Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə8/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   4   5   6   7   8   9   10   11   ...   208

19 

 

aydın  desək,  onların  tanınması  qeyri-mümkün  olduğu  vaxtda  pay  almağa  gəlmələri 



səbəbsiz deyil. İnama görə, elə Xıdır nəbi də onların arasında olur. Odur ki, hər bir ev 

tərəddüd etmədən uşaqların simasında guya elə Xıdır nəbinin özünə pay verir. 

Bəzən elə Xıdır nəbi mərasimi üçün də qarpız saxlanılır və bununla adamlar bir 

növ yenə qışdan qorxmadıqlarını nümayiş etdirirlər. 

Kiçik  çillənin  qurtardığı  vaxtdan  yazın  ilk  gününə,  yəni  Novruz  bayramına 

qədər olan çağ Alaçalpo, Ağlar-gülər, Boz ay adlanır. Ayinin bu cür adlarla adlanması 

onun buludlu, yağışlı, küləkli, isti, soyuq, bir sözlə; dəyişkən olması ilə bağlıdır. Əbəs 

yerə  deyil  ki,  xalq  bu  adlara  Boz  aya  münasibətini  "Boz  ay  bozara-bozara  keçər"  - 

şəklində bildirmişdir. 

Buradakı  "bozara-bozara"nın  həm  müstəqim,  həm  də  məcazi  mənası  vardır. 

Bəlli olduğu üzrə, "boz" dilimizdə bir sıra anlamlarla yanaşı, həmçinin həm rəngi (boz 

paltar, qorxudan,  yaxud soyuqdan insan üzünün boz  rəng  alması),  həm də  xasiyyəti, 

sərtliyi, kobudluğu (boz adam, üzə bozarmaq) bildirir. "Boz ay bozara-bozara keçər" - 

deyəndə  də  daha  çox  onun  sərtliyi  nəzərdə  tutulur.  Bunu  el  söyləmələrindən  də 

görmək mümkündür: 

Martda mərək, 

                                                     Yarı gərək. 

Və yaxud: 

  Ay oğlağım, oğlağım, 

Çıxdı yaza oğlağım. 

Payız üstü beş oldu, 

   Buynuzu beş-beş oldu

Qılları şeş-şeş oldu. 

     Mart gözüvə barmağım, 

Yaza çıxdı oğlağım. 

Gəldi keçdi zamanın, 

Ötdü ömrü samanın, 

      Mart gözüvə barmağım, 

Yaza çıxdı oğlağım. 

Birinci  örnəyin  içinə  aldığı  məna  belədir.  Martda  havalar  soyuq,  qarlı-şaxtalı 

ola bilər. Odur ki, elə "Xıdır Nəbi" üçün deyildiyi kimi bu ay üçün də: 

 

Mart girdi, qış girdi, 



  Mart çıxdı, qış çıxdı, - 

deyilir. Buna görə də təsərrüfatçı mal-qarası, qoyun-quzusu üçün tədarük etdiyi 

ot-ələfin, bəlim-samanın müəyyən hissəsini bu ay üçün mərəkdə (samanlıqda) ehtiyat 

saxlamalıdır. 

Boz  ay,  hər  biri  yeddi  gündən  ibarət  cəmlələr  adlanan  dörd  həftəyə  - 

çilləbeçəyə  bölünür.  Etiqada  görə,  bu  həftələrin  dördündə,  eləcə  də  kiçik  çillənin  üç 

çərşənbəsində  təbiət  və  cəmiyyətdə  canlanma,  oyanma,    dirilmə  prosesi  gedir. 




20 

 

Dediyimiz  yeddi  çərşənbədən  üçü  oğru  çərşənbə,  oğru  buğ,  oğru  üskü,  dördü  isə 



doğru çərşənbə, doğru buğ, doğru üskü, cəmlələr adlanır. Çərşənbələrin sayının yeddi 

olması səbəbsiz deyil. Bu, bilavasitə say simvolikası ilə bağlıdır. Belə ki simvolikada 

hər sayın özünə görə mənası, bilinən funksiyası vardır. Və bu sayların sırasına cütlük 

bildirən saylar daha çox  geosimvolika ilə  -  istiqamətgöstərmə  ilə  bağlıdırsa,    təklik   

sayları  ümumiyyətlə  kainatın  durumunu  səciyyələndirir.  Qaynaqların  verdiyi  xəbərə 

görə yeddi sayı əski şumerlərdə kainatın işarəsi imiş. Onların ucaltdıqları yeddipilləli 

qüllə  əslində  yeddi  səyyarənin,  həftənin  yeddi  gününün,  yeddi  küləyin,  yeraltı 

dünyanın yeddi qapısının simvoludur. Yeddi sayı mənbələrdə deyildiyi kimi zamanla, 

kosmosla, insanın maddi və mənəvi həyatı ilə sıx bağlıdır. 

Xatırlatdığımız  yeddi  çərşənbənin  hər  birinin  məxsusi  cizgiləri,  ayin, 

mərasimləri vardır. Düzdür, "oğru çərşənbə", "oğru buğ", "oğru üskü" adlanan üç ilk 

çərşənbənin dörd ilaxır çərşənbələr qədər rolu böyük deyil. Amma inama görə, həmin 

çərşənbələrdə də az-çox torpağa buğ-istilik gəlir. Bu çərşənbələrin hər üçündə adamlar 

yandırdıqları  tonqalların  üstündən  hoppanmaqla  bərabər  bu  tonqalda  yandırdıqları 

lopanı üç kərə ev-eşiyin dövrəsinə dolandırıb: 

      Qaçın, qaçın, şeytanlar, 

Sizi oda qalaram, - 

deyə-deyə ovsun edirlər. Ayində şər, demonoloji qüvvələrin qorxub qaçması, bir daha 

həmin evə yaxın düşməyəcəyi inamı ifadə olunubdur. 

Sözsüz  ki,  novruzqabağı  qeyd  olunan  dörd  ilaxır  çərşənbə  mərasimlərinin, 

ayinlərinin  zənginliyi  ilə  daha  məşhurdur.  Eldə-obada,  kənddə-kəsəkdə  hamının, 

bütün  evlərin  təntənə  ilə  qeyd  etdiyi  bu  çərşənbələrin  hər  birinin  ayrı-ayrılıqda 

müxtəlif  adları  da  vardır.  Misal  üçün,  dörd  ilaxır  çərşənbənin  birincisi  ayrı-ayrı 

bölgələrdə  müxtəlif  adlarda  tanınır:  Əzəl  çərşənbə,  Müjdəçi  çərşənbə,  Muştuluqçu 



çərşənbə, Toz çərşənbə, Yel çərşənbə və s. 

Çərşənbəyə  belə  adların  verilməsi  elə  onun  öz  məzmunu  ilə  bağlıdır.  Bu,  ilk 

çərşənbədir. Yazın  yaxınlaşmasını xəbər  verir. Həmin çərşənbədə  ev-eşik  his-tozdan 

təmizlənir. Pal-paltarın, xalça-palazın tozu tökülür. Bu üzdən də həmin çərşənbə "Toz 

çərşənbə"  adlanır.  Sözügedən  çərşənbənin  "Yel  çərşənbə"  adlanması  da  səbəbsiz 

deyil.  Çünki  ilaxır  çərşənbənin  birincisi  bilavasitə  kainatın  astronomik  durumu, 

təbiətşünaslıq  və  fizika  qanunlarına  uyğun  hadisədir.  Deyilənlərə  əsasən,  istilik  ilk 

olaraq havaya gəlir. Sözsüz ki, əgər hava (yel) qızmayıbsa, onda suların donu açılmaz. 

Havaya isti gəlməlidir ki, torpağın canındakı suyun donu ərisin, torpaq yumşalsın və 

təsərrüfatçı  -  əkinçi  bu  torpağı  şumlaya  bilsin,  bağban  bağdakı  ağacların  dibini 

belləyib yumşalda bilsin. 

Çərşənbənin nə üçün "Yel çərşənbəsi" adlanması isə birbaşa əski təsəvvürlərlə, 

mifoloji görüşlərlə bağlıdır. Bəlli olduğu üzrə, bizdə adında "baba"lıq gəzdirən əsatiri  

obrazlar  az  deyil:  "Əkinçi  baba",  "Cütçü  baba",  "Şah  baba",  "Yel  baba",  "Baba 

Sucəddin" və b. Bu babalar ilkin təsəvvürlərin formalaşdırdığı mifoloji obrazlardır və 

bunların  hər  biri  hami  vəzifə  daşıyır.  Qaynaqların  verdiyi  xəbərə  görə  suyun  hamisi 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə