"AZƏrbaycan xəZƏr dəNİz gəMİÇİLİYİ" qsc a zərbaycan döVLƏt dəNİz akademiyasi "GƏMİ SÜRÜCÜLÜYÜ



Yüklə 2,78 Mb.
səhifə1/5
tarix31.12.2021
ölçüsü2,78 Mb.
#81125
  1   2   3   4   5
Təcrübə hesabatı Asiman


"AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ" QSC
A

ZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASI



"GƏMİ SÜRÜCÜLÜYÜ fakültəsi

“Dəniz naviqasiyası” kafedrası

İxtisas: "Dəniz naviqasiyası mühəndisiyi"




HESABATI

Qrup: 050A2

Tələbə: Hafizov Asiman

Təcrübə rəhbəri: Rüfəddin Şəfiyev

Dekan: dos. Abbasov Elnur
BAKI – 2021

Təcrübə yeri (Gəmi) haqqında qısa məlumat:

Mən istehsalat təcrübəsini “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, "Xəzər Dəniz Neft Donamması” “Sabit Orucov” gəmisində keçdim. “Sabit Orucov” gəmisinin qeydiyyat Bakı limanıdır. Gəmi sərnişin gəmisidir. Gəmi əsasən Bakıdan Neft Daşlarına neftçilərinin işə aparıb-gətirməyə səfər edir.

“Sabit Orucov” gəmisi 549 ton tam yük götürmə qabiliyyətinə malikdir. Gəminin uzuluğu 73,9 m ,

eni 14,8 m ,

bortun hündürlüyü 8,06 m ,

yay yük markası üzrə oturumn 3,3 m,

məcmu tutumu 2621 t,

təmiz tutumu 786 t,

tam yüklü su tutumu 2047 t,

yüksüz su tutumu 1618 t – dur.

Gəminin ümumi sərnişin tutumu 449 nəfərdir

Gəminin elektrik enerjisinin təlabatını ödəyə bilən 2 ədəd dizel generatorları mövcuddur. Dizel generatorları 4 taktlı 10 silindirli mühərriklərdir. Hər birinin gücü 384 kW-dır. Gəminin yol rejimində bu dizel generatorlarının 1-i işləyir. Manevr və Yanalma rejimlərində isə dizel generatorların 2-si paralel şəbəkəyə qoşulur. Gəminin avadanlıqları müasir tələblərə cavab verir. Gəminin elektroenergetik sisteminin gücü 1152 kW-dır. Generatorların paralel qoşulması “dəqiq sinxronlaşdırma” üsulu ilə yerinə yetirilir. Gəmidə təchiz olunan elektrik maşınlarının tipi Rotoru qısa qapanmış asinxron mühərriklərdir. Bunun səbəbi ondan ibarətdir ki, bu tip mühərriklərin istismarı digərlərindən daha rahatdır.

Bundan başqa, gəmidə yanğın söndürmə sistemləridə mövcuddur. Gəminin yanğın söndürmə sistemləri Beynəlxalq Dəniz Təşkilatının tələblərinə cavab verir.

Gəmidə Beynəlxalq Dəniz Təşkilatının tələbinə əsasən Qəza Dizel Generatoru quraşdırılıb. Qəza Dizel Generatoru gəminin paulba hissəsində yerləşdirilib. Qeyd edək ki, Qəza Dizel Generatorun gücü 100 kW-dır. Qəza Dizel Generatoru gəmidə qəza baş verdiyi zaman gəminin 1-ci növ işlədicilərini elektrik enerjisi ilə təmin edir. Qəza Dizel Generatoru avtomatik və əl vasitəsilə işə buraxılır.

Gəmidə Baş mühərriklərin və dizel Generatorların işə buraxılması üçün sıxılmış havanı təmin edən kompressorlar da, mövcuddur. Gəmidə əsasən porşenli kompressorlardan istifadə olunur.

Gəminin sükan qurğusu hidravlik sistemlə idarə olunur. Bunun üçün gəmidə sabit məhsuldarlıqlı və dəyişən məhsuldarıqlı yağ nasosları vardır. Gəmidə “VFŞ” sistemi quraşdırılmışdır. Gəminin tam gediş sürəti 13,5 uzel-dir. Gəmidə köməkçi sükan qurğusuda vardır. Köməkçi sükan qurğusunun gücü 300 kW-dır. Köməkçi sükan qurğusu gəminin səlist manevr və yanalma əməliyyatlarını yerinə yetirmək üçündür. Köməkçi sükan qurğusunda da, “VFŞ” sistemi quraşdırılmışdır.

Gəmidə 2 ədəd lövbər vardır. Lövbərin suya salınması və qaldırılması prosesini “Braşpil” qurğusu yerinə yetirir. Braşpil qurğusu müxtəlif rejimlərdə işləyir. Braşpil qurğusu 3 sürətlidir. Onu idarə edən mühərrik Rotoru qısa qapanmış asinxron mühərrikidir.


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə