Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə4/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   2   3   4   5   6   7   8   9   ...   208

 

oyunlar  onları  seyr  edən  tamaşaçılar  üçün  əyləncə,  vaxtın  xoş  keçirilməsi  məqsədi 



daşımışdırsa,  iştirakçılar  üçün  o,  sınaq,  ciddi  həyata  hazırlıq  üçün  fiziki  və  mənəvi 

tərbiyə  vasitəsinə  çevrilmiş,  yeniyetmə  və  gənclərə  qüvvət,  cəldliklə  yanaşı 

qorxmazlıq, cəsurluq, cəldlik, özünə inam və s. aşılamışdır. 

Mənəvi  mədəniyyət  son  əsrlərdə  sivilizasiyanın,  elmi-texniki  tərəqqinin 

inkişafı ilə əlaqədar olaraq etnik mənsubiyyətin əsas göstəricisi kimi çıxış etməkdədir 

və  XIX  əsr  mədəniyyətlərin  mübarizəsi  əsri  kimi  özünü  göstərdiyinə  görə, 

Azərbaycan  xalqının  mənəvi  mədəniyyətinin  öyrənilməsi  və  təbliği,  eyni  zamanda 

gələcək nəslə çatdırılması qarşıya əsas məqsəd kimi qoyulmalıdır. 

Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  xalqının  çoxəsrlik,  çoxsahəli  və  zəngin 

mənəvi  mədəniyyəti  etnoqraf  alimlərimiz  tərəfindən  yetərincə  və  tələb  olunan 

səviyyədə araşdırılmamışdır. Bu baxımdan oxuculara təqdim edilən üçüncü cildin işıq 

üzü görməsi problemin əhəmiyyətini artırır, dərin məna və məzmunu ilə diqqəti cəlb 

edir.  Əlbəttə,  xatırlatmaq  lazımdır  ki,  bu  zəngin  və  tükənməz  irsin  bütün  sahələrini 

eyni dərəcədə işıqlandırmaq imkan xaricindədir və qeyri-mümkündür. Bu, hər şeydən 

əvvəl,  çöl-etnoqrafik  materiallarının  və  tədqiqat  əsərlərinin  nisbətən  azlığından,  tam 

olmamasından, müqayisəli metoddan istifadə edilməməsindən irəli gəlir. Ona görə də 

Azərbaycan  dilində  ilk  dəfə  olaraq  belə  əhatəli  şəkildə  fundamental  əsərin  ərsəyə 

gətirilməsində bəzi çatışmayan cəhətlərə, zəif məqamlara, iradlara və xırda nöqsanlara 

da  rast  gəlmək  mümkündür.  Bütün  bunlara  baxmayaraq,  bu  kitabdan  oxucuların 

Azərbaycan xalqının mənəviyyatı haqqında dolğun, tam məlumat alacaqlarına əminlik 

hasil etmək olar. 

Ümid edirik ki, bərəkətli torpağını, əvəzsiz vətənini, doğma xalqını və millətini 

qəlbən  sevən  mütəxəssislər,  alimlər,  müdrik  insanlar,  tələbkar  oxucular,  öz 

sevinclərini,  arzu,  tələb  və  təkliflərini  bildirəcək,  monoqrafiyanın  gələcəkdə  dolğun, 

əhatəli və məzmunlu çıxmasına köməklik göstərəcəklər. 

Əsərin  uzun  illər  hazırlanması,  yazılması  və  ərsəyə  gəlməsində  Azərbaycan 

Milli  Elmlər  Akademiyasının  Arxeologiya  və  Etnoqrafiya  İnstitutunun  tarixi 

etnoqrafiya  şöbəsinin  əməkdaşlarının  xüsusi  xidmətləri  də  unudulmamalı  və  yaddan 

çıxarılmamalıdır.  Üçüncü  cildin  müzakirəsində  dəfələrlə  iştirak  edən  alimlərin 

köməyi,  çoxsaylı  informatorların  məlumat  və  müddəaları  minnətdarlıqla  qeyd 

edilməlidir. Kitabın hazırlanmasına və müzakirələrin təşkilinə böyük əmək sərf edən, 

artıq  dünyalarını  dəyişən  görkəmli  etnoqraflardan  Şahpələng  Quliyevi  və  Tofiq 

Kərimovu minnətdarlıqla yad edir, "ruhları şad olsun" - deyirik. 

Cildin  nəşrə  hazırlanmasında  Səfər  Aşurovun,  Nəcəf  Müseyiblinin,  Təranə 

Quluzadənin,  Gülmirə    Qasımovanın,    illüstrativ  materialların  çəkilməsində    rəssam  

Solmaz Hüseynovanın əməyini xüsusi qeyd etmək lazımdır. 



Teymur Bünyadov 

Akademik 

 

 


10 

 

XALQ BAYRAMLARI 



 

NOVRUZ BAYRAMI 

 

Azərbaycan  torpağının  əzəli,  əbədi  sakinləri  -  ulu  əcdadlarımız  ilkin  ibtidai 



təfəkkür  dövründə  gündüzlə  gecənin,  Günəşlə  Ayın  bir-birini  əvəz  etməsini,  göy 

gurultusunu,  ildırım  çaxmasını,  yağışın,  qarın  yağmasını,  birdən-birə  hər  yanın 

dumana  bürünməsini,  havaların  gah  isti,  gah  soyuq,  şaxtalı  olmasını  və  təbiətdəki 

digər  dəyişmələri,  başvermələri  möcüzə  hesab  etmişlər.  Onlar  möcüzə  saydıqları  bu 

hadisələrə qarşı çıxmaq, onları öz istəklərinə uyğunlaşdırmaq, hətta tabe etmək üçün 

cürbəcür  tədbirlərə  əl  atmışlar.  Bu  tədbirlər  zamanı  görülən  işlərin  ahənginə  uyğun 

olaraq  avazlanan  səslər  -  nəğmələr  get-gedə  stabilləşməyə,  bütöv  halda  ayinə, 

mərasimə, nəhayət, bayrama çevrilməyə başlamışdır. 

Bu səbəbdən də bilavasitə işlə, əməklə, ümumi şəkildə xalqın təsərrüfat həyatı 

ilə  bağlı  yaranan  və  mənəvi  mədəniyyətin  tərkib  hissələrindən  olan,  eyni  zamanda 

tarixin  əski  çağlarından  dövrümüzədək  cilalana-cilalana  gələn  ayin,  mərasim  və 

bayramlara  adi  məişət  aktı  kimi  yox,  daha  çox  müəyyən  sosial-mədəni  məzmunlu, 

əxlaqi-estetik  ideyalar  ifadə  edən  fakt  kimi  baxılmalıdır.  Bayram  və  bu  bayramın 

mərasimləri,  ayinləri,  eləcə  də  burada  oxunulan  nəğmələr,  müxtəlif  məzmunlu 

əyləncələr, göstərilən  tamaşalar xalqın sosial durumunu, adət-ənənəsini,  məşğuliyyət 

növlərini və bunlara münasibətlərini əks etdirir. Başqa sözlə, "hər bir xalqın müəyyən 

sistemə salınmış bayram mərasimləri bənzərsizliyi, təkraredilməzliyi və milli koloriti 

etibarilə fərqlənən əsil xalq yaradıcılıq abidəsidir, bütöv sənət əsəridir". Bu abidənin, 

əsərin  çoxçeşidli  mərasimlərində  xalqın  həyat  tərzi,  məişəti,  güzəranı,  arzu  və 

düşüncələri, inamı, bir sözlə, dünyaya baxışı əks etdirilir. 

Bəlli olduğu üzrə, hər bir xalqın həyatında, məişətində çoxlu bayramlar vardır. 

Bununla  belə,  bu  bayramlar  arasında  biri  öz  mərasimlərinin,  ayinlərinin,  oyun  və 

əyləncələrinin,  tamaşalarının  zənginliyi  ilə  seçilir,  sevilir,  məşhur  olur.  Sözsüz  ki, 

Azərbaycan xalqının da elliklə keçirdiyi belə bir bayram Novruz bayramıdır. 

Bilavasitə  baharın,  yazın,  həm  də  yeni  təsərrüfat  ilinin  başlanması  şərəfinə 

böyük  təntənə  ilə  hər  il  keçirilən  Novruz  bayramı,  sözsüz  ki,  birdən-birə  başlanmır. 

Belə ki, qədim azərbaycanlı da varlıqdakı bütün nəsnə və hadisələrin, hətta ilin fəsil, 

ay,  günlərinin  məzmunundakı  mahiyyəti  ayrıca  dəyərləndirmiş,  əlamətlərinə,  kəsb 

etdikləri xüsusiyyətlərə görə onlara adlar da vermişdir. Bu münasibət öz əksini bir el 

söyləməsində də qorumuşdur: 

   Üçü bizə yağıdı, 

   Üçü cənnət bağıdı, 

   Üçü yığıb gətirir, 

   Üçü vurub dağıdır. 

İlin  dörd  fəslini  səciyyələndirən  bu  nümunədə,  göründüyü  tək,  yay  bolluq, 

firavanlıq,  var-dövlət  "yığıb  gətirən"  fəsil,  yaz  "cənnət  bağı",  payız  olan-olmazı 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə