Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə6/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   2   3   4   5   6   7   8   9   ...   208

14 

 

üçün  xüsusi ayin icra  edirlər  ki,  bu da  "çillə  kəsmək" adlanır.  Adətən çilləsi kəsilən 



adamın əl və ayaqlarının baş barmaqlarına üç dəfə ağ rəngli ip sarınır. Çilləni kəsən: 

Həzrət Süleyman eşqinə, 

 Cin qızı Mərcan hökmünə, 

          Bəni adəmdən, bəni heyvandan, 

        Cindən, şeytandan, axar sudan, 

       Köklü ağacdan, dibli qayadan, 

                                           Yeddi yolun ayrıcından 

   Hər kəsin çilləsinə düşübsə

                                           Çilləni kəsdim, - 

ovsun  nəğməsini  avazla  oxuya-oxuya  ipləri  qayçı  ilə  kəsir.  Bu  ayin  üç  kərə 

təkrar  olunur.  Sonra  iplər  çilləsi  kəsilənin  başı  üstə  tutulub  xüsusi  qırxaçarcam 

vasitəsilə  onların  üzərindən  su  axıdılır.  Bununla  da  dərd-bəlanın  yuyulub 

aparılmasına, çilləsi kəsilənin üzüntülərdən xilas olacağına inanılır. 

İnsanlar  qış  fəslinin  çillələrindən  qorxmadıqlarını,  onlara  qarşı  mübarizəyə 

hazır olduqlarını bildirmək üçün, görüşləri  səviyyəsində  müxtəlif tədbirlərə əl atmış, 

ayinlər icra etmişlər. 

Qış  fəslinin ən uzun sürən Böyük çilləsi öz qar tufanına, soyuq və dondurucu 

şaxtasına görə el arasında qaraqış da adlanır. 

Böyük  çillənin  başlandığı  günü,  yəni  22  dekabrı  bəzən  Çillə  bayramı  da 

adlandırmışlar. Həmin günün gecəsi ilin ən uzun gecəsi olduğundan buna Çillə gecəsi 

də  deyilmişdir.  Çillə  gecəsinin  axşamı  adamlar  qışdan  qorxmadıqlarını  nümayiş 

etdirmək üçün tonqallar yandırır, odun üstündən hoppanır, tonqalın ətrafında rəqs edir, 

əyləncəli  oyunlar,  tamaşalar  göstərirlər.  Böyük  çillənin  şərəfinə  hər  evdə  açılmış 

süfrəyə cana istilik gətirən dadlı-ləzzətli yeməklər qoyulur. Böyük çillə süfrəsinin ən 

sayılıb-seçilən, yaydan məhz bu gün üçün saxlanılan çillə qarpızıdır. Xalq bu qarpızın 

şəninə söz də qoşub: 

Qarpız elə, qarpızı, 

Əzizim, çillə qarpız, 

Qalıb ilə qarpızı. 

Düşübdü dilə qarpız. 

Böyük çillə adıyla 

Yığılıb xurcunlara, 

Düşüb dilə qarpızı. 

Gedir yazgilə qarpız. 

Çillə qarpızını adətən evin böyüyü kəsir. O əvvəlcə qarpızın zoğu olan tərəfini 

dairəvi kəsib qabığı dörd hissəyə  bölür. Özü və  digər ailə  üzvləri  ürəklərində  niyyət 

tuturlar.  O  həmin  qabıqları  yerə  atır.  Qabıqların  necə  düşməsini  hər  kəs  ürəyində 

tutduğu  niyyəti  ilə  yozur.  Qarpızı  kəsən  onu  dilimləyir.  Ailənin  hər  bir  üzvü  bu 

qarpızdan  yeyir.  Qonşulara  da  pay  göndərilir.  Çillə  qarpızının  tumları  yığılıb 

saxlanılır.  İnama  görə,  çillə  qarpızının  tumları  atılarsa,  onda  qarşıdakı  ildə  məhsul 

bolluğu olmaz. 

Böyük çillənin ən  məşhur ayini, sözsüz  ki,  səməni  göyərtmək  və ondan  halva 

bişirməkdir.  Bu,  bir  vaxt  doğrudan-doğruya  Səməni  bayramı  adlanan  bayramın 

çoxsaylı  mərasim  ayinlərindən  biridir.  Baharı  çağırmaq,  bununla  da  təbiəti  yaşıl 




15 

 

görmək, öz əkdiyi taxılın göyərməsi arzusunun süni rəmzini yaratmaq təşəbbüsündən 



irəli gələn  səməni göyərtməyin tarixi əcdadlarımızın ilkin əmək, təsərrüfat  həyatı ilə 

bağlıdır.  Yaşayışını,  dolanacağını  təsərrüfat  ilinin  -  baharın,  yazın  başlanmasında 

görən  ulu  əcdadlarımız  taxılı  süni  şəkildə,  yəni  ev  şəraitində  göyərtməklə  tez 

gəlməsini,  bununla  torpağın  oyanmasını,  məhsulun  cücərib  böyüməsi  arzusunu  ifadə 

etmişlər. Sözsüz ki, burada təqlidi sehr aktı aparıcılıq təşkil edir. Bu təqlidi sehrin başa 

düşülən  mənası  belədir:  "Məhsulum,  səni  evdə  göyərtdiyim  kimi,    əkin  sahəmdə, 

torpağımda da beləcə göyər, böyü". 

Səməni halvası bişirmək üçün böyük çillənin əvvəllərindən başlayaraq təqribən 

1 sm hündürlüyündə göyərdilmiş səmənini taxta çanaq, yaxud taxta tabaqda daşla əzir, 

döyüb suyunu  sıxırlar. Həmin suda  yeddi evdən alınmış buğda  unundan sıyıq  xəmir 

yoğurulur. Halvanı bişirməyə başlayarkən onu qarışdırmaq, çalmaq üçün

 

uzun dəstəkli 



taxta ərsindən istifadə edilir. 

Qolu  qüvvətli  cavanlar  tərəfindən  çalınan  halva  bişənə,  köpük  atana  yaxın  - 

buna  "fındıqatma"  deyilir  -  onun  içinə  badam,  bu  olmadıqda  fındıq  ləpəsi  atılır.  Elə 

Səməni bayramının başlıca ayini də bu vaxtdan başlanır. Halva bişirilən evə toplaşmış 

qadınlar,  daha  çox  gəlinlər,  qızlar  iki  dəstəyə  bölünərək  əl-ələ  verib  halva  tavasının 

ətrafında  yallı  gedir,  nəğmələr  oxuyurlar.  Misal  üçün,  birinci  dəstənin  başçısı  öz 

nəğməsini belə başlayır: 

Səməni, saxla məni, 

İldə göyərdərəm səni. 

                                              Səməniyə saldım badam, 

I j 


             Qoymurlar bir barmaq dadam. 

       Səməni bezana gəlmişəm

   Uzana-uzana gəlmişəm. 

 

Səməni, ay səməni, 



Sən unutma məni. 

          Səndən mən can istərəm

   Damara qan istərəm

   Sənsiz qanım olmaz, 

   Cansız sanım olmaz. 

İllətimin loğmanı, 

Yamanlığın amanı, 

Səməni, ay səməni, 

     Göyərdərəm mən səni. 

 

Halva  hasilə  gəldikdə  daha  çox  bədənə  istilik,  hərarət  gətirən,  bununla  da 



qışdan,  soyuqdan  qorxmamaq  təsəvvürü  yaradan  bu  döyülmüş  ədvələri  (qara  istiot, 

darçın,  mixək,  razyana,  ceviz,  quluncan,  badyan,  qulsakəmər,  zəncəfil,  hil)  ələkdən 

keçirib ona  qatırlar. Bundan sonra  halvanı doşabda  qarışdırır və  qoğal, yaxud  kündə 



16 

 

formasında yumrulayıb evlərə paylayırlar. Çalışılır ki, hər bir payda halvaya salınmış 



badam, qoz, yaxud fındıq ləpəsindən olsun. Həm də payın içindəki bu ləpə  yeyilmir. 

O ta gələn il səməni göyərdilənə qədər qorunub saxlanılır. Çünki inama görə, həmin 

ləpə evlərə xeyir-bərəkət gətirir. 

Fevral  ayının  əvvəlindən  başlayaraq  iyirmi  gün  davam  edən  Kiçik  çillə  qışın 

oğlan  çağı  sayılır.  Kiçik  çillə  soyuqluğu,  boran-tufanı,  şaxta-sazağı  ilə  özündən 

əvvəlki  çillələrdən  seçilir.  Kiçik  çillənin  Xıdır  nəbi  adlanan  birinci  ongünlüyü  isə, 

ümumiyyətlə, qış fəslinin ən sərt, çovğunlu, dondurucu vaxtı sayılır və buna hətta elə 

bu xüsusiyyətinə görə "yalquzaq zamanı" da deyilir. El arasında qış fəsli Xıdır nəbi ilə 

səciyyələnir.  Əbəs  yerə  deyil  ki,  bir  Azərbaycan  atalar  sözündə  də  "Xıdır  girdi  qış 

girdi, Xıdır çıxdı qış çıxdı" - deyilir. Qeyd olunan zamanın "Xıdır nəbi" (peyğəmbər) 

adlanması  və  bu  şərəfə  icra  olunan  ayinlər  Xıdırın  yaşıllıq,  bahar  hamisi  sayılan 

Xızırla və əksər xalqlarda olduğu kimi su, yağış, çay, dəniz hamisi bilinən İlyasla da 

əlaqəsindən xəbər verir. Bunu: 

Xıdıra Xıdır deyərlər, 

Xıdıra çıraq qoyarlar 

nümunəsinin bəzən: 

    Xıdıra Xıdır deyərlər, 

     Yoluna çıraq qoyarlar. 

Xıdırı saymayanın 

Gözlərini oyarlar 

şəklində deyilməsi, yaxud: 

Xıdır İlyas, Xıdır İlyas 

Bəndə bəndədən xilas. 

Eləcə də: 

Xıdır nəbi, Xıdır İlyas 

Bitdi çiçək, oldu yaz, 

"Dəryada  nə  işim  var  ki,  Xıdır  İlyası  da  köməyə  çağıram"  kimi  örnəkləri  də 

sübut edə bilər. Amma əslində bunların bir-biri ilə heç bağlılığı yoxdur. Belə ki, Xıdır 

nəbi  bilavasitə  kiçik  çillənin  ilk  ongünlüyündə  keçirilən  xüsusi  mərasimlə  bağlı 

olduğu halda, Xızır, dediyimiz kimi, yaşıllıqla, baharla bağlıdır. Bunun belə olmasını 

mənbələr və tədqiqatlar da təsdiq etməkdədir. Türkoloq alim V.V.Radlov öz lüğətində 

"ruzi-Xızırı" - "Xızır günü" tək açıqlayır və bu günün yazın ilk günü olduğunu xüsusi 

şəkildə  nəzərə  çatdırır  [3].  Prof.  M.H.Təhmasibin  Xızırla  ilgili  "Qamusi-Firuzabadi" 

və Şəmsəddin Saminin "Qamusi-əlam"ından verdiyi xəbərlər də maraqlıdır. Bunların 

birincisində deyilir ki, seyr olunan yerlərin çəmənzar olması Xızırın işidir. İkincisində 

isə baharın ilk günü haqqında belə deyilir: "Əslən yaşıllıq günü mənası ilə ruzi-Xızır 

olsa 

gərəkdir. 



Zira 

ağacların 

yarpaqlandıqları 

və  


otlaqların yaşıllaşdığı gündür" [4]. 

Adı  çəkilən  qaynaqlarda  elə  İlyas  haqqında  da  bu  şəkildə  dəyərli  məlumatlar 



vardır. O bütün hallarda su ilə bağlı təsvir, təqdim olunur. Bəzi hallarda hətta Nuhun 

23 


Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə