Azərbaycan xalqının tarixinə qanlı Yanvar faciəsi kimi da



Yüklə 207,56 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix12.03.2018
ölçüsü207,56 Kb.
#31257
1   2   3   4   5

MƏRKƏZİ KLİNİKA

BÜLLETEN-3 | YANVAR 2015

2

Son  illər  dünya  ölkələrində  səhiyyə  sistemi  sürətlə 



in¬kişaf  edir.  Ümumdünya  Səhiyyə  Təşkilatının  rəyinə 

görə  səhiyyədə  tibbi  texnika  və  texnologiyalar  ən  çoxu 

dörd ildən bir yeni, daha inkişaf etmiş nəsillərlə əvəz olu-

nur.  Bu  da  nəticə  etibarilə  bütün  səhiyyə  sistemini,  tibbi 

biliklərin, kadrların, dərman vasitələrinin inkişafına səbəb 

olur.  Bu  inkişaf  tendensiyası  Azərbaycan  Respublika-

sından  da  yan  keçməmişdir.  Son  illər  bir-birinin  ardınca 

istifadəyə verilən və ən son tibbi texnika və texnologiya-

larla təmin olunmuş dövlət və özəl tibb müəssisələri bu-

nun əyani sübutudur. Artıq bundan sonra əsas məsələ xal-

qımıza beynəlxalq standartlara uyğun və keyfiyyətli tibbi 

xidmət  göstərməkdən  ibarət  olmalıdır.  Lakin  çox  təəssüf 

hissi ilə söyləmək lazımdır ki, potensial imkanı olan və ya 

olmayan  tibb  müəssisələrinin  hər  biri  beynəlxalq  stan-

dartlara uyğun tibbi xidmət göstərdiklərini iddia edərək, 

sanki  "beynəlxalq  standartlar"  məfhumunu  istismar 

edir,  yanlış  informasiya¬lar  əsasında  vətəndaşlarımızda 

çaşqınlıq  yaradırlar.  Belə  bir  vəziyyətdə  Mərkəzi  Klinika 

ölkəmizə  tibb  sahəsində  beynəlxalq  standartları  tətbiq 

edən ilk iri özəl tibb müəssisəsi kimi xalqımızın bu sahədə 

maarifləndirilməsini özünə borc bilir. 

Tibbdə  “beynəlxalq  standart”lar  tibbi  xidmətin  və  bu 

xidməti  təqdim  etmək  üçün  təşkilati-texniki  prosesin  bu 

günədək  dünyada  əldə  olunmuş  və  sınaqdan  keçirilmiş 

ən  son  nailiyyət  və  göstəriciləridir.  Hazırda  ən  etibarlı 

standartlar ABŞ səhiyyə müəssisələri tərəfindən əsası qo-

yulmuş  və  əksər  dünya  ölkələrinin  səhiyyə  müəssisələri 

tərəfindən  qəbul  edilmiş  Joint  Commision  International 

(JCI) standartlarıdır. 

Tibb sahəsində əsas beynəlxalq standartlardan biri tib-

bi xidmətin etibarlılığı və təhlükəsizliyidır. Mərkəzi Klinika 

fəaliyyət göstərdiyi müddət ərzində bu standartlara əməl 

edərək xalqımızın yüksək inam və etibarını qazanmışdır. Bu 

etibarı qorumaq üçün aşağıdakı məsələlərə xüsusi diqqət 

yetirilir: 

•   Beynəlxalq  standartlara  görə  etibarlı  və  təhlükəsiz 

tibbi  xidmət  göstərmək  üçün  səhiyyə  müəssisəsində, 

xüsusən  də  stasionar  müalicə  nəzərdə  tutulan 

müəssisələrdə reanimasiya, əməliyyatxana, tibbi diaq-

nostika, sterilizasiya və təcili yardım sahələrinin olması 

mütləq şərtdir. Mərkəzi Klinikada 146 stasionar çarpayı 

mövcuddur. Buna müvafiq olaraq 19 çarpayılıq reani-

masiyası, 9 əməliyyat otağı, sterilizasiya, laboratoriya, 

şüa  diaqnostika  və  5  çarpayılıq  təcili  yardım  şöbəsi 

fəaliyyət göstərir ki, bu da etibarlı və təhlükəsiz tibbi 

xidmət verilməsinə imkan verir. 

•   Etibarlı  və  təhlükəsiz  tibbi  xidmət  üçün  xəstələrin 

şəxsiyyətini bildirən informasiyaların düzgünlüyü həyati 

əhəmiyyət daşıyır. Bu məqsədlə şəxsiyyəti bildirən ən 

azı iki məlumat birlikdə istifadə edilir və bu məlumatlar 

xəstələrin biləklərinə keçirilən bilərziklərə (kişilər üçün 

mavi, qadınlar üçün narıncı rəngli) qeyd edilir. 

•   Etibarlı və təhlükəsiz tibbi xidmətlərin göstərilməsində 

standartlardan  biri  də  xidmətin  fasiləsiz  xarakterli  ol-

masıdır. Bu məqsədlə:

-  Xəstə fasiləsiz tibbi xidmət almaq üçün xidmət prose-

sinin  bütün  mərhələlərində  tək  bir  həkimin  (müalicə 

həkiminin)  məsuliyyəti  və  cavabdehliyi  altında  olur. 

Müalicə  zərurəti  yaranarsa,  xəstə  başqa  həkimin 

cavabdehliyinə  keçirilə  bilər.  Ancaq  xidmətin  heç  bir 

mərhələsində bu cavabdehlik zənciri kəsilə bilməz.

-  Növbə  dəyişmələrində,  xəstənin  başqa  bir  şöbəyə 

köçürülməsində təhvil verən heyət təhvil alan heyətə 

xəstənin  vəziyyəti  və  müalicə  barədə  ətraflı  məlumat 

verir, təhvil-təslim mütləq yazılı şəkildə həyata keçirilir. 

-  Xəstəxanada tibbi təyinatlar ancaq yazılı şəkildə həyata 

keçirilir.  Şifahi  təyinatlara  yalnız  təcili  hallarda,  başqa 

seçim olmadıqda yol verilir. Lakin 12 saatdan gec olma-

maqla verilmiş şifahi təyinat yazılı olaraq təsdiqlədilir. 

•   Yüksək risk qrupuna daxil olan dərmanların xəstə otaq-

larında və nəzarətsiz yerlərdə olmasına imkan verilmir. 

Narkotik və psixotrop dərmanlar xəstəyə xüsusi icazə 

ilə istifadə olunur. Boş ampulalar isə, xüsusi komissiya 

tərəfindən sayılaraq məhv edilir. 

•   Tibbi  xidmət  planlaşdırılan  xəstəyə  məhz  həmin 

xidmətin icra edilməsinin doğruluğunun təsdiq edilməsi 

üçün səmərəli prosedur tətbiq edilir. Bu məqsədlə tib-

bi  müdaxilələrdən  əvvəl  xəstənin  əməliyyata  razılıq 

sənədləri  yoxlanılır,  xəstəyə  doğru  nahiyədən,  doğru 

müdaxilənin  təmin  edilməsi  üçün  Kritik  Fasilə  (Time–

Out)  praktikası  tətbiq  edilir.  Bu  zaman  xəstənin  özü-

nün iştirakı ilə sənəd nömrəsi, adı, soyadı, atasının adı, 

tətbiq  ediləcək  tibbi  müdaxilə,  nahiyəsi  və  işarənin 

yeri  bütün  cərrahi  və  ya  müdaxilə  qrupu  tərəfindən 

təkrarlanaraq bir daha təsdiq edilir. 

•   İnfeksiyalara  nəzarət,  xüsusən  də  xəstəxana  mənşəli 

infeksiyaların azaldılması mühüm əhəmiyyət kəsb edir. 

Bunun  üçün  xəstəxanada  fəaliyyət  göstərən  “İnfek-

siya  nəzarət  komissiyası”  xüsusi  proqram  hazırlamış, 

xəstəxana və xüsusi sahələr (əməliyyatxana, reanima-

siya,  laboratoriya  və  s.)  gündəlik  nəzarətdə  saxlanı-

lır, böyük imkanlara malik sterilizasiya bloku fəaliyyət 

göstərir. 

•  Tibbi xidmət zamanı yol verilmiş səhvin ( xətanın) aş-

karlanması  və  bildirilməsi  də  xəstə  təhlükəsizliyini 

təmin edən mühüm standartlardandır. Bu cür xətaların 

dərhal  bildirilməsi  onların  nəticəsinin  ağırlaşmadan 

qarşısını almaq üçün həyati əhəmiyyət daşıyır.

•  Tibbi  xidmətdə  beynəlxalq  standartlardan  biri  də 

xəstə  və  yaxınlarının  hüquqlarının  təmin  edilməsidir. 

“Müəssisə,  xəstəyə  qulluq  (xidmət)  dövründə,  xəstə 

və ailəsinin hüquqlarını təmin edən və müdafiə edən 

amilləri nəzərə almalı və buna imkan yaratmalıdır” (JCI, 

2003:  25).  Mərkəzi  Klinikada  bu  hüquqlar  aşağıdakı 

kimi təmin olunur:

•  Xəstə və yaxınlarının dəyər və inanclarına hörmət, tib-

bi xidmətdə seçim azadlığı və gizlilik, narazı xəstələrin 

şikayət etmə kimi hüquqlarına xüsusilə həssaslıqla ya-

naşılır. 

•  Tibbi  xidmət,  xüsusən  də  yüksək  riskli  müdaxilələr 

(cərrahi,  invaziv  və  s.)  tətbiq  olunacaq  xəstələrə 

xidmətin mahiyyəti, nəticələri, xidməti həyata keçirəcək 

personal barədə ətraflı məlumat verilir, bundan sonra 

onlara  müvafiq  razılıq  formaları  imzalatdırılır.  Həmin 

xidmətlər yalnız bundan sonra icra olunur. 

•  Tibbi  xidmət  zərurəti  ilə  əlaqədar,  xəstənin  özünə  və 

ətrafdakılara  zərər  verməsinin  qarşısını  almaq  üçün 

başqa seçim olmadıqda hərəkət məhdudiyyətləri (bağ-

lama, otağa qapatma və s.) tətbiq olunur. 

Keyfiyyətli  tibbi  xidmətin  nəticəsi  birbaşa  xəstənin 

dəyərləndirilmə  mərhələsindən  asılıdır.  JCI  təşkilatının 

bu  standartı  “Qurumun,  bütün  xəstələrə  göstəriləcək 

xidmət  üçün  tətbiq  etdiyi,  xəstələrin  ehtiyaclarına  görə 

hazırlanmış və meyarları əvvəlcədən müəyyən edilmiş bir 

dəyərləndirmə  proseduru  olmalıdır”  şəklində  ifadə  edilir 

(JCI, 2003: 42). Xəstəxanamızda xəstələrin dəyərləndirilməsi 

zamanı  ilk  olaraq  onların  fiziki,  psixoloji,  sosial  vəziyyəti, 

tərcümeyi-halı və xəstəliyi ilə əlaqədar məlumat toplanılır, 

analiz edilir, bundan sonra müalicə və qulluq planı hazırla-

nır (JCI, 2003: 41). Xəstələrə ilkin və yenidən dəyərləndirmə 

əsasında diaqnoz qoyulur. Stasionar şəraitdə müalicə alan 

hər bir xəstə 24 saatda bir dəfədən az olmayaraq müalicə 

həkimi tərəfindən dəyərləndirilir. 

Müasir  tibbi  xidmətin  əsaslarından  birini  də  xəstəyə 

qulluq standartları təşkil edır. Bu sahədə JCI standartı bu 

cür  ifadə  olunur:  “Siyasət,  prosedur  və  təlimatlar  bütün 

xəstələrə eyni tipli qulluq göstərilməsinə imkan verməlidir”. 

Mərkəzi Klinikada bu standart aşağıdakı kimi təmin edilir: 

•  Tibbi diaqnoz və ehtiyacları eyni olan xəstələr fasiləsiz 

olaraq eyni səviyyədə tibbi xidmət alır. Hər bir xəstənin 

fiziki müayinə, qiymətləndirmə və analiz nəticələlərinə 

əsaslanan müalicə və qulluq planı olur. 

•  Xəstə  üçün  risk  daşıyan  müdaxilələr  (cərrahi,  aneste-

ziya  və  s.)  zamanı  mütləq  surətdə  yazılı  razılıq  alınır, 

müdaxilədən əvvəl isə xəstədən təkrar şifahi razılıq alı-

nır. 


•  Xəstənin ağrı vəziyyəti, ilk klinik dəyərləndirilməsində 

qüvvədə olan ağrı skalaları əsasında dəyərləndirilir. 

•  Dərman  təyinatlarında  xəstə  təhlükəsizliyi,  dərman 

xətalarının  azaldılması  və  müalicəyə  müvafiq  dərman 

dozalarının  istifadəsinə  yönəlmiş  sistem  tətbiq  edilir. 

Bu sistem elektron qeydiyyatı da özündə əks etdirir.

•  Xəstə  evə  yazıldıqda  müalicənin  davamı  və  bitməsi, 

habelə  rahat  və  sağlam  həyat  tərzi  keçirməsi  üçün 

təlimatlandırılır. Bu barədə JCI standartı: “Təlim, xəstə 

və  ailəsinin  qulluqda  və  qulluqla  əlaqədar  qərarlarda 

iştirakını  təmin  etməlidir”  kimi  ifadə  edilir  (JCI,  2003: 

92).  Mərkəzi  Klinikada  təlimatlandırma  hər  bir  xəstə 

üçün müalicə planına müvafiq şəkildə aparılaraq xəstə 

və xəstə yaxınlarını tibbi xidmətin iştirakçısına çevirmək 

məqsədini daşıyır. 

Göründüyü kimi, yuxarıda qeyd olunan standartlara və 

imkanlara malik olmayan səhiyyə müəssisələrinin beynəlxalq 

standartlara cavab verən tibbi xidmətlər göstərməsi müm-

kün deyil. Belə müəssisələrdə müalicə alan xəstələrin həyatı 

ciddi  təhlükə  altındadır.  Unutmayaq  ki,  insan  sağlamlığı 

səhvləri bağışlamır, adi bir səhv Sizin həyatınızı itirməniz və 

ya ömürlük şikəstliyinizlə nəticələnə bilər.  



N.Yusifov

MK baş həkimi, ürək-damar 

cərrahı, t.e.d., Dr. Kamran Musayev 

8-13 dekabr 2014-cü il tarixdə 

Almaniyanın Berlin şəhərində 

"Minimal invaziv ürək cərrahiyyəsi" 

kursunda iştirak etmişdir. 

MK baş həkimin müavini, ümumi 

cərrah, t.e.n., Dr. Zaur Xəlilov 3-9 

dekabr 2014-cü il tarixdə Fransanın 

Strasburq şəhərində "Endoluminal və 

Laparoskopik, Bariatrik və Metabolik 

Cərrahiyyə" kursunda iştirak etmişdir. 

Urologiya şöbəsinin müdiri Dr. 

Elbəyi Daşdəmirli 7-15 dekabr 

2014-cü il tarixdə Fransanın Stras-

burq şəhərində İRCAD İnstitutunun 

"Urological Laparoscopic Surgery 

İntensive" kursunda iştirak etmişdir. 

Məqsədimiz - beynəlxalq standartlara uyğun 

tibbi xidmət göstərməkdir

Həkimlərimiz beynəlxalq konfrans və kurslarda



Yüklə 207,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə