmin vaxt ərzində nümayəndə heyətimizin ən başlıca
müvəffəqiyyətlərindən biri dövrünün görkəmli siyasi
xadimi, ABŞ prezidenti Vudro Vilsonla görüş idi.
Mayın 2-də Vilsonun təşəbbüsü ilə ilk dəfə Azərbaycan məsələsi
ABŞ, Böyük Britaniya, Fransa və İtaliya hökumət başçılarından
ibarət Dördlər Şurasının iclasında müzakirə edildi. Vilson bildirdi
ki, Azərbaycan nümayəndələri Versal sülh konfransına buraxılsın
lar və Ə.Topçubaşov nümayəndə heyətinin başçısı kimi tanınmalı
dır. Nümayəndə heyətimizin ən əhəmiyyətli təbliğat işlərindən biri
Topçubaşov, Ə.Ağayev və C.HacıbəyÜ tərəfindən hazırlanmış "Qafqaz
Azərbaycanı Respublikası nümayəndələrinin Paris sülh memoran
dumu" adlı U bölmədən ibarət nisbətən böyük həcmdə sənədin
yenidən işlənib böyük tirajla fransız və ingilis dillərində çap edilərək
diplomatik nümayəndəliklər və əlaqədar şəxslər arasında yayılması
idi.
1919-cu il mayın 28-də - istiqlal günü V.Vİlson Azərbaycan
nümayəndə heyətini qəbul etdi. Topçubaşov ABŞ prezidentinə
Azərbaycanın, o cümlədən Qafqazın siyasi-iqtisadi vəziyyəti,
azərbaycanlılar haqqında ətraflı məlumat, həmçinin Paris sülh konf
ransına təqdim ediləcək 3 maddədən ibarət memorandumu verdi.
Təqdim olunmuş memorandumda AXC-nin yaranma tarixi, onun
1 illik inkişaf yolu, istiqlal savaşında verdiyi qurbanlardan danışı
lır və göstərilirdi ki, bu yolda Azərbaycanın 2 şəhəri və 500 kəndi
dağılmış, xalq 100 mindən 150 minə qədər qurban vermişdir. Daha
sonra Azərbaycanın istiqlaliyyətinin tanınması, Vilson prinsiplərinin
44
Mədəniyyət.AZ / 2 • 2017
ölkəmizə aid edilməsi, M illətlər Cəmiyyətinə qəbul, ABŞ-
ın hərbi sahədə yardımı və digər məsələlərdə köm əklik
göstərilməsi xahiş edilirdi. Bütün bunlara baxmayaraq ABŞ
prezidenti heyəti soyuq qarşılamış, sülh konfransının dün
yanı kiçik hissələrə parçalamaq niyyətində olmadığını
bildirdikdən sonra nümayəndələrə konfederasiya ideyasını
müdafiə etməyi məsləhət görmüş, M illətlər Cəmiyyətinin
mandatı ilə böyük dövlətlərdən birinin bu konfederasiyaya
• qəyyumluğunun real çıxış yolu olduğunu demişdi.
1920-ci il yanvarın 11-də lord Kerzonun təklifi ilə Pa
ris konfransının Ali Şurası Azərbaycan və Gürcüstanın
istiqlaliyyətinin de-fakto tanınması haqqında yekdilliklə
qərar qəbul etdi. Yanvarın
15-də isə Azərbaycan
nümayəndələri Topçubaşov və M.Məhərrəmov, Gürcüstan
nümayəndələrindən İ.Sereteli və Z.Avalov Fransa Xarici
işlər Nazirliyinə dəvət edildilər. Nazirliyin birinci katibi Jül
Kambon Azərbaycanın yanvarın 11 -də Ali Şura üzvləri və
müttəfiq dövlətlər tərəfindən de-fakto tanındığını bildirdi
və Topçubaşova Paris sülh konfransının rəsmi sənədini təqdim etdi.
AXC-nin dünyanın böyük dövlətləri tərəfindən tanınması
Ə.Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndəliyinin
diplomatik fəaliyyətinin uğurlu nəticəsi idi. Bu da respublika
nın gələcəkdə geniş beynəlxalq əməkdaşlığa daxil olması, dünya
siyasətini müəyyən edən ölkələr tərəfindən de-yure tanınması və
dünya birliyinin bərabərhüquqlu üzvü kimi hərtərəfli diplomatik
əlaqələrə girməsi üçün əlverişli im kanlar açırdı.
Böyük çətinliklər və məhrumiyyətlər hesabına qazanılmış qələbə
münasibətilə Topçubaşov Parisdən Azərbaycan hökumətinin baş
çısı N.Yusifbəyliyə yazırdı ki, siyasət qədər dəyişkən və elastik heç
nə yoxdur. Elə buna görə də onun qabarması və çəkilməsi həmişə
gözlənilməzdir. Biz xalqımızın istiqlaliyyət əldə edəcəyinə inanırıq.
istiqlaliyyətin tanınmasından üç gün sonra - yanvarın U -d ə
Azərbaycan parlamentinin təntənəli iclası keçirildi. Həmin gün
Azərbaycanda istirahət günü elan olundu. Yanvarın 19-da isə
Azərbaycan və Gürcüstanın rəsmi nümayəndələri Paris konfransı
nın Ali Şurasının iclasına dəvət edildilər, iclasda müzakirəyə çıxa
rılan məsələlərin əksəriyyəti Zaqafqaziyanın müdafiəsi ilə bağlı idi.
Bu dövlətləri tanımaqla “Antanta” xarici təcavüzdən qorumaq üçün
öz üzərinə təəhhüdlər götürür və onların hərbi sahədə ehtiyaclarını
bildirmələri təklif olunurdu. Əlimərdan bəyin təcili məlumatından
sonra Azərbaycan hökumətinin rəsmi memorandumu Ali Şuraya
təqdim edildi.
Azərbaycanın
istiqlaliyyətinin tanınmasından
son
ra Versaldakı nümayəndə heyətinin fəaliyyəti daha da
genişləndi. Sülh konfransının rəsmən yanvarın 21 -də
başa çatmasına baxmayaraq Azərbaycan nümayəndə
heyəti hələ bir müddət Avropada öz missiyasını yerinə
yetirməkdə davam etdi. Azərbaycan nümayəndələri
1920-ci ilin fevral-m art aylarında keçirilmiş London və
aprel ayında keçirilmiş San-Remo konfransına qatıldı
lar.
Müstəqilliyin elanı beynəlxalq aləmdə ona olan marağın artm a
sına təkan verdi. Belçika, İsveçrə, Hollandiya, Çexiya və Slovakiya
Bakıda öz konsulluqlarını açdı. Bundan başqa, Azərbaycanda 20-dən
çox ölkənin - Böyük Britaniya, Fransa, İtaliya, ABŞ, Polşa, Rumıni
ya, Latviya, Litva və digər ölkələrin diplomatik missiyaları fəaliyyət
göstərməyə başladı.
San-Remo
konfransı
Qafqaz
respublikaları
üçün
yaxşı
perspektivlər aça bilərdi. Lakin müttəfiqlərin bütün cəhdlərinə
rəğmən, ermənilərin destruktiv mövqeyi ucbatından bu respublika
lar öz aralarındakı mübahisəli məsələləri aradan qaldıra bilmədilər.
1920-ci il 28 aprel çevrilişi ərəfəsində beynəlxalq aləmdə AXC-nin
tam təcrid olunması aradan qaldırılmışdı. Müstəqil Azərbaycanın dip
lomatik cəhətdən geniş tanınması və hərtərəfli beynəlxalq əlaqələr
sisteminə daxil olması prosesi başlamışdı. Lakin Azərbaycanın
Rusiya tərəfindən işğalı və bolşeviklərin hakimiyyəti ələ keçirməsi
ölkənin ərazi bütövlüyünün tam təmin edilməsini başa çatdırmağa
imkan vermədi. Bununla da Azərbaycan Xalq Cümhuriyyəti devrildi.
Cümhuriyyət az yaşasa da, xalqımızda azadlıq, müstəqillik
fikirlərini daha da gücləndirmiş oldu və həyata keçirilən tədbirlər
m illi dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynadı. Belə
ki, 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyətinin topladığı tarixi
təcrübə, əsasını qoyduğu demokratiya, demokratik dövlət quruculu
ğu bu gün onun hüquqi və mənəvi varisi olan Azərbaycan Respubli
kasında dönmədən həyata keçirilir və uğurla inkişaf etdirilir.
Azərbaycan Xalq Cümhuriyyətinin banilərinin, xalqına sədaqətlə
xidmət etmiş belə şəxsiyyətlərin, xüsusilə haqqında söhbət açdı
ğımız Əlimərdan bəy Topçubaşovun misilsiz xidmətləri müstəqil
Azərbaycan Respublikasında dərin minnətdarlıq hissi ilə xatırlanır.❖
Əli Cəfəroğlu,
Ağstafa rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi
Mədəniyyət.AZ / 2 • 2017
45
Dostları ilə paylaş: |