Azərbaycan xalqının tarixinə qanlı Yanvar faciəsi kimi da



Yüklə 207,56 Kb.
Pdf görüntüsü
səhifə5/5
tarix12.03.2018
ölçüsü207,56 Kb.
#31257
1   2   3   4   5

MƏRKƏZİ KLİNİKA

BÜLLETEN-3 | YANVAR 2015

5

- Belə bir fikir var: tibb sahəsində qadınlara daha yaxın olan 

ginekoloqlardır. Təkcə ona görə ki, onlar qadınların sağlam 

doğuşlarında və dünyaya uşaq gətirmə prosesində yaxından 

iştirak edirlər? 

-  Bu  fikir  tamamilə  doğrudur.  Bizim  pasiyentlərin  hamısı  qa-

dınlardır.  Biz  sonsuzluq  problemi  ilə  məşğul  olduğumuza 

görə,  çox  vaxt  qadınları  tək  deyil,  həyat  yoldaşları  ilə  birgə 

qəbul  edib  söhbət  aparırıq.  Bilirsiniz  ki,  həkimlərin  payına 

təkcə  tibbi  xidmət,  müalicə  və  müayinə  işinin  aparılması  və 

əməliyyat edilməsi prosesi düşmür. Uzun illik iş təcrübəmdən 

deyə bilərəm ki, xəstələrimizi qəbul etdikdə təkcə onların tib-

bi  tərəflərini  deyil,  həmçinin  sosial  və  psixoloji  problemlərini 

dinləyirik.  Bilirsiniz  ki,  sonsuzluqdan  əziyyət  çəkən  ailələrdə 

qadınlara bəzən ailə, bəzən də cəmiyyət tərəfindən təzyiq olu-

nur. Onlar bəzən həmin problemləri kiminləsə bölüşə bilmirlər. 

Azərbaycanda psixoloji dəstək son illər fəaliyyətdədir və hələ 

də istənilən inkişaf səviyyəsinə çatmayıb. Ona görə də qadın-

lar həmin problemlərini, hisslərini ginekoloqları ilə bölüşürlər. 

Düzdür,  ginekoloqların  arasında  kişi  həkimlər  də  var.  Ancaq 

mənə elə gəlir ki, qadınları daha yaxından anlayan, onlara daha 

düzgün  istiqamət  verən  və  onları  daha  düzgün  müayinə  və 

müalicə edən qadın ginekoloqlardır. Çünki biz qadın olaraq on-

ları daha yaxşı anlayırıq.



- Müasir dünyada sonsuzluq problemi daha tez həllini tap-

maqdadır. Bizim ölkəmizdə, o cümlədən Mərkəzi Klinikada da 

problemin həlli üçün süni mayalanma əməliyyatları həyata 

keçirilir. Belə demək olarmı, sonsuzluğun tam aradan qalxa-

cağı gün çox da uzaqda deyil?

- Kişi və qadınların həyatda vəzifəsi öz gələcəklərini yaşatmaq 

üçün dünyaya insan gətirmələridir. Sonsuzluq insanın yaranışın-

dan mövcud olan problemdir. Problemin mövcud müalicəsi də 

süni mayalanmadır. Artıq bu müalicə 10 ildir ki, Azərbaycanda 

mövcuddur. 2004-cü ildə ilk dəfə olaraq Mərkəzi Klinikada süni 

mayalanma həyata keçirilib. Süni mayalanma nəticəsində bizim 

klinikada yüzlərlə uşaq dünyaya gəlib. Bu gün Azərbaycanda 

süni  mayalanmanın  həyata  keçirilməsi  onu  göstərir  ki,  ölkə 

səhiyyəsində inkişaf gedir. Çünki bu əməliyyat zamanı istifadə 

olunan  xüsusi  avadanlıqlar  dünya  ölkələrindəki  səviyyədədir. 

Dünyada cütlüklərin 15-20 faizi sonsuzluq problemi ilə üzləşir. 

Baxmayaraq ki, bu rəqəm süni mayalanmada icra edilir və biz 

bu proseslərdə çox dərinliklərə getmişik. Bununla belə sonsuz-

luğun sayı dünyada azalmır. Son 10 illikdə isə problemdə kişi 

faktoru  çox  artıb.  Məsələn,  əvvəllər  sonsuzluğun  səbəblərini 

araşdıranda deyərdik ki, 40 faiz kişilərə, 40 faiz qadınlara, 20 faiz 

hər iki cütlüyə aiddirsə, 20 faizinin də səbəbi bilinməzdi. İndi isə 

kişilərin sonsuzluq problemi qadınları üstələyib. Bu bizi daha 

çox narahat edir. Çünki kişi sonsuzluğunun müalicəsi, hətta süni 

mayalanma ilə belə daha çətindir.

-  Süni  mayalanmanın  əsasən  hansı  yaş  dövründə  həyata 

keçirilməsi məsləhətdir? 

- Ümumiyyətlə, biz istərdik ki, qadınlarımız ən yaxşı halda 35 

yaşa qədər, ya da 38-40 yaşlarına qədər doğumu başa vursun-

lar.  Qadın  cavan  qala,  50-60  yaşında  çox  gözəl  görünə  bilər, 

ancaq  onun  reproduktiv  funksiyası  əvvəlki  fəaliyyətində  ol-

maz.  Qadın  yaşa  dolduqca  onun  hamilə  qalmaq  şansı  azalır. 

Yumurta hüceyrələri qocaldığına görə genetik xəstə uşaqların 

dünyaya gəlmə riski artır. Ona görə qadınlarımız çalışmalıdır-

lar ki, müəyyən yaş dövrünə qədər hamilə qalıb dünyaya uşaq 

gətirsinlər. Eyni zamanda, bu süni mayalanmaya da aiddir. Düz-

dür, bu gün süni mayalanma elə bir inkişaf səviyyəsinə çatıb 

ki,  yumurta  hüceyrələrin  donasiyası  həyata  keçirilir.  Tutaq  ki, 

qadın həyat yoldaşından ayrılıb, hələ ki, yenidən ailə qurmaq 

şansı yoxdur, ancaq əmindir ki, o nə vaxtsa ailə qura biləcək 

və  o  zaman  hamilə  qala  bilməyəcək.  Buna  görə  biz  xüsusi 

dərmanlar vasitəsi ilə qadınlarda yumurta hüceyrələri yetişdirir, 

onları toplayır və dondurub saxlayırıq. Tutaq ki, qadın bunu 35 

yaşına qədər həyata keçirir. Bu yaşdan sonra ailə qurduqda isə 

o xanım öz dondurulmuş yumurta hüceyrələrindən istifadə edə 

bilər. Bununla da o qadın genetik olaraq öz övladını dünyaya 

gətirmək şansını əldə edir. Artıq dünyada bu praktika var və 

biz iki ildir ki, bunu Azərbaycanda da tətbiq etməyə başlamışıq. 



-  Ailə  qurmaq  şansı  olmayan  qadınlar  necə,  bu  üsuldan 

istifadə edirlərmi?

- Təbii ki, biz tənha qadınları da süni mayalanma edə bilirik. 

Bununla bağlı, təcrübələrimiz var. Tənha qadınlar bizə müraciət 

edir və biz bu əməliyyatı həyata keçiririk. Mən bunu  hər zaman 

alqışlayıram.  Dünyaya  uşaq  gətirmək  çox  önəmlidir.  Bunun 

üçün də bu cür donasiya proqramları var  və bunun üçün yaş 

məhdudiyyəti yoxdur. 

- Qiymətlər necə, pasiyentlərə uyğundurmu?

-  Süni  mayalanma  dünyanın  hər  yerində  bahalı  əməliyyatdır. 

Çünki bu əməliyyat zamanı istifadə olunan cihazlar, laborato-

riya və dərmanlar bahalıdır. Eyni zamanda, bu sahədə çalışan 

mütəxəssislərin də yetişdirilməsi baha başa gəlir. Mərkəzi Klini-

ka şəhərin digər embroloji klinikaları ilə müqayisədə əməliyyatı 

ən aşağı qiymətlərlə həyata keçirir. Bəzən bizə cinsiyyət seçimi 

ilə  də  bağlı  müraciət  edirlər.  Biz  buna  yaxşı  baxmırıq.  Ancaq 

onu da deyim ki, bəzən cinsiyyət seçimi ilə də bağlı xəstəliklər 

olur.  Ona  görə  biz  bəzən  cinsiyyəti  seçmək  məcburiyyətində 

qalırıq. 

-  Bu  gün  uşaq  ölümləri  ilə  bağlı  baş  verən  hadisələrdə 

daha çox həkimləri günahlandırırlar. Bu fikirlərdə nə qədər 

həqiqət var?

- Mən həmişə deyirəm ki, mamalıqla məşğul olmaq çox çətin 

sahədir. Çünki biz iki cana – həm anaya, həm də uşağa görə 

məsuliyyət daşıyırıq. Hamiləlik fizioloji hal olsa da, onun poto-

loji tərəfləri də var. Təbabətdə də statistik olaraq ana ölümü də, 

uşaq ölümü də ola bilər. Hamiləlik fizioloji hal olduğu üçün biz 

həkimlər çalışmalıyıq ki, bu hallarda minimal səviyyəni qoru-

yaq. Bəzən elə problemlər yaranır ki, onların qarşısında təbabət 

də aciz qalır. Orada həkim səhlənkarlığı da ola bilər. Ancaq hər 

zaman ona bağlı olmaya da bilər. Məsələn, əgər xəstədə qa-

naxma olursa və həkim onun öhdəsindən gələ bilmirsə, təbii ki, 

burada həkimin günahı vardır. Və yaxud müəssisənin yetərincə 

şəraiti yoxdur ki, o xəstəyə yardım etsin. Doğuşu həyata keçirən 

həkim həm də cərrah olmalıdır. Yalnız onda potoloji problemlə 

gələn  qadınlarımızı  xilas  edə  bilərik.  Uşaqlara  gəlincə,  bəzən 

müəyyən xəstəxanalarda yetərincə neanotoloji xidmət olmur. O 

zaman o uşaqlar itirilir. Mərkəzi Klinikada neanotoloji bölməsi 

yüksək səviyyədə çalışır. Bu gün 800 qramlıq uşağı vəziyyətdən 

çıxarmaq  imkanımız  var.  Burada  təkcə  söhbət  həkimin 

peşəkarlığından getmir. Xəstəxananın xüsusi tibbi avadanlıqla 

təchiz olunması və yüksək səviyyəli kadrların olması önəmlidir. 

Əgər xəstəxana bunları təmin edirsə, o zaman ana və uşaq ölü-

münün sayını azaltmış olur. Uşaq ölümü də çox minimal olmalı-

dır. Düzdür, bəzən uşaq elə qüsurlarla doğulur ki, onun həyatda 

qalması mümkün deyil – bu ayrı məsələdir. Ancaq uşaq 1 kq 

200 qr ya bir kq doğulursa, “sırf balaca olduğuna görə bu ya-

şamamalıdır”  söhbəti  olmamalıdır.  Əgər  bu  səhv  ucbatından 

uşaq itirilirsə, onda müəssisənin və həkimin burada günahı var. 

Mərkəzi  Klinikanın  Qadın  Mərkəzinə  təkcə  fizioloji  hamilələr 

deyil, həmçinin potoloji – ürək, endokrin əməliyyatları keçirmiş 

və s.  hamilələr daxil olur. Bizim bu potoloji hamilələr qrupu 

ilə işləməkdə böyük təcrübəmiz var. Biz bu təcrübələrin həyata 

keçirilməsi üçün dünya səhiyyəsində olan bütün yenilikləri bu-

rada  tətbiq  edirik.  Şükür  Allaha  ki,  bizdə  hələ  belə  hadisələr 

olmayıb və əminəm ki, bundan sonra da belə hadisələr olma-

yacaq. Düzgün iş prosesi qurularsa, dünyanın təcrübəsi hər gün 

tətbiq edilərsə, daha sıx təqib aparılarsa, demək, bu problemi 

minimuma endirmək mümkündür. 



-  Tibb  sahəsindəki  yeniliklərin  tətbiq  edilməsi  çox  gözəldir. 

Bəs əyalətdə yaşayan bir qadın necə bilməlidir ki, hamiləlik 

dövründə  müayinələrdən  keçsin,  həkim  nəzarətində  qalsın. 

Onu gözləyəcək təhlükələrdən özünü qorusun?

-  Səhiyyə  Nazirliyinin  böyük  bir  təşkilatı  var.  Onlar  gündəlik 

fəaliyyət  göstərir.  Rayonlarda  qadın  məsləhətxanaları,  do-

ğum  evlərində  ginekoloji  xidmət  kabinetləri  var.  Həmçinin 

rayonlardakı  özəl  xəstəxanalarda  da  bu  xidmətlər  mövcud-

dur. Amma mən düşünürəm ki, bu gün KİV-in üzərinə böyük 

məsuliyyət  düşür.  İndi  hər  yerdə  insanlar  internetdən,  sosial 

şəbəkələrdən istifadə edirlər. Biz də çalışırıq ki, internet vasitəsi 

ilə  öz  fikirlərimizi,  təcrübələrimizi  paylaşaq.  Düşünürəm  ki. 

maariflənmə çox böyük rol oynayır. 



- Zərurət olmadan aparılan keysəriyyə əməliyyatları qanunla 

qadağan olunub. Nə üçün qadınlar bəzən bu qadağaları poz-

maq istəyirlər?

-  Hərdən  fikirləşirəm  ki,    keysəriyyə    və  təbii  doğuş  Şekspirin 

«Olum və ya ölüm» deyiminə yaxınlaşıb. Biz ginekoloqları çox 

vaxt qınayırlar ki,  keysəriyyə  əməliyyatlarına üstünlük veririk. 

Tam səmimi deyirəm ki, belə deyil. Hər bir həkim istəyər ki, onun 

əlindən yaxşı iş çıxsın. Ola bilər ki, həkim bu sırada hiper diaq-

nostikaya da yol versin. Deyək ki, qadın doğa da bilərdi, amma 

həkim hiper diaqnostikada əməliyyata getmiş oldu. Düzdür, bu 

ona zərər verməz, yəni sonucda dünyaya uşaq gələcək və qadın 

da qurtulacaq. Amma bu məsələnin kökünə gəlsək, təbii bir do-

ğuş çox gözəldir. Ona görə də biz həkimlər də fizioloji doğuşa çox 

üstünlük veririk. Qadın bu prosesi keçirəndə onun analıq hisləri 

çox yüksək olur. Biz istəyirik ki, qadınlarımız təbii yolla uşaq dün-

yaya gətirsinlər. Amma elə hallar olur ki, xəstəni keysər əməliyyatı 

etməzsənsə, ya uşaq ölə bilər, ya da ana. Belə olan halda sən təbii 

ki,  keysəriyyə  əməliyyatına üstünlük verməlisən. Bəzən qadınla-

rımız özləri  keysəriyyə  əməliyyatına üstünlük verir. Bəzən 22 yaşlı 

bir qadının təbii doğuşla uşağı dünyaya gətirmək üçün orqaniz-

mi imkan versə də o təkidlə  keysəriyyə  əməliyyatına getmək 

istəyir. Qadının öz istəyi  keysəriyyə  əməliyyatına göstəriş sayılır. 

Qadınlar bəzən ağrıdan qorxurlar. Ancaq bu gün biz ağrısız do-

ğuşlar icra edirik. Biz bunu təklif etsək belə, bəzən qadınlar yenə  

keysəriyyə  əməliyyatı etməyə üstünlük verirlər. Mənə elə gəlir ki, 

biz bir qədər komfortlu həyata qaçırıq.



- Dünya ölkələrindəki kimi kişilərin doğuşda iştirakına necə 

baxırsınız?

- Bu, çox normal haldır və bizdə də belə bir xidmət var. Biz buna 

partnyor doğuşlar deyirik – doğuşlarda kişilərimiz iştirak edə 

bilər.  Azərbaycanda  kişilər  buna  az  meyllidirlər.  Ancaq  xarici 

vətəndaşlar  burada  uşaq  dünyaya  gətirərkən  onlar  doğuşda 

çox iştirak edirlər. Ancaq hər kişi qadının həmin proses zamanı 

ağrılarını sona qədər seyr edə bilmir. Bu onlara pis təsir edir. 

Ancaq kişilərimiz bunu görsələr daha yaxşı olar. Mən hər zaman 

deyirəm ki, qadın o zaman anasının qədrini bilir ki, o özü də 

doğuş ağrılarından keçir. Çünki doğuş ağrıları həyatda heç bir 

ağrıya bərabər deyil. Ancaq buna ona görə dözür ki, dünyaya 

uşaq gətirir. Əgər kişilər qadınların hansı ağrılardan keçdiyini 

görsələr, onlar həyat yoldaşlarına qarşı daha anlayışlı olar və 

onları daha çox sevərlər. 



- İndiyə qədər nə qədər uşaq doğuşları həyata keçirmisiniz, 

onların hamısı uğurlu olubmu? 

- Minlərlə doğuş,  keysəriyyə  əməliyyatı həyata keçirmişəm. 

Minlərlə uşaqlar var ki, indi onlar artıq böyüyüblər. Bir məclisə, 

ticarət  mərkəzinə  gedəndə  bəzən  valideynlər  mənə  yaxın-

laşıb  deyirlər  ki,  onların  dünyaya  uşaq  gətirməsində  iştirak 

etmişəm.  Çox  nadir  hallarda  uğursuz  əməliyyatlar  olub  –  o 

da onunla nəticələnib ki, uşaq yaşamayıb. Təbii ki, bu insana 

mənfi təsir göstərir. Biz heç bir zaman o cür xəstələrimizdən 

vaz keçməmişik, onları həmişə izləmişik və ikinci dəfə övladla-

rının dünyaya gəlməsinə yardımçı olmuşuq. Bu mənə hardasa 

qurur və rahatlıq gətirir ki, daha sonra onlara kömək edə bilmi-

şik. Ona görə sevinirəm ki, mənim həyatımda ciddi uğursuz bir 

hadisə olmayıb. 

- Siz həm ginekoloq, həm də Qadın Mərkəzinin rəhbəri kimi 

çox məşğulsunuz. Bəs ailənizə nə zaman vaxt ayırırsınız?

-  Biz  ginekoloqların  telefonları  24  saat  açıqdır.  Təkcə  doğuş 

deyil, bizim təcili ginekoloji əməliyyatlarımız olur. Mən həm də 

cərraham və tez-tez də bu əməliyyatları icra edirəm. Bizdən tez 

bir  zamanda  xəstəyə  müdaxilə  edib,  diaqnoz  qoymaq  tələb 

olunur.  Mən  səhər  gəlib  xəstələrimə  baş  çəkirəm,  daha  sonra 

əməliyyatlarım  olur,  sonra  poliklinikada  işim  başlayır.  Düzdür, 

ailəyə az vaxt çatır. Oğlumun 12 yaşı var. Mən ona o qədər də vaxt 

ayıra bilmirəm. Cərrah-ginekoloqun, süni mayalanma həkiminin 

həqiqətən də ailəyə ayırmaq üçün az vaxtı olur. Mənim kimi gi-

nekoloqların həyat yoldaşları da artıq bununla barışıblar. Bunun-

la bərabər, qadın özünü nə qədər işə sərf etsə də, öz qadınlıq 

funksiyalarını qoruyub saxlamalıdır. Biz ginekoloqlar daim qadın-

ların içindəyik. Ona görə də geyimimiz də, xarici görünüşümüz 

də baxımlı olmalıdır, yəni özümüzə də vaxt tapmalıyıq. Üzərimizə 

düşən şəxsi və ailə funksiyalarını da yola verməliyik. 



- Sizcə, xoşbəxt qadın kimdir?

- Məncə, xoşbəxt qadın səhər yüksək əhval-ruhiyyə ilə, sevinclə 

işə tələsən və sonra da eyni əhval-ruhiyyə ilə evinə tələsən qa-

dındır.


- Siz həmin qadınsınız?

- Bəli, mən elə qadınam…



Leyla Mirzəzadə

T.e.n., Dr. Mahirə İsmayılova: "Biz iki cana – həm 

anaya, həm də uşağa görə məsuliyyət daşıyırıq"

Müsahibimiz Mərkəzi Klinik Xəstəxananın Qadın Mərkəzinin müdiri T.e.n. Dr. Mahirə İsmayılovadır.

Sonsuzluq insanın yaranışından 

mövcud olan problemdir. Problemin 

mövcud müalicəsi də süni mayalanmadır. 

Artıq bu müalicə 10 ildir ki, 

Azərbaycanda mövcuddur.




MƏRKƏZİ KLİNİKA

BÜLLETEN-3 | YANVAR 2015

6

Həyat tərzimizin diktəsi ilə gündəlik yaşamımızın 



dəyişməsi  bir  çox  xəstəliklərin  artmasına  və  yaş 

həddinin azalmasına səbəb olub. Bu estafetdə li-

derlik – ürək xəstəliklərinindir. Həyat səviyyəsinin 

artması  ilə  əlaqədar  yüksək  kalorili  qidalar,  otu-

raq iş sahələri, şəxsi maşınlar və az hərəkətli həyat 

tərzi və bunlarla yanaşı, gündəlik stress, həyəcan, 

gərginlik, pis vərdişlər nəticəsində ürək xəstəlikləri 

ÜST-nın statistik məlumatlarında 1-ci yerdə durur.

Ürək-damar  xəstəliklərinin  cərrahi  müalicə  me-

todları ən effektiv üsul kimi geniş tətbiq edilir və 

bu  sahədə  çox  böyük  uğurlar  əldə  olunmuşdur. 

Lakin  ürək  əməliyyatlarının  ayrılmaz  komponenti 

- əməliyyatdan sonrakı medikamentoz terapiya - 

ÜİX-nin ikincili profilaktikasıdır.

Koronar  arteriyaların  stenti  və  aorto-koro-

nar  şuntlama  əməliyyatlarından  sonra  xəstələr 

uzunmüddətli, hətta bəzən ömürlük statin və anti-

aqreqant terapiya alırlar.

Son  illər  Avropa  və  Amerika  Kardioloqlar 

Cəmiyyətlərinin  klinik tövsiyyələrinə görə antiaq-

reqant terapiyada klopidoqrel və asetilsalisil turşu-

su kombinasiyası istifadə olunur. Bu kombinasiya 

ürək ölümü, miokard infarktı və işemik insult riski-

ni 26,9 % azaldır.

ÜİX olan xəstələr illərlə klopidoqrel-aspirin kombi-

nasiyasını qəbul etdiyindən, dərman qastropatiya-

ları meydana çıxır. Buna görə də antiaqreqantlarla 

birgə Proton Pompa İnhibitorları təyin olunur.

Lakin  əksər  PPİ  qaraciyərin  sitoxrom  P450 

sistemində CYP2C19 izofermentini inhibə etməklə, 

klopidoqrelin  aktivləşməsini  dayandırır  və  onun 

antiaqreqant effektini tormozlayır.

CYP2C19 izofermentini inhibə etməsinə görə PPİ-

rı belə sıralanır: Lansoprazol, Omeprazol, Rabep-

razol, Ezomeprazol, Pantoprazol. 2010-cu ildə FDA 

(Food  and  Drug  Administration)  klopidoqrellə 

omeprazolun birgə istifadəsini qadağan edən pro-

tokol dərc etdi.

CYP2C19 ən az təsir edən pantoprazol (PANCER) 

- antiaqreqant terapiyada istifadəsinə icazə verilən 

yeganə  PPİ-dur.  Aparılmış  çoxsaylı  tədqiqatlar 

(«Clopidogrel in Unstable Angina to Prevent Re-

current Ischemic Events» (CURE), David N. Juurlink, 

MD,  PhD.,  Tara  Gomes,  MHSc,  Dennis  T.  Ko,  MD 

MSc, Paul E. Szmitko, MD, Peter C. Austin, PhD, Jack 

V. Tu, MD PhD, David A. Henry, MD, Alex Kopp B.A., 

Muhammad  M.  Mamdani,  PharmD  MPH,  Clopi-

dogrel Medco Outcomes Study,CAPRIE, CLASSICS, 

CREDO,ISAR-REACT,  CHARISMA)  sübut  etmişdir 

ki, yalnız pantoprazol (PANCER)  klopidoqrelin ak-

tivasiyasına və onun effektinə təsir etmir. Bundan 

başqa,  pantoprazol  bu  izofermentlə  az  əlaqədə 

olduğu üçün, digər dərmanlarala qarşılıqlı əlaqəsi 

yoxdur. “Konsentrasiya-zaman” əyrisi (AUC) – 9,93 

mmol/l-dir, qaraciyər xəstələrində doza korreksiya-

sına ehtiyac yoxdur. Klinik tədqiqatlar nəticəsində 

müəyyən edilmişdir ki, gündə 1 dəfə 40 mg pan-

toprazol (PANCER) qəbulu antiaqreqant terapiya-

nın yan təsirlərinin qarşısını alır.

PANCER (Pantoprazol 40 mg ) – PPİ arasında ən 

effektiv və ən təhlükəsiz preparatdır.

•  Klopidoqrelin aktivliyinə təsir etmir

• Digər preparatlarla birgə istifadə oluna bilər

• Uzun müddət istifadə oluna bilər. Qaraciyər və 

böyrək  xəstələrində  doza  korreksiyasına  ehtiyac 

yoxdur

• Üzərində enterosolyubil (MUPS) örtük var



Ürək  xəstələri  daima  diqqət,  qayğı  və  yüksək 

keyfiyyət  tələb  edən  xəstələrdir.  Xəstələrin 

uzunmüddətli antiaqreqant terapiyasında PANCER  

istifadə  etməklə,  xəstələrinizin  həyat  keyfiyyətini 

yaxşılaşdırın və fəsadların qarşısını alın.

PANCER  – güclülər arasında ən layiqlisidir!

  İnsan burnu 50 min qoxunu yadda 



saxlaya bilir. 

  Qan damarlarının ümumi uzunluğu 



96 min kilometrdir. Bu da ekvator 

xəttini iki dəfədən artıq fırlanmağa 

bərabərdir. 

  İnsan gözü 10 min rəngi seçə bilmə 



qabiliyyətinə malikdir. 

  Bir addım atmaq üçün 200 əzələ 



işləməlidir.

  İnsan həyatının 1/3-ni yuxuda keçirir.



  Dil dad reseptorları olan yeganə 

orqan deyil. Bu peseptorlar mədədə, 

bağırsaq traktında, mədəaltı vəzdə, 

beyində də var. 

  Normal hamiləlik 9 ay davam 



edir. Lakin qeydiyyata alınan ən 

uzunmüddətli hamiləlik 375 gün, yəni 

12 ay yarım davam edib. 

“Natürmort”, y

ağlı boya 70x40sm

Rəssam Emil İbrahimov

MK kiçik tibb işçisi

“Sürgün”, yağlı bo

ya 60x35sm

Personalın yaradıcılığı



Əməliyyat sonrası infarktın profilaktikasında vacib nüanslar

Təsisçi: Mərkəzi Klinika

Baş redaktor: Toğrul Adıgözəlov

Redaksiya heyəti: Kamran Musayev, Həsən Qəndilov, Nikbin Yusifov

Məsul katib: Şəhla Bağırova

Bülleten ayda bir dəfə nəşr olunur. 



Tiraj: 500

Tel: +994 12 492 10 92  |  Call center: +994 12 105  |  Fax: +994 12 492 41 31  |  info@merkeziklinika.az    www.merkeziklinika.az  www.facebook.com/MerkeziKlinika   twitter.com/MerkeziKlinika



BİLİRSİNİZMİ?

Yüklə 207,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə