Azərbaycan xalqının tarixinə qanlı Yanvar faciəsi kimi da



Yüklə 207,56 Kb.
Pdf görüntüsü
səhifə4/5
tarix12.03.2018
ölçüsü207,56 Kb.
#31257
1   2   3   4   5

Qasımova  Səbinə  Sərməs  qızı  2  fevral  1981-ci  ildə 

Zəngilan  rayonunda  anadan  olmuşdur.  1999-cu  ildə 

Azərbaycan  Tibb  Universitetinə    daxil  olmuş,  2005  ci 

ildə həmin universiteti bitirmişdir. 2005-2006-cı illərdə 

3  saylı  klinik  xəstəxanada  anestezioloq-reanimatoloq 

ixtisası üzrə internatura keçmişdir. 2006-cı ildə Türkiyə 

Cümhuriyyəti  Ankara  şəhəri,  Gülhanə  Tibb  Akademi-

yasında  6  aylıq  nefrologiya,  2008-2009-cu  ildə  Anka-

ra  şəhəri  Bayandır  xəstəxanasında  Anesteziologiya  və 

reanimasiya, 2009-2010-cu illərdə İstanbul şəhəri, Şiş-

li  Eftal  Eğitim  Araşdırma  xəstəxanasında  hemodializ 

kursu  üzrə,  2010-cu  ildə  isə  Akademik  M.Mirqasımov 

adına  həkimləri  təkmilləşdirmə  institutunda  nefrolo-

giya  ixtisası  üzrə  kurslar  keçib.  2011-2012-ci  illərdə 

İstanbul  Universiteti,  Tibb  fakültəsi    Daxili  xəstəliklər 

kafedrasının  nefrologiya  ana  bilim  dalında  nefroloji 

xəstələrlə işləmə, müayinə, müalicə üsulları, böyrək bi-

opsiyası, periton dializi, periton kateteri və qalıcı hemodializ kateterlərin qoyulması 

istiqamətində təkmilləşmişdir. 

S.Qasımova  2012-2013-cü  illərdə  Antalya  şəhəri,  Akdeniz  Universitetində  Orqan 

Nəqli Eğitim Araşdırma və Uygulama Mərkəzində 6000-ə qədər böyrək transplanta-

siyası  olunan xəstənin əməliyyat öncəsi  və sonrası  təqibi, son müalicə protokolları, 

həmçinin  müxtəlif  təcili  hallarda  müdaxilələr  üzrə  təkmilləşmişdir.  Hər  il  mütəmadi 

olaraq  müxtəlif  elmi  konqreslərdə  iştirak  edir.  İxtisası  üzrə  iştirak  etdiyi  konfranslar 

arasında Avropa Nefroloji Dializ və Transplantasiya Konqresi, Uluslarası Türk Nefroloji 

Hipertansiyon və Transplantasiya Konqresi xüsusi əhəmiyyət daşıyır.

Türk Nefroloji Dərnəyi, Orqan Nəqli Kuruluşları Kordinasiyon Dərnəyi, Türk Dahili 

və Cərrahi Yoğun Bakım Dərnəyinin üzvüdür.  2007-ci ildən etibarən Mərkəzi Klinikada 

nefro-reanimatoloq kimi fəaliyyət göstərir.

Nadirov  Tariyel  26  iyul  1982-ci  ildə  anadan  olmuş-

dur.  2000-ci  ildə  Azərbaycan  Tibb  Universitetinə  daxil 

olmuş,  2006-cı  ildə  həmin  universiteti  bitirmişdir.  2006-

2007-ci  illərdə  Musa  Nağıyev  adına  Təcili  Tibbi  Yardım 

Xəstəxanasında  cərrahiyyə  ixtisası  üzrə  internatura  kursu 

keçmişdir.

2007-ci ildə T.Nadirov  Mərkəzi Klinikada həkim-cərrah 

kimi fəaliyyətə başlamışdır. 

2012-2013-cü  illərdə  Türkiyə  Cümhuriyyətində  orqan 

transplantasiyası  üzrə  yüksək  ad  qazanmış  klinikalardan 

olan Ağdəniz Universitetinin Orqan Nəqli Klinikasında or-

qan transplantasiyası təhsili almışdır. Həmin dövrdə 150-yə 

yaxın  böyrək  köçürülməsində  iştirak  etmiş,  bu  xəstələrin 

əməliyyatdan əvvəl və sonrakı təqiblərini öyrənmişdir. Or-

qan köçürülən xəstələrin 30-nu operator doktor olaraq icra 

etmişdir. 

Tariyel  Nadirov  Azərbaycana  qayıtdıqdan  sonra  ilk 

böyrək transplantasiyasını 2013-cü ilin iyun ayında uğurla həyata keçirmiş və həmin ildə 

yenidən Mərkəzi Klinikada fəaliyyətini  davam etdirməyə başlamışdır.

2014-cü  ildə  Türkiyə  Cümhuriyyəti  Ege  Universitetində  Ümumi  Cərrahiyyə  Klinikasın-

da Hepatobliar və Orqan transplantasiyası şöbəsində ixtisasartırma kursu keçmişdir. Burada 

təhsil aldığı dövrdə qaraciyər, öd yolları, mədəaltı vəzdə aparılan ən ağır əməliyyatlarda iştirak 

edərək bu əməliyyatların ən müasir üsullarla aparılma qaydalarını öyrənmişdir. Eyni zamanda 

canlıdan və meyiddən qaraciyər transplantasiyası əməliyyatlarında aktiv iştirak edərək, orqan 

transplantasiyasındakı  müasir  biliklərə  yiyələnmişdir.  Həmin  müddətdə  Türkiyənin  müxtəlif 

şəhərlərində keçirilən konqres və simpoziumlara qatılmışdır. İzmirdə keçirilən "Öd yolları yara-

lanmalarına müasir yanaşma" simpoziumunda çıxış etmişdir.

T.Nadirov 2015-ci ildən Mərkəzi Klinikada  mütəxəssis həkim-cərrah olaraq fəaliyyətini 

davam etdirməkdədir.  



MƏRKƏZİ KLİNİKA

BÜLLETEN-3 | YANVAR 2015

4

Azərbaycanın  görkəmli  dövlət  xadimi,  tibb  elmləri 



doktoru,  professor  Əziz  Məmmədkərim  oğlu  Əliyev 

1897-ci  il  yanvar  ayının  1-də  İrəvan  quberniyasının 

Hamamlı  kəndində  anadan  olmuşdur.  Əziz  Əliyev  8 

yaşında  rus-tatar  məktəbinə  daxil  olmuş  və 

orada ibtidai təhsil almışdır. 1908-ci ildə 

o  İrəvandakı  gimnaziyaya  daxil  olur, 

1917-ci  ildə  buranı  bütün  fənlər 

üzrə əla qiymətlərlə bitirir. Mad-

di  cəhətdən  təhsilini  davam 

etdirmək  üçün  məktubla 

Bakı  milyonçusu,  xeyriyyəçi 

Hacı Zeynalabdin Tağıyevə 

müraciət  edir  və  tezliklə 

həmin  vaxt  üçün  kifayət 

qədər  dəyərli  vəsait  he-

sab  olunan  300  rubl 

kömək alır.

Elə həmin il o Sankt-

Peterburqda  tələbkar 

alimlərin  iştirakı  ilə 

aparılan  müsabiqədən 

müvəffəqiyyətlə keçir və 

Rusiyanın  ən  nüfuzlu  ali 

tibb məktəblərindən sayı-

lan Hərbi Tibb Akademiya-

sına daxil olur. 

1923-cü ilin mayında Əziz 

Əliyev Bakıya köçür. Bu andan 

etibarən  onun  həyatının  yeni 

mərhələsi başlanır. Bakıda ilk vaxt-

lar  Azərbaycan  SSR  Xalq  Komissar-

ları Şurasında iş icraçısı, həmin idarənin 

ümumi şöbə müdirinin müavini, katibin mü-

avini və nəhayət, respublika Xalq Komissarlığı Şurasının 

katibi vəzifəsini icra edir. 1923-cü ildən etibarən yarım-

çıq qalmış ali tibb təhsilini BDU-nun tibb fakültəsində 

davam etdirir. O, 1927-ci ildə Bakı Dövlət Universitetinin 

tibb fakültəsini bitirir və universitetin daxili xəstəliklər 

kafedrasında saxlanılır.

Əziz Əliyev həmin kafedrada əvvəl ordinator, sonra 

isə aspirant, assistent və dosent kimi fəaliyyət göstərir. 

O 1929-1932-ci illərdə Azərbaycan Klinik İnstitutunun 

rektoru vəzifəsinə təyin olunur.

Əziz  Əliyev  İkinci  Dünya  Müharibəsindən  həm 

əvvəlki, həm də sonrakı illərdə Azərbaycanda səhiyyənin 

təşkili  məsələsinə  xüsusi  diqqət  yetirib  və  onun  bu 

sahədəki  əvəzsiz  xidmətləri  tarixə  qızıl  hərflərlə  həkk 

olunub


1930-cu il iyun ayının 19-da Bakı Dövlət Universite-

tinin tibb fakültəsinin bazası əsasında Azərbaycan 

Dövlət Tibb İnstitutunun yaradılması və bun-

dan  sonrakı  çətin  mərhələlərdə  instituta 

rəhbərlik  etmək  böyük  cəsarət  tələb 

edirdi.  Əziz  Əliyev  bu  illərdə  ADTİ-

nin  yaradılmasının  təşkilati  işlərinin 

yerinə  yetirilməsində  mühüm  rol 

oynayan  əsas  simalardan  biri 

olub və 1932-ci il iyunun 1-dən 

etibarən  həmin  institutun  rek-

toru vəzifəsində çalışmağa ra-

zılıq verir.

  Əziz  Əliyev  1934-cü  il 

mart  ayının  30-da  respubli-

kamızda səhiyyə işlərini can-

landırmaq  məqsədilə  Bakı 

Şəhər  Səhiyyə  Şöbəsinin 

müdiri  təyin  edilib.  Ancaq 

az  keçməmiş,  1935-ci  il  yan-

varın  14-də  Azərbaycanda 

yüksəkixtisaslı  milli  tibb  kadr-

larının  hazırlığını  gücləndirmək 

məqsədilə  o,  yenidən  ADTİ-

nin  rektoru  vəzifəsinə  qaytarılıb. 

ADTİ-yə  rektor  təyin  edildikdən  az 

sonra onun rəhbərliyi altında həlli va-

cib sayılan bütün məsələlər üçün geniş 

tədbirlər  planı  hazırlanıb.  O,  azərbaycanlı 

kadrları  işə  cəlb  edərək  onların  fəaliyyət 

dairəsini  genişləndirib  və  ana  dilində  dərsliklər, 

dərs  vəsaitləri,  monoqrafiya  və  tövsiyələr  yazılmasına 

nail olub.

1932-1935-ci  illər  ərzində  Əziz  Əliyevin  rəhbərliyi 

altında  əməkdaşlar  tərəfindən  Azərbaycan  dilində  la-

tın  qrafikası  ilə  45  adda  dərslik  və  dərs  vəsaiti  tərtib 

edilərək tibb təhsili alan tələbələrin ixtiyarına verilir. Bu 

o  dövrün  texniki  imkanları  üçün  çox  böyük  göstərici 

idi.  Ə.Əliyevin  təşəbbüsü  ilə  işıq  üzü  görən  əsərlərdən 

onun  özünün  "Klinik  analizlər"  kitabı,  K.Ə.Balakişiyevin 

"İnsanın  normal  anatomiyası",  M.Qəniyevin  "Mikrobi-

ologiya  kursu",  C.Hüseynovun  "Patoloji  anatomiya", 

Y.Qazıyevin  "Ağciyər  vərəmi",  Ü.Musabəyovanın  "Göz 

xəstəlikləri",  Ə.Talışinskinin  "Travmatologiya",  Q.Səfərov 

və  Ə.Həsənovun  "Bioloji  kimya"  və  digər  dərsliklər, 

eləcə  də  M.A.Mirqasımovun,  M.A.Topçubaşovun, 

M.M.Mirsəlimovun, M.Ə.Əfəndiyevin, Z.M.Məmmədovun 

və  başqalarının  çap  olunan  əsərləri  Azərbaycanın  tibb 

tarixində ən qiymətli nəşrlərdəndir.

1930-1945-ci illərdə Azərbaycan Dövlət Tibb İnsti-

tutunun əməkdaşları tərəfindən 80 adda dərslik və dərs 

vəsaiti  nəşr  olunur.  Onun  55-i  Əziz  Əliyevin  instituta 

rəhbərlik etdiyi beş il ərzindəki yaradıcı və məhsuldar 

dövrə təsadüf edir.

Ə.Əliyev  institutu  bitirdikdən  iki  il  sonra  1929-cu 

ildə namizədlik, 5 il sonra isə doktorluq dissertasiya-

sını  müdafiə  edib.  Əziz  Əliyevin  doktorluq  disserta-

siyası Azərbaycanda ilk dəfə olaraq SSRİ Elmlər Aka-

demiyasının,  ÜİLKGİ  Mərkəzi  Komitəsinin  mükafatına 

layiq görülən dəyərli elmi iş idi. Əziz Əliyev 1941-ci il 

mayın 13-də (Azərbaycan SSR xalq səhiyyə komissarı 

işləyərkən) SSRİ Elmlər Akademiyasının Azərbaycan fi-

lialının rəyasət heyəti nəzdində təşkil edilmiş elmi şu-

ranın üzvü, 1956-cı ildə isə professor vəzifəsinə seçilib 

və həmin ildə də professor elmi adı təsdiq olunub.

Əziz  Əliyev  1941-1942-ci  illərdə  Azərbaycan  KP 

MK-nın katibi, 1942-1948-ci illərdə isə Dağıstan MSSR 

Vilayət  Partiya  Komitəsinin  birinci  katibi  vəzifələrində 

çalışaraq  özünü  bacarıqlı  dövlət  xadimi  kimi  göstərə 

bilib.  O,  1949-1950-ci  illərdə  Moskvada  ÜİK  P  MK-

nın  inspektoru,  1950-1951-ci  illərdə  Azərbaycan  SSR 

Nazirlər Soveti sədrinin birinci müavini, sonrakı illərdə 

Azərbaycan  SSR  Elmi-Tədqiqat  Ortopediya  və  Bərpa 

Cərrahlığı İnstitutunun direktoru, həmçinin Azərbaycan 

Dövlət  Həkimləri  Təkmilləşdirmə  İnstitutunun  rektoru 

vəzifələrində işləyib. Ə.Əliyev I-II çağırış SSRİ Ali Sove-

tinin deputatı seçilib. O, həmçinin Azərbaycan SSR Ali 

Sovetinin I-III çağırış, Dağıstan MSSR Ali Sovetinin II ça-

ğırış deputatı olub.

  Əziz  Əliyevin  vətən  və  xalq  qarşısındakı  misil-

siz  xidmətləri  görkəmli  həkim  və  alim,  əla  səhiyyə 

təşkilatçısı  və  səriştəli  rəhbər  və  təcrübəli  dövlət  xa-

dimi  kimi  yüksək  qiymətləndirilib.  O,  iki  dəfə  Lenin 

ordeni, Qırmızı Əmək Bayrağı ordeni, I dərəcəli Vətən 

müharibəsi  ordeni,  "Səhiyyə  əlaçısı"  döş  nişanı,  bir 

çox  medallar,  o  cümlədən  1948-ci  ildə  "Moskvanın 

yaranmasının 800 illik xatirə medalı" və çoxsaylı fəxri 

fərmanlarla  təltif  edilib.  Əziz  Əliyev  27  iyul,  1962-ci 

ildə vəfat etmişdir. 

Dr. Səbinə Qasımova

həkim-reanimatoloq



Dr. Tariyel Nadirov

həkim-cərrah



Əziz Məmmədkərim oğlu Əliyev

Azərbaycan səhiyyəsinin tarixi

Həkimlərimizi tanıyaq


Yüklə 207,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə