Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə5/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   2   3   4   5   6   7   8   9   ...   208

11 

 

soldurub-soluşduran,  dağıdan,  qış  isə  "yağı",  yəni  düşmən  adlandırılır  və  həm  də 



animist təsəvvürlə bağlı olaraq canlı sayılırlar. 

Çox əski çağların məhsulu olan xeyir-şər (dualist) dünyagörüş adamlarda qışa 

demonoloji qüvvələrin əməli kimi baxmaq hissləri aşılayıbmış. Odur ki, bu "yağı"nı - 

qışı saymamaq, ona qarşı mübarizə aparmaq cəhdi hələ qış fəslinin başlanmasına bir 

ay qalmış icra olunan xüsusi bir mərasimdə açıq-aydın görünməkdədir. Kövsəc adı ilə 

tanınan  bu  mərasim  çox-çox  qədimlərdə  "Azər"  adlanan  bayramın  mərasimlərindən 

biridir. İndi "Azər" bayramı və onun digər mərasimləri, ayinləri unudulsa da, Kövsəc 

mənbələrdə qoruna-qoruna yaşamışdır. 

Kövsəc  mərasimi  adətən  noyabrda  -  qırovdüşən  ayda  icra  edilərmiş.  Mərasim 

iştirakçıları  əsasən  bədənə  istilik  verən  yeməklər  -  yağlı  ət,  istiot  qatılmış  xörəklər 

yeyərmişlər.  Özünü  gülməli  vəziyyətə  salmış,  paltarının  cır-cındırı  tökülən  bir  nəfər 

qatıra  minib  meydana  çıxar  və  əlində  də  tükü  tökülmüş  qarğa  müqəvvası  tutarmış. 

Yan-yörədəkilərin onun üstünə soyuq su səpmələrinə baxmayaraq, o çox saymazyana 

"İstidir! İstidir!" - deyə bağırarmış [1]. 

Bu  mərasimin  bilavasitə  qış  fəsli  ilə  bağlı  olması  ayində  istifadə  olunan 

vasitələrdən  də  bəlli  olur.  Burada  üst-başı  cır-cındırlı  kimsə  əbəs  yerə  əlində  tükü 

tökülmüş  qarğa  müqəvvası  tutmur.  Bilindiyi  tək,  el  arasında  qarğanın  "qarr-qarr" 

oxuması,  onun  qarı,  qışı  çağırması  kimi  yozulur.  Bundan  savayı,  qış  ilin  barsız-

bəhərsiz fəsli sayıldığı üçün doğub-törəməyən, nəsil artırmayan qatırın onun simvolu 

olaraq alınması, nəhayət, noxtalanıb minilməsi də təbii təsir bağışlayır. 

Elə  çox  qədim  zamanlarda  keçirilmiş  Səddə  bayramı  da  insanların  qışa  qarşı 

münasibətlərini,  qışdan  qorxmadıqlarını  nümayiş  etdirən  bir  bayramdır.  Xalqımız 

Səddə  deyimini  yanvarın  son  günü,  iki  çillə  arasındakı  sərhəddə,  Böyük  çilləni 

əvəzləyən  Kiçik  çillənin  sərt  şaxtalarının  qarşısını  almaqdan  ötrü  çəkilən  böyük 

maneə,  odlu-alovlu  bənd,  yaxud  sədd  kimi  mənalandırıb.  Bayramın  bütün  tədbir  və 

ayinləri  də  məhz  bu  məqsədə  xidmət  etmişdir.  Novruza  nə  az,  nə  çox,  düz  əlli  gün 

qaldığını bildirmək üçün icra olunan Səddə bayramında insanlar axın-axın gəlib təyin 

olunmuş meydana toplaşır. Meydanda böyük bir tonqal  yandırılır.  Toplaşanlar əl-ələ 

tutub  tonqalın  çevrəsinə  dolanır,  "əlli  gün  Novruza  qədər,  yüz  əlli  gün  biçinə  kimi" 

sözlərilə  başlanan  mahnı  oxuyur,  şənlik  keçirir,  rəqs  edib  əyləncəli  tamaşalar 

göstərirlər.  Dahi  Azərbaycan  şairi  Nizami  Gəncəvi  "İskəndərnamə"  poemasında 

Novruzla bərabər Səddə bayramını da təsvir etmişdir: 

     Novruz ilə Səddə bayramlarında 

     Ayinlər yenidən olurdu bərpa, 

     Ər üzü görməmiş növrəstə qızlar 

    Evindən sevinclə dışarı çıxar. 

     Əllər al xınalı, üzlər bəzəkli, 

     Hər yandan gəlirdi coşqun ürəkli... 

   ...Hər bir qıvrım saçlı, gəlişi gözəl 

    Ayaq yerə döyər şappıldadar əl. 




12 

 

Hərə bir sərv idi, əldə güldəstə, 



    Sərv əndamlı bənzər çiçəkpərəstə. 

        Hər il qızlar bu gün axır hər yandan, 

    Ürək arzusuna açılır meydana [2]. 

 

Qış fəslinə belə münasibət yalnız Kövsəc və Səddə ilə qurtarmır. Bu baxımdan 



qış və  yaz  fəsillərinin qarşılaşmasının,  mübarizəsinin rəmzi təsvirini  nümayiş etdirən 

və  sonralar  xalq  tamaşası  şəkli  almış  mifoloji  məzmunlu  Kosa-kosa  mərasimi  daha 

maraqlı  və  düşündürücüdür.  İlin  axır  çərşənbəsində,  eləcə  də  Novruz  bayramı 

günündə  Azərbaycanın  demək  olar  ki,  hər  yerində  keçirilən  bu  mərasim-tamaşanın 

ayin  və  nəğmələri  çoxçeşidlidir.  Mərasim-tamaşada  bir  adama  tərsinə  çevrilmiş  kürk 

geyindirilir,  üz-gözünə  un  sürtülür,  çənəsinə  uzun  saqqal  bağlanır,  başına  şiş  papaq 

qoyulur,  geyiminin  altından  qarnına  yastıqça  sarınır,  əlinə  naxışlanmış  ağac  verilib 

boynundan zınqırov asılır. Camaatın toplaşdığı meydanda Kosanın köməkçisi ortalığa 

çıxıb: 

Ay uyruğu, uyruğu, 



Saqqalı it quyruğu. 

    Kosam bir oyun eylər

 Quzunu qoyun eylər. 

      Yığar bayram xonçasın, 

       Hər yerdə düyün eylər, - 

kimi nəğmələr oxuyur, sonra da: 

A Kosa, Kosa gəlsənə, 

Gəlib salam versənə, - 

deyib Kosanı meydana çağırır. Kosa görünür və o: 

Qorxmayın, Kosa gəldi, 

                                           Əlində hasa gəldi, - 

söyləyir. Köməkçinin işarə və göstərişləri ilə Kosa cürbəcür gülməli oyunlarla 

meydana toplaşanları əyləndirir. Bundan sonra köməkçi Kosa üçün pay istəyir: 

    Xanım, ayağa dursana, 

  Çömçəni doldursana, 

                                                 Kosanı yola salsana, 

Verənə oğul versin, 

    Verməyənə qız versin. 

Eyni zamanda Kosanı da başa salır ki: 

 A Kosa, Kosa gəlmisən, 

 Gəlmisən meydana sən. 

                                              Almayınca payını, 

Çəkilmə bir yana sən. 

Uzaq səfərə yollanacaq Kosaya kimsə pay vermək istəmir. Köməkçi çox yaxşı 

bilir  ki,  camaat  arasında  keçinin  böyük  hörməti  vardır.  Gedib  onu  gətirir  ki,  Kosaya 



13 

 

pay  yığsın.  Bu  da  keçi  görkəminə  salınmış  birisidir.  Meydandakılar  keçini  sevinclə 



qarşılayırlar.  Ona  istədiyindən  də  çox  pay  verirlər.  Kosa  keçinin  yığdıqlarının 

hamısını  onun  əlindən  alır  və  keçini  qovub  meydandan  çıxarır.  Varlanmış  Kosa 

sevinə-sevinə atılıb-düşür, gülməli hərəkətlər göstərir. Köməkçi isə oxuyur: 

      Mənim Kosam oynayır, 

   Gör necə dingildəyir. 

                                                Ona qulaq asanın 

Qulağı cingildəyir. 

 

   Mənim Kosam canlıdı, 



                                              Qolları mərcanlıdı, 

Kosama əl vurmayın, 

                                                Kosam ikicanlıdı. 

Kosa  uzanıb  yuxuya  gedir.  Bu  zaman  keçi  gəlir.  Kosanı  buynuzlayıb  öldürür 

və qaçır. 

Arşın uzun, bez qısa, 

 Kəfənsiz öldü Kosa, - 

deyib  köməkçi  guya  ağlayır.  Tamaşaçılar  gülüşürlər.  Balaları  ilə  birlikdə 

qayıdan  keçi  alqışlanır.  Meydana  toplaşanlar  elliklə  keçinin,  yəni  əslində  baharın 

gəlişi eşqinə oxuyurlar: 

   Novruz, Novruz bahara, 

Güllər, güllər nübara, 

Baxçanızda gül olsun, 

  Gül olsun, bülbül olsun. 

                     Bahar gəldi, bahar gəldi, xoş gəldi, 

                Xəstə könül onu görcək dirçəldi. 

Bu  tamaşadakı  Kosa  bütün  geyimi,  görkəmi  ilə  qışın  antropomorfizmi  - 

insanlaşdırılmış  simvolu,  keçi  isə  bir  sıra  əski  xalqlarda  olduğu  kimi,  Azərbaycanda 

da baharın, yazın, oyanan, canlanan təbiətin simvolu - zoomorfizmidir. 

İlin  "yağı"  fəsli  sayılan  qış  fəsli  ibtidai  təsəvvür  və  etiqadlardan  başlanğıc 

götürməklə  indinin  özündə  də  üç  xüsusi  çilləyə  bölünür.  Birinci  Böyük  çillə  qışın 

başlanğıc  günündən,  yəni  dekabrın  iyirmi  ikisindən  fevralın  əvvəlinədək  olan  qırx 

günlük  vaxtdır.  Böyük  çillənin  yarısı  qədər  -  iyirmi  gün  olan  və  el  arasında  "qışın 

oğlan çağı" da  adlanan  Kiçik çillənin ömrü  fevralın iyirmi ikisinə  qədərdir.  Fevralın 

iyirmi  ikisindən,  ilin  uzun-qısalığından  asılı-olaraq,  martın  iyirmi,  iyirmi  bir,  iyirmi 

ikisinə qədər olan və Boz ay adı ilə tanınan müddət isə hər biri yeddi  gündən ibarət 

dörd balaca çilləyə, başqa sözlə, çilləbeçəyə bölünür. 

Fəslin  bu  cür  bölgüsü  və  onların  "çillə"  adlandırılması  yenə  elə  əski 

təsəvvürlərlə  bağlıdır.  Çillə  əslində  "çehl"  sözündən  olub  qırx  sayını  bildirir  və  el 

arasında çoxluq, ağırlıq, çətinlik mənasında başa düşülür. Əbəs yerə deyil ki, adamlar 

bir ağır dərd-bəla ilə üzləşdikdə, xəstələndikdə bunlardan xilas olmaq, yaxa qurtarmaq 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə